Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1783/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh11, X7, Cavabdeh12 və qeyrilərinə qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab olunması, iddianın etirafı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(107)1134/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı və Cavabdeh12 tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Dəhnəxəlil kənd sakinləri Zakirov Şöyüb Nadir oğlunun, Cavabdeh11, X5 və Cavabdeh12 mülkiyyətinə 0,66 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh11, X7, Cavabdeh12 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh11, X7 və Cavabdeh12 Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisində verilmiş 0,66 ha, X1 və ailə üzvlərinə Ağdaş rayonunun Aşağı Ağcayazı kənd ərazisində verilmiş 2,04 ha, X3 və ailə üzvlərin ə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisində verilmiş 1,66 ha, Cavabdeh7 və ailə üzvlərinə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisində verilmiş 2,26 ha, X9 və ailə üzvlərinə Ağdaş rayonunun Qolqatı kəndi ərazisində verilmiş 1,25 ha, Cavabdeh13 və ailə üzvlərinə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisində verilmiş 2,30 ha, X6 və ailə üzvlərinə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi ərazisində verilmiş 0,41 ha, Cavabdeh18 Doluxan qızına və ailə üzvlərinə Ağdaş rayonunun Qolqatı kəndi ərazisində verilmiş 2,17 ha torpaq sahəsinə dair alqı-satqısına dair əqdin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o cavabdehlərdən qeyd olunan torpaq sahələrini 2003-cü ilin may-iyun aylarında aralarında olan razılaşmaya əsasən torpağın pulunu nağd olaraq ödəməklə almışdır. Cavabdehlər həmin torpaq sahələrini, dövlət aktının əsli ilə yerində iddiaçıya təhvil vermişlər. Lakin cavabdehlər alqı-satqının sonadək icrası ilə əlaqədar torpağın pulunu nağd şəkildə almalarına, heç bir tələbləri olmadığını bildirsələr də və alqı-satqının rəsmiləşdirilməsi üçün notariat orqanına gəlməkdən yayınmışlar.
4. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia təmin edilmiş, Ağdaş rayon AİK-nın 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə qeydiyyat kitabında 09 oktyabr 1999-cu il tarixdə 11063 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0091, kod ********) ilə Cavabdeh2 və Cavabdeh3 məxsus 2,04 hektar, 07 oktyabr 1999-cu il ta rixdə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN 136, kod ********) ilə X3, Cavabdeh5 və Cavabdeh6 məxsus 2,32 hektar torpaq sahəsinin 1,6635 hektarının, 09 oktyabr 1999-cu il tarixdə 11228 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:122, kod ********) ilə Cavabdeh7, Cavabdeh8, Cavabdeh10 və Cavabdeh9 məxsus 3,69 hektar torpaq sahəsinin 2,2587 hektarının, Ağdaş rayon AİK-nın 22 sentyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə 12 mart 1999-cu il tarixdə 1544 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0046, ********) ilə Cavabdeh11, X7 və Cavabdeh12 məxsus 0,66 hektar, Ağdaş rayon AİK-nın 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 25 iyun 1998-ci il tarixdə 446 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0057, kod ********) ilə X9 məxsus 1,25 hektar, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə 09 oktyabr 1999-cu il tarixdə 11122 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN: 0016, kod ********) ilə Cavabdeh13, X10 və X4 məxsus 2,30 hektar torpaq sahəsinin 0,2599 hektarının, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 saylı qərarı ilə 09 oktyabr 1999-cu il tarixdə 11121 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN: 0015, kod ********) ilə X6, X8, Cavabdeh16 və Cavabdeh17 Qüddəsər qızına məxsus 2,96 hektar torpaq sahəsinin 0,41 hektarının və Ağdaş rayon AİK-nın 02 dekabr 1997-ci il tarixli 14 saylı qərarı ilə 25 iyun 1 998-ci il tarixdə 413 sayı ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair dövlət aktı (JN:0024, kod ********) ilə Cavabdeh18 Doluxan qızına, Cavabdeh19 və X4 məxsus 2,17 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqdlərin bağlanmış hesab edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər qeyd olunan torpaq sahələrini 2003-cü ilin may-iyun aylarında iddiaçıya faktiki olaraq aralarındakı razılaşmaya uyğun olaraq satmış, ancaq torpaq sahələrinə görə iddiaçıdan torpağın pulunu alsalar da, alqı-satqı rəsmiləşdirməkdən boyun qaçırmışlar.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsi və Məcəllənin alqı-satqı zamanı qüvvədə olmuş 335.2-ci maddəsi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsin də icraat
7. Cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)-330/2008 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın onlara aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyatorların iddia tələbindən və birinci instansiya məhkəməsinin iclasından məlumatları olmamış, məhkəmədə iştirak etməmiş və məhkəməyə teleqram göndərməmişlər. 22 avqust 2005-ci ildə ailə başçıları Zakirov Şöyüb Nadir oğlunun vəfatından sonra cavabdehlər iki ildən artıq müddət ərzində mülkiyyətlərində olan Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsindən istifadə etmiş, 2007-ci ilin sonlarında torpaq sahəsini 10 illik olaraq İddiaçı istifadəsinə vermiş, su pulu və vergi istənilməməsi üçün torpağın mülkiyyətə verilməsinə dair dövlət aktını da sonuncuya vermişlər. 3-4 ildir ki, torpaq yenidən cavabdehlərin istifadələrindədir, meyvə ağacları əkmiş, ağaclar böyütmüşlər. İddiaçı Cavabdeh12 qarşı torpaq sahəsindən məcburi çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, torpaq sahəsini İddiaçı qanunsuz olaraq mülkiyyətinə almışdır.
9. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(107)-1134/2022 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovun və R.R.Rəfiyevin iştirakı ilə) cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakiro va) Samirə Şöyüb qızı, Cavabdeh12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli, 2(014)330/2008 nömrəli qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, mülki iş materiallarına əlavə edilən iş üzrə cavabdehlər Cavabdeh11 və Cavabdeh12 10 dekabr 2008-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim etdikləri yazılı izahatlarından məlum olmuşdur ki, onlar İddiaçı onlara və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldırdığı iddianı qəbul etmişlər və onların mülkiyyətində olan 2,04 hektar torpaq sahəsinin 2003-cü ilin may ayında qarşılıqlı razılaşma əsasında İddiaçı satmışlar. Bundan başqa mülki iş materiallarına əlavə edilən 05 dekabr 2008-ci il tarixli teleqramdan məlum olmuşdur ki, cavabdehlərdən Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı məhkəməyə teleqram göndərərək, İddiaçı ona və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldırdığı iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən onların mülkiyy ətində olan 2,04 hektar torpaq sahəsinin 2003-cü il tarixdə iddiaçıya satdıqlarını məhkəmədə yazılı qaydada etiraf etmişlər. İş materiallarında yazılı müqavilənin olmaması apellyasiya şikayətinin təmin edilməsi və iddianın apellyatorlara münasibətdə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyatorların birinci instansiya məhkəməsində iştirak edərək iddianı qəbul etmələri və iddianın təmin edilməsi barədə məhkəməyə yazılı müraciət etmələri, həmin yazılı müqavilənin zəruriliyi məsələsini aradan qaldırmış olur və alqı-satqı müqaviləsini qanuni hala gətirmiş olur. Çünki mübahisəli torpaq sahəsinin iddiaçıya satılması etiraf edilmiş və iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
12. Daha sonra apellyasiya məhkəməsi şikayətin birinci instansiya məhkəməsinin iclasında apellyatorla rın iştirak etməmələri barədə hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlər Cavabdeh11 və Cavabdeh12 10 dekabr 2008-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə təqdim etdikləri yazılı izahatlarından məlum olmuşdur ki, onlar İddiaçı onlara və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldırdığı iddianı qəbul etmişlər və onların mülkiyyətində olan 2,04 hektar torpaq sahəsinin 2003-cü ilin may ayında qarşılıqlı razılaşma əsasında İddiaçı satmışlar. Eyni zamanda 05 dekabr 2008-ci il tarixli teleqramdan məlum olmuşdur ki, cavabdehlərdən Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı məhkəməyə teleqram göndərərək, İddiaçı ona və digər cavabdehlərə qarşı əqdin bağlanmış hesab edilməsi tələbinə dair qaldırdığı iddianı qəbul etdiyini, işə onun iştira kı olmadan baxılmasını və iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Apellyatorlar isə həmin ərizələri mübahisələndirilməmiş, imzaların apellyatorlara aid olub-olmamasını yoxlamaq üçün xətşünaslıq ekspertizasının təyin edilməsi barədə hər hansı bir vəsatət verməmiş və cavabdehlərdən Mustafayeva (Zakirova) Samirə Şöyüb qızının məhkəməyə teleqram göndərməməsi barədə hər hansı bir sübut növü təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin ərizə və teleqramı yazılı sübut kimi qəbul edərək şikayətin təmin edilməməsi qənaətinə gəlmişdir.
13. Apellyasiya şikayətin digər dəlili olan 2007-ci ilin sonlarına yaxın torpaq sahəsini 10 illik olaraq əvvəllər tanıdıqları İddiaçı istifadəsinə vermələrinə aid hissəsinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, apellyatorlar torpaq sahəsinin iddiaçıya istifadəyə vermələrinə dair hər hansı bir sübut növü təqdim edə bilməmişlər. Əksinə iş materiallarında olan ərizə və teleqramla müəyyən edilir ki, apellyatorlar torpaq sahəsini iddiaçıya satmışlar.
14. Apellyasiya şikayətinin Zakirov Şöyüb Nadir oğlunun (xx.xx.2005-ci ildə vəfat etmişdir) ölümündən sonra onların qanun üzrə birinci növbəli vərəsələr olaraq onun torpaqda olan payını rəsmi qəbul etməmələri hissəsinə münasibət bildirərək apellyasiya məhkəməsi qeyd etmişdir ki, şikayətin bu dəlili də əsassız olmaqla qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Apellyatorların şikayətlərindən görünür ki, 22 avqust 2005ci ildə ailə başçıları Zakirov Şöyüb Nadir oğlunun vəfatından sonra iki ildən artıq müddə t ərzində mülkiyyətində olan Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi istifadələrində olmuşdur. Mülki Məcəllənin 1243, 1255-ci maddələrinə əsasən mirası faktiki idarəçiliyə qəbul edildiyi vaxtdan artıq miras vərəsənin mülkiyyətidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(107)-1134/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın onlara aid hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülk i Məcəlləsinin 152.1, 152.5, 153.3, 567-ci, Mülki Prosessual Məcəllənin 217.2, 372.1, 380.1-ci maddələri pozulmuşdur. Belə ki, cavabdehlərin iddia tələbindən və məhkəmə iclasından məlumatları olmamış, məhkəmədə iştirak etməmiş və məhkəməyə teleqram göndərməmişlər. Bu hal məhkəmənin prosessual hüquq pozuntusu ilə işə baxmasını sübut edir. 22 avqust 2005-ci ildə ailə başçıları Zakirov Şöyüb Nadir oğlunun vəfatından sonra iki ildən artıq müddət ərzində mülkiyyətlərinə olan Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində 0,66 hektar torpaq sahəsi cavabdehlərin istifadələrində olmuş, 2007-ci ilin sonlarında torpaq sahəsini 10 illik olaraq İddiaçı istifadəsinə vermiş, su pulu və vergi istənilməməsi üçün torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına da sonuncuya vermişlər. İddiaçı torpağı qanunsuz olaraq mülkiyyətinə almışdır. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli qətnaməsi qəbul ediləndə Cavabdeh20 evli olmuş, Mustafayeva soyadını qəbul etmişdir. Məhkəməyə teleqrama göndərmiş olsaydı, Mustafayeva soyadı ilə göndərmiş olardı. Məhkəmə qətnamə qəbul edərkən, Zakirov Şöyüb Nadir oğlu vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələr onun torpaqda olan payını rəsmi qəbul etməmişlər. Ağdaş Rayon Məhkəməsinin 10 dekabr 2008-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinad edilmişdir. Həmin maddə 24 iyun 2005-ci il tarixdə Məcəllədən çıxarılmışdır. Tərəflər arasında münasibətlər 2007-ci ilin sonlarında yaranmışdır. Cavabdehlər məxsus torpağın İddiaçı satılmasına razı olduqları halda, məhkəməyə müraciət edilməsinə zərurət olmamışdır. Şəki Apellyasiya Məhkəməsi iş materiallarını tam araşdırmamasından biri də onunla sübut olunur ki, mübahisə edilən torpaq sahəsinin 0,66 hektar olduğu halda, qətnamədə 2,04 hektar torpaq sahəsi kimi göstərilmişdir. Apellyatorların iş materialında ərizələrin və yaxud izahatların olmasından məlumatı olmadığı halda, xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verə bilməzdirlər.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə ba xan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
20. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia 20 nəfər cavabdehə qarşı təmin edilsə də, apellyasiya şikayətini yalnız 3 nəfər verdiyindən apellyasiya baxışının predmetini qətnamənin yalnız onlara aid hissədə yoxlanılması təşkil etmişdir. Hazırda kassatorlar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin eyni əsaslarla tam ləğv olunmasını xahiş etdiklərinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 335.2-ci maddəsinə əsasən (24 iyun 2005-ci il tarixədək olan redaksiyada) əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı sayma q ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işd ə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə (birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildiyi dövrə qüvvədə olmuş redaksiyada) əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hü quq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişi klik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, işin hallarına hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə il ə tam razılaşır.
25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsində işə baxılmasından xəbərsiz olmalarını bildirsələr də, iş materiallarından müəyyən olunur ki, iddia ərizəsinin surəti onlara imza edilməklə təqdim olunmuşdur (cild 1, i.v. 3, iddia ərizəsinin üçüncü vərəqəsinin arxa səhifəsi). Həmçinin iş materiallarından müəyyən olunur ki, X13 və Cavabdeh12 qızı birinci instansiya məhkəməsinə yazılı izahat verərək, pay torpaqlarını 2003-cü ildə iddiaçıya satdıqlarını etiraf etmiş (cild 1, i.v. 92-93), cavabdeh X11 isə məhkəməyə oxşar məzmunlu teleqram ünvanlamışdır (cil 1, i.v. 96).
26. Cavabdehlər qeyd olunan izahatların və teleqramın onlar tərəfindən tərtib olunmamasını iddia etsələr də, məhkəmə kollegiyası bununla bağlı dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya məhkəməsi qeyd etdiyi kimi, cavabdehlər müvafiq ekspertizanın keçirilməsi ilə bağlı məhkəməyə vəsatət verməmişlər. Kassatorlar belə vəsatətin verilməməsinin səbəbini apellyasiya icraatı zamanı bu izahatların mövcudluğundan məlumatlı olmamaları ilə əlaqəli olmasını kassasiya şikayətlərində göstərsələr də, onların bu dəlili həqiqətə uyğun deyildir. Belə ki, apellyasiya şikayətinin məzmununda göstərilən izahat və teleqramlara istinad olunmuşdur. Həmçinin Cavabdeh20 işə birinci instansiya məhkəməsində baxılarkən artıq nikaha daxil olduğu üçün soyadının dəyişildiyini göstərsə də, bununla bağlı sübutları (nikah haqqında şəhadətnamə, “Mustafayeva” soyadı ilə şəxsiyyət vəsiqəsinin surəti və ya müvafiq arayışları) işin faktiki hallarını ara şdıran apellyasiya məhkəməsinə təqdim etməmişdir.
27. Halbuki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasın a dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
28. Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqinin qanunsuzluğuna dair kassasiya şikayətinin dəlili üzrə məhkəmə kollegi yası qeyd edir ki, apellyasiya məhkəməsi tam hüquqlu məhkəməsi kimi işin faktiki hallarını araşdırarkən, o cümlədən cavabdehlərin qeyd olunan izahatlarına istinad edərək tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı münasibətlərinin 2003-cü ildə yarandığını müəyyən etmişdir. Belə olan halda, apellyasiya məhkəməsinin həmin dövrdə (24 iyun 2005-ci il tarixədək) qüvvədə olmuş Mülki Məcəllənin 335.2-ci maddəsinə istinadı və cavabdehlərin etiraflarına uyğun qərar qəbul edilməsi Mülki Prosessual Məcəllənin 106.3 və 217.2-ci maddələrinə uyğun olmuşdur.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mərhum ailə başçılarından qalmış mirasın rəsmi qəbul edilməmələri əhəmiyyət kəsb etmir. Belə ki, apellyasiya məhkəməsi torpaq sahəsinin alqı-satqısına dair razılaşmanın onun sağlığında, yəni 2003-cü ildə baş tutmasını müəyyən etmişdir.
30. Nəhayət, apellyasiya məhkəməsinin qətnaməsinin təsviri və əsaslandırıcı hissələrində mübahisəli torpaq sahəsinin 0,66 ha deyil, 2,04 ha kimi göstərilməsini də məhkəmə kollegiyası kassasiya şikayətinin təmini üçün əsas kimi qəbul etmir. Məhkəmə kollegiyası qətnamədə torpaq sahəsinin ölçülərinin düzgün göstərilməməsini texniki səhv kimi qiymətləndirir və hesab edir ki, bu işin mahiyyətinə təsir etmir.
31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgü n tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh11, Mustafayeva (Zakirova) Samirə Şöyüb qızı, Cavabdeh12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(107)-1134/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.