Məhkəmə qərarları › İş №2(102)-1783/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1783/2024

15.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1783/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Kateqoriya (Açar sözlər): kassasiya şikayətinin qaytarılması; kassasiya şikayəti imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-183 8/2023 nömrəli, 12 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Vel kəndində yerləşən ümumi sahəsi 0.20324 ha olan torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş "daşınmaz əmlakın bağışlanması” müqaviləsinin və Lənkəran rayonu, Vel kəndində yerləşən 0.22 ha torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 25 iyul 2022-ci il tarixdə tərtib edilmiş "daşınmaz əmlakın bağışlanması” müqaviləsinin etibarsız hesab edilməsi barədə qə tnamə çıxarılmasını xahiş etmişdir.

2. Lənkəran Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(049)-2763/2023 nömrəli qətnaməsi ilə (hakim-Anar Pənahov) iddia rədd edilmişdir. a) Apellyasiya instansiyası məhkəməsində icraat

3. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 dekabr 2023-cü il tarixli, 2(106)-1838/2023 nömrəli qətnaməsi ilə (hakimlər-İlham Əsədov (sədrlik edən və məruzəçi) Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qətnamədən iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Şirvan Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli 2(106)-1838/2023 nömrəli qərardadı ilə (hakimlər-İlham Əsədov (sədrlik edən və məruzəçi) Samir Mayılov və Tofiq Heydərov) qətnamədən verilmiş kassasiya şikayəti geri qaytarılmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə biləcəyi izah edilmişdir.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassassiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, təqdim edilmiş kassasiya şikayəti isə iddiaçının vəkili tərəfindən imzalansa da vəkil in kassasiya şikayətini imzalamağa dair səlahiyyəti müəyyən edilməmiş, kassasiya şikayəti, müvafiq səlahiyyətləri təsdiq edən etibarnamə əlavə edilmədən elektron sistemə yerləşdirilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3, 408.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-1838/2023 saylı qərardadının ləğv edilməsi və şikayətlərinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatına qəbul olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti əsaslandırılarkən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarətdir ki, “Təqdim edilmiş kassasiya şikayəti iddiaçının vəkili tərəfindən imzalansa da vəkilin kassasiya şikayətini imzalamağa dair səlahiyyəti müəyyən edilməmiş, kassasiya şikayəti müvafiq səlahiyyətləri təsdiq edən eİbarnamə əlavə edilmədən elektron sistemə yerləşdirilmişdir.” Apellyasiya instansiyası məhkəməsinin qərardadını aşağıdakılara əsasən əsassız və qanunsuz hesab edirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3-ci maddəsinin tələbinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtb etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməli dir. ununla bağlı bildirmək istərdi ki, iddiaçı-kassatorun özünün şəxsən elektron məhkəmə sisteminə çıxışı olmadığından, kassasiya şikayəti həmin şikayəti imzalamış vəkilin vəkil kabineti vasitəsi ilə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Bu zaman digər müvafiq sənədlərlə birlikdə, iddiaçı-kassator tərəfindən verilmiş eİbarnamə əsasında onun qardaşı Nümayəndə1 tərəfindən imza edilmiş kassasiya şikayəti ərizəsi “pdf” formada elektron məhkəmə sisteminə əlavə edilmişdir. Nümayəndə1 müvafiq səlahiyyəİni təsdiq edən etbarnamə isə işin materiallarında vardır.

12. Beləliklə, apellyasiya instansiyası məhkəməsi öz qərardadını ətraflı, tam və obyekİv araşdırmadan və lazımi qaydada əsaslandırmadan qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi təqdimetdiyimiz sübutu düzgün qiymətləndirməm işdir

13. Kassasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407. 3-cü maddəsinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qarşı etiraz versə də həmin etiraz “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kab inet vasitəsilə həyata keçirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

16. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

17. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından iş in müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

18. Maddə 407.3. Kassassiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

19. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

21. Hazırki kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq nor maları düzgün tətbiq edilmişdir.

23. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən kassasiya şikayəti vəkil tərəfindən elektron imza ilə imzalanarkən, əgər vəkil həm də nümayəndə deyildirsə kassasiya şikayəti şikayət verən tərəf və ya onun nümayəndəsi tərəfindən də elektron imza ilə imzalanmalıdır. İş materialları və “Elektron məhkəmə” informasiya sisteminin məlumatları ilə təsdiq edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(106)-1838/2023 nömrəli qətnaməsindən 29 fevral 2024-cü il tarixində verilmiş kassasiya şikayəti elektron imza ilə sadəcə cavabdehin vəkili tərəfindən imzalanmış və vəkilin kassasiya şikayəti vermək səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 407.3-c ü maddəsinə əsasən kassassiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. MPm-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

24. Kassasiya şikayətinin müvafiq sənədlərlə birlikdə, iddiaçı-kassator tərəfindən verilmiş eİbarnamə əsasında onun qardaşı Nümayəndə1 tərəfindən imza edilmiş kassasiya şikayəti ərizəsinin “pdf” formada elektron məhkəmə sisteminə əlavə edildiyi, Nümayəndə1 müvafiq səlahiyyəİni təsdiq edən etbarnamənin isə işin materiallarında olduğu, apellyasiya instansiyası məhkəməsinin təqdim etdiyikləri sübutu düzgün qiymətləndirmədiyi barədə olan dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, kassasiya şikayəti iddiaçının vəkili tərəfindən imzalansa da vəkilin kassasiya şikayətini imzalamağa dair səlahiyyəti müəyyən edilməmiş, kassasiya şikayəti, müvafiq səlahiyyətləri təsdiq edən etibarnamə əlavə edilmədən elektron sistemə yerləşdirilmişdir.

25. Məhkəmə kollegiyası bu qərarın 23-cü bəndində şərh edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nə ticə ilə razılaşır.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini qaytararkən Azərbaycan Respublikasının MPM-in 407.3 və 408.1.1-ci maddələrini düzgün tətbiq etmişdir, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

27. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli 2(106)-1838/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar