Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1783/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 (prosessual hüquqi varisi X2) cavabdehlər X3 və X4(prosessual hüquqi varisi X5) qarşı (Bakı şəhəri 23 saylı notariat ofisi, X6, X7, X8 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) və müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 cavabdehlər X3, X4 prosessual hüquqi varisi X5, X1 prosessual hüquqi varisi X2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mirasın faktiki qəbulu, vəsiyyətnamənin etibarsızlığı vərəsələrin miras paylarının müəyyən edilməsi ilə bağlı mübahisə, kassasiya instansiyası məhkəməsinin göstərişləri. Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-231/2024 nömrəli, 7 avqust 2024-cü il tarixli qətnaməsindən müstəqil tələblər irəli sürən üçüncü şəxs Quliyeva X9Dövlət qızının kassasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X10 ilə X11 xx.xx.1961-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, nikah bağlandıqdan sonra ərə X, arvada X soyadı verilmişdir. Onların birgə nikahından X4, X7, X1, X3, X8, X12və X9adlı 7 övladı doğulmuşdur. 2. ünvan1i X10nun adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə q eydiyyatdan keçmişdir.
3. X10 xx.xx.2006-cı il tarixdə ölmüşdür.
4. X1 ilə X2 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır. 5. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2012-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə vəfat etmiş X10nun vərəsələri bunlardır: X11ı, X12, X1, X7, X8 və X9. Onların hər biri bərabər hissədə miras əmlakdan pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak "Kapital Bank” ASC-nin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındakı 6478 nömrəli hesabda olan əmanətdən və onun faizlərindən ibarətdir.
6. X12xx.xx.2017-ci il tarixdə ölmüşdür.
7. X11 tərəfindən şəxsən, şahidlər X5 və X13nın iştirakları ilə imzalanmış xx.xx.2018-ci il tarixli ev vəsiyyətnaməsinə əsasən xx.xx.1940-cı il tarixdə ünvan2ndə anadan olmuş X11ölən gününə kimi ona m əxsus olan bütün əmlaklarını, o cümlədən ünvan1-dan ona düşən payını (mərhum həyat yoldaşı X10nun adına xx.xx.2003-cü ildə 1291 saylı reyestr kitabında qeydə alınmış, 30/1938925 nömrə ilə qeydə alınmış 76,18 kv.m mənzilini) X1 vəsiyyət edir. Mənzilinin qeydiyyat vəsiqəsini təqdim edir. Bu vəsiyyətnamənin bir sürəti depozitə qoyulması üçün Bakı şəhəri 50 saylı Dövlət Notariat Kontoruna göndərilmişdir. Bu vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitələrin, kompüterin köməyi ilə miras qoyanın sərbəst iradə ifadəsinə uyğun tərtib olunmuşdur. Ona görə də imzaları ilə onu təsdiq edirlər.
8. X11Əli xx.xx.2019-cu il tarixdə ölmüşdür. 9. “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 23 saylı Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli qərarı ilə X3 və X4 ü nvan1 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələrinə imtina cavabı verilmişdir. Buna səbəb kimi X3 və X4 miras açıldıqdan sonra və əvvəl göstərilən mənzildə yaşamamaqları, bununla yanaşı qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxılması və notariat ofisinə mirasın faktiki qəbulu, ona sahiblik etmələri barədə sübutlar və hüquq müəyyənedici sənədlər təqdim etməmələri göstərilmişdir. 10. “Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında” 23 saylı Dövlət Notariat Kontorunun xx.xx.2019-cu il tarixli qərarı ilə X1 ünvan1 ünvanında yerləşən mənzilə dair vərəsəliyi qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı ərizələrinə imtina cavabı verilmişdir. Bun a səbəb kimi mərhum X10nun vərəsəliyi qəbul etmiş digər vərəsəsi X9 özünə çatan paya münasibət bildirməməsi və əmlakın bölgüsü zamanı X9 çatacaq hissə açıq saxlanılacağından vərəsə X1 bölgü ilə razılaşmaması və əmlaka tam mülkiyyət hüququ əldə etmək istəməsidir.
11. X1 xx.xx.2019-cu il tarixdə ölmüşdür. 12. 142 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 516 saylı arayışa əsasən X2 ünvan1 ünvanında qeydiyyatdadır və yaşayır. X1 vəfat edən günə qədər yuxarıda göstərilən ünvanda qeydiyyatda olmuş və həyat yoldaşı ilə birgə yaşamışdır. Dəfn xərclərini həyat yoldaşı X2 çəkmişdir. 13. 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 697 və 698 saylı arayışa əsasən X9 ünvan1 ünvanında qeydiyyatdadır və yaşayır. Mərhum X10 özünə mənsub olan mənzildə vəfat edərkən həyat yoldaşı X11, X7, X9, X8 yaşamış və qeydiyyatdadırlar. Həmin ünvanda X4, X3, X12(mərhum), X1(mərhum) yaşamamış və mərhum X1 bu ünvanda qeydiyyatda olsa da, ölən günə qədər bu ünvanda yaşamamışdır.
14. X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür. 15. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli Şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi X5 və o, miras əmlakdan tam hissədə pay almalıdır.
16. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri 23 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2V-1-245 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən a pellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı X1 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb edilməklə) cavabdehlər X3 və X4Dövlət qızına qarşı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2006-cı il tarixdə vəfat etmiş mərhum atası X10ndan, xx.xx.2019-cu ildə vəfat etmiş mərhum anası X11dan miras qalmışünvan1in onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı X1 iddia tələbini onunla əsaslandırmışdır ki, atasının ölümündən sonra əmlakı onunla anası qəbul etmişdir. Sonradan anası da rəhmətə getmişdir. O, hazırda da mübahisə predmetini təşkil edən mənzildə qeydiyyatdadır.
19. İddiaçı X1 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən onun arvadı X2iddiaçının hüquqi varisi kimi tanınaraq mülki işə cəlb edilmişdir.
20. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər X3ı, X4 X1nun hüquqi varisi X2a qarşı iddia ərizəsi (tələbin həcminin artırılmasına dair ərizə) təqdim edərək, 06 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab olunması, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması, ünvan1in onun tərəfindən qəbul olunması və miras əmlakdan tam şəkildə payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 tələbini onunla əsaslandırmı şdır ki, digər vərəsələrdən heç biri miras əmlakı faktiki qəbul etməmişdir. İş materiallarında olan vəsiyyətnamə tam qanunsuz hesab edilməlidir, həmin vəsiyyətnamənin şahidlərin iştirakı ilə tərtib olunması da dəqiq deyil. Bundan başqa, anasının ölümündən sonra yazılmış, vəsiyyətnamədəki imza və imzanın həqiqiliyinin yoxlanılması üçün əsas götürülmüş etibarnamədəki imza bacısı X8tərəfindən atılmışdır. Belə ki, atası şifahi formada mübahisəli mənzilin ona bağışlanıldığını bildirmiş, lakin sonradan bacı və qardaşları saxta vəsiyyətnamə əsasında onun adını gizlədərək mirası ələ keçirməyə çalışmışlar.
22. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 nömrəli, 11 mart 2021ci il tarixli qətnaməsi ilə iddia və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin olunmuş, 6 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsi etibarsız hesab edilmiş, 7 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X10ndan miras qalmış ünvan1 saylı ünvanında yerləşən mənzilin 1/7 hissəsinə X1 hüquqi varisi X2 miras payının müəyyən edilməsi, 07 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X10ndan miras qalmış Bünvan1 saylı ünvanında yerləşən mənzilin 1/7 hissəsinə X9 qızının miras payının müəyyən edilməsi, iddianın və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir (hakim Babək Qasımov).
23. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “Ev vəsiyyətnaməsi” həqiqətən mirasqoyan X11 tərəfindən imzalansa da, həmin vəsiyyətnamə şahidlərin iştirakları olmadan tərtib edilmişdir. Həmçinin, həmin vəsiyyə tnamənin bir surəti depozitə qoyulması üçün notariusa təqdim edilməmişdir. İşdə bunun əksini təsdiq edən başqa sübutlar yoxdur və vəsiyyətnamənin tərtib edilmə şərtləri vəsiyyətnamə qoyan tərəfindən pozulmuşdur. Həmin vəsiyyətnamədə onun 50 saylı Dövlət Notariat Kontoruna göndərilməsi qeyd edilsə də, Notariat Kontorunda qeyd edilən vəsiyyətnamə aşkar edilməmişdir.
24. Qeyd edilənə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, vəsiyyətnamənin tərtib edilmə şərti pozulduğu üçün, o, etibarsız sayılmalıdır.
25. Miras qoyan X11 son iradəsini həyata keçirməsinə X3, X4, X1 hüquq varisi X2 tərəfindən qəsdən maneçilik törətmələri, başqa sözlə onların ləyaqətsiz vərəsə sayılmalarına əsas verən hallar müəyyən edilməmiş və üçüncü şəxs X9 bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdə X10in ölməsi ilə ondan miras qalmış mənzilə vərəsəlik açılmış və mülki qanunvericiliyə görə onun arvadı X11 və övladları onun birinci növbəli vərəsələri sayılırlar. X11 isə xx.xx.2019cu ildə öldüyündən onun mənzilə olan pay hüququ vərəsələri olan övladlarına, yəni X4, X7, X1, X3, X8, X12 və X9 keçib və belə olan halda miras mənzil 7 vərəsə arasında bölünməlidir.
27. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırda mübahisəli mənzillə bağlı iddianı yalnız X1 hüquq varisi X2 və X9 irəli sürdüklərindən, onların hər birinin mənzil üzərində payı 1/7 hissədə müəyyən edilməlidir. Mübahisəli mənzildə faktiki olaraq X9 və X7 yaşasalar da, digər vərəsələr həmin mənzilə gəlib-gediblər və onlar fa ktiki olaraq paylarını qəbul ediblər. Notariusun qərarı ilə X3 və X4 adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilərkən, onların mirasa vərəsəlik açılanadək və ondan sonra miras mənzildə yaşamamaları, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddəti buraxmaları, mirası faktiki qəbul etmələrinə dair notariat ofisinə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etməmələri və ailə qurduqdan sonra onların miras mənzildən digər yaşayış sahəsinə köçüb getmələri göstərilsə də, onlar həmin mənzilə olan pay hüququndan imtina etməyiblər və hazırki vaxtadək mübahisəli mənzilə gedib-gəliblər. Bu baxımdan onların mənzildə yaşamamaları miras paylarından imtina kimi qiymətləndirilməməlidir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1137, 1159, 1166-1168, 1179, 1184, 1186, 1187, 1203, 1225-ci, Mülki Prosessual Məcəllənin 88, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
29. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, anası X11 o baxmış, qardaşları və bacıları müəyyən zamandan sonra mənzildə yaşamamış, ailə həyatı quraraq başqa mənzildə yaşamağa başlamışlar. Bundan sonra da ailəli olsa da anasına o, baxmış, onunla xəstəxanaya getmiş, ondan i cazəsiz iş görməmişdir. Mənzilin satılması ilə bağlı anasının fikrini soruşmuş, anası satılmamasını istəmişdir. Anası öldükdən sonra əsassız şəkildə ev vəsiyyətnaməsi tərtib olunmuş, əsassız imzalarla təsdiq olunmuş, halbuki vəsiyyətnamə şəxsən tərtib edilməli və imzalanmalıdır. Onu nikahdan olan uşaq kimi daxil etməmişlər. Uzun müddət evdə o, yaşadığı üçün və anasına baxdığı üçün həmçinin kommunal və digər xərcləri də çəkdiyi üçün evin tam olaraq ona məxsus olduğunu düşünür.
31. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6950/2021 saylı, 7 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov).
32. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı işdə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 anası X11-in son iradəsinə cavabdehlər X3, X4, X1 hüquqi varisi X2 tərəfindən qəsdən maneə törədilməsi və şəxslərin ləyaqətsiz vərəsə sayılmasının əsasında dura biləcək faktiki hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşıldıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Bundan başqa mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmas ını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1134, 1137, 1145, 1146, 1157, 1159, 1203-cü, Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
34. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X9 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(1 02)-1842/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – iddiaçı X1 iddia tələblərinin və üçüncü şəxs X9 iddia tələblərinin təmin olunan hissələrində ləğv olunmuş, iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
36. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - X1 in iddia tələblərinə və X9 iddia tələblərinin təmin olunan hissələrində istisna olmaqla, qalan hissələrdə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. X9Soltanəliyevanın iddia tələblərinin “06 yanvar 2018-ci il tarixli “Ev vəsiyyətnaməsinin” etibarsız hesab edilməsi, cavabdehlərin ləy aqətsiz vərəsə sayılmaları” hissələrində rədd etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və Mülki Məcəllənin 1137, 1203.2-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib; - bununla belə apellyasiya instansiyası məhkəməsi X1, habelə X9 iddia tələblərinin təmin olunan hissələrində gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb; - belə ki, işdən görünür ki, 4 fevral 1961-ci ildə X10 rəsmi nikah əsasında X11Abdulrəhimova ilə ailə qurub və onların birgə nikahından X4, X7, X1, X3, X8, X12və X9adlı 7 övladları doğulub. 2 oktyabr 2003-cü il tarixli Çıxarışa əsasən, ünvan1i mülkiyyət hüququ üzrə X10in adına qeydə alınıb və 7 dekabr 2006-cı ildə o, ölüb. 9 sentyabr 2017-ci ildə X10in oğlu X12Soltanəliyev, 23 may 2019-cu ildə isə arvadı X11ölüb. Polis orqanının 16 iyun 2019-cu il tarixli arayışına görə, X1 X7, X8, X9 və X11 sözügedən mənzildə qeydiyyatdadırlar; - həmçinin, 23 saylı notariat ofisinin 30 iyul 2019-cu il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtina barədə” Qərarı ilə müəyyən olunur ki, miras qoyan X10in övladlarından X3 və X4 miras mənzilə vərəsəlik açılanadək və ondan sonra həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar; - habelə, X3 və X4 miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir sübut və ya hüquq müəyyənedici sənədlər təqdim etməyiblər və bu səbəbdən də onların adlarına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib; - eyni zamanda 23 saylı notariat ofisinin 30 iyul 2019-cu il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” Qərarı ilə müəyyən olunur ki, mərhum X10in vərəsəliyi qəbul etmiş digər vərəsəsi X9 özünə çatan paya münasibət bildirmədiyi və mənzildən payın ayrılması zamanı ona çatacaq hissə açıq saxlanılacağından vərəsə X1 bölgü ilə razılaşmayıb və mənzilə tam mülkiyyət hüququ əldə etmək istəməsi əsas tutularaq onun adına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib; - daha sonra, notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006cı ildə vəfat etmiş X10in vərəsələri X11, X12, X1, X7, X8 və X9 hesab edilir və onlardan hər biri "xxxx" ASC-də mərhum X10dən miras qalmış əmanətdən və ona hesablanmı ş faizlərdən bərabər hissədə pay alıblar; - bundan başqa, işdən görünür ki, 10 aprel 2010-cu ildə X1 rəsmi nikah əsasında X2 ilə ailə qurub və 17 avqust 2019-cu ildə o, ölüb. Bakı şəhəri, 142 saylı MKİS-nin 24 avqust 2019-cu il tarixli arayışına görə, X2 miras mənzildə qeydiyyatdadır və orada yaşayır. Mərhum X1 də ölən günədək sözügedən mənzildə qeydiyyatda olub və arvadı X2 ilə birlikdə həmin mənzildə yaşayıb və onun dəfn xərclərini də arvadı X2 çəkib; - Bakı şəhəri, 142 saylı MKİS-nin 19 noyabr 2019-cu il tarixli digər arayışı ilə isə müəyyən olunur ki, X9 miras mənzildə qeydiyyatdadır və orada yaşayır. Mərhum X10ə məxsus olan sözügedən mənzildə o, ölən günədək arvadı X11, qızları X7, X9 və X8 ilə birlikdə qeydiyyatda olmaqla yaşayıblar. Lakin, X4, X3, X12 və X1 miras mənzildə yaşa mayıblar. X1 miras mənzildə qeydiyyatda olsa da, ölən günədək həmin mənzildə yaşamayıb; - əvvəla, mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir; - nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitə si ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən miras qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi, məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti q urumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır; - eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri); - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, apellyasiya instansiyası məhkəməsi mərhum X10in bütün vərəsələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədən, onların hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, vərəsələrdən kimlərin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermələrini və ya miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirməklə, onlardan hansının mirası qəbul etmələrini lazımi şəkildə araşdırmadan, bu barədə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, X4, X3, X12 və X1 miras mənzili qəbul etmələrinə dair işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, habelə Bakı şəhəri, 142 saylı MKİS tərəfindən verilmiş arayışlardakı ziddiyyətlərə aydınlıq gətirmədən, mərhum X10in yuxarıda adı çəkilən bütün vərəsələrinin miras m ənzili qəbul etmələri nəticəsinə gəlmişdir; - halbuki, 23 saylı notariat ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə müəyyən olunar ki, mirası qoyan X10in övladlarından X3 və X4 miras mənzilə vərəsəlik açılanadək və ondan sonra ümumiyyətlə həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar; - eyni zamanda, X3 və X4 miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir yazılı sübut və ya hüquq müəyyənedici sənədlər təqdim etməyiblər. Həmçinin, notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli digər Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006-cı il tarixdə vəfat etmi ş X10in vərəsələrindən yalnız X11, X12, X1, X7, X8 və X9 mirası qəbul ediblər və onlardan hər biri "xxxx" ASC-də mərhum X10dən miras qalmış əmanətdən və ona hesablanmış faizlərdən bərabər hissədə pay almalıdırlar; - Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - Mülki Məcəllənin 1318-ci maddəsinə əsasən, miras əmlak bütün vərəsələr arasında, qanun üzrə vərəsələr arasında bərabər, vəsiyyət üzrə vərəsələr arasında vəsiyyətnamədə müəyyən edilmiş paylarla, paylar müəyyən edilmədikdə bərabər bölüşdürülür; - buna görə də miras əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin, bəzən açılmış miras üzrə vərəsələrdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər, bəzilərinin isə olduğu yer, ümumiyyətlə, məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməl idirlər; - “Notariat haqqında” Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür; - göründüyü kimi qanunverici mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini yalnız məhkəmənin deyil, notariusun da üzərinə qoyub; - belə olan halda işə yenidən apellyasiya qaydasında baxılarkən bütün vərəsələr işə cəlb edilməklə, yuxarıda sadalanan hallara aydınlıq gətirilməli və onların vərəsəliyə çağırıldıqlarını bilib-bilməmələri araşd ırılmaqla, onlardan hansının mirasın bir hissəsinə sahiblik etməyə faktik başlamaqla mirası tamamilə qəbul etmələri yoxlanılmalı və nəticəsindən asılı olaraq bütün vərəsələrin miras mənzildəki payları müəyyən edilməlidir; - Mülki Məcəllənin 1246-cı maddəsində isə göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - bu baxımdan X9 kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Belə ki, işdə olan sübutları təhl il etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5793/ 2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – yoxlanılan qətnamənin xx.xx.2006-cı ildə vəfat etmiş mərhum X10ndan miras qalmış ünvan1 saylı ünvanında yerləşən mənzilin 1/7 hissəsinə X1 hüquqi varisi X2, 7 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X10ndan miras qalmış ünvan1 saylı ünvanında yerləşən mənzilin 1/7 hissəsinə X9 miras payının müəyyən edilməsi (baxılan) hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, 7 dekabr 2006-cı ildə vəfat etmiş mərhum X10ndan miras qalmış ünvan1 saylı ünvanında yerləşən mənzilin 1/5 hissəsinə X1hüquqi varisi X2qızının, 7 dekabr 2006-cı ildə vəfat etmiş mərhu m X10ndan miras qalmış ünvan1 saylı ünvanında yerləşən mənzilin 1/5 hissəsinə X9miras payının müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), İlham Kərimli, Elşən Kazımov).
38. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdiklərindən, beləliklə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqlarından, mirası tamamilə qəbul edilmiş sayılan X11 öldüyündən, onun həm irsi transmissiya üzrə, həm də miras şərikliyi üzrə olan X12 (hüquq varisi), X1 (hüquq varisi), X7, X8 və X9 miras əmlak üzərində hüquqları müəyyən edilməli, X1un hüquqi varisi X2 qızının və X9mənzilin 1/5 hissəsinə miras payının müəyyən edi lməsi barədə iş üzrə yeni qətnamə qəbul edilsə də, digərlərinin müraciəti (tələbləri) olmadığından qətnamədə yalnız iddia edən şəxslərin hüquqları üzrə qənaət təsbit edilməlidir. Bununla belə, X12(hüquq varisi), X7 və X8hər birinin mənzilin 1/5 hissəsinə miras payı üzrə hüquqlarının təsdiqi üçün müvafiq olaraq notariat orqanına müraciət etmək hüquqları izah edilməlidir. X3 və X4isə X10dən, habelə irsi transmissiya üzrə X11(23 saylı notariat ofisinin "Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə) mirası qəbul etməkləri təsdiq edilmədiyindən (təkzib edildiyindən) onların vərəsəlik hüquqlarının müəyyən edilməsi müəyyən edilmir.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1134.1, 1146, 1151, 1159, 1160, 1243, 1252, 125 3, 1262, 1263, 1273-1, 1324-cü maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-cı tarixli qərarı ilə əsaslandırmışdır. d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Cavabdeh X3Dövlət kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, xx.xx.2006-cı il tarixdə vəfat etmiş məhrum X10ndan miras qalmış ünvan1inin 1/7 hissəsinə onun miras payının müəyyən edilməsi ilə bağlı yeni qərar çıxarılmasını xahiş etmişdir.
41. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X9da kassasiya şikayəti verərək, qətnamənin ləğv və şikayətinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilmə sini xahiş etmişdir.
42. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)976/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5793/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
43. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: - hazırkı iş üzrə mübahisə predmeti –ünvan1dən ibarət miras kütləsinə payların müəyyən edilməsindən ibarətdir; - işin halları bölməsindən göründüyü kimi, sözügedən mənzil xüsusi mülkiyyət hüququ üzrə 02 oktyabr 2003-cü il tarixdə X10nun adına qeydiyyatdan keçmiş, sonuncu 07 dekabr 2006-cı il tarixdə vəfat etmişdir; - “Qanun üzrə vərəsəl ik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli Şəhadətnamə ilə X10nun vərəsələri – X11, X12, X1, X7, X8 və X9 "Kapital Bank” ASCnin Bakı şəhərində yerləşən 8335/0439 nömrəli filialındakı 6478 nömrəli hesabda olan əmanətdən və onun faizlərindən ibarət miras əmlakdan bərabər pay almaq hüququ müəyyən olunmuşdur; - məlum olduğu kimi, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtin a etmişdir; - iş materialları ilə müəyyən olunur ki, “Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli Şəhadətnamə mübahisələndirilməmiş, ləğv edilməmiş və hazırda da qüvvədədir; - beləliklə, qeyd olunanlardan hasil olan nəticəyə görə, həmin mənzil X10nun vərəsələri – X11 X12 X1, X7, X8 X9 tərəfindən miras əmlak qismində qəbul olunmuşdur; - digər tərəfdən, nəzərə alınmalı olan hal bundan ibarətdir ki, mübahisə predmeti olan mənzil X10 və X11 rəsmi nikahda olduqları müddət əldə olunduğundan, onların ümumi birgə mülkiyyəti sayılır. Belə ki, Ailə Məcəlləsinin 32.1 maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; - Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah ko ntraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; - buna görə də, X10 vəfat edərkən mübahisəli mənzilin yalnız ½ hissəsi miras kütləsinə daxil olmuş, digər ½ hissə isə X11 mülkiyyəti olmuşdur; - X11 23 may 2019-cu il tarixdə öldükdən sonra, 19 iyul 2019-cu il tarixdə X8ı, X7ı, X1, X3 X4 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etmiş, xx.xx.2019-cu il tarixli qərarla notariat hərəkətinin aparılmasından imtina edilmişdir; - həm iddiaçı X1, həm də müstəqil tələb irəli sürən üçüncü şəxs X9 X10 və X11 miras qalmış mübahisə predmeti olan mənzilin qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsini tələb etmişlər; - 24 avqust 2012-ci il tarixli Qanun üzrə vərəsəl ik hüququ haqqında Şəhadətnamədə adı olan digər şəxslər – X12 (hüquqi varisi), X7 və X8 isə X11 miras qalmış əmlakın qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariusa müraciət etməmiş (hazırkı halda notariusa müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş), müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etməmişlər; - apellyasiya instansiyası məhkəməsi yalnız X10ndan miras qalmış mənzilə miras paylarını müəyyən etmiş, lakin X11 miras qalmış əmlaka (mənzilin ½ hissəsi və X10dən miras qalmış 1/6 hissə) münasibət bildirməmişdir; - bunlarla bərabər, cavabdehlər X3 və X4 (hüquqi varisi) X10dən miras qalan əmlakı qəbul etməsə də, X11 miras qalmış əmlakın qəbul olunması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı mülki qanunvericiliklə müəyyən edilmiş müddətdə notariusa müraciət etmişdir; - beləliklə, işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi iş üzrə tərəflərin X11dan miras qalmış əmlaka miras paylarını müəyyən etməməklə işin hallarını düzgün müəyyən etməmiş, ətraflı araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur; e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
44. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-231/2024 saylı, 7 avqust 2024-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən üçüncü şəxs X9 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-86/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin “miras əmlakdan payların müəyyən edilməsi” hissəsində ləğv olun muş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia həmin hissədə qismən təmin edilməklə, miras qalmış ünvan1inin 81/560 hissəsinə X9, 81/560 hissəsinə X1, 81/560 hissəsinə X3, 81/560 hissəsinə X4, 81/560 hissəsinə X7, 81/560 hissəsinə X8, 74/560 hissəsinə X6 X12 payının müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, iş üzrə tərəflərin valideynləri X10lə X11arasında xx.xx.1961-ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 7 uşaq, yəni X1 X3, X4, X12, X7, X8 X9 doğulmuşdur. Onlar birgə nikahda olan dövrdə, yəni xx.xx.2003-cü il tarixdə ünvan1inə dair X10 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyes trində qeydə alınmışdır. X10 xx.xx.2006-cı il tarixdə, X12xx.xx.2017-ci il tarixdə, X11 xx.xx.2019-cu il tarixdə, X1 xx.xx.2019-cu il tarixdə, X4 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. X10nun ölümündən sonra verilmiş xx.xx.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən onun vərəsələri kimi arvadı - X11, uşaqları - X12, X1, X7, X8 X9 müəyyən edilmiş, lakin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 115/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin şəhadətnamə etibarsız hesab edilmişdir. Bu qətnamə qanuni qüvvəsini almışdır. X11Əli qızının ölümündən sonra xx.xx.2019-cu il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarla X1, X3 və X4 ünvan1 inə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdi r.
46. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə göstərmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə əldə olunduğundan tərəflərin valideynləri X10 ilə X11qızının ümumi paylı mülkiyyəti olmuşdur. Başqa sözlə, həmin əmlak üzərində ½ hissədə ərin (X10), ½ hissədə arvadın ( X11) pay hüququ yaranmışdır.
47. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə artıq məhkəmə qaydasında etibarsız hesab edilmiş, eyni zamanda, X10nun, habelə X11 ölümündən sonra iş üzrə tərəflərdən, o cümlədən sonradan ölmüş uşaqlardan hər hansı biri mirasdakı payından imtina etməmiş, əksinə onlardan bir neçəsi mirası qəbul etmək üçün aidiyyəti üzrə notariat ofisinə müraciət etmişdilər. Bu baxımdan X10nun ölümündən sonra onun ar vadı və 7 uşağının hər biri ondan miras qalmış mənzili qəbul etmiş vərəsə hesab edilməli və onların hər birinin miras əmlakda payı müəyyən edilməlidir. Bununla belə, hüquqi nəticə etibarı ilə X10 xx.xx.2006-cı il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlakdan onun vərəsələrinin hər birinin (arvadı + 7 uşağı = 8 vərəsə) 1/16 hissədə pay almaq hüququ yaranmışdır.
48. Bundan sonra xx.xx.2017-ci il tarixdə Soltanəliyev X12Dövlət oğlu ölmüş və artıq ondan miras qalmış bu paydan X11Əli qızının, habelə onun arvadının və iki uşağının bərabər hissədə pay almaq hüququ yaranmışdır. Nəticədə Soltanəliyev X12Dövlət oğlunun anasının bu əmlakda payı 1/80, arvadının və 3 uşağının isə ümumilikdə 4/80 olmuşdur. Daha sonra (mənzilin yarısı və ərinin, habelə oğlunun vərəsəsi olaraq onun payına düşən hissə) hüquqi nəticə etibarı ilə X11həmin əmlakın (8/16 + 1/16 = 9/16 + 1/80 =46/80) 46/80 hissəsi üzərində hüququ yaranmışdır. X11Əli xx.xx.2019-cu il tarixdə vəfat etdikdən sonra isə ondan miras qalmış əmlakdan (46/80 hissədə) onun vərəsələrinin hər birinin (6 uşağı və xx.xx.2017-ci il tarixdə ölmüş X12vərəsələri – 1 pay) 1/16 + 46/560 = 81/560 hissədə, xx.xx.2017-ci il tarixdə ölmüş Soltanəliyev X12Dövlət oğlunun vərəsələrinin isə 74/560 hissədə pay hüququ yaranmışdır.
49. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X1oğlu və X4 hazırkı iş üzrə iddia məhkəməyə verildikdən sonra dünyasını dəyişmişdilər. Bu səbəbdən miras əmlakda məhz onların payı müəyyən edilməlidir. X12nun vərəsələrindən hazırkı işə üçüncü şəxs qismində onun vərəsəsi və oğlu X6 X12 oğlu cəlb edilmiş, onun digə r vərəsələrinin buna hər hansı etirazı olmamışdır. Bu səbəbdən miras əmlakdan X12na çatası pay üzərində məhz X6 X12 oğlunun hüquqları tanınmalıdır.
50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151, 1159.1.1, 1159.1.3, 1243.2, 1252, 1256, 1301.1, 1301.2, 1301.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. Müstəqil tələblər irəli üçüncü şəxs X9 (vəkil XXX) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 7 avqust 2024-cü il tarixli, 2(103)-231/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
52. Şikayət onunla əsaslandırılmışdır ki, vərəsələrdən heç biri Mülki Məcəllənin 1256-cı maddəsinin tələbi qaydasında mirası qəbul etməmişlər. Birinci, həmçinin apellyasiya instansiyası məhkəməsi bu hala heç bir qiymət verməmiş, kassasiya şikayəti vermiş şəxs ilə bərabər digər vərəsələri də eyni dərəcədə miras qəbul etmiş vərəsə kimi qiymətləndirmişdir. Bununla da məhkəmə yanlış nəticəyə gəlmiş və maddi hüquq normasını pozmuş, mirasın vərəsələr tərəfindən faktiki qəbul edilməsini həmin vərəsələrin miras evə gəlib-getmələri ilə əsaslandırmışlar.
53. Kassasiya şikayəti Mülki Məcəllənin 1243, 1256-cı maddələrinə istinad edilərək əsaslandırılmı şdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
54. X3 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq kassasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və qeyd etmişdir ki, kassasiya şikayəti verən şəxs yəni X9 Bakı Apellyasiya Məhkəməsinin iclaslarında iştirak etmiş, 7 avqust 2024-cü il tarixdə qətnamə qəbul ediləndə həmin qətnamə ilə tanış olmuşdur. Qətnamə 7 avqust 2024-cü ilə qəbul edilmiş, 2 oktyabr 2024-cü ildə məhkəmə elektron sistemə yerləşdirilmişdir. Beləliklə iş üzrə tərəflərin 2 dekabr 2024-cü il tarixinədək kassasiya şikayəti vermək hüququ olmuşdur. Tərəf isə kassasiya şikayətini 10 fevral 2025-ci il tarixdə elektron sistemlə vermiş və istinad etmişdir ki, qətnaməni 10 dekabr 2024-cü ildə əldə etmişdir. Lakin bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. A pellyasiya instansiyası məhkəməsi isə bununla bağlı araşdırma aparmamış və prosessual müddətin buraxılıbburaxılmamasını araşdırmamışdır. Bundan əlavə, kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən konkret olaraq hansı maddi və prosessual normaların pozulduğunun qeyd etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hü quqlu vərəsələr sayılırlar. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı ol mayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsas ında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Kassasiya şikayətində qətnamənin tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “miras əmlakdan payların müəyyən edilməsi” hissəsində olub. Bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülməlidir.
57. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Apellyasiya instansiyası məhkəməsi miras əmlakdan payların müəyyən edilməsi ilə apellyasiya şikayət i üzrə qanuni nəticəyə gəlmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 4549-cu bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi miras əmlakdan payların müəyyən edilməsi ilə bağlı ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmiş, nəhayət, hazırkı iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
63. Kassasiya şikayətində dəlil ondan ibarətdir ki, iddiaçı və digər vərəsələr müəyyən edilmiş müddət ərzində mirası heç bir formada qəbul etməmişlər.
64. Məhkəmə kollegiyası iddianın və digər vərəsələrin mirası qəbul etməmələri barədə kassasiya şikayətinin yeganə dəlili ilə bağlı diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına çəkir.
65. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsip inə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
61. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, h ər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
62. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
63. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2 022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.
64. Konstitusiya Məhkəməsinin Plenumuna görə mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd o lunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.
65. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsi ilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllə nin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
66. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyə n vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
67. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.
68. Hazırkı işdə də iddiaçının, eləcə də mirasda payları müəyyən edilmiş digər vərəsələrin mirasdan imtina etməsi halı müəyyən edilmədiyi üç ün apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur.
69. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən üçüncü şəxs X9nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-231/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.