Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1784/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: aktın etibarsız hesab edilməsi və borcun silinməsi 18.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6508/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şika yətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X-dir
2. Həmçinin iş materiallarından görünür ki, 16.05.2019-cu il tarixli icarə müqaviləsi əsasında X ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X4 3 illik müddətə icarəyə vermişdir. 3. 01.07.2017-ci il tarixli MXD-2938 nömrəli inventar aktından görünür ki, xxxx ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən obyektin qrunt suyunun olması, sayğacının olmaması və boru vasitəsi ilə qeyri-qanuni olaraq qrunt sularının kanalizasiya şöbəkəsinə axıdıldığı müəyyən edilmişdir. Müştəri xidmətləri departamentinin qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, xxxx ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşən fiziki şəxs X 6538 kub metr miqdarda, 6538 manat məbləğində tullantı suların axıdılması xidmətindən qeyri-qanuni istifadə etməklə Cavabdeh ASC-yə ziyan vurmuşdur.
4. Cavabdeh ASC-nin Yasamal su-kanal idarəsinin 05.08.2017-ci il tarixli aktından görünür ki, xxx ünvanında yerləşən qeyri- yaşayış sahəsininin su xəttinə baxış keçirilən zaman obyektin qrunt sularının olduğu və boru vasitəsi ilə kanalizasiya şəbəkəsinə axıdılması müəyyən edilmişdir. 5. 03.03.2020-ci il tarixli, 2666 saylı ekspertiza rəyindən görünür ki, X məxsus xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsini zirzəmisində toplanan qurunt sularının iddiaçı tərəfindən plastik su boruları ilə binanın ümumi kanalizasiya xəttinə axıdılması m üəyyən edilmiş, lakin həmin qrunt sularından mağazanın içərisində istifadə halları müəyyən edilməmişdir. 6. 08.06.2020-ci il tarixli, 070277 nömrəli üzləşmə aktından görünür ki, X məxsus qeyri-yaşayış obyektinə ümumilikdə 10360.13 manat məbləğində borc hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ona məxsus ünvan 2 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi üzrə tərtib edilmiş 01.07.2017-ci il tarixli MXD-2938 saylı inventar aktı və həmin aktın əsasında tərtib edilmiş qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı, eləcə də, həmin qeyri-yaşayış sahəsində qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə ona 10262.13 manat borc hesablanmasının qanunsuz hesab edilməsi, həmçinin qeyd edilən 10262.13 manat borcun ləğv olunaraq qrunt suyunun tullantı sularına axıdılmasına görə onun hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi 23.04.2003-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən onun xüsusi mülkiyyətindədir. O, obyektdə quraşdırılmış su sayğacının göstəricisinə əsasən suya və axıdılan tullantı sularına görə hesablanmış borcu vaxtlı-vaxtında ödəmişdir. Lakin Cavabdeh ASC-nin X 01 iyul 2017-ci il tarixli MXD-2938 saylı inventar aktına əsasən obyektin qrunt suyu var, sayğacı yoxdur, (d= 40) boru vasitərilə qeyri-qanuni olaraq qruntsularını kanalazasiya şəbəkəsinə axıdılır. 01 iyul 2017ci il tarixli MXD-2938 saylı inventar aktı əsasında aparılmış qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən 6538 manat dəyərində tullantı sularının axıdılması xidmətindən qeyri-qanuni istifadə edildiyi qeyd edilir. 05 avqust 2017-ci il tarixli inventarizasiya aparılan zaman da, 01 iyul 2017-ci il tarixli MXD-2938 saylı inventar aktında göstərilənlər təsdiq edilmişdir. Lakin obyektdə həmin qrunt sularından ümumiyyətlə istifadə olunmur. Bununla yanaşı obyektdən çıxan qrunt suyuna su sayğacı quraşdırıldıqdan sonra abonent haqqında məlumatlara və hesab- fakturalara əsasən 1 il ərzində 230 manatlıq qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılması müəyyən edilmişdir. Cavabdeh 10 iyul 2019-cu il tarixli 070277 saylı üzləşmə aktının layihəsinə əsasən qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə iddiaçıya 10262,13 manat borc hesablamışdır. Bundan başqa əgər sözügedən obyektdə qrunt suyundan istifadə edilsəydi cavabdehin nəzarətçisi hər ay istehlakçıya verilən həmin tullantı sularının dəyərini tam hesablamaqla bildiriş təqdim edərdi. Göründüyü kimi, qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə cavabdehin nəzarətçisi tərəfindən iddiaçıya bildiriş təqdim edilməmişdir. Odur ki, obyektdə istifadə olunmamış, hər bir halda iddiaçıya aidiyyəti olmayan və cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesa blanmamış qrunt suyunun tullantı sularına axıdılmasının dəyəri iddiaçıdan tələb edilə bilməz. Beləliklə, Cavabdeh ASC tərəfindən obyektdə qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılması görə 10262,13 manat borc qanunsuz olaraq iddiaçıdan tələb olunur. Həmin 10262,13 manat vəsait ödənilmədiyi üçün Cavabdeh ASCnin X tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə su təchizatı və tullantı sularının axıdılması xidməti dayandırılmışdır. Odur ki, ünvan 3 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsində iddiaçıya 10262,13 manat borc hesablanması qanunsuz hesab edilməli, həmçinin, qeyd edilən 10262,13 manat borcun ləğv olunaraq iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasından) silinməsi cavabdehə həvalə edilməlidir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18 1/2020 saylı 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddianın təmin edilməsi, iddiaçı X mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsi üzrə Cavabdeh ASCnin tərtib etdiyi 01 iyul 2017-ci il tarixli MXD-2938 saylı inventar aktının etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 100,5 kv.m qeyri-yaşayış sahəsində qrunt suyunun istifadə olunmadan tullantı sularına axıdılmasına görə cavabdehin iddiaçıya 08.06.2020-ci il tarixə 10363,12 (on min üç yüz altmış üç manat on üç qəpik) manat borcun hesablanmasının qanunsuz hesab edilməsi, 10363,12 (on min üç yüz altmış üç manat on üç qəpik) manat borc ləğv olunaraq qrunt sularının tullantı sularına axıdılması üzrə iddiaçının hesabından (cavabdehə aid elektron məlumat bazasında) silinməsi və 08.06. 2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində su təchizatının və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmanın yalnız iddiaçının balansında olan 106861 nömrəli su sayğacının göstəricisinə əsasən aparılmasının cavabdehə həvalə olunması, iş üzrə məhkəmə məsrəfi olan 150 (bir yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh ASC-dən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdehin nümayəndəsi iddia etiraz edərək etirazının əsası kimi, iddiaçıya məxsus mübahisəli obyektin zirzəmisind ən qeyri-qanuni olaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsini və bununlada cavabdehə maddi ziyanın vurulması ilə əsaslandırsa da, iş üzrə təyin edilmiş 03.03.2020-ci il tarixli, 2666 saylı ekspertiza rəyinə əsasən, X məxsus xxxx ünvanında yerləşən qeyri-yaşayış sahəsini zirzəmisində toplanan qurunt sularının iddiaçı tərəfindən plastik su boruları ilə binanın ümumi kanalizasiya xəttinə axıdılması, lakin həmin qrunt sularından iddiaçı tərəfindən istifadə edilməsi müəyyən edilməmişdir.
11. Müqavilə üzrə axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da, nəzərə alınır. Halbuki, iddiaçı tərəfindən qurunt suları istifadə edilmədən binanın ümumi kanalizasiya axıdılmışdır. Sözü gedən bu hal iş üzrə təyin edilmiş eksp ert rəyi ilə də, öz təsdiqini tapmışdır. Bundan əlavə, cavabdehin 10363,12 manat borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də MM-nin 425.1-ci maddəsində nəzərdə tutulmuş vidanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır.
12. Məhkəmə eyni zamanda iddia tələbinin 08.06.2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmanın yalnız iddiaçının balansında olan 106861 nömrəli su sayğacının göstəricisinə əsasən aparılmasının cababdehə həvalə olunması hissəsinə münasibət bildirərə hesab edir ki, iddia tələbi bu hissədə də, təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində su t əchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 106861 nömrəli sayğac quraşdırılmaqla yanaşı, eyni zamanda qrunt suların cavab tərəfindən kanalizasiya xəttinə axıdılmış qrunt sularının hesabtının aparılması üçün əlavə sayğac da, quraşdırılmışdır..
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 385.1, 390.1, 390.3, 425.1-ci, «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 14, 30, 31-ci, «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nörməli Qərarının 2.1.3, 5.15-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qətnamədən cavabdeh apell yasiya şikayətləri vermişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6508/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və V.Sadıqov) Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-181/2020 saylı 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, müqavilə üzrə axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da, nəzərə alınır. Halbuki, iddiaçı tərəfindən qurunt suları istifadə edilmədən binanın ümumi kanalizasiya axıdılmışdır. Sözü gedən bu hal iş üzrə təyin edilmiş ekspert rəyi ilə də, öz təsdiqini tapmışdır.
17. Bundan əlavə, cavabdehin 10363,12 manat borcun ödənilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən başqa həm də Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsində nəzərdə tutulmuş vidanlılıq prinsipi ilə də ziddiyyət təşkil etdiyi üçün əsassızdır.
18. Məhkəmə eyni zamanda iddia tələbinin 08.06.2020-ci il tarixdən sonrakı dövr üzrə qeyd edilən qeyri-yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablaşmanın yalnız iddiaçının balansında olan 106861 nömrəli su sayğacının göstəricisinə əsasən aparılmasının cababdehə həvalə olunması hissəsinə münasibət bildirərək haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də, təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfi ndən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 106861 nömrəli sayğac quraşdırılmaqla yanaşı, eyni zamanda qrunt suların cavab tərəfindən kanalizasiya xəttinə axıdılmış qrunt sularının hesabatının aparılması üçün əlavə sayğac da, quraşdırılmışdır.
19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd etmişdir ki, cavabdeh iddiaya etiraz edərək etirazının əsası kimi, iddiaçıya məxsus mübahisəli obyektin zirzəmisindən qeyri-qanuni olaraq yeraltı qrunt sularının kanalizasiya şəbəkəsinə ötürülməsini və bununla da cavabdehə maddi ziyanın vurulması ilə əsaslandırsa da, iş üzrə təyin edilmiş 03.03.2020-ci il tarixli, 2666 saylı ekspertiza rəyinə əsasən, X məxsus xxx ünvanında yerləşən qeyri-yaşayış sahəsini zirzəmisində to planan qurunt sularının iddiaçı tərəfindən plastik su boruları ilə binanın ümumi kanalizasiya xəttinə axıdılması, lakin həmin qrunt sularından iddiaçı tərəfindən istifadə edilməsi müəyyən edilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh ASC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.
22. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil e dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçının vəkili izahat verərək, kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
25. Cavabdehin nümayəndəsi X5 və vəkili X6 izahat verərək, kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yax ud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiklərindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
30. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
31. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. (maddə 390.1)
32. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. (maddə 390.3)
33. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, b elə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1) «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanunu
34. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 5.3)
35. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyekt in su ilə təchizatı barədə sifariş verilmiş olsun və obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun, su təchizatı məişət (təsərrüfat)-içməli məqsədləri üçün deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun. (maddə 14)
36. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bi lməz.(maddə 30.1)
37. Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. (maddə 31) «Sudan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli, 262 nörməli Qərarı
38. Fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək STKM-in vəzifələridir. (2.1.3-cü bəndi)
39. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsi ni, dəqiqləşdirilməsini, yol verilmiş qeyri- dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. (5.1.5-ci bəndi) Mülki Prossesual Məcəllə
40. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
41. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
44. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
46. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6508/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.