Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1785/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və X1rşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü, şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2132/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 35.000 manat pulun və ödənilmiş 195 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim Fikrət Mirzəyev)
3. Birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh1 təqdim edilməsi barədə 31 mart 2023-cü il tarixli qəbz vardır.
4. Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil1 19 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdehin daimi ə saslarla Almaniyada yaşamasını, qətnaməni almamasını bildirmiş, bu səbəbdən qətnamənin surətini əldə etməsi və nümayəndənin elektron sistemə əlavə edilməsinin təmin olunmasını xahiş etmişdir. 5. 20 noyabr 2023-cü il tarixdə Cavabdeh1 digər nümayəndəsi və vəkili Vəkil2 qətnamənin təmsil etdiyi cavabdehə göndərilməməsini bildirmiş, bu səbəbdən qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Qətnamə 22 noyabr 2023-cü il tarixdə nümayəndəyə təqdim edilmişdir.
6. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 23 noyabr 2023-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Nizami Rayon Məhkəməsinin 2(007)-1081/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müddət öt ürülməklə verildiyindən geri qaytarılmışdır. (hakim Starə Əliyeva)
8. Cavabdeh1 nümayəndəsi və vəkili qərardaddan şikayət vermişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7725/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş və apellyasiya şikayətinin vaxtında verilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilmişdir. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov, Elşən Kazımov )
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayət ini geri qaytaran rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1081/2023 saylı qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, Cavabdeh1 və Cavabdeh2 isə xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsini almışdır və həmin tarixdən başlayaraq onun 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ var idi. Lakin həmin müddət ərzində apellyasiya şikayəti verilməmiş, apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermişdir. Həmçinin cavabdeh apellyasiya şikayəti ilə yanaşı, qanunla müəyyən edilmiş qaydada prosessual müddətin bərpası haqqında vəsatət verməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi rayon məh kəməsinin həmin mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, Cavabdeh1 həmin qərardaddan verdiyi şikayətində bu günədək Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)- 1081/2023 saylı qətnaməsini rəsmi olaraq almamasını, xx.xx.2022-ci il tarixdən Almaniyada yaşamasını, bu səbəbdən həmin məhkəmə iclaslarında iştirak etməməsini və bundan məlumatsız olmasını göstərmişdir. Cavabdeh ölkə xaricində olduğundan ünvan 1 ünvanından poçt xəbərnaməsinə imza etməklə qətnaməni alması mümkün deyildir. (pasportun surəti əlavə edilir). Bu səbəbdən də qeyd edilən məhkəmə qətnaməsi onun nümayəndə və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi imza edilməklə alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə qiymət verərək bildirmişdir ki, Cavabdeh1 şikayətində xx.xx.20 22-ci il tarixdən Almaniyada yaşadığını qeyd etdiyindən, bunun təsdiqi kimi pasportunda ölkədən çıxması barədə sərhəd məntəqələrində vurulmuş ştamplı səhifələri məhkəməyə təqdim edildiyindən, mübahisələndirilən qətnamənin Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə alınmasına dair xəbərnamədəki imzanın Cavabdeh1 məxsus olub-olmaması yoxlanmalı olduğu halda, rayon məhkəməsi şikayətdə qeyd edilən həmin halları araşdırmamış, ümumiyyətlə, cavabdehin həmin dəlilinə hər hansı münasibət bildirməmişdir. Halbuki hazırkı halda cavabdehin apellyasiya şikayətinin mümkünlüyü məsələsi onun bu dəlilin yoxlanılmasından bilavasitə asılıdır.
14. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd olunan halın araşdırılması, zərurət olduğu halda isə həmin poçt xəbərnaməsindəki imzanın Cavabdeh1 məxsus olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza keçirilməklə, apellyasiya şikayətinin vaxtında verilməsi məsələsinə yenidən baxılması üçün cavabdehin şikayəti qismən təmin edilərək, qərardad ləğv edilməli və iş materialları Nizami Rayon Məhkəməsinə göndərilməlidir.
15. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərə əsasən Cavabdeh1 şikayətində xx.xx.2022-ci il tarixdən Almaniyada yaşadığını qeyd etməklə, bunun təsdiqi kimi pasportunda ölkədən çıxması barədə sərhəd məntəqələrində vurulmuş ştamplı səhifələri məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də qeyd edilən məhkəmə qətnaməsi onun nümayəndə və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi imza edilməklə alınmışdır. Belə olan halda, Cavabdeh1 məhkəmənin qeyd olunan qətnaməsini xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza etməklə rəsmən qəbul etməsi mümkünsüzdür.
17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2132/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və geri qaytarılmdışdır. (hakimlər Fuad Abdıyev (sədlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov)
18. Apellyasiya instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tari xdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixdə isə (reyestr məlumatları) poçt vasitəsi ilə Cavabdeh1 və Cavabdeh2 göndərilmişdir. İş materiallarında olan poçt qəbzinə əsasən həmin qətnamə xx.xx.2023-cü il tarixdə Cavabdeh1, xx.xx.2023-cü il tarixdə isə Cavabdeh2 təqdim edilmişdir. Lakin Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Almaniya Federasiyasının Franfurkt şəhərinə getmişdir. Bu hal onun pasportunun aidiyyəti səhifələrində olan ölkədən çıxması barədə sərhəd məntəqələrində vurulmuş ştampla təsdiq olunur.
19. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, qeyd olunan qətnamə xx.xx.2023-cü il tarixdə məhz Cavabdeh1 (bundan sonra yalnız bu cavabdehə istinad olunduğundan ismin müvafiq halında cavabdeh) qeydiyyat da olduğu ünvan 2 ünvanı üzrə poçt qəbzinə “Qəhrəmanlı” qeyd olunmaqla və imza edilməklə qəbul edilmişdir. Onun tərəfindən verilmiş apellyasiya şikayətində də həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan qismində məhz bu ünvan göstərilmişdir. Bu da öz növbəsində bü günədək onun həmin ünvanla hüquqi bağlılığının olmasını təsdiq edir, eyni zamanda, xx.xx.2023-cü il tarixdə poçt qəbzinə imza etməklə qətnaməni qəbul etmiş şəxsin həmin ünvanda yaşamaqla cavabdehlə əlaqəli şəxs olmasını istisna etmir. Hər bir halda, cavabdeh bu ünvanın və ya orada yaşayan şəxslərin ona hər hansı aidiyyətinin olmadığını bildirmir.
20. Digər tərəfdən cavabdeh xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının hüdudlarından kənarda olması səbəbindən xx.xx.2023-cü il tarixdə qətnamənin onun tərəfindən qəbul edil məsinin qeyri-mümkün olduğunu, poçt qəbzində olan imzanın ona hər hansı aidiyyətinin olmadığını, həmin ünvanda yaşamadığını, qətnamənin onun nümayəndəsi və vəkili tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə rəsmi imza edilməklə alındığını iddia etsə də, onun xx.xx.2023-cü il tarixdən qısa müddət sonra həmin qətnamə barəsində tam məlumat əldə etdiyi öz təsdiqini tapır. Belə ki, onun nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, eyni zamanda ərizəyə onun adından verilmiş etibarnamə, vəkil orderi, özünə aid şəxsiyyət və vəkil vəsiqəsinin surətini əlavə edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehin tərəf olduğu işə baxılan zaman Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(007)-1081/2023 sayl ı qətnaməsi barədə məlumat əldə etdiyini, cavabdehin daimi əsaslarla hazırda Almaniya dövlətində yaşadığını və qətnaməni almadığını bildirmiş və həmin qətnamənin surətinin əldə edilməsinin və onun iş üzrə elektron sistemə əlavə olunmasının təmin edilməsini xahiş etmişdir. Bundan sonra o, cavabdehin vəkili və nümayəndəsi olaraq xx.xx.2023-cü il tarixdə işə əlavə edilmişdir (“Elektron məhkəmə” informasiya sistemində Vəkil1 bu iş üzrə proses iştirakçısı, yəni cavabdehin nümayəndəsi və vəkili kimi qeydə alınmışdır). Bununla belə, cavabdehin vəkili və nümayəndəsi xx.xx.2023-cü il tarixdə artıq iş, o cümlədən iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə barədə tam məlumatlı olmuşdur. Həmin tarixdən də qətnamədən şikayət vermə müddətinin axımı başlamışdır. Buna baxmayaraq, həmin tarixdə n etibarən mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində qətnaməni mübahisələndirməmişdir (ondan apellyasiya şikayəti verməmişdir). Halbuki, 5 il 1 gün müddətinə verilmiş və xx.xx.2027-ci il tarixədək qüvvədə olan xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Vəkil1 qeyd edilən qətnamədən apellyasiya şikayəti vermək səlahiyyəti olmuşdur.
21. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, həmin qətnamənin rəsmi qaydada təqdim edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli ərizəsinin apellyasiya şikayətinin verilməsi müddətinin axımı baxımından hər hansı hüquqi əhəmiyyəti qalmır. Artıq müəyyən edildiyi kimi, onun həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. Qeyd ed ilənlər (xx.xx.2023-cü il tarixli ərizənin mövcud olmasına baxmayaraq, özünü qətnamədən məlumatsız kimi göstərərək, xx.xx.2023-cü il tarixdə yenidən və artıq başqa vəkil vasitəsilə ərizə ilə müraciət edib, qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etməsi) xx.xx.2023-cü il tarixli ərizənin cavabdeh tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi üçün əsas yaradır. Belə ki, hazırda cavabdeh qeyd edilən qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası ilə bağlı öz vəzifələrini kobudcasına pozmasına və qətnaməni bu günədək icra etməməsinə baxmayaraq, müddət keçdikdən sonra apellyasiya şikayətinin verilməsi hüquqlarını həyata keçirməyə çalışır.
22. Apellyasiya instansiyası məhkəməsi öz qənaəti ilə bağlı xüsusilə o halı da vurğulamışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdən dai mi əsaslarla Almaniya dövlətində yaşamasına istinad etsə də, bu hal ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddiaçı qismində X1rşı “əmlak bölgüsü” tələbi ilə iddia qaldırmağa və mübahisə üzrə həmin məhkəmə tərəfindən çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamədən apellyasiya şikayəti verməyə maneə olmamışdır. Nəzərə alınmalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən iki ay sonra, yəni həmin ərəfədə qəbul edilmişdir. Başqa sözlə, həmin vaxt cavabdehin həm məhkəmə mübahisəsi sahəsində təcrübəsi, ona hüquqi xidmət göstərən iki vəkili (nümayəndəsi), həm də apellyasiya şikayətinin verilməsi üçün müddətlər barədə məlumatı (ən azı xx.xx.2023-cü il tarixdə ərizə verən vəkili vasitəsi ilə) olmuşdur. Lakin birinci instansiya məhkəmə si yuxarıda qeyd edilən halların hər hansı birinə diqqət yetirməyərək, bu istiqamətdə ümumiyyətlə hər hansı araşdırma aparmamışdır. Məhz bu səbəbdən səhv olaraq birmənalı şəkildə Cavabdeh1 xx.xx.2022-ci il tarixdən Almaniya dövlətində yaşamasını və bu baxımdan xx.xx.2023-cü il tarixli xəbərnamənin onun tərəfindən imzalanmasının qeyri-mümkünlüyünü əsas götürmüş və qətnamənin rəsmi olaraq xx.xx.2023-cü il tarixdə əldə edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
23. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxılmasına və bunun üzrlü səbəbləri göstərilmə klə müddətin bərpası barədə ərizənin verilməməsinə baxmayaraq, onun apellyasiya şikayətini mümkün hesab edərək, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1081/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya, müddətin buraxılması səbəbindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 128.1, 129.3, 135.1, 135.2, 135.5, 135.6, 360, 363.1.3, 366.1, 366.2 və 399-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh1 (vəkil-nümayəndə Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
26. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş 15 gün müddəti pozaraq, 20 gün müddətində yoxlamışdır. Belə ki, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə daxil olsa da, məhkəmə nəticəni elektron kabinetə xx.xx.2024-cü il tarixdə vurmuşdur. Məhkəmənin apellyasiya şikayətinin müddət keçdikdən sonra verildiyi barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, cavabdehin Vəkil1 ilə təmsilçilik münasibəti (vəkil orderində öz təsdiqini tapır) ya lnız Xətai Rayon Məhkəməsində hüquqi xidmət göstərilməsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda MPM-in 135-ci maddəsi Vəkil1 münasibətdə yalnız vəkil orderində qeyd edilmiş Xətai Rayon Məhkəməsinin qətnaməsinə münasibətdə tətbiq edilə bilər. Səlahiyyəti olmayan Vəkil1 ərizəsi əsasında onun elektron kabinetə vəkil kimi qeydə alınması qətnamədən şikayət verilməsi üçün müddətin axımının başlanması üçün əsas ola bilməz. Çünki Vəkil1 ilə Cavabdeh1 arasında təmsilçilik və hüquqi yardım göstərilməsi üçün müqavilə yoxdur. Həmçinin, Vəkil1 tək etibarnamə ilə apellyasiya şikayəti verməsi həm hüquqi baxımdan mümkünsüzdür, həm də Cavabdeh1 mənafeyinə xidmət etməyəcəkdir. Çünki vəkil tərəfindən tək etibarnamə ilə işlədikləri zaman məhkəmə aktından şikayət verilməsi özbaşınalığa gətirib çıxarar. Məhk əmə qərardadında cavabdehin verdiyi apellyasiya şikayətində həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan qismində məhz bu ünvanın göstərildiyi, bunun da bu günədək onun həmin ünvanla hüquqi bağlılığın olmasını təsdiq etdiyini yazmışdır. Halbuki apellyasiya şikayətində həmin ünvanın göstərilməsi onun ünvanla bağlılığının olması və məhkəmə qətnaməsinin ona təqdim edilməsi anlamına gəlmir. Belə ki, Cavabdeh1 rəsmi qeydiyyatı və ölkə daxilində son yaşayış yeri olduğundan apellyasiya şikayətində məhz həmin ünvan göstərilmişdir. b) Kassasiya şikayətinə etirazın dəlilləri
27. Kassasiya şikayətinə İddiaçı etiraz vermişdir. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilənlərə uyğun məzmunda əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Mə cəlləsi Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerlə şdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanı n mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Maddə 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosess ual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola b ilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
29. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə tam mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual müddətin ötməsinə, müddətin bərpası barədə ərizənin verilməməsinə istinad etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini hazırki qərarın 1823-cü bəndlərində əks edilən hüquqi dəyərləndirməsi və gəldiyi nəticə ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
33. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
34. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün qanunvericilikdə müəyyən edilmiş 15 gün müddəti pozaraq, 20 gün müddətində yoxlaması, apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə daxil olsa da, məhkəmənin nəticəni elektron kabinetə xx.xx.2024-cü il tarixdə vurması barədə dəlilə gəldikdə, bu dəlili iş materialları ilə təkzib edilir. Belə ki, işdən görünür ki, qərardad 11 mart 2024-cü ildə deyil, 07 mart 2024-ü ildə qəbul edilib. Cavabdeh özü də kassasiya şikayətində 07 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etməklə, öz dəlilini təkzib etmişdir. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi 15 günlük müddəti 1 gün pozmuşdur.
35. Həmçinin Mülki Prosessual Məcəlləni 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yax ud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
36. Cavabdehin digər Vəkil1 ilə təmsilçilik münasibətinin (vəkil orderində öz təsdiqini tapır) yalnız Xətai Rayon Məhkəməsində hüquqi xidmət göstərilməsi üçün nəzərdə tutulması barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Bu dəlilə apellyasiya instansiyası məhkəməsi qiymət verib. (bax: 20-ci bənd) Müəyyən edilib ki, Vəkil1 ən azı cavabdehin nümayəndəsi olaraq məhkəmə qətnaməsinin ona təqdim olunması və onun elektron kabinetə daxil edilməsini xahiş etmiş və “Elektron məhkəmə” informasiya sistemində Vəkil1 iş üzrə proses iştirakçısı, yəni cavabdehin nümayəndəsi və vəkili kimi qeydə alınmışdır.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2132/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.