Məhkəmə qərarları › İş №2(102)-1788/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1788/2020

23.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1788/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı vəkili Abuzərov Heydər Saleh oğlunun, ilkin iddia üzrə cavabdeh X.X.X.nun vəkili Babazadə Ruhsarə Vəli qızının iştirakları ilə, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər B.B.B.na, X2, X4 və X.X.X.na qarşı “X3 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların bərabər bölüşdürülməsi” təl əbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X.X.X.nun İddiaçı, X2, X4 və B.B.B.na qarşı “X.X.X. tərəfindən mirasın faktiki qəbul edilmiş hesab edilməsi və miras əmlakın 4 vərəsə arasında bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11966/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh X.X.X.nun kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)2566/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.İ.Əyyubov) ilkin iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin ilkin iddia üzrə İddiaçı atası Cəbrayılov Cavanşir Məmmədağa oğlunun mülkiyyətində olmuş 1/6 hissəsinin 1 /36 hissəsinə X3 adına verilmiş xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəslik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin miras əmlakın üç vərəsə İddiaçı, X6 və X7 arasında bərabər bölünməsi, qarşılıqlı iddia üzrə iddiaçı X.X.X. tərəfindən mirasın faktiki qəbul edilmiş hesab edilməsi və miras əmlakın 4 vərəsə arasında bölünməsi tələbi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11966/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.Ə.Sarıyev, V.T.Həsənov və Ş.A.Məmmədova) ilkin iddia üzrə cavabdeh X.X.X. tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2566/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdeh B.B.B.na və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X4 və X.X.X.na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin atası Cəbrayılov Cavanşir Məmmədağa oğlunun mülkiyyətində olmuş 1/6 hissəsinin 1/36 hissəsinə X3 adına verilmiş xx xxxxxx 2016-cı il tarixli qanuni vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, həmin miras əmlakın üç vərəsə-İddiaçı, X6 və X7 arasında bərabər bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Abuzərov Heydər Saleh oğlu iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə verərək cavabdehlərin dairəsini artırmış və Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı yaşayış evinin mərhum atası Cəbrayılov Cavanşir Məmmədağa oğlunun mülkiyyətində olan 1/6 hissəsinin 1/36 hissəsinə X3 adına verilmiş xx xxxxxx 2016-cı il tarixli qanuni vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, atasının mülkiyyətində olan 1/6 hissədə miras payın 3 vərəsə-İddiaçı, X6 və X7 arasında bərabər bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X.X.X. qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X.X.X. tərəfindən mirasın faktiki qəbul edilmiş hesab edilməsi və miras əmlakın 4 vərəsə arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X.X.X. iddiasını onunla əsaslandırmışdır ki, mərhum atası Cəbrayılov Cavanşir Məmmədağa oğlu 2015-ci ilin dekabr ayının 21-də vəfat etmişdir. Onun qanun üzrə birinci növbəli 4 vərəsəsi vardır. O ailənin ye ganə oğul övladıdır. Atasının vərəsələrindən biri, onun ikinci nikahdan olan həyat yoldaşıdır. Atasının sağlığında əlaqə saxlayıb, xəstə yatdığı və müalicə olunduğu dövrdə yanında olub, onun maddi-mənəvi əziyyətini çəkib, eləcədə yas mərasiminin bütün xərcini çəkib və onun vəfatından sonra ondan miras qalan evə və həyat yoldaşı X4 qulluq etmişdir. Atasının vəfatında sonra demək olar ki, bir ilə qədər Bakı şəhəri, Qədirli küçəsindəki 8 saylı evin atasına məxsus olan hissəsində qalmışdır. Çünki, atasının vəfatından sonra həyat yoldaşı Zərifə Cəbrayılova bir müddət xəstə yatmış və onun müalicəsi ilə əlaqədar əvvəlcə özü tək, sonra isə ailəsi ilə birlikdə atasının evində yaşamışlar. Bunu həyətdə yaşayan X8, eləcə də qonşulardan X10, X1, X12 və bir çox qohumlar, eləcə də X7 təsdiqləyə bilər. Ev in bütün xərclərini o çəkdiyinə baxmayaraq, hal-hazırda kommunal xərclər haqda hər hansı sənəd təqdim etməsi, öz səhlənkarlığı üzündən mümkünsüzdür. İddiaçı iddiasının əsası kimi göstərmişdir ki, cavabdeh X.X.X. qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmişdir. Atasının xx.xx.2015-ci il tarixdə vəfat etməsinə və xx.xx.2016-cı il tarixdə Notariat Kontoruna müraciət etməyinə baxmayaraq, ailənin yeganə oğul övladı olmağını və ondan əvvəl atasının həyat yoldaşı X5 Kontoruna müraciət edən zaman o, onun yanında qaldığını söyləməsi, notarius tərəfindən onun mirası faktiki olaraq qəbul etməyi kimi qiymətləndirilərək, ona vərəsəliyi qəbul etməyinə dair ərizə verdikdə 24 gün gecikməsi olmasına baxmayaraq, ona vərəsəliyin qəbul ediməsinə dair imtina verməmişdir. İş üzrə yuxarıda göstərilən mə hkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə cavabdeh X.X.X. həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İlkin iddia üzrə cavabdeh X.X.X. və vəkili Babazadə Ruhsarə Vəli qızı kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, mərhum Cəbrayılov Cavanşir Məmmədağa oğlunun payı nı qətnamədə iki dəfə çox göstərmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh X.X.X.nun vəkili Babazadə Ruhsarə Vəli qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı vəkili Abuzərov Heydər Saleh oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh B.B.B. məktubla müraciət edərək məhkəmə ic lasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə cavabdeh X.X.X.nun vəkili Babazadə Ruhsarə Vəli qızının, ilkin iddia üzrə İddiaçı vəkili Abuzərov Heydər Saleh oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə cavabdeh X.X.X.nun kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının fak tlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. Apelyasiya şikayətinin təmin edilməli olmamasına dair apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən edilmiş halları üzrə əsaslandırılmışdır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı iş üzrə iddia qaldıranadək ilkin olaraq mirası qəbul etmə müddətinin bərpasına dair Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və mirası qəbul etmə müddətini bərpa etdirmiş və Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sax lanılmış və qərar qüvvəyə minmişdir. Notariat işinin materiallarından da məlum olur ki, X7 12 saylı Notariat Kontoruna ərizə verərək xx.xx.2015-ci ildə vəfat etmiş Cəbrayılov Cavanşir Məmmədağa oğlunun qanun üzrə vərəsələrini göstərməmiş və kontordan vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, X6 xx.xx.2016-cı ildə (6 aylıq müddəti ötürmədən), Cəbrayılov Ramil isə xx xxxx 2016-cı ildə (6 aylıq müddət bitdikdən 24 gün sonra) miras əmlakın qəbuluna dair Notariat Kontoruna müraciət etmiş və onlar da Cəbrayılov Cavanşir Məmmədağa oğlunun qanun üzrə vərəsələrini göstərməmişdirlər. Həmçinin ilkin iddia üzrə cavabdeh X.X.X. müddəti 24 gün ötürməsinə baxmayaraq, miras qalmış əmlakı faktik qəbul etdiyini iddia etmiş və bildirmişdir ki, atası vəfat etdikdən sonra həmin mənzildə qalaraq bir m üddət orada yaşamışdır və bu əsasla ona da miras əmlakdan pay düşür. X15 bu tələbi, iş materialları və məhkəmə iclasında onun tərəfindən təqdim olunmuş və şahid qismində dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmamış, şahid ifadələri mötəbər olmamışdır. Həmçinin R.Cəbrayılov miras əmlakın qəbulu müddətini üzürlü səbəbdən buraxmasına dair də məhkəməyə müraciət etməmişdir. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən məhkəmə müddətin buaxılmasını üzürlü hesab etdikdə mirasın qəbulu müddətini uzada bilər. Lakin göstərilənlərin əksinə olaraq R.Cəbrayılov mirası faktiki qəbul etdiyini bildirmiş və bu da iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə mirası qəbulu müddətinin uzadılmasına nail olmasını, qanun üzrə digər vərəsələrin mirasın qəbuluna dair ərizə verərkən ona dair məlumat verməməsini, Zərifə Cəbrayılovanın və Cəmilə Cəbrayılovanın mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 aylıq müddəti ötürmədən Notariat Kontoruna müraciət etmələrini və Ramil Cəbrayılovun isə mirasın qəbulu üçün nəzərdə tutulmuş 6 aylıq müddəti ötürməsini, mirasın qəbulu müddətini bərpa etdirməməsini və buna dair məhkəməyə müraciət etməməsini, mirasa faktik sahiblik etdiyini sübut edə bilməməsini nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmalı, və miras əmlak 3 vərəsə Cəbrayılova Zərifə, Cəbrayılova Cəmilə və İddiaçı arasında bölüşdürülməlidir. Qeyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi birinci i nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı R.Cəbrayılov tələbini mirası faktiki qəbul etməsi ilə əsaslandırmışdır. Bununla əlaqədar qarşılıqlı iddia tələbində aşağıdakılar qeyd olunmuşdur: ”...Qeyd etmək istəyirəm ki, atam Cəbrayılov Cavanşir Məmmədağa oğlu 2015-ci ilin dekabr ayının 21-də vəfat etmişdir. Onun qanun üzrə birinci növbəli 4 vərəsəsi vardır. Mən ailənin yeganə oğul övladıyam. Atamın vərəsələrindən biri, onun ikinci nikahdan olan həyat yoldaşıdır. Atamla sağlığında əlaqə saxlayan, xəstə yatdığı və müalicə olunduğu dövrdə yanında olub, onun maddi-mənəvi əziyyətini çəkən, eləcədə yas mərasiminin bütün xərcini çəkən və onun vəfatından sonra ondan miras qalan evə və həyat yoldaşı X4 qulluq edən mənəm. Mən onun vəfatında sonra demək olar ki, bir ilə qədər Bakı şəhəri, Qədirli küçəs indəki 8 saylı evin atamın yaşadığı hissəsində qalmışam. Çünki, atamın vəfatından sonra həyat yoldaşı Zərifə Cəbrayılova bir müddət xəstə yatdı və onun müalicəsi ilə əlaqədar əvvəlcə özüm tək, sonra isə ailəm ilə birlikdə atamın evində yaşadım. Bunu həyətdə yaşayan X8, eləcə də qonşulardan X10, X1, X12 və bir çox qohumlar, eləcə də X7 təsdiqləyə bilər...”. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10, X1, X8 öz ifadələrində R.Cəbrayılov tərəfindən miras əmlakı faktiki qəbul etdiyini təsdiq etmişlər. Həmçinin iş materialları ilə müəyyən olunur ki, birinci növbəli vərəsə olan, miras evdə yaşayan X7 da R.Cəbrayılov tərəfindən miras əmlakın faktiki qəbul edildiyini bildirmişdir (i/v 230). Bundan əlavə İddiaçı qızı öz izahatında Ramilin miras əm lakı faktiki qəbul etmədiyini, arabir Zərifə xanımın yanına gəlib getdiyini bildirmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(103)-7637/2017 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, ailə münaqişəsinə əsasən R.Cəbrayılov anası V.H.İsmayılova və digər birinci növbə vərəsələr olan iki bacısı ilə 11 ildir ki, ünsiyyət saxlamır. Həmin mülki iş üzrə İddiaçı Cavanşir qızı qardaşını 10-11 il əvvəl gördüyünü, qardaşı uşaqlarını tanımadığını bildirmişdir (i/v 135). Həmin qətnamə ilə və hazırkı iş üzrə cavabdeh olan ünvan 1il qızının izahatları ilə müəyyən olunur ki, bacılarından fərqli olaraq yalnız Ramilin atasının sağlığında onunla tez-tez ünsiyyət saxlaması, onun qayğısına qalması, atasının vəfatından sonra isə yas mərasimlər inin onun tərəfindən verilməsi müəyyən olunur. İş materiallarından görünür ki, X3 maddi imkanı olmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2018-ci il tarixli, 2(103)-5861/2018 saylı qərardadı ilə kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi miras əmlakı faktiki idarə etməyən qanun üzrə birinci növbə vərəsələr olan İddiaçı və X6 tərəfindən R.Cəbrayılovun miras əmlakı faktiki qəbul etməməsinə dair hər hansı təkzibedici dəlillər məhkəməyə təqdim edilməmişdir. Əksinə miras evin ünvanında yaşayan şahidlər və vərəsə ünvan 1il qızı R.Cəbrayılov tərəfindən miras əmlakı faktiki qəbul etməsini təsdiq etmişlər. Bundan əlavə hazırkı iş üzrə verilmiş kassasiya şikayəti ilə bağlı cavabde h ünvan 1il qızı tərəfindən məhkəmə kollegiyasına aşağıdakı məzmunda ərizə ilə müraciət olunmuşdur:”... mən X7 mərhum Cəbrayılov Cavanşir Məmmədağa oğlunun ikinci nikahdan həyat yoldaşıyam. O 2015-ci ilin dekabr ayının 21-də vəfat etmişdir. Onun qanun üzrə birinci növbəli 4 vərəsəsi var. Cəbrayılov Ramil mərhum həyat yoldaşımın birinci nikahdan olan oğludur. Həyat yoldaşımın birinci nikahdan üç övladının olmasına baxmayaraq, onunla əlaqə saxlayan, xəstə yatdığı və müalicə olunduğu dövrdə yanında olub onun maddi-mənəvi əziyyətini çəkən, eləcədə yas mərasiminin bütün xərcini çəkən və onun vəfatından sonra ondan miras qalan evi təmir edən yalnız oğlu Cəbrayılov Ramil olmuşdur. Mərhum Cəbrayılov Cavanşir uzun müddət xəstə yatdığı üçün ona məxsus ev baxımsız, az qala uçulubtöküləcək vəziyyətdə idi. Onun yas mərasimini (yeddisini) verəndən bir neçə gün sonra Ramil evin təmirinə başladı. Çünki qırx mərasimini ev şəraitində verəcəkdik, ev isə qeyd etdiyim kimi pis vəziyyətdə idi. Mən belə tezliklə təmir işlərinin aparılmasına razı olmasam da, Ramil mənimlə razılaşmadı. Hətta məni qınadı ki, qohum əqrabadan, dost-tanışda eyibdir. Axı kimi inandırmaq olar ki, atam özü sağlığında evin təmirinə razı olmayıb. O qırx mərasiminə kimi tanış ustalara evi təmir etdirdi, eləcə də evin yerləşdiyi həyət-bacanı qaydasına saldırdı və darvazanı belə yenisi ilə əvəz etdirdi...”. Həmin ərizədə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsində onun fikrinin bildirilməsinə imkan verilməmişdir. İş materiallarında olan apelyasiya instansiyası məhkəməsinin iclas protokolundan görünür ki, verilmiş apelyasiya şikayəti ilə bağlı cavabdeh Zərifə Cəbrayılovanın tam ətraflı izahatı əks olunmamışdır. Bundan əlavə iş materiallarından görünür ki, X6 miras əmlakın qəbul olunması ilə əlaqədar Notariat Kontoruna xx.xx.2016-cı il tarixdə, yəni vərəsəlik açıldıqdan 4 ay 20 gün sonra ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Yəni həmin vərəsə miras əmlakın qəbulu müddətini ötürmüşdür. Buna görə apelyasiya instansiyası məhkəməsinin çıxarmış olduğu qətnamə ilə həmçinin R.Cəbrayılova münasibətdə Mülki Məcəllənin 6.1.1-ci maddəsinin tələbləri baxımından mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəf li, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İlkin iddia üzrə cavabdeh X.X.X.nun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11966/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi l əğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar