Məhkəmə qərarları › İş №2(102)-1788/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1788/2025

31.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1788/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(104)228/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti üzrə işə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 18 aprel 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. 2. 29 aprel 2023-cü il tarixli Çıxarışdan görünür ki, Gəncə şəhəri, Turgenev küçəsi, istifadədə olan 0,006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,3 kv.metr olan 21 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı2 adına qeydə alınmışdır.

3. İddiaçı1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, arvadı İddiaçı2 məxsus olan Gəncə şəhəri, Turgenev küçəsi, istifadədə olan 0,006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,3 kv.metr olan 21 saylı fərdi yaşayış evinin satılmasına razılıq vermişdir. 4. 18 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqa viləsinə əsasən İddiaçı2 Gəncə şəhəri, Turgenev küçəsi, istifadədə olan 0,006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,3 kv.metr olan 21 saylı fərdi yaşayış evini 30.000 manata Cavabdeh1 satmışdır. 5. 18 iyul 2023-cü il tarixli, 11748 saylı kredit müqaviləsinə əsasən, lombad-fərdi sahibkar Cavabdeh2 tərəfindən borc alan- İddiaçı2 36 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 37.350 manat məbləğində kredit verilmiş və qızıl-zinət əşyaları girov qoyulmuşdur. 6. 21 noyabr 2023-cü il tarixli, 11918 saylı kredit müqaviləsinə əsasən, lombad- fərdi sahibkar Cavabdeh2 tərəfindən borc alan- İddiaçı1 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 62.000 manat məbləğində kredit verilmiş və qızıl-zinət əşyaları girov qoyulmuşdur. 7. 07 mart 2024-cü il tarixli, 12047 saylı kredit müqaviləsinə əsasən, l ombad- fərdi sahibkar Cavabdeh2 tərəfindən borc alan- İddiaçı1 30 ay müddətinə, illik 54 faiz dərəcəsi ilə 89.060 manat məbləğində kredit verilmiş və qızıl-zinət əşyaları girov qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Turgenev küçəsi, istifadədə olan 0,006 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 49,3 kv.metr olan 21 saylı fərdi yaşayış evinə dair İddiaçı2 ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi öhdəliyinin Reyestr Xidmətinin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilmə sini xahiş etmişlər.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikası Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyata alınmaqla (VÖEN № **********) “YK kredo” adı altında Lombard fəaliyyəti ilə məşğul olur, qızıl-zinət əşyalarını girov götürməklə şəxsi istehlak üçün nəzərdə tutulan qısa müddətli kreditlər verərək sahibkarlıq fəaliyyətini həyata keçirir. Cavabdeh2 tərəfindən İddiaçı2 18 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 37.350 manat kredit verilmişdir. İddiaçı2 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Eyni zamanda həmin kreditin təminatı olaraq 18 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında İddiaçı2 mülkiyyətində olan Gəncə şəhəri, Turq enyev küçəsində yerləşən 21 saylı fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətinə keçmişdir. Sonradan həmin əvvəlki kredit yenilənərək Cavabdeh2 tərəfindən İddiaçı1 (İddiaçı2 əri) 21 noyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 48 faiz dərəcəsi ilə 52.000 manat kredit verilmişdir. İddiaçı1 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Bundan əvvəlki kredit yenilənərək Cavabdeh2 tərəfindən İddiaçı1 07 mart 2024-cü il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə, illik 54 faiz dərəcəsi ilə 89.060 manat kredit verilmişdir. İddiaçı1 verilən kreditin təminatı kimi eyni tarixli lombarda girov qoyulmuşdur. Hazırda 18 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 onların sözügedən fərdi yaşayış evind ən çıxmalarını tələb edir. Halbuki İddiaçı1 və İddiaçı2 digər ailə üzvləri ilə birlikdə müqavilə bağlandığı gündən bu günədək həmin evdə yaşamalarına imkan verilməsi, müqavilənin predmeti olan evin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması mübahisəli müqavilənin alğı-satqı məqsədi ilə bağlanmadığını təsdiq edir. Belə ki, 18 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi formal xarakter daşımış, sadəcə olaraq qeyd edilən kreditlərin təminatı kimi onun adına keçirilmiş, yəni həmin əqdin bağlanmasında əsas məqsəd fərdi yaşayış evinin cavabdehə satılması olmamışdır. Həmin əqd uydurma əqd olmuşdur. Cavabdeh1 evin həqiqi (faktiki) sahibi olmamış, mənzilin faktiki sahibi isə İddiaçı2 olmuşdur. Hətta hazırda da evdən İddiaçı2 və onun ailə üzvləri istifadə etməkdəd irlər. Qeyd edilən kreditlərin rəsmiləşdirilməsi zamanı heç bir vəsait Cavabdeh2 tərəfindən onlara təqdim edilməmiş, yalnız hüquqi savadlarının olmamasından istifadə edərək kağız üzərində şərtlər dəyişdirilməklə onların vəziyyəti süni olaraq ağırlaşdırılmışdır. Evin həqiqi (əsl) sahibi İddiaçı2dır və uydurma əqd əsasında Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan 18 iyul 2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasında tərəflərin hüquqi niyyəti yalnız kreditin təminatı kimi ona məxsus evi Sıma İsmayılovun adına formal olaraq keçirmək olmuş, alğı-satqı niyyəti olmamışdır. İşin bu hallarını hazırki iş üzrə tərəflər arasındakı kredit münasibətləri də təsdiq etmişdir. Evin Cavabdeh1 mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni 18 iyul 2023-cü il tarixdən etibarsız hesab edilməlidir.

10. Cavabdeh1 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, sözügedən alğı-satqı müqaviləsi onunla İddiaçı2 arasında “ASAN xidmət” mərkəzində yerləşən notariat ofisində rəsmi qaydada bağlanılmışdır. Alğısatqı müqaviləsinin bağlanılmasında iddiaçıların razılığı olmuşdur. Müqavilənin şərtləri ilə razılaşmaları barədə imzaları vardır. Alğı-satqı müqaviləsi üzrə onun tərəfindən pul ödənişi olmuşdur. O, evi məcburi qaydada almamışdır.

11. Cavabdeh2 iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsi Seymurla iddiaçılar arasında bağlanmışdır. Həmin alğı satqı müqaviləsinin ona heç bir aidiyyəti yoxdur.

12. Gəncə Şəhər Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli, 2(125)-3815/2024 saylı qətnaməsi ilə (hakim Cav id Tağıyev) iddia rədd edilmişdir.

13. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, əqdin etibarsız hesab edilməsi üçün iddia ərizəsində sadalanan hallardan hər hansı biri məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Belə ki, İddiaçı2 öz sərbəst iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan mənzilə dair alğı-satqı müqaviləsi bağlamış və müqaviləni öz imzası ilə rəsmiləşdirmiş, digər İddiaçı1 isə arvadı İddiaçı2 məxsus daşınmaz əmlakın satılmasına etirazının olmamasına dair notarial qaydada ərizə vermişdir. Digər tərəfdən notariat işində olan sənədlərdən müəyyən olunur ki, iddiaçılar 18 iyul 2023-cü il tarixdə bilavasitə notariat hərəkətlərinin aparılması zamanı iştirak etmiş, fotoçəkiliş aparılmış, alğı-satqı müqaviləsi üzrə evin qiyməti olan 30. 000 manat notariusun depozit hesabına köçürülmə yolu ilə satıcı İddiaçı2 ödənilmiş, əqd bağlanarkən hər hansı hüquqa zidd hallar müəyyən edilməmişdir.

14. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 390.1-ci, habelə Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinə və “T.Qasımovanın şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verə rək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin faktiki və hüquqi əsaslarını tam və hərtərəfli araşdırılmamış, bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur və aşağıdakı əsaslara görə qətnamə əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir: İddia ərizəsi “mübahisəli fərdi yaşayış evinə dair tərəflər arasında bağlanmış 18 iyul 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 hüquqlarının dövlət qeydiyyatını təsdiq edən Çıxarışın ləğv edilməsi öhdəliyinin Reyestr Xidmətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi” ilə bağlıdır. Lakin, məhkəmə, iddiaçıların etibarnamə üzrə nümayəndələri olan X1 və X2 təzyiq göstərərək krediti nə üçün ödəmədiklərini, kreditin niyə vaxtında ödənilmədiyini soruşmaqla iddia predmetindən kənara çıxmışdır. Halbuki hazırki işdə iddia tələbi kreditor tərəfindən deyil, borclular tərəfindən verilmişdir. Başqa sözlə, alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı halları (və ya işin həqiqi halları) məhkəmə tərəfindən tam araşdırılmamış, formal yanaşılmışdır. Məhkəmə öz qətnaməsində araşdırma nəticəsində gəldiyi qənaəti “İddiaçı2 öz sərbəst iradə ifadəsinə uyğun olaraq mülkiyyətində olan əmlakın alğı-satqısına dair müqavilə bağladığını və müqaviləni öz imzası ilə rəsmiləşdirdiyini, digər İddiaçı1 isə arvadı İddiaçı2 məxsus daşınmaz əmlakın satılmasına etirazının olma masına dair notarial qaydada ərizə verdiyi” yazmaqdan ibarət olmuşdur. Halbuki, iddiaçı olaraq həm İddiaçı1, həm də İddiaçı2 özləri evin alğı-satqısına dair müqavilə bağladığını və müqaviləni öz imzası ilə rəsmiləşdirdiyini etiraf edirlər. Burada məsələ, həmin alğı-satqı müqaviləsinin kredit müqaviləsinin təminatı kimi sonuncu müqaviləni pərdələmək olmuşdur. Əsas həmin niyyəti və məqsədi müəyyən etmək lazım idi. Mülki iş üzrə 29 avqust 2014-cü il tarixdə keçirilən məhkəmə baxışı zamanı iştirak edən cavabdehin vəkili özü də izahatında etiraf edir ki, mübahisəli fərdi yaşayış evi verilmiş kreditin təminatı kimi Cavabdeh1 adına formal olaraq rəsmiləşdirilmişdir (məhkəmə iclasının audio yazısı və ya protokol). Cavabdehin vəkilinin izahatı fərdi yaşayış evinin məhz kreditin girovu qismində təqd im edildiyini, lakin alğı-satqı niyyəti ilə rəsmiləşdirilmədiyini sübut edir. Mübahisə predmeti olan 18 iyul 2023-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmasında tərəflərin hüquqi niyyəti yalnız kreditin təminatı kimi mülkiyyətçiyə məxsus evi Cavabdeh1 adına keçirmək olmuş, alğı-saqtı niyyəti yox. İşin bu hallarını hazırki iş üzrə tərəflər arasındakı kredit münasibətləri də təsdiq edir. Evin cavabdehin mülkiyyətinə keçirilməsinə dair əqd uydurma olduğundan bağlandığı andan, yəni 18 iyul 2023-cü il tarixdən etibarsız hesab edilməlidir. Bu etiraf iddianın təmin olunması və əlavə araşdırmanın aparılmasına zərurətini aradan qaldırır. Belə ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları s übutetmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Digər tərəfdən, həmin evin kreditin təminatı kimi verilməsini Cavabdeh2 özü də təsdiq edir. Belə ki, Cavabdeh2 ona məxsus İddiaçı1 məxsus ***-***-**-** nömrəli mobil nömrəsindən öz əmisi oğlu Əli İsmayılova telefonda göndərdiyi səs (vatsapda) yazısında da kredit borcunun qaytarılmaması səbəbindən mübahisəli fərdi yaşayış evindən çıxmağı tələb edəcəyini qeyd edir. Həmin səs yazılarını elektron məhkəmə sistemindən yükləmək mümkün olmadığından səs yazılarını əks etdirən “CD” diski məhkəməyə təqdim edilmişdir. Üzərində 1 yazılan “CD” diskdə olan Cava bdeh2 ilə Vüqar arasında olan 4 səs yazını əks etdirir. Cavabdeh2 evdən çıxma ilə bağlı tələbi isə “evlə bağlı səs” adlı 24 saniyəlik faylda əks olunmuşdur. Ev uydurma əqd nəticəsində cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, fərdi yaşayış evi 18 iyul 2023-cü il tarixdə formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hazırda da İddiaçı2 ailə üzvləri ilə birlikdə müqavilə bağlandığı gündən bu günədək həmin evdə yaşayır, müqavilənin predmeti olan evin real dəyərinin müqavilədə göstəriləndən xeyli yüksək olması da bu halı təsdiq edir.

17. İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəflər arasındakı münasibətlərə uydurma əqdin qaydalarını tətbiq etməli olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığ ı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. İşin hallarından da göründüyü kimi mübahisəli ev faktiki olaraq İddiaçı2 mülkiyyətində olmuşdur. Sonradan mənzil formal olaraq kreditin təminatı kimi 18 iyul 2023cü il tarixdə sonuncunun adından Cavabdeh1 adına keçirilmişdir. Bunu nəzərə alaraq İsgəndərovlar ailəsi mübahisəli fərdi yaşayış evini alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirməyi qərara almışl ar. Ona görə də, ailə üzvləri arasında həmin mənzilin satıcı olaraq Cavabdeh1 satılması hüquqi nəticələr yaratmaq niyyəti deyil, yalnız görünüş üçün bağlanmışdır. İşdən görünür ki, 18 iyul 2023-cü il tarixli alğı-satqı müqaviləsinin predmeti fərdi yaşayış evidir. Hazırda İddiaçı2 həmin evdən özünün və ailə üzvlərinin yaşaması üçün istifadə etmiş və alğı-satqı müqaviləsindən sonra da həmin evdən təyinatı üzrə istifadə edir. Yaşayış evini Cavabdeh1 satmaqda məqsədi evdən və əldə etdiyi maliyyə resurslarından istifadə etməklə gəlir əldə etmək deyil, sadəcə kreditin təminatı kimi formal olaraq cavabdehin adında saxlamaq olmuşdur. Beləliklə, 18 iyul 2023cü il tarixdə bağlanmış müqavilənin necə adlandırılmasından asılı olmayaraq həmin əqd alğı-satqı müqaviləsi olmamaqla, yalnız kreditin təminatı kimi cavabdehin adına formal olaraq bağlanmış müqavilədir.

18. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 2(104)-228/2025 saylı qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Rüfət Məcidov və İslam Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyasının mövqeyinə görə, tərəflər arasında daşınmaz əmlakın alğısatqısı barədə 18 iyul 2023-cü il tarixli müqavilə bağlanarkən onların satılmış əşyanın yenidən satıcı (İddiaçı2) tərəfindən alınması (satın alınması) düşüncəsi ilə hərəkət edibetməmələri mühüm əhəmiyyət kəsb edir. İşin müəyyən edilən halları tərəflər arasında satılmış əşyanın yenidən alınması (satın alınması) ilə bağlı faktiki v ə şifahi razılaşmanın olduğunu göstərir.

20. Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına uyğun olaraq qeyd etmişdir ki, 18 iyul 2023-cü il tarixli alğı-satqı müqaviləsi tərəflər arasında satılmış əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn müqavilədir və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, İddiaçı2 18 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməklə onun fərdi yaşayış evini yenidən almaq hüququ yaranacaqdır. Əks halda iddiaçıların tələbinin təmin edilməsi hüquqdan suiistifadə ilə nəticələnə bilər (şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi).

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazır kı vəziyyətdə iddiaçılar tərəfindən irəli sürülmüş “18 iyul 2023-cü il tarixli alğı-satqı müqavilənin yalan əqd olduğuna görə etibarsız hesab edilməsi barədə” tələbin təmin edilməsi üçün əsaslar yoxdur.

23. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, qeyd olunan tələb təmin edilmədiyi üçün, həmin tələbdən irəli gələn “daşınmaz əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi barədə” tələb də təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1, 404.2, 340.1, 340.2, 390.1, 659, 660, 661-ci, habelə MPM-in 14.2, 77.1, 384.0.1-ci maddələrinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçılar ( Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

26. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

30. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

31. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

32. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

35. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

37. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər.

39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədiilə istifadə edilməsi yolverilməzdir.

40. Maddə

661. Tətbiq edilə bildiyi halda bu Məcəllənin 659 və 660-cı maddələrinin müddəalarının müvafiq olaraq digər üstünlük hüquqları, o cümlədən satılmış əşyanın yenidən alınması (satın alınması) hüququ və kirayəyə və ya icarəyə götürməkdə üstünlük hüquqları üçün etibarlı olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassa siya instansiyası məhkəməsinin hüquqi mövqeyi

52. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçıların kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. İddiaçılar kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri i lə razılaşmır.

54. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında mübahisəli mənzilin alğı-satqısı barədə 18 iyul 2023-cü il tarixli müqavilə bağlanarkən, İddiaçı2 satılmış həmin mənzili yenidən satın alması düşüncəsi ilə hərəkət etmişdir.

55. İşin müəyyən edilmiş qeyd olunan halları tərəflər arasında mübahisəli mənzilin alğısatqısına dair olan danışıqlarla, yazışmalarla da təsdiq olunur və tərəflər arasında həmin mənzilin alqı-sağısına dair satılmış əşyanın yenidən alınması (satın alınması) ilə bağlı faktiki və şifahi razılaşmanın olduğunu göstərir.

56. Apellyasiya instansiyası məhkəməsi, işin yuxarıda müəyyən edilmiş hallarına qiymət verərək qeyd etmişdir ki, beləliklə 18 iyul 2023-cü il tari xli alğı-satqı müqaviləsi əslində tərəflər arasında satılmış əşyanın yenidən alınmasına (satın alınmasına) yönələn müqavilədir və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur.

57. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, İddiaçı2 18 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməkdən sonra onun mübahisəli fərdi yaşayış evini yenidən satın almaq hüququ yaranacaqdır. Əks halda iddiaçıların tələbinin təmin edilməsi hüquqdan sui-istifadə ilə nəticələnə bilər, yəni şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi baş verə bilər.

58. Göstərilənlərlə yanaşı o, da nəzərə alınmalıdır ki, tərəfl ər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqdan sui-istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorun mənafeyinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər.

59. Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızılığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir.

60. Eyni hüquqi mövqe “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 iyun 2025-ci il tarixli Qərarında da ifadə olunmuşdur.

61. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq qeyd etmişdir ki, hazırkı haldı iddiaçılar tərəfindən irəli sürülmüş “18 iyul 2023-cü il tarixli alğı-satqı müqavilənin yalan əqd olduğuna görə etibarsız hesab edilməsi barədə” tələbinin təmin edilməsi üçün əsaslar yoxdur.

62. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilə dair alğı-satqı müqaviləsinin etib arsız hesab edilməsi barədə tələb təmin edilmədiyi üçün, həmin tələbdən irəli gələn “daşınmaz əmlaka dair verilmiş Çıxarışın ləğv edilməsi barədə” tələbi rədd etməklə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassa siya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2025-ci il tarixli, 2(104)-228/2025 saylı qətnaməsi dəişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar