Məhkəmə qərarları › İş №2(102)-1791/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1791/2025

13.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1791/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X30 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X8 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X30 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızına qarşı “Balakən rayon Notariat Kontorunun Xüsusi Not ariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018ci il tarixli 2V-127 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-170/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Muradov Sultan X2 ilə 4 may 1975-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahından X19 adlı uşaqları doğulmuşdur.

2. X9 11 noyabr 2001-ci il tarixdə ölmüşdür.

3. İddiaçı X19 ilə 11 avqust 20 06-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və onların birgə nikahından 8 iyul 2007-ci il tarixdə Əsmər, 13 iyun 2009-cu il tarixdə Rəfiqə və 11 noyabr 2011-ci il tarixdə Ağa adlı üç uşaqları doğulmuşdur.

4. X5 Mamed Abdulməcid oğlunun bacısının qızı olmuşdur. Xatirə İsmayılzadə 3 noyabr 2017-ci il tarixdə ölmüşdür. 5. 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, 1991-ci ildə tikilmiş, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0883 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. 6. 20 yanvar 2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə notariat orqanına müraciət edərək, 11 noyabr 2001-ci il tarixdə ölmüş bacısı X6 miras qalmış Balakən rayonu, Mahamala r kəndində yerləşən evi və torpaq sahəsini qəbul etdiyini və ondan başqa digər vərəsələrinin olmadığını bildirmişdir. 7. 16 mart 2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, Cavabdeh1 11 noyabr 2001-ci il tarixdə ölmüş bacısı X6 miras qalmış Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,0883 ha torpaq sahəsindən bütöv irs almalıdır. 8. 28 mart 2018-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,0883 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır. 9. 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” nə əsasən, Cavabdeh1 Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evini və evin yerləşdiyi 0,0883 ha torpaq sahəsini arvadı Cavabdeh2 bağışlamışdır. 10. 2 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0883 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

11. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər Cavabdeh1, X30 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Xəlilova (Bayramova) Zülfidə Kamil qızına (bundan sonra cavabdehlər, yaxud, ad, s oyadı Notariat Kontoru) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, notirat orqanı tərəfindən adına verilmiş 16 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin Şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş 28 mart 2018-ci il tarixli Çıxarışın ləğv olunması, habelə Cavabdeh1la arvadı Cavabdeh2 arasında notarial qaydada bağlanmış 6 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinin ləğv olunması, həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 2 noyabr 2022-ci il tarixli Çıxarışın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırda övl adları ilə birlikdə Bakı şəhərində yaşayır və hər il bayram ərəfələrində Balakən şəhərinə gedərək mərhumların məzarını ziyarət edirlər. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Balakən rayonunda olarkən ona məlum olmuşdur ki, X20dən miras qalmış evə və torpaq sahəsinə dayısı olan Cavabdeh1 adına vərəsəlik işi açdırmış və sonuncu miras əmlakları tamamilə öz adına rəsmiləşdirmişdir. Məsələni aydınlaşdırmaq üçün cavabdehlə danışıqlar aparmış, lakin sonuncu əmlakları artıq öz adına rəsmiləşdirdiyini bildirmiş və əmlakı verməkdən imtina etmişdir. Torpaq sahəsinin necə və hansı əsasla rəsmiləşdirilməsini aydınlaşdırmaq üçün sorğusu ilə notariat orqanına müraciət etmiş və notariat ofisi tərəfindən X1 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariatd an əldə olunmuş sənədlərdən görünür ki, 11 noyabr 2001-ci il tarixdə ölmüş X1 miras qalmış əmlaklara dair 16 mart 2018- ci il tarixdə Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. 2018-ci ilin yanvar ayında Balakən rayonu, Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışa görə, 11 noyabr 2001-ci il tarixdə ölmüş X7 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunan qardaşlardan isə yalnız Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmağı yazılmışdır. Həmçinin Balakən rayonu, Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli arayışa görə, 11 noyabr 2001-ci ildə ölmüş X7 vərəsəsi Xatirə İsmayılzadə olmuş və sonuncu 3 noyabr 2017-ci il tarixədək azyaşlı övladları ilə bi rlikdə Balakən rayonu, Mahamalar kəndində yaşamışdır. Qeyd olunanlar onu deməyə əsas vermişdir ki, X1 miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 3 noyabr 2017-ci il tarixədək onun arvadı Xatirə İsmayılzadə idarə etmişdir. Göründüyü kimi, icra nümayəndəliyinin müxtəlif məzmunlu arayışlar verməsi onu və üç azyaşlı övladlarını vərəsəlik hüququndan məhrum etmişdir. 3 noyabr 2017-ci il tarixdə Xatirə İsmayılzadənin ölməsi ilə ondan üç övladı və o, vərəsə qalmışdır. Miras evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və mülkiyyət hüququna dair Çıxarışın verilməsi qanunsuz olmuşdur.

13. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, X9 onun bacısı olmuşdur. 1 977-ci ildə doğulmuş X10 qızı olmuşdur. 1995ci ildə Balakən rayonu, Mahamalar kəndində ev almaq qərarına gəlmişdir. Həmin vaxt Qazaxıstan Respublikasında yaşadığına görə evi X7 adına almışdır. 2001-ci ilədək həmin evdə bacısı X9 yaşamış və 11 noyabr 2001-ci il tarixdə ölmüşdür. Onun dəfnini özü ata evindən yola salmaqla həyata keçirmişdir. Mərhumənin ölümündən sonra Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi, habelə 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. X1 qalmış mirası o, faktiki qəbul edərək idarə etmiş, mərhuməyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmi r etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. 2003-cü ildə Cavabdeh2 ilə qeyri-rəsmi nikaha girmiş və həmin evə köçüb orada yaşamışlar. 2005-ci ildə onunla nikahlarını rəsmiləşdirmişlər. X7 ölümündən sonra onun təsərrüfatında o, qalmışdır. Bu hal Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş yanvar 2018-ci il tarixli arayışla da təsdiq olunur. X13 2006-cı ilədək atasına məxsus evdə yaşamış, 11 avqust 2006-cı il tarixdə rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onun özünün adına olan torpaq sahəsində yerləşən evə gəlin köçmüş və onların rəsmi nikahından üç övladları doğulmuşdur. Sonradan İddiaçı korrupsiya xarakterli cinayət törətdiyinə görə həbs olmuş, uzun müddət həbsdə qalmış, X13 isə Balakən rayonuna qayıtmış və öldüyü vaxt adək kirayədə yaşamışdır. X13 3 noyabr 2017-ci ildə ölmüş və onun dəfnini o, yola salmışdır. 2018-ci ilin yanvar ayında onun müraciəti əsasında notariat orqanı tərəfindən bacısı X7 adına qeydə alınmış 0,0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82,40 kv.metrdən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu, Mahamalar kəndində yerləşən ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0883 ha olan torpaq sahəsinə dair X7 adına 15 fevral 2018-ci il tarixli Çıxarış verilmişdir. 16 mart 2018-ci il tarixli, 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0883 ha o lan torpaq sahəsinə dair onun adına 28 mart 2018-ci il tarixli Çıxarış verilmişdir. O, isə 6 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə sözügedən evi və torpaq sahəsini arvadı Cavabdeh2 bağışlamış və 2 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən həmin ev və torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır.

14. Balakən Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e2(019)-187/2023 nömrəli, 25 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.m. olan fərdi yaşayış evi və ümumi sahəsi 0,0883 ha olan həyətyanı torpaq sahəsində X13 heç vaxt yaşamamışdır. Balakən rayon AİK-nin 30 iyun 1998-ci il tarixli, 08 saylı Qərarına əsasən JN-1157 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Xatirə İsmayılzadəyə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 atasından qalmış, Xatirə İsmayılzadə isə həmin torpaq sahəsində yerləşən evdə yaşamışdır. Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0,25 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən X24 Məcidzadəyə satmışdır.

16. Məhkəmə həmçinin qeyd etmişdir ki, notariat orqanı tərəfindən 11 noyabr 2001-ci il tarixdə ölmüş X6 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkə n, cavabdeh onun təsərrüfatında qeydiyyatda olmuş və onun mirası faktiki qəbul etməsi müəyyən olunmuşdur. Lakin, Xatirə İsmayılzadə mirası nə faktiki, nə də rəsmi qaydada qəbul etməmiş, habelə mirasın qəbulu üçün notariat orqanına ərizə verməmişdir.

17. Məhkəmə daha sonra qeyd etmişdir ki, Xatirə İsmayılzadə 11 nobyabr 2001-ci il tarixdə ölmüş X7 birinci növbəli vərəsəsi olsa da, anası X6 miras qalmış əmlakı qəbul etmədiyindən, Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən, miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan X7 qardaşı Cavabdeh1 adına keçmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1243.3, 1133.1, 1133.2, 1145, 1151.1, 1157-1.1, 1157-1.2, 1159.1, 1159.1.1, 1255, 1256, 1261, 1268.1, 1269, 1272, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322-ci, “Notariat haqqında” Qanunun 55, 59-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

19. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X20 mərhum anasına məxsus əmlakı idarə etmişdir. Bunu mülki iş materialına əlavə edilmiş arxiv arayışı və icra nümayəndəliyi tərəfindən verilmiş arayışla da təsdiq olunur. Hər iki arayış məhkəmə tərəfindən nəzərə alınmamışdır. “Notariat haqqında” Qanunun 59-cu maddəsin ə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qeyd olunan maddənin tələbi Cavabdeh1 qanun üzrə vərəsəlik şəhadətnaməsi verən notarius tərəfindən pozulmuş, məhkəmə tərəfindən pozuntu halı nəzərə alınmamışdır. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Belə ki, mərhumun yeganə vərəsəsi Xatirə İsmayılzadə 3 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Hazırda X14 üç övladı və əri miras əmlaka birinci növbəli vərəsələrdir. Qanunvericiliyin yuxarıda qeyd olunan mövqeyindən aydın olur ki, əvvəllki növbənin vərəsələri, yəni Xatirə İsmayılzadənin mövcudluğu ikinci növbəli vərəsə olan Cavabdeh1 vərəsəliyini istisna edir. X14 vərəsələri sağ olduqları üçün Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilə bilməzdi. X20 mirasın qəbulundan imtina etməmiş və onun mirasdan imtinası notarial qaydada rəsmiləşdirilməmişdir. Mirası qoyan X3 rayonu, Mahamalar kəndində yaşamış, 11 noyabr 2001-ci il tarixdə ölmüşdür. X4 öldükdən sonra ona məxsus təsərrüfatda qızı Xatirə İsmayılzadə qeydiyyatda olmuş və o, 3 noyabr 2017-ci il tarixdə ölmüşdür. Eyni zamanda, cavabdeh 2022-ci ildə icra nümayəndəliyindən miras barədə arayış tələb etmiş və icra nümayəndəliyi tərəfindən 2001-ci ilə aid məlumatların icra nümayəndəliyində olma dığını, Balakən rayon Dövlət Arxiv İdarəsinə təqdim edildiyi üçün mümkün olmadığı bildirilmişdir. İcra nümayəndəliyi tərəfindən 2001-ci ilə dair məlumatların icra nümayəndəliyində saxlanılmadığı təqdirdə cavabdehi X4nın təsərrüfatında göstərməsi bir daha icra nümayəndəliyi tərəfindən Cavabdeh1 adına verilmiş arayışların əsassız və qanunsuz olmasını təsdiq etmişdir. Mülki iş materiallarına həmçinin cavabdehlə arvadı Cavabdeh2 arasında olan “bağışlama müqaviləsi” əlavə olunmuşdur. Həmin bağışlama müqaviləsinə əlavə olunmuş 2018-ci ilin aprel ayına aid arayışdan görünür ki, fərdi yaşayış evində X16, X15 və X21 qeydiyyatda olmuşlar. Göründüyü kimi, icra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində iddiaçı və üç övladı vərəsəlik hüququndan məhrum olmuşlar.

21. Şə ki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(107)-72/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Elçin Mehdiyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmiş, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən, maddi hüquq normalarının tələblərini pozmuş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, apellyasiya insta nsiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, X9 Cavabdeh1 bacısı olub və 11 noyabr 2001ci il tarixdə ölüb. X9 öldükdən sonra ondan Balakən rayonu, Mahamalar kəndində yerləşən, 0,08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 82,40 kv.metr olan fərdi yaşayış evi, habelə 0,14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalıb. 2018-ci ilin yanvar ayında cavabdeh ərizə ilə notariusa müraciət edərək, bacısı X6 miras qalmış paya dair onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsini xahiş edib. 15 fevral 2018-ci il tarixli Çıxarışa əsasən, Balakən rayonu, Mahamalar kəndində yerləşən, ümumi sahəsi 82,40 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0883 ha torpaq sahəsi ölümündən sonra mülkiyyət hüququ üzrə X7 adına qeydə alınmışdır. Bundan sonra notariat orqanı tərəfindən miras əmlaka dair Cavabdeh1 adına 16 mart 2018-ci il tarixli, 2V-127 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib. 28 mart 2018-ci il tarixli Çıxarışa əsasən miras əmlak daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb və sonuncu 6 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə əsasən həmin evi və həyətyanı torpaq sahəsini arvadı Cavabdeh2 bağışlamışdır. 2 noyabr 2022-ci il tarixli Çıxarışa əsasən sözügedən ev və həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

23. Məhkəmə kollegiyası işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, iddia və apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, Mülki Məcə llənin 1272ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Normada müəyyən edilmiş 2 aylıq müddət kəsici müddətdir, bu baxımdan həmin müddətin tətbiqi üçün tərəflərin ərizə verməsi tələb olunmur, bu müddət qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırılmır və kəsilmir. İşə əlavə edilmiş notariat orqanının 31 yanvar 2024-cü il tarixli arayışına görə, X1 miras qalmış əmlakın qardaşı Cavabdeh1 adına keçməsinə əsas olmuş 17 mart 2018-ci il tarixli, 2V127 reyestr nömrəli Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surəti vəkilin sorğusu əsasında 8 sentyabr 2022-ci il tarixdə iddiaçının vəkili Nümayəndə1 təqdim edilib. Eyni zamanda məh kəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında qeyd etmişdir ki, 17 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surətini 8 sentyabr 2022-ci il tarixdə almışdır. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili sözügedən Şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idilər.

24. Məhkəmə kollegiyası bu baxımdan qeyd etmişdir ki, iddiaçı, 17 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin mövcudluğundan 8 sentyabr 2022-ci il tarixdə xəbərdar olduğundan, 21 noyabr 2022-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırkı məzmunda iddia ilə məhkəməyə 21 noyabr 2022- ci il tarixdə müraciət etsə belə, həmin vaxtdan artıq qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürmüşdür.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı kəsici müddətin ötürülməsi nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ da aradan qalxdığına görə, iddia tələbi notariat orqanı tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018- ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunması barədə tələbi təmin edilə bilməz.

26. Məhkəmə kollegiyası iddiaçının digər tələbləri ilə bağlı isə qeyd etmişdir ki, Cavabdeh1 adına qeydiyyata alınmış 28 mart 2018-ci il tarixli Çıxarış Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli, 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında verilib, yəni, nə qədər ki, həmin Şəhadətnamə qüvvədədir, onun əsasında verilmiş Çıxarış da ləğv edilə bilməz.

27. Məhkəmə kollegiyası Cavabdeh1la arvadı Cavabdeh2 arasında notarial qaydada bağlanmış 6 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinin ləğv olunması və həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 2 noyabr 2022-ci il tarixli Çıxarışın ləğv olunması barədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hall ar istisna olmaqla, həqiqi hesab edilir. Normanın mənasına görə, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə, dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Ona görə də sözügedən əmlaka dair Cavabdeh2 adına 2 noyabr 2022-ci il tarixli Çıxarış 6 aprel 2018-ci il tarixli, 4Ə-204 saylı bağışlama müqaviləsinə əsasən verildiyindən və həmin bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmadığından, iddia bu hissədə də təmin oluna bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 49, 60-cı, Mülki Məcəllənin 140, 666.1, 1133,1146, 1159, 1160, 1193, 1194, 1202.2, 1246-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

29. Qətnamədən iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Mirası qoyanın yeganə vərəsəsi olan X22 3 noyabr 2017-ci il tarixdə ölüb və onun ölümündən sonra üç övladı və əri vərəsə qalıb. Göründüyü kimi, Xatirə İsmayılzadənin birinci növbəli vərəsələri sağ olduğu üçün Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadatnamə verilə bilməzdi. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mərhum arvadı Xatirə İsmayılzadə mirasın qəbulundan imtina etməmiş və belə bir imtina notariat orqanında rəsmiləşdirilməmişdir. Bunun üçün də miras sonrakı növbənin vərəsələrinə keçə bilməzdi. Ona görə də apellyasiya instansiyası məhkəməsinin hazırkı mübahisəyə kəsici müddətlə bağlı normaları tətəbiq etməsi Mülki Məcəllənin 1272ci maddəsinin tələblərinə zidd olmuşdur. Belə ki, sözügedən norma mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisənin maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilməsini n əzərdə tutur.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2173/2024 nömrəli, 23 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (məruzəçi), İspəndiyar Şəfiyev və Vüqar Həsənov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir.

32. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

33. Kassasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əvvəla işin mübahisələndirilməyən hallarına görə, hazırkı iddia ərizəsi məhkəmənin icraatına 21 noyabr 2022-c i il tarixdə daxil olmuş və mülki iş məhkəmənin icraatında olduğu dövrdə Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilmiş və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salmışdır.

34. Kassasiya instansiyası məhkəməsi belə olan halda hesab etm işdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, iddia qeyd olunan əsasla rədd oluna bilməz.

35. Mülki Məcəllənin 1256-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

36. Nəzərə alınmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılm ası ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

37. Belə ki, həmin Qərarda göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

38. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir.

39. Hazırkı halda isə mirası qoyan X7 11 noyabr 2001- ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb və onun birinci növbəli yeganə vərəsəsi olan qızı Xatirə İsmayılzadə isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməmişdir. Belə olan halda qəbul edilmiş sözügedən miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi Xatirə İsmayılzadənin mülkiyyətində olmuş və notariat orqanı tərəfindən həmin əmlaka dair ikinci növbəli vərəsə kimi Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən yuxarıda sadalanan normaların tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları, habelə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğunun, sonrakı növbənin vərəsəliyini istisna etməsini nəzərə almamışdır. Digər tərəfdən, yuxarıda sadalanan normaların mənasına görə, miras sonrakı növbənin vərəsəsinə o, halda keçir ki, əvvəlki növbənin yalnız bir vərəsə olsun və o, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğ u gündən üç ay ərzində mirasın qəbulundan imtina etsin.

40. Hazırkı işdə, Xatirə İsmayılzadənin anası X6 miras qalmış əmlaka dair vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməsini özündə ehtiva edən heç bir sübut yoxdur. Əksinə, iddia ərizəsindən, apellyasiya və kassasiya şikayətlərinin dəlillərindən görünmüşdür ki, Xatirə İsmayılzadə mirası qoyan X7 yeganə vərəsəsi olmuş və 3 noyabr 2017-ci il tarixədək, yəni ölən günədək mirasın qəbulundan imtina etməsi barədə ərizə ilə notariat orqanına müraciət etməmişdir. Xatirə İsmayılzadənin ölümündən sonra isə onun vərəsəsi kimi üç övladı və əri qalmışdır.

41. Kassasiya instansiyası məhkəməsi bu baxımdan hesab etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsi əslində mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddətini tənzimlədiyindən, yəni Xatirə İsmayılzadə mirası qoyanın birinci növbəli yeganə vərəsəsi olmaqla, ümumiyyətlə mirasın qəbulundan imtina etmədiyindən, sözügedən norma ona münasibətdə hazırkı mülki mübahisəyə tətbiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələblərini hazırkı mülki mübahisəyə səhv tətbiq edib və Xatirə İsmayılzadənin ilk gündən mirasın qəbulundan imtina etməməsini nəzərə almamışdır. Yəni, sözügedən norma əslində mirasın qəbulundan imtina etdikdən sonra vərəsənin müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində bu barədə mübahisə aça bilməsini nəzərədə tutur. Hazırkı halda iddiaçının arvadı Xatirə İsmayılzadə anası X7 birinci növbəli yeganə vərəsəsidir, cavabdeh isə onun ikinci növbəli vərəsəsidir. Belə o lan halda hazırkı iddianın Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən rədd edilməsi yolverilməzdir. Çünki mirasın qəbulundan imtina edilməsi barəsində iddiaçı ilə digər birinci növbəli vərəsələr arasında hər hansı mübahisə yoxdur. Ona görə də iddiaçının sözügedən Şəhadətnamənin və ona əlavə edilmiş sənədlərin surətlərini 8 sentyabr 2022-ci il tarixdə alması və hazırkı iddia ilə məhkəməyə 21 noyabr 2022-ci il tarixdə müraciət etməklə, bu barədə iki ay ərzində mübahisə açmaması iddianın rədd olunması üçün əsas sayıla bilməz.

42. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmış və hesab etmişdir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

43. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-170/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Akif Eyvazov (sədrlik edən və məruzəçi), Xəqani Səmədov və İmanverdi Şükürov) iddia çının apellyasiya şikayəti təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin 25 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, həmin çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin eti barsız hesab olunması, bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

44. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar qəbul edilmiş və həmin Qərarla Konstitusiya Məhkəməsinin Plenumu, Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəy yən edən 1246 və 1273-1-ci maddələrini, mütənasiblik baxımından konstitusiyanın prinsiplərinə və Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığı üçün qüvvədən salınmışdır. Həmin Qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

45. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırkı iş birinci apellyasiya icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir. Hazırkı halda mirası qoyan X7 11 noyabr 2001-ci il tarixdə ölməsi ilə ondan miras qalmış sözügedən əmlaka vərəsəlik açılıb və onun birinci növbəli yeganə vərəsəsi olan qızı Xatirə İsmayılzadə isə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina etməmişdir. Belə olan halda qəbul edilmiş sözügedən miras əmlak onun açıldığı gündən məhz birinci növbəli vərəsə kimi Xatirə İsmayılzadənin mülkiyyətində olmuş və notariat orqanı tərəfindən həmin əmlaka dair ikinci növbəli vərəsə kimi Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən yuxarıda sadalanan normaların tələbləri pozulub. Ona görə də, 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab olunmalı və həmin şəhadətnamə əsasında Cavabdeh1 a dına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır.

46. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunmasını da xahiş etmişdir. Bundan əlavə məhkəmə kollegiyasının icl asında iddiaçının nümayəndəsi - vəkili Nümayəndə1 bildirmişdir ki, bağışlama ilə bağlı hissədə, həm ləğv və həm də etibarsızlığın eyni hüquqi nəticə yaratdığından, əhəmiyyətinə varmadan iddia ərizəsində ləğvini tələb etsələr də, hazırda tələbin həmin hissəsində müqavilənin etibarsız hesab edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

47. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcmi artırılan zaman nə bağışlama müqaviləsinin ləğv, nə də ki, etibarsızlığı ilə bağlı normalara istinad edilmədiyini və məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi ilə bağlı tələbin müqavilənin etibarsız hesab edilməsi kimi qəbul edilməsi barədə xahişini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə iddiaçının iddia tələbi qeyd olunmuş müqavilənin etibarsız hesab edilməsi kimi qəbul olunmalıdır.

48. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçis i kimi tanınır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsində, 29-cu maddəsinin 1, 2 və 3-cü hissələrində mülkiyyət hüququnun tanınması və qorunması təsbit olunmuşdur. Konstitusiya normalarına əsaslanan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – qüvvədə olan MM) müddəalarında təsbit edilmişdir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Əşya hüquqlarının pozulmasını ehtimal edən şəxs onların müdafiəsi üçün müvafiq əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiqi, habelə əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunması iddiaları ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, şəxsin vicdanlı əldə edən olmasının müəyyən edilməsi üçün ilk olaraq mü lkiyyətçinin vicdanlı əldə edən şəxsə münasibətdə əmlakın əvəzli əldə edilməsi, həmin əmlakın onu özgəninkiləşdirmək hüququna malik olmayan şəxs tərəfindən əldə olunduğunu bilməməsi və bilmək iqtidarında olmaması sübut edilməlidir.

49. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, Cavabdeh1 adına Xatirə İsmayılzadənin mülkiyyətində olmuş əmlakla bağlı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması, Cavabdeh2 Cavabdeh1 həyat yoldaşı olması və mübahisələndirilmiş əmlakın Cavabdeh2 tərəfindən əvəzsiz əldə edilməsi, nəticədə, sonuncunun vicdanlı əldə edən olmasını istisna edir və nəticə etibarilə Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin e tibarsızlığına səbəb olur. Ona görə də xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi etibarsız hesab olunmalı, həmin müqavilə əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış ləğv edilməlidir.

50. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 146., 337, 1133.1, 1133.2, 1145, 1151, 1159, 1243, 1255, 1256, 1261 1262, 1263, 1268.1, 1269, 1272, 1273-1, 1274, 1276, 1291, 1321.1, 1321.2, 1322-cü və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 218.1, 372, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

51. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X30 Xidmət Mərkəzinin Notariat Ofisinin 31 yanvar 2024-cü il tarixli, 148 nömrəli arayışından görünmüşdür ki, mərhum X6 qardaşı Cavabdeh1 xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr nömrəsi ilə verilmiş vərəsəlik şəhadətnaməsinin və ona əlavə edilmiş sənədlərin surəti Zaqatala rayon Vəkil bürosunun sorğusu əsasında 8 sentyabr 2022-ci il tarixdə iddiaçının vəkili Nümayəndə1 təqdim edilmişdir. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən iddia çının nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə 2V127 reyestr nömrəsi ilə verilmiş vərəsəlik şəhadətnaməsinin və ona əlavə edilmiş sənədlərin surətini 8 sentyabr 2022-ci il tarixdə almışdır. Göründüyü kimi, iddiaçının vəkili Nümayəndə1 xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətinin ona göndərilməsi ilə bağlıBalakən regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə müraciət etmişdir. İddiaçının vəkili Nümayəndə1 xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətini 8 sentyabr 2022-ci il tarixdə almışdır. Bu da onu göstərir ki, həmin vaxt iddiaçı və onun vəkili həmin şəhadətnamənin mövcudluğundan artıq xəbərdar idi. İddia çı 17 mart 2018-ci il tarixdə verilmiş 2V127 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğundan 8 sentyabr 2022-ci il tarixdə xəbərdar olduğundan, 21 noyabr 2022-ci il tarixdə hazırki iddia ilə Balakən Rayon Məhkəməsinin müraciət etməsi halları öz əhəmiyyətini itirir. Çünki, iddiaçı hazırki məzmunda iddia ilə məhkəməyə 21 noyabr 2022-ci il tarixdə iddia versə belə, həmin vaxtda artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfin kəsici müddətin ötürülməsi nəticəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ da aradan qalxdığına görə, iddia tələbi Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018- ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması barədə tələbi təmin edilə bilməz. Lakin apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin, “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilən tələblərini pozmuş, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının oxşar məsələlərlə bağlı formalaşmış hüquqi mövqeyindən fərqli hüquq i yanaşma nümayiş etdirərək kassasiya şikayətini təmin etməklə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına səbəb olan qərar qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mülki işə baxarkən Mülki Məcəllənin 1272-ci maddəsini hazırki işə tətbiq etməməklə belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsi əslində mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddətini tənzimlədiyindən, yəni Xatirə İsmayılzadə mirası qoyanın birinci növbəli yeganə vərəsəsi olmaqla, ümumiyyətlə mirasın qəbulundan imtina etmədiyindən, sözügedən norma ona münasibətdə hazırkı mülki mübahisəyə tətbiq oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələblərini hazırkı mülki mübahisəyə səhv tətbiq etmiş və Xatirə İsmayılzadəni n ilk gündən mirasın qəbulundan imtina etməməsini nəzərə almamışdır. Yəni, sözügedən norma əslində mirasın qəbulundan imtina etdikdən sonra vərəsənin müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində bu barədə mübahisə aça bilməsini nəzərdə tutur. Hazırkı halda iddiaçının arvadı Xatirə İsmayılzadə anası X7 birinci növbəli yeganə vərəsəsidir, cavabdeh isə onun ikinci növbəli vərəsəsidir. Belə olan halda hazırkı iddianın Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən rədd edilməsi yolverilməz olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018 -ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunmasını xahiş etdiyi halda, məhkəmə iddia tələbindən kənara çıxaraq xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsini etibarsız hesab etməklə Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

53. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

54. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət vərəsəlik hüququna təmin at verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

55. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

56. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

57. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

58. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

59. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

60. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

61. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

62. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyət namə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

63. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

64. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

65. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

66. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

67. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arva d (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

68. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

69. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

70. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

71. Maddə 1263. Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir.

72. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamı ş vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.

73. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

74. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

75. Maddə

57. Mirasın açıldığı yerin notariusu və rəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.

76. Maddə

58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

77. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqı nda şəhadətnaməyə daxil edilə bilərlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı:

78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

79. Mirasın qəbulu institutunun tələblərindən irəli g ələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

80. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

81. Qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki,... miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündə n üç ay ərzində ifadə etməlidir.

82. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

83. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur.Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bö lüşdürə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

84. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

85. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

86. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

89. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

90. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

91. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

92. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və ka ssasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

93. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

94. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

95. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

96. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

97. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

98. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübah isələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

99. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə əvvəl baxmış kassasiya instansiya məhkəməsinin göstərişlərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

100. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiy a şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayə tinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

101. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

102. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarların da formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

103. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

104. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

105. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(107)-170/2025 nömrəli, 5 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar