Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1792/2019 01.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı2 və onun vəkili Vəkil, Digər İddiaçı1 işitrakı ilə, İddiaçı2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)10592/2018 nömrəli iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)2848/2018 saylı, 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC, Binəqədi rayon İcra və Probasiya Şöbəsi və “xxxx” MMC-yə (maraqlı şəxs Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı Cavabdeh2 ASC tərəfindən Bakı şəhəri, ************************************ saylı mənzilin alınmasına dair hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəri manov rayon məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 ASC, Binəqədi rayon İcra və Probasiya Şöbəsi və “xxxx” MMC-yə (maraqlı şəxs Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ASC tərəfindən Bakı şəhəri, ******************************** saylı mənzilinin alınmasına dair hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassa siya şikayətinə qarşı etiraz: İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarından da göründüyü kimi mübahisəli mənzil X3 məxsus olmuş, ipoteka ilə yüklü edilmiş və onlar (iddiaçılar) Cavabdeh2 ASC-dən kredit götürmüşlər. Mübahisəli mənzil ipoteka ilə yüklü edilməzdən əvvəl mənzilin mülkiyyətçisi onlara etibarnamə vermişdir. Bu isə o deməkdir ki, onlar həmin mənzili faktiki olaraq almış və mənzilin faktiki sahibləri olmuşlar. Bankdan alınmış kredit tam ödənilmədiyinə görə bank məhkəmədə iddia qaldırmışdır. Nəticədə mübah isəli mənzili bank hərrac yolu ilə almış, sonra isə həmin mənzili digər şəxsə satmışdır. Hərracm keçirilməsi onlara məlum olandan sonra kreditin böyük hissəsini ödədiklərinə görə, həmçinin hərrac onların iştirakı olmadan keçirildiyinə görə hərracın etibarsız edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbləri təmin edilmişdir. Hesab edir ki, bankın bu iş üzrə apellyasiya şikayəti icraata qəbul edilməməli idi. Çünki məhkəməyə müraciət olunan vaxt mənzilin mülkiyyətçisi Cavabdeh2 ASC deyil, X7 idi. Ona görə də, məhkəmə iş üzrə subyekt olmayan bankın apellyasiya şikayətini əsassız olaraq icraata qəbul etmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən yalnız işdə iştirak edən qarşı tərəfin izahat ı və natamam ekspert rəyi ilə kiyayətlənmiş, tam və hərtərəfli araşdırma aparılmadan qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxmış, onu sübut təqdim etmək imkanından məhrum etmişdir. Ona görə də qətnamə ləğv olunmalıdır. Tərəflərin izahatları: İddiaçı2 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Digər İddiaçı1 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələ rək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, İddiaçı2 və onun vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız İddiaçı2 kassasiya şikayəti verdiyindən qətnamə onun şikayətinə əsasən kassasiya qaydasında yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Binəqədi rayon məhkəməsinin 19 iyul 2010-cu il tarixli, 2(001)-2486/10 saylı qətnaməsi ilə Cavabdeh2 ASC ilə İddiaçı3 arasında bağlanmış 01.07.2008-ci il tarixli kredit müqaviləsi, İddiaçı2 arasında bağlanmış 01.07.2008-ci il tarixli kredit müqaviləsi, İddiaçı1 arasında bağlanmış 01.07.2008-ci il tarixli kredit müqaviləsi, X5 arasında bağlanmış 01.07.2008-ci il tarixli kredit müqaviləsi, S6 arasında bağlanmış 01.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh İddiaçı3 cəmi 5918 manat, İddiaçı2 cəmi 5930,19 manat, İddiaçı1 cəmi 5930,19 manat, İ6 cəmi 5920,12 manat və A6 cəmi 5917,42 manat borcun tutulması, tutulmalı məbləğlərin X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ******************************** saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması nəticəsinə əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qərara alınmış, qətnamə icraya yönəldilmişdir. Məcburi icra hərəkətləri nəticəsində 09.04.2013-cü il tarixdə açıq hərrac keçirilmiş və hərracın nəticəsində mənzili Cavabdeh2 ASC almış və buna dair müvafiq alqı-satqı müqaviləsi bağlanmış, 23.07.2015-ci il tarixdən mənzil Cavabdeh2 ASC-nin mülkiyyətinə keçmiş, bankın adına mülkiyyətə dair müvafiq çıxarış verilmiş, sonradan isə alqı-satqı müqaviləsinə əsasən mənzil bank tərəfindən 27.12.2017-ci il tarixdə X1. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, mənzilin əvvəlki mülkiyyətçisi X4 həmin mənzilə dair sərəncam vermək səlahiyyətini 13.04.2008-ci il tarixdə 5 il müddətinə, 13.04.2013-cü il tarixə qədər İddiaçı1 etibar etmiş, iddiaçılar da hazırkı iddian ı məhz qüvvədən düşmüş həmin etibarnaməyə əsaslanmaqla qaldırmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M6 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədl əri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi Konstitusiya Məhkəməsinin də hüquqi mövqeyi bundan ibarətdir ki, məhkəmələr tərəfindən birinci növbədə həll edilməli olan məsələ iddia qaldırmış şəxsin buna müvafiq subyektiv hüququnun olub-olmamasının araşdırılmasıdır. Apellyasiya instansiya məhkəməsi qeyd olunan qərara istinad edərək hesab etmişdir ki, iddiaçılar hazırkı iddianı vermək üçün ümumiyyətlə subyektiv hüquqa malik olmamışlar. İddiaçıların hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqları olmadığı halda, birinci instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməyərək onların iddiasını təmin etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş və “xxxx” MMC-dən alınmış 09 iyul 2018-ci il tarixli rəydə mübahisəli mənzilin qiyməti 90000 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyə əsaslanaraq göstərmişdir ki, hərrac keçirilən zaman əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən edilmişdir. Hazırkı rəylə də həmin məbləğ arasında kəskin fərq olduğundan iddia təmin edilərək hərracın nəticələrinə dair alqısatqı müqaviləsi etibarsız hesab olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi bu hala qiymət verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin istinad etdiyi “xxxx” MMC-nin rəyi 09 iyul 2018-ci il tarixdə, mənzilin ilkin satış qiyməti müəyyən edilən zaman isə istinad olunan “xxxx” MMC-nin rəyi 19.10.2011-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi isə aradan keçən bu müddət - 7 il ərzində daşınmaz əmlak bazarın da qiymət fərqinin olmasını nəzərə almayaraq mənzilin qiymətləri arasında kəskin fərqin olduğuna əsaslanmışdır. Ümumiyyətlə, yalnız mənzilin qiymətləri arasında fərqin olması keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı2 kassasiya şikahyətində mənzilin ipoteka ilə yüklü edilməzdən əvvəl mənzilin mülkiyyətçisinin onlara etibarnamə verdiyini, onların həmin mənzili faktiki olaraq aldığını və mənzilin faktiki sahibləri olduqlarını bildirmişdir. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mənzilin mülkiyyətçisi Mohuma Heraçıyev iddiaçılardan yalnız İddiaçı1 etibarnamə vermişdir. Həmin etibarnaməyə isə apellyasiya instansiyası məhkəməsi hüquqi qiymət vermiş, etibarnamənin 2015-ci ilin aprel ayına qədər qüvvədə olmasını müəyyən etmişdir. Bundan başqa mübahisəli mənzilə dair İddiaçı1 etibarnamə verilməsi mənzilin iddiaçılar tərəfindən alınması kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə görə, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) ve rə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Cavabdeh2 ASC-nin iş üzrə apellyasiya şikayətinin qəbul edilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Cavabdeh2 ASC işə cavabdeh tərəf kimi cəlb edilmişdir. Belə olan halda bankın məhkəmə qətnaməsindən şikayət vermək hüququ olmuşdur. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxs lər apellyasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin işə onun iştirakı olmadan baxması barədə kassasiya şikayətinin dəlilini də məhkəmə əsassız hesab edir. Belə ki, işdən göründüyü kimi, İddiaçı2 apellyasiya instansiyası məhkəməsinin 17 oktyabr 2018-ci il tarixli və 19 oktyabr 2018ci il tarixli iclaslarında şəxsən iştirak etmişdir. Şərh edilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı2 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-10592/2018 nömrəli iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı2 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1792/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1792/2019
01.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver