Məhkəmə qərarları › İş №2(102)-1795/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1795/2021

07.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1795/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və İddiaçı2 Şəki Regional Cavabdeh1toriat ofisinə, x qızına və Cavabdeh3 qarşı; Cavabdeh3 İddiaçı1 və İddiaçı2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x0 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Miras qoyan X9 iş üzrə tərəf olan fiziki şəxslərin atasıdır. xəyevin mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış olmuş və o, həmin evi 04.08.2014-cü il tarixdə Cavabdeh3 oğlu (nəvəsi) X30 bağışlamışdır. Lakin sonradan xəyev, cavabdehlər X30 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı məhkəmədə iddia qaldıraraq bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

2. Şəki Rayon Məhkəməsi 03.12.2015-ci il tarixli, X saylı qətnaməsi ilə X5 iddiası təmin edilməmişdir.

3. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2016-cı il tarixli, x saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X5 cavabdehlər X30 və Şəki rayon 2 saylı Dövl ət Notariat Kontoruna qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh X30 bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 04 avqust 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. 01.07.2016-cı ildə xəyev ölmüşdür.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qərardadı ilə X5 vəfat etdiyini nəzərə alaraq İddiaçı1 və İddiaçı2 X5 hüquqi varisi kimi tanınmışlar.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, x saylı qərarı ilə apellyasiya məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Şəki Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, xsaylı qətnaməsi ilə İddiaçı1 iddiası təmin edilərək, ünva n 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar X25 adına verilmiş RX seriyalı ******* saylı 22 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21.04.2016-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Hazırkı mübahisənin predmeti, xüsusi mülkiyyət hüququ ilə miras qoyan X6 məxsus olmuş Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı1 və İddiaçı2 Cavabdeh1nə, x qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, onların 01 iyul 2016-cı il tarixdə vəfat etmiş mərhum ataları X4 qalmış və faktiki olaraq qə bul etdikləri miras əmlak olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbinin üzrlü sayılması və mirası qəbuletmə müddətinin bərpası barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İlkin iddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, atalarının vəfatından sonra onun vərəsələri kimi övladları İddiaçı1, İddiaçı2, Cavabdeh3 və X11 qalmışlar. İlkin iddia üzrə iddiaçılar sağlığında ataları X5 qulluğunda durmuşlar, atalarına baxmışlar və atalarının vəfatından sonra onun dəfn və bundan sonrakı yas mərasimlərində yaxından iştirak etmişlər, eyni zamanda atalarının baş daşını da inşa etdirmişlər. Ümumiyyətlə atalarının yas mərasimini özləri yola vermişlər. Həmçinin, atalarının vəfatından əvvəl ona qulluq edilməsi üçün baxıcı tutmuşlar. Çünki, atalarının son vaxtlarda qayğıya daha çox ehtiyacı olmuşdur. Beləliklə də, onlar atalarından qalmış miras əmlakı faktiki olaraq qəbul etmələrini nümayiş etdirmişlər. Lakin sağlığında ataları qardaşı xtərəfindən onun iradəsi əleyhinə 04 avqust 2014-cü ildə Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna aparılaraq mülkiyyətində olan Şəki şəhəri, M.Quliyev küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evini onun övladı X30 bağışlanması barədə müqavilə bağlamış və həmin müqavilə notariat qaydasında təsdiqlənmişdir. Bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra, yəni 2015-ci ilin aprel ayında ataları, insult xəstəliyi keçirmiş və vəfat edənədək həmin xəstəlikdən əziyyət çəkmişdir. Ataları xə stələndikdən sonra evi bağışladığı nəvəsi X38 və onun ata-anasının atalarına qarşı münasibətləri tamamilə dəyişmişdir. Atalarının bu xəstə halında X38 və onun ataanası ataları ilə çox kobud rəftar etməyə başlamış, atalarının xəstəliyi, səhhəti ilə maraqlanmamış, onu yeməksiz, hətta susuz qoyub Bakı şəhərinə getmişlər. Bundan sonra atasına iki ay müddətində bacıları Cavabdeh2 öz evində baxmışdır. Lakin, bacısı oğluna toy etdiyi üçün atalarını 31 avqust 2015-ci il tarixdə yaşadıqları mənzilə gətirmişdir. Ataları həmin vaxtdan vəfat etdiyi günədək onlarla birlikdə yaşamış və ona vəfat edənədək həmin evdə baxmışlar. Qeyd etmişdir ki, həmin evlə bağlı bağışlama müqaviləsinin formasından asılı olmayaraq, X38 ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini atalarına münasibətdə kobudcasın a pozduğuna görə ataları ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən X30 bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş bağışlama müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və yekunda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən atalarının iddiası təmin edilmişdir.

10. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 cavabdeh Şəki Regional '‘Asan Xidmət" Mərkəzində Notariat Ofisi və qeyrilərinə qarşı "01 iyul 2016-cı il tarixdə vəfat etmiş mərhum ataları X4 qalmış və faktiki olaraq qəbul etdikləri miras əmlak olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddəti gecikdirmə səbəbinin üzrlü s ayılması və mirasın qəbuletmə müddətinin uzadılması barədə" ilk iddiasının təmin edilməməsi, X10 Cavabdeh1 və qeyrilərinə qarşı "01 iyul 2016-cı il tarixdə vəfat etmiş mərhum X3ndan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız Cavabdeh3 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qarşılıqlı cavabdehin mərhum X3 cavabdehlə və onun ailəsi ilə birlikdə yaşamış və onun vəfatından sonra ondan miras qalmış əmlaka faktiki olaraq o, sahiblik etməyə başlamışdır və həmin vaxtdan bu vaxta kimi həmin miras əmlakı idarə edir. Beləliklə də cavabdeh mərhum X3ndan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 atasından miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, ona sahiblik etməmiş və həmin miras əmlakı idarə etməmişlər. Belə ki, İddiaçı1 və İddiaçı2 ilk iddia ərizəsində qeyd etmişlər ki, mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən ötürmüşlər. Həmin müddətin ötməsinə səbəb isə miras qoyulmuş evlə bağlı atalarının adından verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı uzun müddət məhkəmə mübahisəsinin getməsi olmuşdur. Lakin bu tamamilə əsassızdır. Belə ki, mərhum X3 04 avqust 2014-cü il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini cavabdehin oğlu x x oğluna bağışlanması barədə müqavilə bağlamış və həmin müqavilə notarial qaydada təsdiqlənmişdir.

12. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 17 iyun 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, İddiaçı1 və İddiaçı2 01 iyul 2016-cı il tarixdə vəfat etmiş ataları X4 miras qalmış ünvan 3 saylı fərdi yaşayış evinin vərəsə kimi qəbulu ilə bağlı ölürülmüş müddətin bərpa edilməsi, ilkin iddiaçıların iddianın qaldırılması ilə bağlı dövlətə ödədikləri 10.40 manat rüsum xərci onların özlərinə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X8 01 iyul 2016-cı il tarixdə vəfat etmiş mərhum X3ndan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qaldırılması ilə bağlı dövlətə ödənilmiş 10.40 manat rüsum xərcinin X8 özünə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, id diaçılar atasından qalmış miras evi faktiki olaraq qəbul etmişlər. Həmçinin tərəflər arasında üzün müddət məhkəmə çəkişməsi olmuş və bu səbəbdən də iddiaçıların atalarına məxsus lazımı sənədlərlə birlikdə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmək imkanı olmamışdır. Cavabdeh3 miras əmlakda yaşamaqla atasından qalma miras əmlakı qəbul etmişdir. İddiaçılar da cavabdehin mirası qəbul etməsini inkar etmirlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Rəfiyev (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov) 05 oktyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri 16. xyev kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 atalarından miras qalmış əmlakı faktiki olaraq qəbul, ona sahiblik və həmin miras əmlakı faktiki olaraq idarə etməmişlər. İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etmişlər ki, mirasın qəbul edilməsi müddətini üzrlü səbəbdən ötürmüşlər. Həmin müddətin ötməsinə səbəb isə miras qoymuş atalarından qalmış evlə bağlı atasının adından veril miş bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı uzun müddət məhkəmə mübahisəsinin getməsi olmuşdur. Lakin bu tamamilə əsassızdır. Belə ki, mərhum X9 04 avqust 2014-cü il tarixdə ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin oğlu x x oğluna bağışlanması barədə müqavilə bağlamış və həmin müqavilə notarial qaydada təsdiqlənmişdir. Bundan bir müddət sonra mərhum X2 x oğluna və qeyrilərinə qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 21 aprel 2016-cı il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı X5 cava bdeh x x oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh x x oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 04 avqust 2014-cü il tarixli bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X9 tərəfindən x x oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 04 avqust 2014-cü il tarixli bağışlanma müqaviləsi ləğv edilmişdir, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarı ilə cavabdeh X x oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 21 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılmışdır. Beləliklə göründüyü kimi İddiaçı1 və İddiaçı2 ilk iddia ərizələrində müddəti üzrlü səbəbdən yəni məhkəmə mübahisələrinə görə ötürdüklərini qeyd etsələr də göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərarı ilə həmin mübahisə 13 sentyabr 2017-ci il tarixdə bitmişdir. Lakin İddiaçı1 və İddiaçı2 10 yanvar 2020-ci il tarixdə ilk iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. Beləliklə iddiaçılar həmin məhkəmə mübahisəsi bitdikdən 2 il 4 ay sonra hazırkı iddia tələbi ilə müraciət etmişlər. Lakin qanunvericilik mirasın qəbulu üçün 6 aylıq müddət müəyyən etmişdir. Ümumiyyətlə işə baxan birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi müddətin üzrlü səbəbdən bərpa edilməsini heç bir sübut və əsasla əsaslandıra bilməmişlər, yalnız formal mülahizələrə istinad etmişlər. Apellyasiya məhkəməsi tərəfindən də demək olarkı heç bir araşdırma aparılmamış, sadəcə məhkəmə qəbul etdiyi qətnaməsində birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş sübutları sadalamaqla kifayətlənmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat ve rmədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

24. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övlad lığa götürənlər).

25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının h ədləri

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüqu q münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

33. X9 həm iddiaçıların həm də cavabdehlərin atasıdır. X5 mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış olmuş və o, həmin evini 04.08.2014-cü il tarixdə övladı iş üzrə Cavabdeh3 oğlu – həmçinin özünün nəvəsi X30 bağışlamışdır. Lakin sonradan tərəflər arasında mübahisə yaranmış və X9 cavabdehlər X30 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı məhkəm ədə iddia qaldıraraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh x x oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 04 avqust 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan Şəki rayon məhkəməsi 03.12.2015-ci il tarixli, X saylı qətnaməsi ilə X5 iddiasını təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 aprel 2016-cı il tarixli, x saylı qətnaməsi ilə iddiaçı X5 nümayəndəsi X52 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 03 dekabr 2015-ci il tarixli, x saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, iddiaçı X5 cavabdehlər x x oğluna və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 2 ünvanında yerləşən fə rdi yaşayış evinin tərəfindən cavabdeh x x oğluna bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 04 avqust 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin X9 tərəfindən X26 bağışlanması barədə Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 04 avqust 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qərardadı ilə X5 vəfat etdiyini nəzərə alaraq İddiaçı1 və İddiaçı2 X5 hüquqi varisi kimi tanınmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, x saylı qərarı ilə cavabdeh x x oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apell yasiya Məhkəməsinin 21 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan Şəki Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, xsaylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar X19 adına verilmiş RX seriyalı ******* saylı 22 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş Şəki Apellyasiya Məhkəməsinin 21.04.2016-ci il tarixli, x saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, xsaylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evi 01.05.2019-cu il tarixli çıxarışa əsasən X5 xüsusi mülkiyyətindədir. Tərəflər ailələrində 3 qard aş 1 bacı olmuş, onlar hamısı sözügedən evdə doğulmuşlar. Həmçinin ataları X1 ona baxıcı da tutmuşlar. X9 2015-ci ildə insult xəstəliyi keçirdikdən sonra 2 ay qızı Cavabdeh2 evində yaşamışdır. X9 31 avqust 2015-ci il tarixdən ölənədək İddiaçı1 evində yaşamışdır. X9 01 iyul 2016-cı il tarixdə vəfat etmişdir. Mərhmun yas mərasimi iddiaçılar tərəfindən təşkil edilmişdir. Bununla da iddiaçılar atasından qalmış miras evi faktiki olaraq qəbul etmişlər. Həmçinin tərəflər arasında üzün müddət məhkəmə çəkişməsi olmuş və bu səbəbdən də iddiaçıların atalarına məxsus lazımı sənədlərlə birlikdə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmək imkanı olmamışdır. Buna görə də məhkəmə iddiaçıların atalarından qalma mirasın qəbulu ilə bağlı ötürülmüş müddəti üzrlü hesab etmək qənaətinə gəlir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X44 bildirmişdir ki, hər iki tərəfi yaxşı tanıyır. Göstərmişdir ki, mərhum xkişi ömrünün sonlarında xin evində qalmış və müalicə almışdır. xkişi xin evində vəfat etmiş, onun yas mərasimi də xin həyətində olmuşdur. Yas xərclərinin x tərəfindən qarşılandığının şahidiyəm. Yas mərasimində mərhumun bütün övladları, o cümlədən xdə iştirak etmişdir.

35. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X51 və X27 qızı digər şahid X44 ilə təxminən eyni məzmunlu ifadə vermişlər.

36. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X20 bildirmişdir ki, cavabdeh Rəfayelin həyat yoldaşı dır. Göstərmişdir ki, qaynatası x27 il onlarla birlikdə mübahisəli evdə yaşamışlar. Qaynatası son 4-5 ayı xgildə qalmışdır. Qayınları ilə münasibətləri həmişə yaxşı olub. Qaynatası xin evində vəfat etmiş, yas mərasimi də onun həyətində olmuşdur. Həmin yas mərasimlərinə özü getməsə də əri xvə uşaqları getmişlər. Qaynatası üçün öz həyətlərində də yas mərasimləri vermişlər.

37. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X32 bildirmişdir ki, tibb bacısıdır. Xgilin, həmçinin xgilin ailəsini tanımışdır. xkişinin sağlamlığına müəyyən fasilələrlə nəzarət etmişdir. xkişinin dava-dərmanlarını həmşə Rəfayelgildə etmişdir. xkişi ömrünü sonlarında xgildə qalmış, orada vəfat etmişdir. Həmin yas mərasimində iştirak etməmişdir. Belə ki, Rəfayelgildə də yas mərasimi verildiyindən həmin yasda iştirak etmişdir.

38. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X35 bildirmişdir ki, həm iddiaçlar, həm də cavabeh onun bacısı oğlanlarıdır. O, məhkəmə iclasında həm iddia tərəfinin, həm də cavabdeh tərəfin vəsatəti ilə dindirilmiş şahidlərin ifadəsinə oxşar olan ifadə vermişdir.

39. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X36 yaxın qohum olduqlarını bildirərək, o da X21 ifadəsinə oxşar izahat vermişdir.

40. AZ-002355 seriya nömrəli nikah haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X37 arasında 27 oktyabr 1962-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 253 nömrə ilə qeyd edilmişdir. Nika h bağlandıqdan sonra arvada Hacı-zəkəryəyeva soyadı verilmişdir.

41. AZ-284619 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1960-cı il təvəllüdlü İddiaçı1 X3, anası isə X12r.

42. AZ-İ 683836 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 25 iyun 2014-cü il tarixdə uşaqlığın xərçəngi səbəbi ilə Şəki şəhərində ölmüşdür.

43. AZ-İ 821915 seriya nörəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 09 iyul 2016-cı il tarixdə kəskin koranar çatışmazlıq səbəbi ilə Şəki şəhərində ölmüşdür. 44. 05/Q--1230/70 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 07.10.1969-cu ildə Şəki şəhərində anadan olmuşdur. X3, anası isə X12r. 45. 22.04.2019-cu il tarixdə t ərtib edilmiş, 8635 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evi X5 adına qeydə alınmışdır. 46. 404013062991-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Məmməd Quluyev küçəsi, ev 14 nömrəli fərdi yaşayış evi X5 xüsusi mülkiyyətindədir.

47. Şəki Apelyasiya Məhkəməsinin 21.04.2016-ci il tarixli, x saylı qətnaməsindən görünür ki, iddiaçı X5 nümayəndəsi X52 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Şəki rayon məhkəməsinin 03.12.2015-ci il tarixli, 2(075)-5112/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. Belə ki, iddiaçı X5 cavabdehlər X30 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin tərəfindən cavabdeh x x oğluna bağışlanması barədə Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 04 avqust 2014-cü il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi tələbi təmin edilmiş və həmin bağışlama müqaviləsi ləğv edilmişdir.

48. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.09.2017-ci il tarixli, x saylı qətnaməsindən görünür ki, cavabdeh x x oğlunun Şəki Apellyasiya Məhkəməsinin 21.04.2016-ci il tarixli, x saylı qətnaməsindən vermiş olduğu kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 21.08.2018-ci il tarixli, 2(075)- 3172/2018 saylı qətnaməsindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar X19 adına verilmiş RX seriyalı ******* saylı 22 avqust 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi qət edilmişdir.

49. Şəki Apellyasiya Məhkəməsinin 21.04.2016-ci il tarixli, X saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 21.08.2018ci il tarixli, xsaylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

50. Nöyülbulaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş 11.10.2019-cu il tarixli, 316 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, M.Quluyev küçəsi, 14 saylı evdə yaşayan X9 2016-cı ildə vəfat etmişdir. X7, Cavabdeh3, X11, İddiaçı2 adlı vərəsələri vardır.

51. Cavabdeh1 tərəfindən verilmiş 05.04.2019-cu il tarixli, 321 nömrəli məktubdan görünür ki, ünvan 7 ünvanında “Nöyülbulaq” məhəllə icra nümayəndəliyi tərəfindən v erilmiş 05.04.2019-cu il tarixli, 094 nömrəli arayışa əsasən mərhum X5 vərəsələri X16, X13, Cavabdeh3, X11, İddiaçı2 ibarətdir. 52. “Dəyirmanarxı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 12.03.2020-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri, Nizami küçəsi, 57 saylı evdə yaşamış mərhum X9 01 iyul 2016-cı il tarixdə vəfat etmiş və dəfn mərasimini oğlu İddiaçı1 təşkil etmişdir.

53. İş materiallarından görünür ki, miras qoymuş şəxs X9 01 iyul 2016-cı il tarixdə Şəki şəhərində ölmüşdür. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

54. Azə rbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 55. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir.

56. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəx sin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir.

57. Məhkəmə kollegiyası ilkin iddiaçıların qanunverililikdə nəzərdə tutulmuş müddəti üzürsüz səbəbdən ötürməklə mərhum X3ndan qalmış faktiki olaraq mirası qəbul etməməsi barədə Cavabdeh3 dəlili ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında üzün müddət məhkəmə çəkişməsi olmuş və bu səbəbdən də iddiaçıların atalarına məxsus lazımı sənədlərlə birlikdə mirasın qəbulu ilə bağlı notariat kontoruna müraciət etmək imkanı olmamışdır. Ona görə də məhkəmə kollegiyası ötürülmüş məddəti üzrlü hesab edir.

58. Kollegiya, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Belə ki, miras qoyan 01.07.2016-cı il tarixdə ölmüşdür və mübahisə predmeti olan evə (miras əmlaka) dair məhkəmədə davam edən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qərardadı ilə ilkin iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum xəyev hüquqi varisi kimi tanınmışlar. Bundan sonra ilkin İddiaçı1 tələbi əsasında Şəki Rayon Məhkəməsinin 21.08.2018ci il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar x x oğlunun adına 22 avqust 2014-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi qət edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 21.04.2016-ci il tarixli qətnaməsi ilə həmin məhkəmə aktı dəyişdirilmədən saxlanılmışdır. Bu hallar ilkin iddiaçıların miras əmlaka daxil olan evə münasibətdə vərəsə kimi maraqlarını i fadə etdiklərinə, başqa sözlə mirasın qəbulunu nümayiş etdirdiklərinə dəlalət edir. Bu səbəbdən apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə maddi və prosessual hüquq normalarına uyğundur.

59. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x0 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar