Məhkəmə qərarları › İş №2(102)-18/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-18/2024

29.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-18/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlikdə miras payların müəyyən edilməsi, mirasdan imtina edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-596/2023 nömrəli, 17 fevral 2023-cü il tarix li qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər bacı-qardaş olmaqla X5 övladlarıdır.

2. X1 xxxqızı ilə rəsmi nikah münasibətlərində olmuş, nikahları xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Cavabdehlər onların birgə nikahdan doğulan övladlarıdır.

3. X7 həmçinin X3 ilə də nikah münasibətlərində olmuşdur, iddiaçılar onların faktiki nikahından doğulan övladlarıdır.

4. X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

5. Miras əmlaklar aşağıdakılardır: – ünvan 1 ünvanda yerləşən 4 saylı mənzil (xx.xx.2021-ci il tarixdən miras qoyanın tam mülkiyyəti kimi qeydə alınmışdır); – ünvan 2 ünvanda yerləşən 40 saylı mənzil (xx.xx.2021-ci il tarixdən miras qoyanın tam mülkiyyəti kimi qeydə alınmışdır. 120 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin mənzildə İddiaçı1 ailə üzvləri ilə birgə yaşayır.); – ünvan 1 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi (mərhum X5 istifadəsində olan 225 kv.m torpaq sahəsinin gələcəkdə onun adına rəsmiləşdirilməsi üçün sənədsiz evlərin qeydiyyata alınması ilə bağlı onun xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən Mərdəkan bələdiyyəsində qeydiyyata alınmışdır.); – "xxxx" MMC-dəki 100% pay (VÖEN ********** olmaqla xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir); – ODAZ 9976 yük yarımqoşqu markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.2007-ci il əldə edilmişdir); - ODAZ 9976 yarımqoşqu markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.2007-ci il əldə edilmişdir); - ODAZ 997 6 yarımqoşqu markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.2007-ci il əldə edilmişdir); – ZİL 431610 Yük markalı, ** HX *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.1999cu il əldə edilmişdir); – QAZ 2417 minik markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.2003cü il əldə edilmişdir); - ODAZ 9976 Yük yarımqoşqu markalı markalı, ** ZE *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.2007-ci il əldə edilmişdir); - ZİL 130 Yük markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobil (xx.xx.1998-ci il əldə edilmişdir; -"xxxx" ASC-də saxlanılmış pul əmanəti (hesabın qalığı 0,02 manat təşkil edir).

6. ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş dublikat çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivi,1640/38 saylı bağ sahəsi xx.xx.201 4-cü il tarixdən X5 mülkiyyətindədir.

7. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə miras əmlakın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişdir.

8. Miras əmlakların qəbulu ilə bağlı 7 saylı xüsusi notariat ofisinə İddiaçı1 xx.xx.2022-ci il tarixdə, digər İddiaçı2 isə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, sözügedən notariat ofisi xx.xx.2022-ci il tarixdə iddiaçıların müraciətindən imtina edərək bildirmişdir ki, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkan xaricindədir.

9. Sözügedən Notariat Ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə mərhum Aydın Xıdırovun vərəsəsi (övladı) olan İddiaçı1 Qeydiyyat və N otariat Baş İdarəsinə ünvanladığı ərizə ilə əlaqədar ünvanlanmış izahata əsasən xx.xx.2021-ci ili tarixdə vəfat etmiş Aydın Xıdırovun digər vərəsəsi Cavabdeh2 vəkili (nümayəndəsi) Vəkil2 təmsil etdiyi şəxsin adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi üçün xx.xx.2022-ci il tarixdə Notariat Ofisinə müraciət etmişdir. Mərhumun digər vərəsələri olan qızı İddiaçı1 xx.xx.2022-ci il tarixdə və oğlu İddiaçı2 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 xx.xx.2022-ci il tarixdə tərəfindən vərəsəlik işinin açılması ilə bağlı Notariat Ofisinə müraciət etmişlər. Onun tərəfindən mərhumun övladlarına – İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələbləri izah edilmişdir. Vərəsələr arasında pay bölgüsünə dair mübahisə olduğuna görə o, həmin şə xslərə Xəzər Rayon Məhkəməsinə müvafiq iddia ilə müraciət etmələrini məsləhət görülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar iddia ərizəsi ilə Xəzər rayon Məhkəməyə müraciət edərək, 06 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzildə, ünvan 1 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evində, "xxxx" MMC-də (VÖEN: **********) 100% paya, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı, ZİL 431610 yük markalı **-HX-*** dövlət qeydiyyat nişanlı, QAZ 2417 minik markalı 10- MC- 164 dövlət qeydiyyat nişanlı, ODAZ 9976 yük yarımqoşqu markalı 10- ZE-511 dövlət qeydiyyat nişanlı, ZİL 130 yük markalı **FB-*** dövlət qeydiyyat nişanlı avtomobildə, "xxxx" ASC-də saxlanılmış pul əmanətində İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə, Cavabdeh1 1/4 hissədə, Cavabdeh2 1/4 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

11. Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisi iddia ərizə üzrə üçüncü şəxsdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıların bacılarıdır. X2 06 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum atalarının iddiaçılar və cavabdehlər olan dörd övladından başqa qanun üzrə birinci növbəli vərəsələri yoxdur. 13. ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil, ünvan 2 ünvanında yerləşən 40 saylı mənzil, ünvan 1 0,02 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evi, 100% payla "xxxx" MMC (VÖEN: **********), ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ZİL 431610 yük markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobil, QAZ 2417 minik markalı 10-MC164 dövlət qeydiyyat nişanlı avtomobil, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobil, ZİL 130 yük markalı **FB-*** dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-də saxlanılmış pul əmanəti X2ndan miras qalmışdır.

14. İddiaçı1 11 yanvar 2022-ci il tarixdə, İddiaçı2 isə 10 fevral 2022- ci il tarixdə mərhum atalar ından qalmış mirasın qəbulu üçün Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə müraciət etmişlər. Lakin həmin notariat ofisi 19 aprel 2022-ci il tarixli 181 nömrəli məktubla atalarının vəfatından altı ay keçdikdən sonra onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İmtina cavabında bildirmişdir ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onlara qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermək imkan xaricindədir. Məsələnin həlli üçün ərazi üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

15. Ataları ölən vaxtdan İddiaçı1 üç ay beş gün və İddiaçı2 dörd ay üç gün sonra, miras açıldığı gündən altı ay keçmədən mirasın qəbulu barədə notariat ofisinə müraciət etmişlər. Bundan başqa, iş üzrə cavabdehlərlə onlar arasında payların bölünməsi ilə bağlı da mübahisə vardır. İş üzrə aralarında yaranmış mübahisə – miras qalmış əmlakın bütün vərəsələr tərəfindən qəbul edilib-edilməməsi məsələsi deyil, məhz miras əmlakın bərabər paylara uyğun şəkildə bütün vərəsələr arasında bölünməsi ilə bağlıdır. Buna görə də məhkəməyə müraciət edərək payların bölgüsünü tələb etmək məcburiyyətində qalmışlar.

16. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1133, 1145, 1151, 1159.1.1, 1243.2, 1246 və 1255-ci maddələrinə istinad etmişlər.

17. Daha sonra iddiaçılar iddia tələbinin həcmini azaldaraq 06 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 4 ünvanında yerləşən 4 saylı mənzilə, ünvan 5vanında yerləşən 40 saylı mənzilə, "xxxx" MMC-də (VÖEN: **********) 100% payına, ODAZ 9976 yük yarımqoşq u markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ODAZ 9976 yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə, ZİL 431610 yük markalı **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə, QAZ 2417 minik markalı 10-MC164 dövlət qeydiyyat nişanlı avtomobilə, ODAZ 9976 yük yarımqoşqu markalı **-ZE-*** dövlət qeydiyyat nişanlı avtomobilə və ZİL 130 yük markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə İddiaçı1 1/4 hissədə, İddiaçı2 1/4 hissədə vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

18. İddiaçılar birinci instansiya məhkəməsinə ərizə verərək mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətlə bağlı gecikdirmənin səbəbini üzrlü hesab edilməsini və müdd ətin uzadılmasını xahiş etmişlər.

19. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçılar mərhumdan qalmış mirasa münasibətdə hazırda vərəsəlik hüququna malik deyillər, yəni mirasın qəbul edilmə müddətini ötürmüşlər. Buna baxmayaraq, iddiaçılar həmin miras əmlaklara dair pay hüququnun tanınması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Buna görə də iddia tələbi təmin edilə bilməz.

20. Xəzər Rayon Məhkəməsinin 2(003)-1772/2022 npmrəli, 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, mərhum X4 miras qalmış ünvan 4 mənzil 4-ə, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev küçəsi ev 61 mənzil 40-a, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ZİL 431610” yük markalı ** HX *** dövlət qeydiyyat nişanlı, “QAZ 2417” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “ZİL 130” yük markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillərə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payına iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin ¼ hissədə payı müəyyən edilmişdir. (hakim Sabit Bəhrəmzadə)

21. Birinci instansiya məhkəməsi ilk növbədə miras əmlaka dair vərəsələrin dairəsini və miras qalmış əmlakları araşdıraraq qeyd etmişdir ki, miras qoyan X5 öldüyü məqamədək onun adına dövlət qeydiyyatına alınmış ünvan 1, mənzil 4, ünvan 2, mənzil 40, “ODAZ 9976” yük yarım qoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı, “ZİL 431610” yük markalı ** HX *** dövlət qeydiyyat nişanlı, “QAZ 2417” minik markalı ** MC *** dövlət qeydiyyat nişanlı, “ODAZ 9976” yük yarımqoşqu markalı ** ZE *** dövlət qeydiyyat nişanlı və “ZİL 130” yük markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillər və nizamnamə kapitalı 50 manat olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (daşınmaz və daşınar əmlaklar) mövcüd olmuşdur. İddiaçılar və cavabdehlər miras qoyan X5 qızları və oğlu olduqlarından onlar qanun üzrə birinсi növbəli vərəsələri olmaqla vərəsəlik zamanı həmin miras əmlaklar barəsində bərabər pay hüquqlu vərəsələr sayılırlar.

22. Birin ci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X7 xx.xx.2021ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 2622 nömrə il qeydiyyat aparılmışdır. Miras əmlakda onlara çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə ilə miras əmlakın bir hissəsinin yerləşdiyi Bakı şəhəri 7 saylı notariat ofisinə iş üzrə Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, İddiaçı1 xx.xx.2021-ci il tarixdə və İddiaçı2 isə nümayəndə vasitəsilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən iş üzrə iddiaçılara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edilərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

23. Birinc i instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçılar miras əmlaklardan olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi ev 61-də yerləşən 40 saylı mənzildə əvvəldən yaşamaqla, miras qoyanın ölümündən sonra da həmin mənzildən istifadə etməklə sahiblənmişlər. Bundan başqa, mirasın açıldığı yer üzrə notariat ofisi tərəfindən miras əmlakın siyahıya alınması, vərəsələrin dairəsinin müəyyən edilməklə onların çağırılması barədə hər hansı bir hərəkət aparılmadan iddiaçılar (yəni qanun üzrə vərəsələr) tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qanunvericiliklə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul və ya m irasdan imtina etməli olması halı, mirasının faktiki qəbul edilib-edilməməsi halı, həmçinin miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi halı notariat ofisi tərəfindən nəzərə alınmamışdır.

24. Birinci instansiya məhkəməsi işin araşdırılmış hallarına əsaslanaraq hesab etmişdir ki, iddiaçılar atalarının mülkiyyətində olan əmlakdan ölümünədək, o cümlədən olümündən sonra da miras əmlakın bir hissəsinə sahiblik etməklə və əmlakı idarə edərək faktiki qəbul etməklə mirası qəbul etmiş sayılırlar.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133, 1134.1, 1151.1, 1159.1.1, 1145-1147, 1243.1-1243.3, 1245, 1246, 1255, 1256, 1318, 1321.1, 1322-ci, “Notariat haqqında” Qanunun 55-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat”ın 99-cu bəndi ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçılar mirasın qəbul edilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürdüklərindən, notariat orqanı tərəfindən onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçılar notariat orqanının bu imtinasını mübahisələndirməmişlər və mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişlər. Bununla da iddiaçılar müddəti ötürdüklərini qəbul etmişlər; - iddiaçıların nümayəndəsi məhkəmə prosesində m üddətin bərpası barədə ərizə də təqdim etmişdir. Lakin notariat orqanı iş üzrə cavabdeh olmadığı və ona qarşı hər hansı tələb irəli sürülmədiyi halda, Rayon Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, “mirasın açıldığı yer üzrə notariat ofisi tərəfindən miras əmlakın siyahıya alınması, vərəsələrin dairəsinin müəyyən edilməklə onların çağırılması barədə hər hansı bir hərəkət aparılmadan iddiaçılar (yəni iş üzrə vərəsələr) tərəfindən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin ötürülməsi müəyyən edilməklə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş, qanunvericiliklə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul və ya mirasdan imtina etməli olması halı, mirasın faktiki qəbul edilib-edilməməsi halı, həmçinin miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi halı notariat ofisi tərəfindən nəzərə alınmamışdır”; - Rayon Məhkəməsi iddiaçıların notariat orqanının hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermədiklərinə baxmayaraq, qanunsuz olaraq notariat hərəkətlərinə qiymət vermişdir; - bundan başqa, müddətin ötürülməsi mübahisəsiz olduğundan və iddiaçılar bu halı mübahisələndirmədiklərindən Rayon Məhkəməsi qətnamədə guya iddiaçıların mirası faktiki olaraq qəbul etdikləri barədə mülahizələr irəli sürmüşdür. Rayon Məhkəməsi nəzərə almamışdır ki, İddiaçı2, ümumiyyətlə, ölkə xaricində yaşayır və miras açıldıqdan sonrakı dövrdə, ümumiyyətlə, Azərbaycan ərazisinə gəlməmişdir. Belə vəziyyətdə onun tərəfindən miras əmlakın faktiki qəbul edilməsi mümkün deyildir; - digər tərəfdən, Rayon Məhkəməsi İddiaçı1 da mirası faktiki olaraq qəbul etməsinə dair işdə heç bir sübut olmadığına diqqət yetirməmişdir. Rayon Məhkəməsi onu da nəzərə almamışdır ki, iddiaçılar miras əmlakı faktiki qəbul etsəydilər, belə olan halda sonuncular bununla bağlı ilk olaraq notariat orqanına müraciət etməli və imtina edildiyi halda, onlar hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və ya notariat orqanının hərəkətlərinin qanunsuz hesab edilməsinə dair məhkəməyə müraciət edə bilərdilər. Lakin iddiaçılar bu məsələ ilə bağlı notariat orqanına müraciət etməmişlər; - həmçinin cavabdehlərlə pay bölgüsünə dair mübahisənin nədən ibarət olduğunu da Rayon Məhkəməsi aydınlaşdırmaq niyyətində olmamışdır. Nəticədə Rayon Məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinin tələblərini aşkar pozaraq, payların bölünməsi barədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir; - Rayon Məhkəməsi işə birtərəfli yanaşmış, qeyd edilən xüsusatlarla işin hərtərəfli, tam və obyektiv tədqiqini təmin etməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbini pozmuşdur.

28. İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz təqdim etmişdir Etirazın dəlillərinə görə mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddəti iddiaçılar ötürməmişidr. Çünki mirasın açıldığı gündən altı ay keçməmiş iddiaçılar mirasın qəbulu üçün notariat ofisinə müraciət etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il t arixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsi qərara almışdır ki, Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Apellyasiya şikayətində ikinci istinadda iddiaçıların miras əmlakı faktiki qəbul etdiklərinə dair sübut təqdim etmədikləri qeyd olunmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı1 ailə üzvləri ilə birlikdə miras əmlaklardan biri olan ünvan 6 ünvanında yerləşən 40 №-li mənzildə yaşayır. Bu hal həmin mənzilin yerləşdiyi binaya xidmət göstərən MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 342 nömrəli arayışla təsdiq edilir. Həmin arayış Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin mənzilin kommunal xidmətlərinin ödənilməsi də, İddiaçı1 və ailə üzvləri tərəfindən həyata keçirilir. Kommunal xidmətlərin onun tərəfindən ödənilməsini təsdiq edən qəbzlər də, Rayon Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı1 miras əmlak kütləsinə daxil olan həmin mənzili miras əmlak kimi qəbul etmişdir. Bununla da Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən bütün miras əmlak qəbul edilmiş sayılır. Bundan başqa, 7 saylı Xüsusi Notariat Ofisinin xüsusi notariusu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə yazdığı izahatında da qeyd etmişdir ki, vərəsə olan iddiaçılar ilə cavabdehlər arasında pay bölgüsünə dair mübahisə olduğuna görə onlara məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənlərə əsasən apellyasiya şikayəti əsassızdır.

29. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən Maraqlı şəxs (cavabdehlərin anası) ərizə verərək, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və apellyasiya instansiyası məhkləməsi onu işə cəlb etmişdir.

30. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs apellyasiya instansiyası m əhkəməsində izahat verərək bildirmişdir ki, cavabdehlərin anası olmaqla, miras qoyan Aydın Xıdırovun keçmiş arvadı olmuşdur. Aydın Xıdırovla nikahları təxminən 1985-ci ildə bağlanmış və xx.xx.2011-ci il tarixdə pozulmuşdur. Miras əmlak kütləsinə daxil olan yarımqoşqular və avtomobillər mərhumla birgə nikahları dövründə alınmışdır. Odur ki, mübahisənin həlli zamanı onun mülkiyyət hüquqları nəzərə alınmalıdır.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-596/2023 saylı, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi, qismən yəni, iddianın mübahisəli yarımqoşqulara və avtomobillərinə aid hissəsinin həll edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddianın yarımqoşqulara və yük avtomobillərinə ai d hissəsinin qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 miras qalmış “ZİL 431610” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı yük avtomobil, “ZİL 130” markalı, 10- FB-895 dövlət qeydiyyat nişanlı yük avtomobil, “QAZ 2417” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu, “ODAZ 9976” markalı, **-ZE-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu üzərində iddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinin payının 1/8 hissədə müəyyən edilməsi, həmin tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmiş, qətnamənin qalan hissəsi, yəni xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış və ünvan 7 ünvanında yerləşən 4 №-li mənzil, ünvan 6 ünvanında yerləşən 40 №-li mənzil, "xxxx" MMC-də (VÖEN: **********) 100% pay üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payının 1/4 hissədə müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Rəşad Həsənov)

32. Apellyasiya instansiyası məhkəməsi Rayon Məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, iddiaçılar atalarının mülkiyyətində olan əmlakdan ölümünədək, o cümlədən olümündən sonra da miras əmlakın bir hissəsinə sahiblik etməklə və əmlakı idarə edərək faktiki qəbul etməklə mirası qəbul etmiş sayılırlar.

33. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarını, tətbiq edilə n qanunvericilik normalarının tələblərini, mərhumun qanun üzrə vərəsələrinin dairəsinin dörd övladının olmasını nəzərə alaraq hesab etmişdir ki, mərhum Aydın Xıdırovdan miras qalmış və iddia ərizəsində qeyd edilən 2 mənzil, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payına iddiaçıların hər birinin 1/4 hissədə payını müəyyən etməklə Rayon Məhkəməsi iş üzrə düzgün qənaətə gəlmişdir.

34. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi yarımqoşqular və avtomobillər üzərində iş üzrə tərəflərin hər birinin 1/4 hissədə payını müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, həmin yarımqoşqular və avtomobillər mərhum Aydın Xıdırovla apellyasiya baxışı zamanı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs nikahları pozulan tarixədək, yəni xx. xx.2011-ci il tarixədək alınmışdır.

35. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Belə olan halda, sözügedən yarımqoşqu və yük avtomobillərinin 1/2 hissəsi birgə nikah dövründə əldə edildiyi üçün Maraqlı şəxs məxsus hesab edilir. Miras kütləsinə həmin əmlaklar tam hissədə deyil, yalnız Aydın Xıdırova məxsus qalan 1/2 hissədə daxil ola bilər. Rayon Məhkəməsi həmin əmlaklar üzərində vərəsəlik paylarına hər birinə 1/4 hissə müəyyən etməklə səhv nəticəyə gəlmişdir. Buna görə də iş üzrə tərəflərin yarımqoşqu və yük avtomobillərinin üzərindəki payı 1/8 hissədə müəyyən edilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Aİ lə Məcəlləsinin 37.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən halları düzgün qiymətləndirmədən, iddiaçıların mirasın qəbul edilməsi üçün qanunda nəzərdə tutulan müddətin ötürülməsinə dair notariat orqanının imtina məktubunun mövcud olduğu və iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi faktını təsdiq edən edən heç bir sübut olmadığı halda Mülki Məcəllənin 1243.2 və 1246-cı ma ddələrini tələblərini aşkar pozaraq, payların bölünməsi barədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər lər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı biri nci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

55. Açılmış miras haq qında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.

2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

41. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni həmin hissədə yoxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Apellyasiya instansiyası məhkəməsi miras əmlakın toplusuna daxil olan əmlakları, mirasın qəbul edilməsi və iş üçün əhəmiyyətli olan sair halları müəyyən etmiş və qanunvericilik normaların düzgün tətbiq etməklə qanuni nəticəyə gəlmişdir.

46. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

47. Kassasiya şikayətində dəlil ondan ibarətdir ki, iddiaçıların mirasın qəbulu ilə bağlı müəyyən edilmiş müddət ərzində notariat orqanına ərizə verməmələrinə baxmayaraq, məhkəmələr düzgün nəticəyə gəlməyiblər.

48. Məhkəmə kollegiyası həmin dəlillə bağlı diqqəti “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına çəkir.

49. Həmin qərarında Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik konstitusiya prinsip inə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.

50. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə omuşdur ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hə r hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

51. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.

52. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir.

53. Konstitusiya Məhkəməsinin Plenumuna görə mövcud qanunvericilikdə həm mirasın qəbulu, həm də mirasdan imtina etmək müddətləri nəzərdə tutulmuş, eyni zamanda mirasın qəbulu müddətinin imtina müddətindən artıq olması təsbit edilmişdir. Belə olan təqdirdə Mülki Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddətinin ötürülməsinin hüquqi nəticələri qeyri-müəyyən olduğundan, bu qeyrimüəyyənliyin aradan qaldırılması məqsədilə Mülki Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin maddədə qeyd olunan normalar isə mirasdan imtinanın nəticələri ilə bağlıdır.

54. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllən in 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

55. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən v ərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.

56. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onun mirasdan imtina etməməsidir.

57. Hazırki işdə də iddiaçıların mirasdan imtina etməsi halı müəyyən edilmədiyi üçün apellyasiya instansiyası məhkəməsini gəldiyi nəticə Konsti tusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olmuşdur.

58. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-596/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar