Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1802/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququ, öhdəliyin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-837/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 343,70 kv.m olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi Dəmiryolçu küçəsi 25 saylı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə həmin fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-1234/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı ev X3 (hazırkı iş üzrə Cavabdeh1 atası) mülkiyyətində olmuş, sonuncu xx.xx.1994-cü ildə vəfat etdikdən sonra miras əmlak kimi həmin evi arvadı Saray Məmmədova və uşaqları Fərhad Məmmədov və Cavabdeh1 faktiki qəbul etmişlər. Ev mərhum X7 Məmmədovanın birgə mülkiyyəti olduğundan, sonuncunun payı 4/6 hissədə, Fərhad və Əliməmmədov qardaşlarının hər birinin payı isə 1/6 hissədə olmuşdur. xx.xx.1998-ci ildə Saray Məmmədovanın ölümündən sonra isə ondan qalmış payı faktik olaraq Cavabdeh1 qəbul etdiyindən sonuncunun payı 5/6 hissədə, Fərhad Məmmədovun payı isə 1/6 hissədə olmuşdur.
3. Hazırkı iddianın yönəldiyi şəxslərdən Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı evin 5/6 hissədə mülkiyyətçisi, Cavabdeh2 isə onun oğludur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğluna qarşı iddia əri zəsi ilə məhkəməyə müraciət edərək; a. cavabdehlər tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış üç qapının cavabdehlərin hesabına bağlanması; b. cavabdehlər tərəfindən ümumi istifadədə olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsindən məcburi qaydada çıxarılması, inşa edilmiş hasarın sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılaraq ümumi istifadənin bərpa olunması; c. cavabdehlər tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı evə (evin arxa hissəsinə) bitişik inşa edilmiş mişar daşından inşa edilmiş əl damının, taxtadan inşa edilmiş toyuq damının cavabdehlərin hesabına sökülməsi; d. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəs i, Dəmiryolçu küçəsi 25 saylı fərdi yaşayış evin arxa hissəsi ilə cavabdehlərə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı fərdi yaşayış evi arasına sərhəd divarının (hasarın) cavabdehlərin hesabına çəkilməsi öhdəliyinin onlara həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 25 saylı mülk ona anası X1 qalmışdır. Onlar həmin həyət evində 1987-ci il tarixdən yaşayırlar. Mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin ölçüləri və konfiqurasiyası evin texniki pasportuna uyğundur və Ələt qəsəbəsi, Dəmiryolçular küçəsinə bir giriş-çıxış qapısı mövcuddur. Cavabdehlər X2 və Cavabdeh2 Əlməmməd oğlu ünvan 1 ünvanında, onun evinin arxa hissəsində yaşayırlar və onların küçə ilə heç bir əlaqəsi olmamışdır. Cavabdehlər onun yaşadığı evə və küçəyə heç bir aidiyyəti olmadığı halda qanunsuz olaraq Dəmiryolçular küçəsinə üç giriş-çıxış qapısı açmışdır. Cavabdehlərin açdığı qapılar Dəmiryolçular küçəsinə quraşdırılmaqla onun hasarına perpendikulyar olaraq yerləşdirilmişdir. Cavabdehin qanunsuz olaraq onun yaşadığı evə perpendikulyar açılmış qapılar onun giriş-çıxış yoluna, yoldan istifadəyə maneçilik törədir və onu evinə sərbəst giriş-çıxışa mane yaradır. Həmin qapıların qoyulduğu yer əvvəllər boş sahə olmuş və küçə zolağına aid olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən onun evinə bitişik olaraq arxa divardan daşdan əl damı, taxtadan isə toyuq damı inşa etmişdir. Əvvəllər cavabdehin evinin sərhədini bildirən onun evinin arxasında taxta hasar olmuş və arada boş sahə mövcud olmuşdur ki, həmin boş hissədə o evinin arxasında lazım olan cari təmir işləri (suvaq vurmaq, boruların dəyişdirilməsi və s.) apara bilirdi. Qaradağ Rayon Məhkəməsinin icraatında olmuş 2(002)-95/2021 saylı mülki iş üzrə 21 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki: Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı ev fərdi yaşayış sahəsinə faktiki olaraq Əzizbəyov küçəsindən bir giriş-çıxış qapısı, Dəmiryolçu küçəsində üç giriş-çıxış qapısı mövcuddur. Mübahisəli giriş-çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf quraşdırılmaqla cavabdehin hasarına perpendikulyar olaraq yerləşir. Həmin qapının önündə qapıdan 1.7 metr aralıda ağaclar əkilmişdir. Qeyd edilən rəy cavabdehlərə məxsus fərdi yaşayış ev inin texniki pasportu ilə qarşılıqlı müqayisə ediləcəyi təqdirdə müəyyən ediləcək ki, fərdi yaşayış evinin Dəmiryolçu küçəsinə heç bir aidiyyəti yoxdur. Oradan açılmış hər üç qapı qanunsuzdur və bağlanmalıdır. Həmçinin cavabdehlərə məxsus fərdi yaşayış evinin texniki pasportu ilə mövcud vəziyyəti müqayisəli təhlil edilərsə müəyyən ediləcək ki, cavabdehlər, faktiki olaraq, Dəmiryolçu küçəsinin ərazisinə daxil olaraq oranı zəbt etmişlər. Bununla da, ümumi istifadədə olan yol sahəsini faktiki olaraq şəxsi mülkiyyət kimi mənimsəyərək onun istifadəsinə maneçilik törədirlər.
6. Birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş, lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3760 nömrəli 23 sentyabr 2022-ci il tarixli məktubunda bildirilmişdir ki, qərardadda qoyulmuş sual ların həlli üçün baxış keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin olunması barədə 14 iyun 2022-ci il tarixdə vəsatət verilmişdir. Göstərilən tarixdə baxış keçirilməsi üçün tədqiqat obyektinə gedilmiş, lakin Cavabdeh1 ünvana buraxmadığı üçün baxış keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, qərardadda qoyulmuş suallar icra olunmadan geri qaytarılır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-101/2022 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia rədd edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hallarla bağlı yalnız başqa məhkəmə işinə aid ekspert rəyinə istinad olunmuşdur. Qeyd edilən sənəd əsasında iddia tələbinin əsası kimi istinad olunan halların-cavabdehlər tərəfindən ümumi istifadədə olan sahənin zəbt edilməsi, orada cavabdeh tərəfindən qanunsuz tikili (hasar və damın) tikilməsi, ümumi istifadədə olan yolun bağlanması, ümumi istifadədə olan yolun istifadə olunmasına cavabdehlər tərəfindən maneə törədilməsi hallarının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilsə də, qeyd edilən ekspertizanın keçirilməsi də mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən halların müəyyən edilməsi üçün heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Həmçinin hazırkı mülki iş üzrə MM-nin 176-ci maddəsinin də dizpozitiv şərtlərinin mövcudluğu müəyyən edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 176.1, 180.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1234/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı ev X3 mülkiyyətində olmuş, həmin evin A.G.Məmmədovun adına mülkiyyət kimi qeydiyyata alınması barədə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixli 353 nömrəli sərəncam verilmiş, həmin sərəncama əsasən Bakı şəhəri Tİ və MHQİ tərəfindən A.G.Məmmədovun adına xx.xx.1997-ci il tarixdə MH seriyalı 088413 saylı qeydiyyat vəsiqəsi verilmişdir. A.G.Məmmədovun həmin evdə yaşayan həyat yoldaşı X6 xx.xx.1998-ci ildə vəfat etmişdir. Qaradağ RİHB-nin Ələt qəsəbə nümayəndəsi N.Mehdiyevin xx.xx.2013-cü il tarixli 2202 saylı arayışından göründüyü kimi X11 rayonu Ələt qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən 17 saylı evdə yaşamışdır. X4 1997-ci ildə Türkmənistan Respublikasına getmiş, bir müddət sonra cinayət əməli törətdiyinə görə həbs edilmiş, müvafiq məhkəmə aktına əsasən 9 il müddətinə aza dlıqdan məhrum edilmiş, cəzaçəkmə müəssisəsində xx.xx.2001-ci ildə vəfat etmişdir. Bu barədə müvafiq rəsmi sənədlər və onların Azərbaycan dilinə tərcüməsi məhkəməyə təqdim edilmişdir. Cavabdehlər Türkmənistan Respublikasından qayıtdıqdan sonra mübahisəli evdə yaşamışlar. Hazırda iddiaçı və cavabdehlər mübahisəli evdə qeydiyyatdadılar.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin ekspertizanın keçirilməsi mümkün olmamışdır.
13. ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023- cü il tarixli məktubundan müəyyən edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
14. ƏMDX DƏDKR Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da müəyyən edilmişdir ki, tədqiqat obyektinə texniki baxış keçirmək və invertarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır.
15. Kollegiyanın sorğusuna əsasən, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Əzizbəyov küçəsi 17 saylı fərdi yaşayış evinə dair texniki pasport əldə edilmişdir.
16. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmiş və yerində müayinə zamanı müəyyən edilmişdir ki, Dəmiryolçular küçəsindən daxil olduqda sağ tərəfdə iddiaçıya məxsus fərdi yaşayış evi inşa edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evinə aid həyətyanı sahənin bir giriş -çıxış darvazası mövcuddur. Həmin darvazanın yerləşdiyi divara perpendikulyar şəkildə daş hasar tikilmiş və həmin hasarda darvaza quraşdırılmışdır. Dəmiryolçular küçəsinin qutaracağında cavabdeh tərəfin və digər qonşunun darvazası mövcuddur. Cavabdeh tərəfə məxsus əraziyə baxış keçirlərkən cavabdeh tərəfin texniki pasportda qeyd edilən Əzizbəyov küçəsinə giriş-çıxış qapısının olduğu müəyyən edilmişdir. Həmin giriş-çıxış qapısından iddiaçı tərəfindən sökülməsi tələb edilən hasar və darvazayadək məsafə təxminən 60 metr təşkil edir (yəni həmin məsafə təqribən cavabdehlərin evinin texniki pasportundakı məsafəyə uyğundur). Cavabdehə məxsus həyətyanı sahədə ağaclar əkilmiş, həmçinin sökülməsi tələb edilən darvazanın arxa tərəfində, həyətyanı sahənin daxilində taxta konstruksiyadan “toyuq hini” i nşa edilmişdir. Həmçinin cavabdehin həyətyanı sahəsində daşdan inşa edilmiş tikili mövcuddur. Cavabdeh Əlməmməd Məmmədov həmin daş tikilidə oğlu üçün ev inşa etmək niyyətində olduğunu bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi daş hasar cavabdehlərə məxsus həyətin hasarı olmaqla texniki pasportda öz əksini tapmışdır. Beləliklə cavabdehlərə məxsus həyətyanı sahənin ümumilikdə üç giriş-çıxış qapısı olduğu müəyyən edilmişdir. Onlardan biri texniki pasporta uyğun olaraq Əzizbəyov küçəsinə olan giriş-çıxış qapısı, digəri bu qapıdan təxminən 25 metr məsafədə qoyulmuş Dəmiryolçular küçəsi istiqamətində olan giriş-çıxış üçün darvaza, üçüncü isə iddiaçının sökülməsini tələb etdiyi onun darvazasına perpendikulyar tikilmiş hasarda olan darvazadır.
17. Yerində müayinə zamanı Əlməmməd Məmmədov iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təkrar təyin edilməsinə etiraz etdiyini və ekspertiza təyin olunacağı təqdirdə tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmayacağını bildirmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-837/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən, məruzəçi), A.N.İmanov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlməmməd oğlu tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış, yəni iddiaçının evinin darvazasının yaxınlığında perpendikulyar qaydada quraşdırılmış qapını n (darvaza) cavabdehlərin hesabına bağlanması və cavabdehlər tərəfindən iddiaçının evinin arxa hissəsində özlərinə məxsus evin həyətində taxtadan inşa edilmiş toyuq damının cavabdehlərin hesabına sökülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
19. Məhkəmə tərkibi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilsə də, ekspertizanın keçirilməsi mümkün olmamışdır. Keçirilmiş yerində müayinə zamanı vizual baxış və aparılmış ölçü işləri nəticəsində müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi hasar və hasarın daxilindəki ərazi cavabdehə aid texniki pasportda göstərilmiş torpaq sahəsinə daxildir (i.v.128, 182-183). Ona görə də həmin hasarın sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılması hissəsində iddiaçın ın tələbi əsassız olduğundan rədd edilməlidir. Bununla belə cavabdehə məxsus texniki pasporta əsasən ona məxsus ərazidə üç giriş-çıxış qapısı nəzərdə tutulmamışdır.
20. İddiaçı hər üç qapının bağlanmasını tələb etsə də, məhkəmə tərkibi hesab etmişdir ki, iddia qismən təmin edilməklə iddiaçının darvazasına açılan giriş-çıxış qapısı, yəni darvaza bağlanmalıdır. Digər iki giriş-çıxış qapısının iddiaçının mənafeyinə hər hansı xələl gətirməsi, onun üçün maneəçilik törətməsi müəyyən edilməmişdir. Yalnız iddiaçının darvazasına açılan giriş-çıxış qapısı birbaşa iddiaçının qapısına açıldığından onun sərbəst hərəkəti üçün aşkar maneə yarada bilər. Ona görə də həmin giriş-çıxış qapısı bağlanmalıdır.
21. Kollegiya həmçinin cavabdeh tərəfin həyətində taxtadan inşa edilmiş “toyuq hini”nin sökülməsinə mü nasibətdə qeyd etmişdir ki, həyətinin geniş olmasına baxmayaraq, cavabdeh tərəfin taxtadan inşa etdiyi “toyuq hini” sanki bilərəkdən iddiaçının evinin arxa tərəfində quraşdırılmışdır ki, müvafiq iy-qoxu birbaşa iddiaçının evinə daxil olsun. Belə olan halda qəsdən törədilmiş təsir olduğundan həmin toyuq hini cavabdehlərin hesabına sökülməlidir.
22. Kollegiya daşdan inşa edilmiş tikiliyə münasibətdə isə qeyd etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, həmin tikilinin iddiaçının hər hansı mənafeyinə toxunması müəyyən edilməmişdir. İddiaçı həmin tikilidə cavabdeh tərəfindən işlər görülməsinə, səs-küy yaranmasınə istinad etsə də, qeyd edilən hallar müəyyən edilməmişdir. İddiaçının bu tələbi əsassızdır, cavabdeh özünə məxsus həyətyanı sahədə tikili inşa etmişdir və bu nunla iddiaçının hər hansı hüququnu pozmamışdır, iddiaçı tərəfindən göstərilən dəlillər iddianı təmin etməyə əsas vermir. Həmçinin yerli baxış zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus evdə həm də digər Cavabdeh2 Əlməmməd oğlu da yaşayır və qanunsuz darvazanın və toyuq hininin quraşdırılmasında bilavasitə o da aktiv iştirakçı olmuşdur.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 180.1 və 180.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdehin ekspertizanın keçirilməsinə mane olmasını hüquqi cəhətdən dəyərləndirməli idi. Apellyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan ekspertin səlahiyyətlərini mənimsəyərək, gözəyarı ölçülər (addımla) həyata keçirərək, iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlmişdir. Halbuki, ekspertizanın keçirilməsinə cavabdehlər maneə olmasaydılar, iddia tələbinin haqlı olduğu təsdiqini tapacaqdı. Həmçinin o da müəyyən ediləcəkdi ki, cavabdehlər yolu zəbt etməklə yanaşı iddiaçının evinin yola baxan hissəsini də zəbt etmiş, bütün pəncərə görüntüsünü bağlamış, orada qanunsuz ev inşa etmək istəyirlər.
26. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia təl əbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddianı qismən təmin etsə belə, cavabdehlərin, eləcə də həmin fərdi yaşayış evində onlarla birgə yaşayan digər ailə üzvlərinin (işə baxan məhkəmələr cavabdehlərlə birgə yaşayan və orada qeydiyyatda olan belə ailə üzvlərini işə cəlb etməmişdir) də istifadə hüquqlarını, eləcə də onların qonşuluq hüquqlarını pozmuşdur. Həmçinin məhkəmənini “toyuq hini”nin sökülməsi ilə bağlı gəldiyi qənaət yanlışdır. Belə ki, məhkəmə hər hansı bir tədqiqat aparmadan həmin hinin iddiaçını narahat etdiyi qənaətinə gəlmişdir. Qətnamədə göstərilən mənfi təsir ümumiyyətlə araşdırılmamış və əgər olsa da belə, yenə də hansı dərəcədə iddiaçının hüquqlarını pozduğu mü əyyən olunmamışdır. Ev şəraitində saxlanılan ev heyvanlarının saxlanılmasına və s. hallara nəzarət yerli icra hakimiyyəti orqanları və X5 tərəfindən həyata keçirilir. Lakin məhkəmə heç bir əsas olmadan, belə qənaətə gəlmişdir ki, guya toyuq hini iddiaçının hüquqlarını pozur. İş birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən təyin olunmuş məhkəmə ekspertiza və mütəxəssis baxışlarına cavabdehlər tərəfindən hər hansı bir maneə törədilməmişdir. Əksinə, ekspert gəldiyi zaman (cəmi bir dəfə gəlmişdir) bütün lazımi şərait yaradılmışdır. Lakin məhkəmə DƏRDX-nin məhkəməyə ünvanlanan məktubları əsas gətirərək, qətnamədə göstərir ki, guya cavabdehlər mütəxissislərə baxış keçirməsinə şərait yaratmamışdır. Məhkəmə birtərəfli olaraq baxış keçirmiş və nəticədə, öz şəxsi mülahi zələrə əsaslanaraq, guya darvaza hissəsinin iddiaçıya maneə törətməsi barədə qənaətə gəlmişdir. Bundan başqa, cavabdehlərə məxsus fərdi yaşayış evi hər tərəfdən hasara alınmışdır. Belə ki, həmin evə giriş-çıxışların sayı cavabdehlərin istəyindən asılı olaraq müəyyənləşdirilir. Həmçinin həmin giriş-çıxışlar küçəyə açılır, küçə isə ümumi stifadədə olan ərazidir, eyni zamanda bu iddiaçının evindən istifadəsinə heç bir maneə törətmir. İddiaçının torpaq sahəsinin plan ölçüsü (yəni koordinat və dönqə nöqtələri ilə işarələnmiş) də məhkəməyə təqdim olunmamış və məhkəmə özü də o sənədi aidiyyəti qurumdan tələb etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. M addə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
31. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
32. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-bir inə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
33. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
34. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
35. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.
36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, kassasiya şikayətlərinin dəlilləri apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilmiş və işin hallarına uyğun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma və gəlinən nəticə ilə razılaşır.
49. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “cavabdehin ekspertizanın keçirilməsinə mane olmasının hüquqi cəhətdən dəyərləndirməməsi” barədə dəlilləri əsasszıdır. Belə ki, həmin dəlil işin hallarına Mülki Proressual Məcəlləsinin 97.5-ci maddəsinin tətbiq olunmaqla, iddiaçının irəli sürdüyü və ekspertiza təyin edilən faktın cavabdehlərin ziyanına təsdiq olunmasını ehtiva edir. Lakin nəzərə alınmalıdır ki, MPMnin 97.5-ci maddəsində, tərəfin ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etməsi və ya onun keçirilməsinə mane olması (ekspertiza ya gəlməməsi, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etməməsi, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəməməsi və s.) səbəbindən ekspertiza keçirmək mümkün olmadığı halda, həmin normada nəzərdə tutulmuş nəticələrin - hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktın təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edilməsini, məhkəmənin vəzifəsi deyil, hüququ kimi müəyyən edilmişdir. Buna görə də apelyasiya instansiyası məhkəməsinin cavabdehin eksperiza keçirilməsinə şərait yaratmamasına formal yanaşmayıb, MPM-nin 97.5-ci maddəsini nəticələrini tətbiq etməməməklə mübahisəli yerə baxış keşirməsi və müəyyən etdiyi obyektiv hallara əsasən mübahisəni həll etməsi, qanuni və əsaslıd ır.
50. Məhkəmə tərəfindən ekspertiza rəyi olmadan özünün tədqiq etdiyi hallar əsasında nəticəyə gəlməsinin qanunsuz olması barədə həm iddiaçının, həm də cavabdehlərin dəlilləri də əsasszıdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
51. Bu normanın məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilibedilməməsi məhkəmənin mülahizəsinə buraxılıb. Məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Cavabdeh tərəfindən maneə törədilməsi səbəb indən ekspertiza aparılması mümkün olmadığına görə, məhkəmə kollegiyası mübahisəli əraziyə dair dolğun təsəvvürün olması məqsədi ilə əyani olaraq yerində baxış keçirmiş, işə nahiyyəti üzrə baxılması üçün əhəmiyyətli halların müəyyən edilməsi üçün xüsusi biliyə ehtiyac duymamış, aşkar etdiyi faktik halları tədqiq edib qiymətləndiməklə əsaslandırılmış nəticəyə gəlmişdir.
52. Cavabdeh tərəfin ekspertiza təyin olunmasına maneə törətməməsi barədə dəlili də əsassızdır. Çünki tərtib olunmuş xx.xx.2023-cü il tarixli müayinə protokolundan da görünür ki, Cavabdeh1, ekspertiza təyin olunacağı təqdirdə tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaratmayacağını birmənalı və qəti şəkildə bildirmişdir.
53. Cavabdeh tərəfin dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlillərdir və həmin dəlillər kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olu nmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)-837/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.