Məhkəmə qərarları › İş №2(102)-1805/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1805/2024

28.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1805/2024 28.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1234/2024 saylı mülki iş üzrə 25 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 28 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 torpaq sahəsi xx.xx.2006-cı il tarixində mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır.

2. X7 27 noyabr 2021-ci il tarixdə X2 şəhərində ölmüşdür. 3. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair İddiaçı xx.xx.2022-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. 4. ünvan 1 bağ sahəsi İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 5. ünvan 1 bağ sahəsində yaşayış evi mövcud deyildir.

6. Abonent kimi X4 göstərildiyi ünvan 2 ünvanına xx.xx.2022-ci il tarixdə “Zenner G4T Smart” tipli qaz sayğacı quraşdırılmışdır.

7. Sözügedən ünvana dair abonent saldosuna görə abonent kodu **********00070 olan X7 2019-cu ilin sentyabr ayından təbii qazın istehlakçısıdır.

8. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda göstərilmişdir ki, abonent kodu **********00070 olan İlham Bağırov təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.

9. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda göstərilmişdir ki, abonent kodu **********00070 olan İlham Bağırov təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.

10. Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda göstərilmişdir ki, abonent kodu **********00070 olan İlham Bağırov təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. 11. xx.xx.2022-ci il tarixli akt əsasında abonent kodu **********0 0070 olan İlham Bağırova 362,88 manat borc hesablanmışdır.

12. Abonent kodu **********00070 olan İlham Bağırovun adına tərtib olunmuş abonent saldosundakı məlumatlara görə 2019-cu ilin sentyabr ayından 2022-ci ilin iyun ayına qədər abonent barəsində aktlar tərtib olunmuş, abonentə həmin aktlar əsasında ümumilikdə 10 853,28 manat borc hesablanmışdır. 13. 12 may 2023-cü il tarixdə Cavabdeh İB-nin hesabına **********00070 saylı abonent kodu üzrə 10 000 manat ödəniş edilmişdir.

14. Abonent kodu **********00070 olan İlham Bağırovun adına tərtib olunmuş abonent saldosundakı məlumatlara görə həmin abonentə hesablanmış 10 853,28 manat borca görə 10 854 manat ödəniş həyata keçirilmişdir.

15. İddiaçı ilə X5 arasında xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı ünvan 1 bağ sahəsi ni Hüseyn Hüseynova 200 000 manata satmışdır.

16. İddiaçı xx.xx.2022-ci il tarixdə 4 saylı vəkil bürosuna hüquqi yardım göstərilməsi üçün 510 manat ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin nümayəndələri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında X7 barəsində tərtib edilmiş aktlara görə dəymiş ziyanın bərpasına dair hesablanmış 10 850,28 manat tələbin əsassız hesab edilərək ləğv olunması, tərəfindən məcburiyyət qarşısında cavabdehə ödənilmiş 10 850 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 510 manatın, dövlət rüsumu üçün ödənilmiş 162 manatın, ümumilikdə 11 522 manatın cavabdeh dən tutulub ona ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia onunla əsaslandırılmışdır ki, Atası Rusiya Federasiyasının vətəndaşı olduğundan ailəlikcə Moskva şəhərində yaşamışlar. Atası orada işləmiş, uzun müddət - təxminən 2018-ci ildən vəfat edənə qədər çox nadir hallarda qısa müddətə (bir-iki günlüyə) Bakıya gəlmiş, məzuniyyət vaxtlarında Türkiyədə, onun yanında və ya digər xarici ölkələrdə müalicə və istirahətdə olmuşdur. Atası 27 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində vəfat etmişdir. Atasının vəfatından sonra Moskva şəhər notariusunda açılmış vərəsəlik işi üzrə o, qanun üzrə vərəsə kimi tanınmış və bu barədə 6/2022 saylı vərəsəlik işi üzrə ona 31 may 2022-ci il tarixli “Rusiya Federasiyasından kənarda yerləşən əmlaka qanun üzrə vərəsəlik hüququnun təsdiq edilməsi barədə” 77AD ******* saylı şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsə kimi atasının vəfatından sonra müvafiq qanunvericiliyə uyğun olaraq 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən atasından miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2022-ci il tarixli şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında torpaq sahəsi onun mülkiyyətinə keçmiş, adına xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. Bağ sahəsinə mülkiyyət hüququna dair çıxarış alarkən ona məlum olmuşdur ki, bağın yerləşdiyi torpaq sahəsində onlara aid hər hansı bir tikili olmadığı halda atasının barəsində cav abdehin müvafiq qurumunun əməkdaşları tərəfindən əsassız olaraq “Sayğacsız təbii qazdan qeyri-qanuni istifadəyə görə” akt tərtib edilərək külli məbləğdə ödəniş tələb edilir. Məsələ ilə bağlı araşdırma apararaq müvafiq sənədləri əldə etdikdə məlum olmuşdur ki, atasının vəfatından xeyli müddət sonra istehlakçı qismində ünvan Xəzər rayonu, Şüvəlan bağları, bağ sahəsi ev 2, mənzil 7, abonent kodu **********00070 göstərilməklə Cavabdeh Bakı X9 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən 31 mart 2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək göstərilmişdir ki, “istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və qazdan istifadə qaydasına riayət olunması yoxlanılıb və müəyyən edilmişdir ki, abonent s ayğacsız təbii qazdan istifadə edir”. Ona görə də tələb edilib ki, dəymiş ziyan hesablansın və ödənilsin. Həmin akt BRQSD-in rəisi tərəfindən təsdiq edilmiş və onun əsasında Deportamentin “İtirilmiş qazın dəyərinin hesablanması” komissiyası tərəfindən 31 mart 2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair hesablama aparılmış, abonentə-istehlakçıya 2019-cu ilin sentyabr ayından 2022-ci ilin iyul ayı da daxil olmaqla 18 360 m3 təbii qaz sərfiyyatına görə 10 853,28 ödəniş hesablanmışdır. Qeyd edilməsi zəruridir ki, bağ sahəsi uzun illər bundan əvvəl hasara alınmış və orada tərəfindən hər hansı bir tikili inşa edilib istifadə olunmamışdır. Uzun müddət baxımsız qalan torpaq sahəsində evsiz insanlar özləri üçün bir sığınacaq düzəltmişlər. Bağ sahibi olaraq X7 ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə “qaz sayğacının quraşdırılması və istismarı” barədə hər hansı bir müqavilə olmamışdır. Tikili olmadığı halda qazdan istifadəyə görə müqavilə bağlanıla bilməzdi. Cavabdeh Bakı X9 Departamentinin Xidmət-1 qrup nümayəndələri tərəfindən tərtib edilmiş 31 mart 2022-ci il tarixli aktda göstərilir ki, istifadəçi X7 aktı imzalamaqdan imtina etmişdir. Halbuki, akt tərtib edilən vaxtda istehlakçı kimi göstərilən atası X7 4 aydan artıq idi ki, dünyasını dəyişmişdi. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh orqanın səlahiyyətli nümayəndələri və qurumu tərəfindən tərtib edilmiş abonentin saldosu adlanan cədvəldə ünvan kimi ünvan 5 tərkibi, 4 gözlü qaz cihazından (PQ-4) istifadə edildiyi göstərilmişdir. Həmin cədvələ görə qazdan istifadənin hesablanması sentyabr 2019-cu ildən başlanmış dır. Halbuki, həmin orqanın nümayəndələri tərəfindən X3 əsasən hər ay istehlakçılara qazın paylanması üzrə qaz xətti və qaz sayğacına baxış keçirilməklə istifadə edilmiş qazın ödənişinə və qazdan istifadənin qanunvericiliyin tələblərinin uyğun olub-olmamasına nəzarət edilir. 3 il müddətində qazdan qanunsuz istifadə aşkar edilərək tədbir görülməmiş və qanunsuz qaz xətti ləğv edilməmişdir.

19. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı qazın verilməsi ilə bağlı Cavabdeh İB ilə müqavilə bağlamamış, buna görə də onun belə bir iddia qaldırmaq hüququ yoxdur.

20. Yerində müayinə keçirən məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi 33/375 ünvanında yerləşən 0,12 ha bağ sahəsində yaş ayış evi tikilməmişdir.

21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6720/2023 nömrəli, 04 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Hacıyeva) iddia qismən təmin edilərək, Cavabdeh İB-dən 10.854 manatın, vəkilin göstərdiyi hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 510 manat pulun tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının bağ sahəsi hasara alınmış, həmin ərazidə heç bir fərdi yaşayış evi inşa edilməmiş və mübahisələndirilən qaz sayğacının qoşulmasına dair iz aşkar olunmamışdır.heç bir tikili olmadığı halda qazdan sayğacsız qeyri-qanuni istifadəyə görə dəfələrlə aktlar tərtib etmiş, habelə cavabdeh orqanın səlahiyyətləri nümayəndələri və qurumu tərəfindən tərtib olun muş abonent saldosunda ünvan ünvan 8ibi, PQ-4 qaz cihazından istifadə olunması göstərilmişdir.

23. Məhkəmə iddia tələbinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında X7 barəsində tərtib edilmiş aktlara görə dəymiş ziyanın bərpasına dair hesablanmış 10 850,28 manat tələbin əsassız hesab edilərək ləğv edilməsi” hissəsinə münasibətdə bildirmişdir ki, iddia tələbi bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından müəyyən edilmişdir ki, iddiaçı 2023cü ilin may ayında 10 854 manat məbləğində pulu Cavabdeh İB-yə ödəmişdir. Göründüyü kimi iddiaçı tərəfindən artıq həmin tələb təmin edilmiş, yəni həmin borc ödənilmişdir. Həmin tələb təmin edildikdən sonra belə bir tələbin də əsası qalmamışdır.

24. İddia tələbinin “vəkilin göstərdiyi hüquqi yardıma gö rə ödənilmiş 510 manatın cavabdehdən tutulmasına” dair hissəsi əsaslı olduğundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən təmin edilməlidir.

25. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 448.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”na, “Qaz təchizatı haqında” Qanunun 6-cı maddəsinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

26. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianən rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin sübutlara düzgün qiymət verməmiş, iddiaç ının təbii qazdan qeyri-qanuni yolla istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, iddiaçının müvafiq iddia tələbini irəli sürməyə subyektiv hüququnun olubolmadığınıaraşdırmamışdır.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1234/2024 nömrəli iş üzrə 25 yanvar 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)6720/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tə ləb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara əsasən hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. İddiaçıya aid torpaq sahəsində yaşayış evi yoxdur, həmin torpaq boş sahədir, aktlar vəfat etmiş şəxsin barəsində tərtib olunaraq onun aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir - bu xüsusatlar isə aktlarda göstərilən halın düzgünlüyünə şübhə yaradır. cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilərkən onların bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. İşin hallarından açıq-aşkar görünür ki, iddiaçı torpaq sahəsini digər şəxsə satdığı gün, alqı-satqının baş tutması üçün məcburiyyət qarşısında qalaraq cavabdehin hesabına əsassız hesablanmış 10 854 manat borc məbləğini köçürmüşdür. Kassasiya instansiyası məhkəməsində icraat a)Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

31. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarının və tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən təbii qazdan istifadəyə görə yaranmış borc məbləği istehlakçı tərəfindən ödənilməlidir. Lakin apellyasiya instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamış, iddiaçı tərəfin təqsirli və qanunazidd hərəkətləri nəticəsində cavabdeh təşkilata vurulmuş maddi zərər üzrə hesabla nmış borc məbləğini qanunsuz olaraq silmiş, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul edərək iddiaçı tərəfi mülki hüquqi məsuliyyətdən və zərərin əvəzini tam şəkildə ödəmək vəzifəsindən qanunsuz olaraq azad etmişdir.Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə də qətnamə qəbul edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tə rəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunur və zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Odur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar və iş materiallarında olan digər sübutlar (fotoşəkillər, abonent saldosu və s) iddiaçı tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Bildirmək istəyirəm ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktların bir nüsxəsi istehlakçıya (onun nümayəndəsinə) təqdim edilmişdir və istehlakçının həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, istehlakçı tərəfindən qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Digər tərəfdən hər dəfə qeyri-qanuni birləşmə Birliyin əməkdaşları tərəfindən ləğv edilərək bununla bağlı ak tlar tərtib edilsə də, istehlakçı təkrarən qaz xəttinə qeyri-qanuni birləşmə ilə qoşularaq təbii qazdan qanunsuz istifadə etməyə davam etmişdir. Belə olan halda paylayıcının ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin zərərin vurulması faktının mövcud olması, zərər vuran şəxsin təqsirli olması və s. bu kimi zərərin ödənilməsi tələbinə əsas verən halları təsdiqləyən və özündə əks etdirən sübutların iş materiallarına əlavə edilməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq düzgün olmayan qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 33. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 34. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 35. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçı ların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 36. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 37. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunma sı və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdə n sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

39. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsinidayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları

40. Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış q azın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara i stinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

48. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh kassasiya şi kayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

50. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının, yəni cavabdehin üzərinə düşür. Məhz cavabdeh hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisələn dirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, sözügedən aktlara əsasən hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. İddiaçıya aid torpaq sahəsində yaşayış evi yoxdur, həmin torpaq boş sahədir, aktlar vəfat etmiş şəxsin barəsində tərtib olunaraq onun aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir, bu xüsusatlar isə aktlarda göstərilən halın düzgünlüyünə şübhə yaradır.

52. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh qanunvericiliyin tələblərinə əməl etməmiş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilərkən onların bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzv lərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmişdir.

53. Beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. İşin hallarından açıq-aşkar görünür ki, iddiaçı torpaq sahəsini digər şəxsə satdığı gün, alqısatqının baş tutması üçün məcburiyyət qarşısında qalaraq cavabdehin hesabına əsassız hesablanmış 10 854 manat borc məbləğini köçürmüşdür.

54. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən onun kassasiya şikayəti i lə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

55. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərar aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 2(103)-1234/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar