Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1806/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mirasın qəbul edilməsinə törədilən maneənin aradan qaldırılması, miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mirasın qəbul edilməsi, vərəsəlik hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X12 oğlunun katibliyi, İddiaçıların vəkili Vəkil3 və iddiaçı və digər İddiaçı2 qanuni nümayəndəsi İddiaçı1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1677/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-771A saylı Şəhadətnamənin surətindən görünür ki, X rayonu Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli qərarına əsasən X rayonunun X kəndində yerləşən 0.25 ha torpaq sahəsi iddiaçıların mərhum əmisi X1, əmisi arvadı Cavabdeh1 və əmisi oğlu Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. X4 surətindən görünür ki, X5 25.02.2009-cu il tarixdə və X oğlu 16.11.1992-ci il tarixdə vəfat etmişdir. X3 surətindən görünür ki, Cavabdeh2 xx.xx.1996-cı il ta rixdə anadan olmuşdur. Övladlığa Götürmə haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş Cavabdeh2 Şahin oğlu X1 və Cavabdeh1 övladlığına verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 25.03.1994-cü il tarixli sərəncamından görünür ki, İddiaçı2 İ dərəcəli əlildir və qardaşı İddiaçı1 onun qəyyumu təyin edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 16.03.2020-ci il tarixli məktubdan görünür ki, X2 adına X rayonu X kəndində JN-771A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi, JN-771 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi birgə mülkiyyətdə 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavab deh2 adına X rayonu X kəndində JN-771A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə 0.25 ha həyətyanı torpaq sahəsi vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-771A saylı Şəhadətnamənin surətindən görünür ki, X rayonu Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli qərarına əsasən X rayonunun X kəndində yerləşən 0.25 ha torpaq sahəsi iddiaçıların mərhum əmisi X1, əmisi arvadı Cavabdeh1 və əmisi oğlu Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, X5 25.02.2009-cu il tarixdə və X oğlu 16.11.1992-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Övladlığa Götürmə haqqında Şəhadətnamən in surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə anadan olmuş Cavabdeh2 Şahin oğlu X1 və Cavabdeh1 övladlığına verilmişdir. Məhkəməyə təqdim edilmiş X3 surətindən görünür ki, Cavabdeh2 xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 25.03.1994-cü il tarixli sərəncamından görünür ki, İddiaçı2 İ dərəcəli əlildir və qardaşı İddiaçı1 onun qəyyumu təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 16.03.2020-ci il tarixli məktubdan görünür ki, X2 adına X rayonu X kəndində JN-771A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi, JN-771 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əs asən ümumibirgə mülkiyyətdə 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Cavabdeh2 adına X rayonu X kəndində JN-771A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyətdə 0.25 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X oğlundan miras qalmış X rayonu X kəndində 0,12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 22 kv m-lık yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirılməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçiliyin aradan qaldırılması, vərəsəlik hüququnun rəsmiləşdirilməsi, miras əmlaka dair hər birinə ½ hissədə mülkiyyət hüququnun tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X oğlundan X rayonu. X kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş, ümumi sahəsi 22 kv metr, yaşayış sahəsi 18.0 kv metr olan bır otaqlı ev miras qalmışdır. Atası 16 noyabr 1992-cı ildə vəfat etmiş, bundan sonra ailə üzvləri, anası X6, qardaşı İddiaçı2 və özü atasından miras qalmış əmlakı həm faktiki, həm də rəsmi şəkildə qəbul etmişlər. Atasından Bakı şəhərində miras qalmış əmlaka dair ərazi üzrə Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən 12.10.2012-cı il tarixdə vərəsəlik işi açılmış və bu barədə vərəsəlik şəhadətnaməsi verilmişdir. Anası 20 mart 2013-cü il tarixdə vəfat etmişdir. Digər iddiaçı qardaşı olmaqla bərabər 1-cı qrup əlildir, onun himayəsində yaşayır. Bu barədə Yasamal rayon İcra Hakimiyyəti Başçısı 25 03.1994-cu ıl tarixl i 050/49 nömrəli Sərəncam vermişdir. Hazırda, atasından miras qalmış əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmək istəyirlər. Bu vaxta qədər müvafiq idarə və təşkilatlara etdiyi müraciətlər zamanı ona məlum olmuşdur ki, X rayonu X kəndində yerləşən torpaq sahəsi və yaşayış evi cavabdehlərın adına qeydiyyatdan keçmişdir. Əmlakın cavabdehlərın adına qeydiyyatdan keçməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi idarəsi tərəfindən ona şifahi məlumatlar verilmişdir. X9 filialından verilmiş cavabdan da məlum olur ki, mərhum atasına torpaq sahəsi və yaşayış evi məxsus olmuşdur. Həmçinin bu fakt 13 noyabr 1957-cı ıl tarixdə X xalq məhkəməsi tərəfindən təsdiq edilmiş Aktla bır daha təsdiq olunur. H esab edir ki, cavabdehlər uzun müddətdir ki miras qalmış əmlakın yerləşdiyi X kəndində yaşamadıqlarından qapı həmişə bağlı olduğundan onlar bilərəkdən bu vəziyyəti yaratmışlar ki, miras əmlakdan yararlana bilməsin. Bu günə qədər cavabdehlər tərəfindən süni maneçiliklər törədilməkdə davam edirlər və bu səbəbdən də vərəsəlik hüququnu rəsmiləşdirə bilməmişdir. Hesab edir ki, X rayonu, X kəndində mərhum atasından miras qalmış 0,12 ha torpaq sahəsinə və 22.0 kv. m-lik yaşayış evinə vərəsəlik hüququnun rəsmiləşdirilməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçilik aradan qaldırılmalı, miras əmlaka mülkiyyət hüququmuz tanınmalıdır. X Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 09 iyun 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum atası X oğ lundan miras qalmış X rayonu X kəndində yerləşən 0,12 ha torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 22 kv m-lık yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirılməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçiliyin aradan qaldırılması, vərəsəlik hüququnun rəsmiləşdirilməsi, miras əmlaka dair hər birinə ½ hissədə mülkiyyət hüququnun tanınması barədə tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-771A saylı Şəhadətnaməyə əsasən X rayonunun X kəndində yerləşən 0.25 ha torpaq sahəsi və JN-771 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəmə ba xışı zamanı İddiaçı1, mərhum atası X oğlundan miras qalmış X rayonu X kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 22 kv m-lık yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququnun rəsmiləşdirılməsinə cavabdehlər tərəfindən törədilmiş süni maneçiliyin aradan qaldırılması, vərəsəlik hüququnun rəsmiləşdirilməsi, miras əmlaka dair hər birinə ½ hissədə mülkiyyət hüququnun tanınmasına əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası MPM-nin 77.1, 14.2, 88, 217.4-cü maddələrinə və İnsan Hüquqları Haqqında Avropa Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək, X Rayon Məhkəməsinin 09 iyun 2020-cil tarixli, 2(046)-379/2020 sayl ı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Rövşən Rəfiyev) 13 oktyabr 2020-ci il tarixli 2(107)1677/2020 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, X Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(046)-379/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbi və apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticən i onunla əsaslandırmışdır ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehlərə qarşı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etsə, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, aralarında hansısa mülki hüquq münasibətlərin yaranması təsdiq edilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbini əsassız olduğundan rədd edərkən haqlı olmuşdur. İddiaçılar kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(107)-1677/2020 saylı, 13 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən Azərbaycan Respublikası MM-nin 416, 418.1-ci, 417.1.3-ci maddələrinin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmaması nəticəsində düzgün olmayan qətnamə çıxarılmışdır. Belə ki, istər birinci, istər apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, heç bir sübut təqdim edilməmişdir. Mülki işə əlavə edilmiş X RİH-nın Dövlət Arxivi tərəfindən illər üzrə tərtib edilmiş təsərrüfatbaşı kitab ında və notariat səlahiyyətlərini həyata keçirən Xalq məhkəməsi tərəfindən təsdiqlənmiş sənəddən aydın olur ki, mərhum atasına torpaq sahəsi və yaşayış evi məxsus olmuşdur. Daşınmaz əmlakın, torpaq sahəsinin və yaşayış evinin hansı əsaslarla cavabdehlər tərəfindən əldə edilməsi məsələsi araşdırılmamışdır. ünvan 1 ünvana 01/07-1996-cı ildə evin sökülməsi barədə teleqram göndərilmişdir. Lakin iddiaçılar tərəfindən teleqram məhkəməyə təqdim edilsə də, mübahisəli predmet 1964-cü il tarixdən qüvvədə olmuş Mülki Məcəllənin normaları ilə tənzimləndiyindən bu yönümdə də, məhkəmə heç bir münasibət bildirməmişdir.1964-cü il tarixdə qüvvədə olmuş Mülki Məcəllənin normalarında birbaşa göstərilmişdir ki, hansı hallarda əmlak sahibsiz əmlak hesab edilir, həmçinin əmlakın dövlət əmlakına keçməsi qaydalar ı müəyyən edilmişdir. Beləliklə, qüvvədə olan normalardan bir daha olur ki, yaşayış evi mövcud olmuşdursa, onun sökülməsi və yaxud tikilməsi hallarında pul məbləği evin mülkiyyətçisinə verilməlidir. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, 22 kv.m-lik yaşayış sahəsi iddiaçıların atasına məxsus olmuşdur. Lakin məhkəmə iddia predmeti üzrə mübahisəli yaşayış və torpaq sahəsinə dair həmin zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq etməməklə qanunun tələblərini pozmuşdur İşdə iştirak edən iddiaçıların kassasiya şikayətinə dair yazılı izahatı məhkəməyə daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasını n vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəmyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçılar kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tə nzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barəd ə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının b irbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində dair hüquq müəyyənedici sənədlər qüvvədədir, onların qanuniliyinin yoxlanması hazırki iddianın predmetinə aid olan məsələ deyil. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 oktyabr 2020-ci il tarixli 2(107)1677/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.