Məhkəmə qərarları › İş №2(102)-1808/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-1808/2024

25.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1808/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı, iddiaçılar X5, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X13, X1, X6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı, iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı, iddiaçılar İddiaçı13, X14, X22, X7, X8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması, həmçinin nümayəndə və ya vəkil tərəfindən şikayətin imzalanmasına səlahiyyətin olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Babayev Zəki Baba oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Döv lət Gömrük Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələbinə, iddiaçılar X5, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X13, X1, X6 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələbinə, iddiaçılar İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələbinə, iddiaçılar İddiaçı13, X14, X22, X7, X8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respubl ikası Dövlət Gömrük Komitəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabının təmin edilməsi” tələblərinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı10, Şamama Kazımova, Sənubər Ələsgərova, Gülzadə Qurbanova, İddiaçı12, İddiaçı13 və Nəzifə Məhərrəmova (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 25 aprel 2024-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müra ciət edərək, “X4” MMC-də və “X27” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaqları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar həmçinin, vəsatətlə məhkəmə müraciət edərək mülki iş üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin cavabdeh kimi icraata cəlb edilməsini xahiş etmişlər.

2. İddiaçılar X5, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X13, X1, X15 və X11 cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X4” MMC-də və “X27” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq öd ənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

3. İddiaçılar İddiaçı11 qzı, İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8 qzı və İddiaçı12 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı10 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı8 qızı ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı7 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı11 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı12 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Firuzə Cavanşirli ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə cava bdeh tərəfindən xitam verilməsi və son haqq-hesablarının aparılmasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

4. İddiaçılar X14, İddiaçı13, X22, X7, X16 və X19 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Təhminə Məmmədova ilə “X27” ASC arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli, İddiaçı13 ilə “X27” ASC arasında bağlanmış 21 avqust 2017-ci il tarixli, Şahbala Nəzərov ilə “X27” ASC arasında bağlanmış 14 iyun 2018-ci il tarixli, Bəyaz Məmmədova ilə “X27” ASC arasında bağlanmış 14 sentyabr 2017-ci il tarixli, Aynur Baxışova ilə “X27” ASC arasında bağ lanmış 12 sentyabr 2017-ci il tarixli, Vəfa Əsədova ilə “X27” ASC arasında bağlanmış 29 avqust 2017-ci il tarixli əmək müqavilələrinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xitam verilməsi və son haqq-hesabın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçılar - İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4 və İddiaçı3 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, cavabdeh tərəfindən iddiaçıların xx.xx.2020-ci il tarixədək son haqq-hesabları aparılması və cavabdehdən 100 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-353/2023 nömrəli, 17 fevral 2023cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən iddiaçıların - X5, Yüzbaşıyeva Kəmalə Rüstəm qızı, X13, X1, X15 və X3 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, cavabdeh tərəfindən iddiaçların xx.xx.2020-ci il tarixədək son haqq-hesabları aparılması və cavabdehdən 100 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Bakı şə həri Xətai Rayon Məhkəməsinin 2(011)-1359/2023 nömrəli, 28 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən iddiaçıların - İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 və İddiaçı12 əmək müqavilələrinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi, cavabdeh tərəfindən iddiaçların xx.xx.2020-ci il tarixədək son haqq-hesablarının aparılması qət edilmişdir.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1332/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X7 ilə “X27” ASC arasında ba ğlanmış xx.xx.2017-ci il tarixli, İddiaçı13 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X14 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, X16 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X19 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, X22 ilə “X27” ASC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqavilələrinə 16 iyul 2020-ci il tarixdən xitam verilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X9, İddiaçı13, X17, X2, X8 və X12 16 iyul 2020-ci il tarixədək son haqq-hesablarının aparılması, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 100 manat dövlət rüsumunun alınaraq Dövlət büdcəsinə ödənilməsi, iddianın digər cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə münasibətdə rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

9. Qətnamələrdən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamələrin ləğv edilib, iddianın ona münasibətdə rədd olunmasını xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3590/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli, 2(103)-5801/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli və 2(103)6165/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərardadları ilə mülki işlər hazırkı işdə bir icraata birləşdirilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarda dı ilə iddiaçılar X11, İddiaçı11 və X12 iddiadan imtinaları qəbul edilərək, onlara münasibətdə iş üzrə icraata xitam verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-235/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-353/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1359/2023 nömrəli, 28 aprel 2023-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1332/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnamələrindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dö vlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, həmin qətnamələrin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı1, İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı4, İddiaçı3, X5, Yüzbaşıyeva Kamalə Rüstəm qızı, X13, X1, X14, X15, İddiaçı13, X22, X7, X8 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair iddialarının qismən təmin edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 24 yanvar 2019-cu il tarixdən xitam verilməsi və həmin tarixədək aparılmış son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqq ı və digər ödəmələr) ödənilməsi, onların iddialarının qalan hissədə rədd edilməsi, İddiaçı9, İddiaçı7, İddiaçı10, İddiaçı8, İddiaçı12 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın təmin olunması tələbinə dair iddialarının rədd edilməsi qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

13. Qətnamədən iddiaçılar İddiaçı4, İddiaçı10, Şamama Kazımova, Sənubər Ələsgərova, Gülzadə Qurbanova, İddiaçı12, İddiaçı13 və Nəzifə Məhərrəmova (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş materiallarında mövcud olan sübutlar əsasında yeni qərar qəbul edilərək iddianın təmin olunmasını xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

14. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

15. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

16. Maddə 407.3. Şikay ət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

17. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

18. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

19. Maddə

409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğun u yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, İddiaçı4 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

22. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi İddiaçı4 münasibətdə bu tələblərə əməl etməmişdir.

23. Belə ki, kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti hər bir iddiaçının vəkili olan Vəkil2 tərəfindən 11 mart 2024-cü il tarixdə elektron qaydada imzalanmı şdır. Lakin, İddiaçı4 münasibətdə Vəkil2 həmin tarixdə kassasiya şikayətini imzalamaq səlahiyyəti olmamış, qeyd olunan tarixə aid etibarnamə işə əlavə edilməmişdir.

24. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

25. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti İddiaçı4 münasibətdə geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin təl əblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

26. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şəxsin kassasiya şikayəti vermək hüququna malik olması, şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səl ahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.

28. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı4 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

30. Həmçinin apellyasiya instansiyası məhkəməsi İddiaçı4 kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi digər iddiaçılar İddiaçı10, Şamama Kazımova, Sənubər Ələsgərova, Gülzadə Qurbanova, İddiaçı12, İddiaçı13 və Nəzifə Məhərrəmova (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3591/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı4 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti İddiaçı4 aid hi ssədə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar