Məhkəmə qərarları › İş №2(102)-181/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-181/2020

16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-181/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)5343/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Elnur Nuriyev) 2(007)-2595/2017 saylı, xx xxxx 2017-ci il arixli qətnaməsi ilə iddi a təmin edilərək Cavabdeh x xxxxxx 2015-ci il tarixli, 019 saylı borc müqaviləsi üzrə yaranmış borca görə 2400 ABŞ dolları əsas borcun və 160 ABŞ dolları faiz borcunun, cəmi 2560 ABŞ dolları və xx xxxxxx 2015-ci il tarixli, 178 saylı borc müqaviləsi üzrə yaranmış borca görə 7837 ABŞ dolları əsas borcun və 3909,70 ABŞ dolları faiz borcunun, cəmi 7746,70 ABŞ dolları, ümumilikdə 10306,70 ABŞ dolları məbləğində borcun manata məzənnəsi nəzərə alınmaqla iddiaçının xeyrinə alınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər İsmayıl Vəliyev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin gdilməmiş, iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli qət naməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 019 saylı borc müqaviləsi üzrə 2400,00 ABŞ dolları əsas borc, 2017-ci il mart ayının 29-dək olan faiz borcu 160 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli, 178 saylı saylı borc müqaviləsi üzrə 3837 ABŞ dolları əsas borc, 2017-ci ilin mart ayının 29- dək olan faiz borcu 3909,70 ABŞ dollarının, habelə iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMC lombard fəaliyyəti ilə məşğuldur. Cavabdeh «xxxx» MMC ilə aşağıdakı borc müqavilələrini bağlayaraq, müvafiq borcları götürmüşdür: xx xxxxxx 2015-ci ildə, 019 saylı borc müqaviləsi ilə aylıq 7 faiz dərəcəsi ilə, 2 ay müddətinə 2400 ABŞ dolları borc almışdır; xx xxxxxx 2015-ci ildə, 178 saylı borc müqaviləsi ilə aylıq 7 faiz dərəcəsi ilə, 18 ay müddətinə 3837 ABŞ dolları borc almışdır. Cavabdeh borcların təminatı olaraq qiymətli metal və daşlar gətirib girov qoyacağını vəd etsə də, bunu etməmişdir. Cavabdehin xx xxxxxx 2017-ci il tarixi vəziyyətinə 1-ci müqavilə üzrə əsas borcu 2400 ABŞ dolları, faiz borcu 160 ABŞ dolları; 2-ci müqavilə üzrə əsas borcu 3837 ABŞ dolları, faiz borcu 3909,70 ABŞ dolları təşkil edir. Müddət keçməsinə baxmayaraq cavabdeh borcunu ödəmir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh ləhəmməd oğlundan xx xxxxxx 2015-ci il tarixli, 019 saylı borc müqavibsi üzrə 2400 ABŞ dolları əsas borc, 2017-ci i l mart ayının 29-dək olan faiz borcu 160 ABŞ dolları; x xxxxxx 2015-ci il tarixli, 178 saylı saylı borc müqaviləsi üzrə 3837,00 ABŞ dolları əsas borc, 2017-ci il mart ayının 29-dək olan faiz borcu 3909,70 ABŞ dollarının, habelə iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «xxxx» Məhdııd Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli məxaric orderindən və xx xxxxxx 2015-ci il tarixli kredit borcu və girov müqaviləsindən görünür ki, «xxxx» MMC tərəfindon Cavabdeh 2 ay müddətinə 2400 ABŞ dolları verilmişdir. Tərəfindən yalnız 1 müqavilə üzrə (yuxarıda qeyd edilən) borc alınmış, həmin borcun əvəzinə avtomobilini lombardın sahibinə vermiş, avtomobil satılaraq borc bağlanmışdır. Onun tərəfindən ikinci müqavilə üzrə borc alınmamışdır. Məhkəmə bu hallara əhəmiyyət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli kredit borcu və girov müqaviləsinə əsasən «xxxx» MMC tərəfındən Cavabdeh 2 ay müddətinə 2400 ABŞ dolları verilmişdir. «xxxx» MMC-nin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli borc müqaviləsi üzrə x xxxxxx 2017-ci il tarixə əsas borcu 2400 ABŞ dolları, faiz borcu 150 ABŞ dolları təşkil edir. xx xxxxxx 2 015-ci il tarixli, 178 saylı Kredit (borc) və girov müqaviləsindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh 7% dərəcəsilə, 18 ay müddətinə 3837 ABŞ dolları verilmişdir. «xxxx» MMC-nin xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 178 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2017-ci il tarixə əsas borcu 3837 ABŞ dolları, faiz borcu 2891,62 ABŞ dolları təşkil edir. «xxxx» MMC-nin xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 019 saylı borc müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə əsas borcu 2400 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üzrə faiz borcu 160 ABŞ dolları təşkil edir. «xxxx» MMC-nin xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 178 saylı borc müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə əsas borcu 3837,00 ABŞ dolları, müqavilə üzrə faiz borcu 3909,70 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx xxxx 2017-ci il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il tarixə olan uçot məlumatlarına əsasən «xxxx» MMC-nin əsas fəaliyyət növü «Lombardların fəaliyyəti» (64922) kimi qeyd edilmişdir. «xxxx» MMC-nin xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görüniir ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 019 saylı borc müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə əsas borcu 2400 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üzrə faiz borcu 210 ABŞ dolları təşkil edir. «xxxx» MMC-nin xx xxxx 2017-ci il tarixli maliyyə arayışından görün ür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli, 178 saylı borc müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixə əsas borcu 3837 ABŞ dolları, müqavilə üzrə faiz borcu 4407,57 ABŞ dolları, müqavilə müddətindən sonrakı dövr üzrə faiz borcu 31,03 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MEM-nin xx.xx.2018-ci il tarixli, 17635 saylı rəyinə əsasən xx xxxxxx 2015-ci il tarixli, Kredit borcu və girov müqaviləsində; xx xxxxxx 2015-ci il tarixli, 178 saylı Kredit (borc) və girov müqaviləsində borclu, girovqoyan Cavabdeh qrafasmdan aşağıda, imza-möhür sözlərinin üstündəki imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əml ak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya nüəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb ttmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan hri (borcverən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər:Ştirakçıya (borcalana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə ıldıqlarmı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditl ər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyiösə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət v ə ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq və sadalanan normalara istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmənin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi mübahisəyə dair mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində göstərilən hallar həmin qətnamənin ləğv edilməsinə əsas yaratmır. Məhkəmə kollegiyası məruz əçini, cavabdehin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırki işin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı - lombard təşkilatı «xxxx» MMC ilə cavabdeh arasında kredit-girov müqavilələri bağlanılmışdır. İddiaçı təşkilat həmin müqavilələrə istinad edərək cavabdehdən verdiyi pulu, həmçinin hesablanmış faiz borclarını tələb edir. İşə baxan məhkəmələr iddiaçı MMC-nin lombard təşkilatı kimi fəaliyyət göstərməsi üçün müvafiq lisenziyasının olub-olmamasına qiymət verməmiş, lisenziyanın surəti iş materiallarına əlavə edilməmişdir. Məhkəmə həmin halı müəyyən etməməklə nəzərə almamışdır ki, həmin hal cavabdehdən faiz məbləğinin tutulub-tutulmaması məsələsinin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 302.1-ci maddəsinə görə, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Cavabdeh iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlillərindən biri olan MMC-yə olan borcun əvəzinə özünə məxsus olan “xxxx” markalı avtomaşını MMC-nin nümayəndəsi r adlı şəxsə verməsi, adlı şəxs avtomaşı nı satmaqla onun borcunu tam bağlaması barədə dəlillərinə formal yanaşmış, istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübut təqdim etməməsini qeyd etməklə kifayətlənmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdeh nə birinci instansiya məhkəməsi, nə apellyasiya instansiyası məhkəməsində izahat verməmiş, yalnız bir dəfə apellyasiya instansiyası məhkəməsində iştirak etmişdir ki, həmin vaxt da məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsi məqsədi ilə onun imza və xətt nümunələri alınmışdır. Nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdeh Cavid Babayevə etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübutlar təqdim etmək təklif edilməmişdir. Halubki Azərbaycan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəs inə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.3-cü maddəsinə görə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirild ikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqeləri ni ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə xx xxxxxx 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə x xxxxxx 1994-cü il tarixli qərar).” İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiya sı hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsi nə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5343/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar