Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-181/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: atalığın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(106)-2072/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 06 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. AZ-İİ 389222 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən X1 Könül Radil qızı ilə olan nikahları Ağcabədi rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə 30 mart 2020-ci il tarixli, 91 saylı akt qeydi ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir.
2. AZ-İV 468920 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X14 05 iyun 2020-ci il tarixdə anadan olmuşdur. X2, anası isə X3 qeyd edilmişdir.
3. Ağcabədi Rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən X13 ilə X12 arasında 30 mart 2020-ci il tarixdə bağlanmış və Ağcabədi rayon Qeydiyyat şöbəsində 91 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 05 iyun 2020-ci il tarixdə doğulmuş X14 anası X7 yanında saxlanılmışdır. 05 iyun 2020-ci il tarixdə doğulmuş X9 yetkinlik y aşına çatanadək maddi təminat üçün X4 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq X10 ödənilməsi qət edilmişdir.
4. AZ-İ 404365 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, X12 ilə X7 nikahları Ağcabədi Rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Mamedova soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh və üçüncü şəxs X8 qarşı 05 iyun 2020-ci il tarixdə anadan olmuş X9 doğum akt qeydində ata qrafasında X8 aid olan qeydin etibarsız hesab edilməsi, Cavabdeh X9 atası olmasının müəyyən edilməsi, uşağın soyadının dəyişdirilərək Musazadə kimi qeyd edilməsi və uşağın doğum akt qeydinin ata qrafasında Cavabdeh k imi qeyd edilməsi, uşağın saxlanması üçün hər ay Cavabdeh 200 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda göstərilən hallarına istinad edərək mövgeyini onunla əsaslandırmişdır ki, Cavabdeh ilə 2017-ci ildən 2019-cu ilin oktyabr ayına kimi bir yerdə yaşamışdır. Cavabdeh valideynləri onların evlənməsinə razı olmadıqları üçün Cavabdeh ilə birlikdə Ağcabədi şəhərində kirayədə yaşamışdır. 08 oktyabr 2019-cu il tarixdə Cavabdeh evdən çıxıb getmiş və həmin vaxtdan sonra geri qayıtmamışdır. Cavabdeh onu tərk edərkən 4 aylıq hamilə vəziyyətdə olmuşdur. Uşağı abort etdirmək istəsə də həkimlər uşaq 4 aylıq olduğundan razılıq verməmişdir. Bundan bir müddət sonra isə o, X12 ilə 30 mart 2020-ci il tarixdə Ağcabədi rayon Qey diyyat şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Vüsal Məmmədovla rəsmi nikaha daxil olduqdan sonra 05 iyun 2020-ci il tarixdə Vüqar Məmmədov doğulmuşdur. Vüqar Məmmədovun soyadı və ata adı rəsmi nikahda olduğu Vüsal Məmmədovun soyadı və adı ilə qeyd edilmişdir. Vüsal Məmmədovla aralarındakı nikah Ağcabədi Rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaq onun himayəsində saxlanılmış və oğlu Vüqar Məmmədovun saxlanması üçün Vüsal Məmmədovdan hər ay 120 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən heç bir tərəf apellyasiya şikayəti verməmişdir. Lakin qeyd etdiyi kimi uşağın həqiqi atası Cavabdeh olduğu halda doğum şəhadətnaməsində X5 adı qeyd edilmişdir. Vüqar Məmmədovun atalığının müəyyən olunması və uşağın soya dının dəyişdirilərək Musazadə kimi qeyd edilməsi, onun doğum akt qeydinin ata qrafasında X8 aid olan məlumatların ləğv edilməsi və ataya aid məlumatların Cavabdeh kimi qeyd edilməsi üçün həm Ağcabədi rayon Qeydiyyat Şöbəsinə, həm də Ağcabədi Regional “Asan xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin şöbələr uşağın Vüsalla olan rəsmi nikahdan sonra dünyaya gəlməsini əsas göstərilməklə atalığın müəyyən olunmasından imtina etmişlər. Cavabdeh Vüqarın atası olmasını bildiyi halda bir dəfə də olsun uşaqla maraqlanmamış ona heç bir maddi yardım göstərməmişdir. Hazırda isə uşağın atası olmadığı halda Vüsal Məmmədov aliment ödəyir. Halbuki uşağın əsl atası Vüsal Məmmədov deyil, Cavabdehdir. Vüqar Məmmədovun atalığının müəyyən edilməsi ilə əlaqədar mediatora müra ciət etmiş, Cavabdeh mediasiya sessiyasına gəlmədiyindən sessiyanın keçirilməsi prosesi mümkün olmamışdır. Bu barədə mediator tərəfindən arayış verilmişdir. Ona görə də 05 iyun 2020-ci il tarixdə anadan olmuş X9 doğum akt qeydində ata qrafasında X8 aid olan qeydin etibarsız hesab edilməsi, Cavabdeh X9 atası olmasının müəyyən edilməsi, uşağın soyadının dəyişdirilərək Musazadə kimi qeyd edilməsi və uşağın doğum akt qeydinin ata qrafasında Cavabdeh kimi qeyd edilməsi, uşağın saxlanması üçün hər ay Cavabdeh 200 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında üçüncü şəxs Vüsal Məmmədov iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə faktiki ailə qurmuş, nikahları 30 mart 2020-ci il tarixdə qeydə alınmışdır. Birgə nikahl arından bir oğlan uşağı anadan olmuşdur. İlk vaxtlar ər-arvad münasibətləri yaxşı olsa da sonradan pisləşmiş, aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda oğlu Vüqar Məmmədov anasının yanında qalır. Vüqar Məmmədovun saxlanması üçün hər ay imkanı daxilində aliment ödəyir. İddianın təmin edilməməsini xahiş edir.
11. Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(017)-896/2022 saylı qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia rədd edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifad ələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeydlə təsdiq olunur. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bi lər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı mülki-prosessual qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
13. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iddiaçı ilə üçüncü şəxsin nikahı Ağcabədi rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 30 mart 2020-ci il tarixli, 91 saylı akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Onların nikahından 05 iyun 2020-ci il tarixdə X14 adlı uşaqları doğulmuşdur. Doğum haqqında şəhadətnamədə X9 X2, anası isə X13 qeyd edilmişdir. İddiaçı ilə üçüncü şəxs arasında 30 mart 2020-ci il tarixdə bağlanmış və Ağcabədi rayon Qeydiyyat şöbəsində 91 nömrə ilə qeydə alınmış nikah pozulmuş, iddiaçı ilə üçüncü şəxsin birgə nikahından 05 iyun 2020-ci il tarixdə doğulmuş X14 anası X7 yanında saxlanılmışdır. 05 iyun 2020-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək maddi təminat üçün X4 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq X10 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qanunsuz və əsasız olduğuna görə rədd edilməlidir.
14. Məhkəmə öz hüquqi mövqeyini Ailə Məcəlləsinin 44.1, 44.2, 45.1, 45.2, 46.1-46.3, 47.1-47.2-ci maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(017)-896/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(106)-2072/2022 saylı qətnaməsi ilə (hakimlər N.F.Mirzəyev (sədrlik edən və məruzəçi) S.İ.Mayılov və İ.Q.Əsədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(017)-896/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası hüquqi mövqeyini onunla əsaslandırmişdır ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş və məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşd ur. Belə ki, doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisənin yalnız məhkəmə yolu həll edilməli olduğu, habelə belə mübahisəni açmaq hüququna malik şəxslərin dairəsi müəyyən edilmişdir. Buraya uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyni, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə baxılmalı olduğu göstərilmişdir. İşin faktiki halı olaraq müəyyən olunub ki, iddiaçı (ana) X12 ilə rəsmi nikahda olmuş, uşaq hər iki valideynin rəsmi nikahından doğulmuş, iddiaçı uşağın doğum şəhadətnaməsində müvafiq qeydiyyat orqanı tərəfindən ata adı və soy adına dair qeydiyyat aparılarkən buna heç bir etiraz etməmiş, məhk əmə qətnaməsi ilə tərəflərin birgə nikahından 05 iyun 2020-ci il tarixdə doğulmuş X14 anası X7 yanında saxlanılmış, 05 iyun 2020-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək maddi təminat üçün X4 hər ay sabit pul məbləğində 120 manat alimentin tutularaq X10 ödənilməli olduğu göstərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlili olaraq uşağın atalığının müəyyən edilməsində əsas məqsədinin uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin X5 özünü uşağın həqiqi valideyni hesab etmədiyindən ona aliment ödəməkdən imtina etməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalı ğa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz.
19. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Ailə Məcəlləsinin 44.1, 44.2, 45.1, 45.2, 46.1, 46.3, 47.1-47.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(106)-2072/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu cür qərar qəbul etməklə məhkəmə uşağın öz valid eynini tanımaq, habelə öz həqiqi atasının adını daşımaq hüququndan məhrum etmişdir. Halbuki digər orqanlar kimi, məhkəmənin də qərarları uşağın mənafeyinə zidd olmamalı və onun icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Atalığın müəyyən edilməsinə dair məhkəmə işlən üzrə istər ölkəmizin, istərsə də dünya məhkəmə təcrübəsində işə baxan məhkəmənin öz mülahizəsi ilə atalığı müəyyən etməsi mümkün olmadığından, bu növ iddialar üzrə müvafiq ekspertizalar keçirilir. Əldə edilmiş nəticə ekspert rəyi və mülki iş materialları üzrə toplanmış digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Digər sübutlar qismində isə tərəflərin vermiş olduqları izahatlar çıxış edir. Ölkəmizin mülki prosessual qanunvericiliyinin sadalanan normalarından da görünür ki, tərəflərin öz iddia və etirazlarını bildirərkən istinad etdikləri halların mövcudluğu müəyyən edilərkən əldə edilən məlumatlar sübut kimi tanınır. Bu sübutlar sırasında şəxslərin izahatları, ekspert rəyləri də vardır. Hazırki mübahisə üzrə məhkəmə tərəfindən işə baxılarkən cavabdehin uşağın atası olub-olmamasını müəyyən etmək üçün ekspertizanın keçirilməsi qaçılmazdır. Məhkəmə tərəfindən ekspertiza təyin olunmalı olduğu halda, edilməmişdir. Bu isə ədalətli məhkəmə araşdırmasının aparılmadığını, işə hərtərəfli, tam, obyektiv baxılmadğını deməyə əsas verir. Məhkəmə tərəfindən heç bir sübut əldə edilməmiş və sübutların qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə bu məsələdə iddiaçının üzərinə mötəbər sübutlar təqdim etməkdə haqlı deyildir. Müvafiq ekspertiza keçirilərək ekspert rəyi alınmalı, digər sübutlarla ya naşı qiymətləndirilməliydi. Məhkəmə iddianı qeyri-müəyyən, qanuni əsaslara söykənməyən, formal mülahizələrə istinad edərək rədd etmişdir. Məhkəmə öz qərarında bir çox hüquq normalarına istinad elmişdir. Həmin normalar sırasında isə iddianın təmin edilməsini qadağan edən konkret normaya rast gəlmək olmur. Ümumi başa düşülən budur ki, iddiaçı ana uşağı dünyaya gətirərkən rəsmi nikahda olubsa, həmin şəxs uşağın atası kimi tanınıbsa, demək iddiaçı uşağın həqiqi atasının uşağın atası kimi tanınmasına dair məhkəməyə müraciət edə bilməz. Məhkəmə həqiqətə nail olunması üçün heç bir obyektiv araşdırma aparmayıb. Qeyd olunduğu kimi, həqiqətin- uşağın atasının kim olmasının müəyyən olunması üçün ekspertizanın keçirilməsi mütləqdir Bu məsələ iddiaçı tərəfindən dəfələrlə işə baxan məhkəmənin diqqətinə çatdırılsa da, vəsatət təmin olunmamışdır.
22. Kassator (iddiaçı) şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin Vİ hissəsinə, 34-cü maddəsinin İİİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və Vİİ hissələrinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Ailə Məcəlləsinin 3.0.4, 8.1,45.1, 186, 187.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Qanunun 4, 53.1, 53.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 76.2, 97.1, 101.7, 103.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
24. Maddə 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmas ını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
25. Maddə 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
26. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (hima yəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
27. Maddə 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
28. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
29. Maddə 46.2. Uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 3
0. Maddə 46.3. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
31. Maddə 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetki nlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi, gəldiyi nəticəni iddiaçının üçüncü şəxslə rəsmi nikahda olması, uşağın onların birgə nikah ından doğulması, uşağın doğum şəhadətnaməsində müvafiq qeydiyyat orqanı tərəfindən ata və soy adına dair qeydiyyat aparılarkən iddiaçının buna etiraz etməməsi, məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşağın anasının yanında saxlanılması, bu barədə üçüncü şəxsdən müvafiq aliment tutulması, habelə atalığın müəyyən edilməsində iddiaçının əsas məqsədinin uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin üçüncü şəxs özünü uşağın həqiqi valideyni hesab etmədiyi üçün onu ödəməkdən imtina etməsi ilə əsaslandırsa da, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır.
41. Əvvəla, Ailə Məcəlləsinin 44-cü maddəsinin tələblərinə görə, uşağın konkret şəxslərdən törəməsi doğumun yazıldığı kitabda valideynlər haqqında qanunla müəyyən olunmuş qaydada yazılan qeydlə rlə sübut olunur. Lakin belə yazılar məhkəmə yolu ilə mübahisələndirilə bilər. Analıq və ya atalıq o, halda mübahisələndirilir ki, doğumun qeydiyyat kitabında uşağın anası və ya atası kimi faktiki olaraq ana və ya ata olmayan şəxsin yazıldığı iddiası ortaya çıxsın.
42. Ailə Məcəlləsinin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
43. Normanın mənasına görə, özünü uşağın gerçək ata-anası sayan şəxslərlə yanaşı, doğumun qeydiyyatı kitabında ata və ya ana kimi yazılmış şəxslər də, atalığı və ya analığı mübahisələndirə bilərlər.
44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, doğumun qeydiyyatı kitabında uşağın anası kimi yazılmış iddiaçının da atalığa dair məhkəmədə mübahisə açmaq hüququ vardır və doğumun qeydiyyatı kitabında ana kimi yazılmış şəxsə belə bir hüququn verilməsi ilk növbədə yetkinlik yaşına çatmamış uşağın mənafeyinə xidmət edir. Çünki Ailə Məcəlləsinin 43-cü maddəsinin mənasına görə, valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır.
45. Həmin Məcəllənin 49.2-ci maddəsində göstərilir ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.
46. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq, doğumun qeydiyyat kitabında uşağın atası kimi faktiki olaraq ata olmayan şəxsin, yəni X5 yazılmasının iddia edilməsinə, habelə uşağın həqiqi atasının Cavabdeh olmasına dair iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmamaqla, əslində uşağın öz həqiqi atasını tanımaq hüququnu pozub.
47. Nəzərə alınmalıdır ki, ailə qanunvericiliyinə görə, uşağın həqiqi ata-anasının qeydə alınmış nikahı olmadıqda, uşağın atası məhkəmə qaydasında tanına və müəyyən oluna bilər. Atalığın tanınması və müəyyən olunması barədə iddianı əksər hallarda ata qaldırır və məhkəmə təcrübəsində atalığın məhkəmə yolu ilə tanınması üçün məhkə mənin əsas götürdüyü çoxsaylı hallar vardır. Belə hallara uşağın doğulmasına qədər ananın və atalığı iddia olunan şəxsin birgə yaşaması; uşağın birgə saxlanılması və tərbiyə olunması; şəxsin uşağın atası olması barədə etirafını təsdiq edən sübutların olması; uşağın atalığı iddia olunan şəxsdən doğulmasını təsdiq edən müvafiq genetik ekspertiza rəylərinin olması və sair aid edilə bilər. Lakin məhkəmə yalnız bu hallarla kifayətlənə bilməz və atalığın tanınmasına dair qərar verərkən uşağın kökünün (mənşəyinin) müəyyən edilməsi üçün önəmli olan bütün başqa hallara da əsaslana bilər.
48. Ailə Məcəllənin 45.1-ci maddəsinə görə məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə bağlı istənilən sübutun (məsələn: rəsmi sənədlərin, şahid ifadələrinin, ekspert rəylərinin və sair) mötəbərliyini nəzərə ala bilər.
49. Beləliklə, söhbət ana ilə atalığı iddia olunan şəxs arasında davamlı, faktiki ailə bağlılığının olmasından gedir. Onların bu bağlılığının heç də uşağın doğulduğu vaxtadək davam etməsi tələb olunmur. Bu bağlılığın nə qədər davam etməsi də önəmli deyil və belə bağlılığın uşaq doğulanadək artıq qırılması halı iddiadan imtinaya əsas vermir.
50. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının Cavabdeh ilə 2017-ci ildən 2019-cu ilin oktyabr ayınadək birgə yaşaması, sonuncunun valideynləri onların ailə qurmasına razı olmadıqları üçün Cavabdeh ilə birlikdə Ağcabədi şəhərində kirayədə yaşaması, 08 oktyabr 2019-cu il tarixdə Cavabdeh evdən getməsi, həmin vaxtdan sonra geri qayıtmaması və 4 aylıq hamilə vəziyyətdə olması barədə apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparma dan, Cavabdeh məhkəmə iclasında iştirakını təmin edib hazırkı mübahisəli məsələyə onun münasibətini öyrənmədən, zərurət yarandığı halda uşağın mənşəyinin müəyyən olunması üçün iş üzrə müvafiq genetik ekspertiza keçirib əsaslandırılmış rəy, habelə uşağın diqqətəlayiq mənafeyini nəzərə almadan, yalnız iddiaçının üçüncü şəxslə rəsmi nikahda olmasını, uşağın atası kimi yazılmış həmin şəxsin qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilməsini və sair halları əsas tutub iddianı rədd etməklə, işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlib.
51. Göründüyü kimi, iddiaçının cavabdehə və üçüncü şəxsə qarşı hazırkı tələbləri irəli sürməkdə məqsədi əslində uşağın mənşəyinin müəyyən edilməsinə və onun həqiqi atasının müəyyən olu nmasına yönəlib.
52. Uşağın kökü (mənşəyi) dedikdə- uşağın müəyyən olunmuş qaydalara uyğun olaraq qeydə alınmış kişi və qadından törəməsi başa düşülür.
53. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbləri üzrə lazımı araşdırma aparmadan yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozub.
54. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsində göstərilir ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
55. Həmin Məcəllənin 418.3-cü maddəsinə görə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnsin və ya nəticələnə bilsin.
56. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli, 2(106)-2072/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.