Məhkəmə qərarları › İş №2(102)-1811/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1811/2024

27.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1811/2024 27.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və və çıxarışın ləğvi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-21/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 27 may 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəl ən qəsəbəsi, 13/3756 saylı ünvanda yerləçən 0,12 ha torpaq sahəsindən ibarət bağ sahəsi Cavabdeh2 xüsusi mülkiyyətdədir.

2. Daşınmaz əmlakın alğı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, ünvan ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini Satıcı Cavabdeh2 Alıcı Cavabdeh1 20.000 manata satmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 13/3756 saylı ünvanda yerləçən 0,12 ha torpaq sahəsindən ibarət bağ sahəsi Cavabdeh1 xüsusi mülkiyyətdədir.

4. X1 29 oktyabr 2019-cu il tarixli, №33 saylı ekspert rəyində qeyd olunmuşdur ki, tədqiq olunan 0,12 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh2 məx sus bağ sahəsi ilə üstüstə düşdüyü və onun tərəfindən mişar daşından divar inşa edilərək əhatəyə alındığı və küçə tərəfdən metal darvazanın quraşdırıldığı müəyyən edilir.

5. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçının ərizəsinə əsasən, iddia ərizəsi geri qaytarılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Əraz i İdarəsinə (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh1) qarşı “Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadları) qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsini maraqlı şəxs kimi cəlb etməklə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alğı-satqı müqaviləsinin və həmin alğı-satqı müqaviləsi ə sasında Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi ilə arasında bağlanmış 36199 saylı 02 mart 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan xx/xx-3754/3755 saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. 12 ildir ki, sözügedən bağ sahəsi onun istifadəsindədir. Cavabdeh2 ilə Cavabdeh1 arasında alğı-satqı müqaviləsi bağlanmış və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 13/3756 saylı bağ sahəsini Cavabd eh1 satmışdır. Cavabdeh1 həmin alğı-satqı müqaviləsi əsasında aldığı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarış verilmişdir. Cavabdeh1 verilmiş çıxarışda onun aldığı bağ sahəsinin koordinatları ilə onun istifadəsində olan bağ sahəsinin koordinatları üst-üstə düşür. Bununla bağlı cavabdehlə aralarında gərginlik yaranmış və cavabdeh istifadəsində olan bağ sahəsindən onun istifadəsinə maneəçilik yaradır.

10. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər rayonu. Şüvəlan qəsəbəsi, 123756 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2015-ei il tarixli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsini ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin alğı-satqı müqaviləsi əsasında cavabdehin adına qeyd olunan bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Rexestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən RX serixalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin tarixdən hal-hazıradək mülkiyyətində olan bağ sahəsindən cavabdeh istifadə edir. Qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən 1112-3754/3755 nömrəli bağ sahəsi 02 mart 2007-ci il tarixdə İddiaçı istifadəsinə verilmişdir. Cavabdehin mülkiyyətində olan bağ sahəsinin nömrəsi isə 13 nömrəli bağ sahəsidir. Cavabdehin bağ sahəsinin iddiaçının bağ sahəsi ilə üst-üstə düşməsi qeyri-mümkündür. Ona görə də cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia müddətini tətbiq edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-203/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Xəzər rayonu. Şüvəlan qəsəbəsi, 123756 saylı bağ sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 13/3756 saylı bağ sahəsini ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh2ndan almışdır. Həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeyd olunan bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Rexestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən RX seriyalı, ******* saylı, xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alğı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında borc münasibəti olduğunu, imzalanmış alğı-satqı müqaviləsinin əslində başqa müqaviləni - borc müqaviləsini pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alğı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, mənzilin alğı-satqı müqavi ləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında mənzilin alğısatqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.2, 337.4, 340.2, 354.1, 372.1, 372.2, 375.1, 375.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin sahəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən onun tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən olunmuşdur. Hazırda tərəfindən məhkəməyə təqdim edil ən sənədlərlə müəyyən edilir ki, “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində mübahisə predmeti olan Cavabdeh2 adına 13 (13/3756) saylı bağ torpaq sahəsi, ümumiyyətlə mövcud olmamışdır.

17. Beləliklə, onun qanuni istifadəsində olan həmin sahənin başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, onun mülkünün özgəninkiləşdırılməsinə nail olmuşlar. Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvafiq iddia ilə müraciət edilmiş, həmin iş üzrə yekun məhkəmə qərarı qəbul edildikdən sonra hazırkı iş üzrə iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsi həm onun, həm də onun nümayəndəsi Vəkil1 koronovirusa yoluxması ilə bağlı məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə xx.xx.2021-ci il tarixdə daxıl olmuş və xx.xx.2021-ci il tarixdə qeydiy yata alınmış teleqrama əhəmiyyət verməyərək, tələsik qətnamə çıxarması da tamamilə qanunsuz və əsassızdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “arxiv qovluğunda mövcud sənədlərə əsasən Azərbaycan Milli Aerokosmik Agentliyi “Günəş-3” Bağçılıq yoldaşlığı birliyi nəzdində Şüvəlan ərazisində 11/12 (1200 kv.m) nömrəli bağ sahəsi X5 ayrılmış və onun adına üzvlük kitabçası verilmişdir. Onun müraciəti əsasında üzvlük kitabçası müqvilə ilə əvəz edilmiş və xx/xx-3754/3755 nömrəli bağ sahəsinin istifadəyə verilməsinə dair Dürdanə Əliyeva ilə xx.xx.2005-ci il tarixli müqavilə bağlanılmışdır. Daha sonra icarədarın və ailə üzvlərinin razılıq ərizəsi əsasında sözügedən bağ sahəsi onun adına keçirilmişdir. Sözügedən bağ sahəsinə dair 36199 saylı xx.xx.2007-ci il tarixli müqavilənin arxiv qovluğunda mövcud olan nüsxəsi məhkəməyə edilmişdir. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tamamilə qanunsuz olaraq prosessual pozuntuya yol vermişdir. İşdən və qətnamədən göründüyü kimi, iddia tələbi əqdlərın etibarsızlığı ilə deyil, daşınmaz əmlakla bağlı əqdlərin ləğv edilməsi ilə bağlıdır. Belə olan halda, hətta iddia müddəti tətbiq edilsəidi belə, o halda Mülki Məcəllənin 354-cu maddəsi deyil. 373.2-cı maddəsi (Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir) tətbiq edilməli idi. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsində səhvə yol vermişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzər ə almamışdır ki, Mulkı Məcəlləyə əsasən iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilik müəyyən müddət nəzərdə tutmuşdur. Qanunvericiliyin tələbinə gorə. iddia müddətinin tətbiq edilməsini maraqlı şəxs buna əsas verən halları bildiyi və ya bilməli olduğu gündən əqdı mübahisə edə bilər. Onun müvafiq müraciətinə 1 saylı Bakı şəhər Ərazi İdarəsindən cavab verildikdən sonra o, hüquqlarının pozulduğunu bilmiş və bundan dərhal sonra müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir.

18. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əksinə olaraq, burada söhbət iddia müddətindən deyil, kəsici müddətdən gedir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iş materiallarında olan X1 29 oktyabr 2019-cu il tarixli, №33 saylı ekspert rəyindən mü əyyən edilir ki, tədqiq olunan ona məxsus 0,12 ha torpaq sahəsi bütövlükdə Cavabdeh2 məxsus bağ sahəsi ilə üst-üstə düşür. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi işin nəticəsi üçün xüsusi əhəmiyyət kəsb edən bu subuta da heç bir münasibət bildirməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında onun nümayəndəsinin suallarına Cavabdeh2 cavab verərək bildirmişdir ki, o, mübahisəli bağ sahəsini tanımır və görməmişdir, həmin bağ sahəsində heç vaxt olmamışdır, həmin bağ sahəsində heç bir inşaat işləri aparmamışdır. Həmin bağ sahəsinin onun adına sənədləşdirilməsındən xəbəri olmamışdır. Həmin bağ sahəsinə dair onun tərəfindən tanımadığı bir şəxsə etibarnamə verilmiş, bundan sonra həmin şəxsin o nun adından hansı hərəkətlər etməsindən heç bir məlumatı olmamışdır. Cavabdeh1 tanımır və həmin bağ sahəsinin Cavabdeh1 satılmasından heç bir məlumatı olmamış, həmçinin həmin bağ sahəsinin alğı-satqısından ona heç bir vəsait verilməmişdir. X4 tanımır və həmin şəxsə etibarnamə verərkən özunun subay olması haqqında heç bır məlumat verməmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamədə işin nəticəsinə birbaşa təsir edən bu fakta da heç bır münasibət bildirməmişdir. Hesab edir ki, bu barədə məhkəmə iclas protokollarına qeyd verməyə də heç bır zərurət qalmır, çünki onsuz da bu da rədd ediləcəkdir.

19. Həmçinin qeyd olunmalıdır ki, işdən göründüyü kimi, Cavabdeh2 ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanması zamanı Bakı şə həri 7 saylı Xüsusi Notariat Kontorunun notariusu Azərbaycan Beynəlxalq Bankı ASC 9 saylı Mərdəkan şöbəsinə və Cavabdeh1 xx.xx.2015-ci il tarixli 429 saylı məktub ilə aşağıdakı məzmunda müraciət etmişdir: “Notariat qaydasında alğı-satqı müqaviləsi üzrə 20.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfimdən təsdiq olunduqdan sonra mənim məktubum əsasında Bakı, Gəncə prospekti, ev 105, mənzil 42də qeydiyyatda olan Ramiz Haşımova verilməsi üçün bankınızda olan depozit hesabıma qəbul olunmasını xahiş edirəm.” Bu fakt da Cavabdeh2 həmin bağ sahəsinin Cavabdeh1 satılmasından heç bir məlumatı olmaması, həmçinin həmin bağ sahəsinin alğı-satqısından ona heç bir vəsait verilməməsini təsdiq edir. X6 7 saylı Xüsusi Notariat Kontorunun notariusuna ərizəsində göstərilir: “Yazıb sizə bildirirəm ki, Ca vabdeh2 etibarnamə alarkən onun subay olması haqqında məndə məlumat var idi. Gələcəkdə bu barədə hər hansı mübahisə baş verərsə, bütün məsuliyyəti öz üzərimə götürürəm.” Həmin ərizənin birinci cümləsində göstərilən xüsusat həqiqətə uyğun deyildir. Belə ki, bu hal birinci instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 öz izahatı ilə müəyyən edilmişdir. Belə olan halda, həmin alğı-satqı müqaviləsinin formal xarakterli olması müəyyən edilir və bu hal həmin alğı-satqı müqaviləsinin ləğv və ya etibarsız hesab edilməsi üçün əsasdır.

20. Bundan başqa, Bakı şəhər İHBA APBTİD X3 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2005-ci il tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən bağ sahəsinin daha əvvəl və qanuni istifadəçisi olmuş Dürdanə Əliyevanın üçü ncü şəxs qismində prosesə cəlb edilməsi barədə məhkəməinın 29.03 2021-ci il tarixli iclasında verilmiş vəsatətinə də birinci instansiya məhkəməsi heç bir münasibət bildirməmişdir. Halbuki, həmin bağ sahəsi daha əvvəl Dürdanə Əliyevanın qanuni istifadəçisi olmuş və məhz o, 2007-ci ilin əvvəllərində həmin bağ sahəsinin onun adına sənədləşdırilməsinə qanunla müəyyən olunmuş qaydada razılıq vermiş və məhz bundan sonra həmin bağ sahəsinə dair Bakı şəhər İHBA APBTİD X3 və İstismarı Birliyi ilə onun arasında 36199 saylı xx.xx.2007-ci ıl tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmış yə həmin müqaviləyə əsasən sonuncunun qanuni istifadəsinə verilmişdir Göründüyü kimi, birinci instansiya məhkəməsinin nəticəsi tamamilə qanunsuz olmaqla yanaşı, həm də ədalətsiz dir və ləğv edilməlidir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-21/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışına əsasən öz mülkiyyətində olan ünvan ni xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 satmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışından görünür ki, həmin bağ sahəsi Cavabdeh1 xüsusi mülkiyyətdədir. İddiaçı hazırda Cavabdeh2 ilə Cavabdeh1 bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, həmin alğı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh2 həmin torpaq sahəsini qanunsuz olaraq özəlləşdirmişdir. Bu baxımdan da qeyd olunmalıdır ki, həmin hal hətta təsdiq olunsa belə, bu, vicdanlı əldə edən olaraq Cavabdeh1 mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz.

23. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında olan mövqeyinə, Mülki Məcəllənin 182.1-ci maddəsinin tələblərinə əsasən, belə qənaətə gəlmişdir ki, əmlakı vicdanlı əldə edən kimi Cavabdeh1 hüquqları xələl görməməlidir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər Cavabdeh2, Cavabdeh1) qarşı “Cavabdeh2 adına aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilməmişdir. Beləl iklə, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməməklə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlindiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 140, 182.1, 324.1, 324.1, 324.2, 324.2, 324.3, 324.4, 337.1, 337.2, 337.3, 337.4-cü eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372, 380.1, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Bakı İnzibati Məhkəməsinin eyni tərəflər arasında qeydiyyatın ləğv edilməsi barədə inzibati mübahisə üzrə işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırması barədə qərardad qəbul etməli olduğu halda, bunu etməmiş, bu da azmış kimi, həmin iş üzrə qərar qanuni qüvvəyə minmədiyi halda, həmin qərara istinad etmiş, bununla da qanunsuz və əsassız qətnamə qəbul edilməsi üçün bütün mümkün və qeyrimümkün vasitələrdən istifadə etmiş, bunun da nəticəsində qərəzli nəticəyə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

28. Cavabdeh1 iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

29. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

33. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

41. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

42. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

51. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

57. Əqdin etibarsız sayılmasının hüquqi əsası Mülki Məcəllənin 337.1-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan normaya əsasən, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və y a əhəmiyyətsiz əqdlər ola bilər.

58. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olmadığı qənaətinə gələrək, iddianı rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

59. Apellyasiya instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticəni hazırki qərarın 22-24-cü paraqraflarında qeyd olunan şəkildə əsaslandırmaqla hesab etmişdir ki, Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışına əsasən öz mülkiyyətində olan ünvan ni xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 satmış, həmin bağ sahəsi Cavabdeh1 xüsusi mülkiyyətdədir. İddiaçı hazırda Cavabdeh2 ilə Cavabdeh1 bağlanmış alğı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirsə də, Mülki Məcəllənin 14-cü fəslində müəyyən edilmiş əqdin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir. Həmin alğı-satqı müqaviləsi üzrə satıcı Cavabdeh2 torpaq sahəsini qanunsuz olaraq özəlləşdirməsi barədə iddiaçının əsas dəlili ilə bağlı isə qeyd olunmalıdır ki, həmin hal hətta təsdiq olunsa belə, bu, vicdanlı əldə edən olaraq Cavabdeh1 mülkiyyət hüququnun pozulmasına əsas ola bilməz. Alğı-satqı müqaviləsinin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hər hansı hüquqi əsas yoxdur.

60. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının ka ssasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

61. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Hazırki işdə qeyd olunan hallardan hər hansı biri mövcud deyildir.

62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq nor maları düzgün tətbiq olunmuşdur.

63. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 64. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

65. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

66. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-21/2024 nö mrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar