Məhkəmə qərarları › İş №2(102)-1813/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1813/2020

02.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1813/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Ərizəçi və vəkili X2, maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi xidmətdə olarkən xəsarət alma faktının müəyyən edilməsi barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 oktyabr 2019-cu il tarixli 2(105)3838/2019 nömrəli qətnaməsindən ərizəçi X4 və vəkili X5 tərə findən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xidməti vəzifələrini yerinə yetirərkən 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman Ağdam rayon Xramurd kəndində xəsarət alması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2019-cu il tarixli, 2(060)-4347/2019 saylı qətnaməsilə (hakim P.Hacıyev) Ərizəçi xidmətdə olarkən xəsarət alma faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Rəhimov - sədrlik edən və məruzəçi, G.Tağızadə, T.Quliyev) 2(105)-3838/2020 s aylı, 29.10.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 05 iyul 2019-cu il tarixli 2(060)-4347/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ərizəçi və vəkili X5 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək ərizənin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, xidməti vəzifələrini yerinə yetirərkən 1988ci ilin fevral ayında Sumqayıt şəhərində və 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən zaman Ağdam rayon Xramurd kəndində xəsarət alması faktının başqa qaydada müəyyən edilməsi mümkün olmadığı üçün mə hkəmə müraciət etmək məcburiyyətində qalmışdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq edilməməklə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən ərizəçi və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Maraqlı şəxsin nümayəndəsi və vəkili X3 şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ərizəçi həqiqətən də DİN orqanların da xidmətdə olmuş və 2006-cı ildən təqaüdə çıxmışdır. Hazırda o, 1988-ci ildə xidmətdə olarkən, habelə 1992-1993-cü illərdə Ağdam rayonunun Xramurt kəndində gedən döyüşlərdə başından xəsarət alması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan 4464 saylı epikrizlə ərizəçinin sol beyin yarımkürəsinin xroniki subdural hematoması xəstəliyindən əziyyət çəkməsi və müalicə edilməsi görünsə də, bu xəsarətlərin nə zaman və hansı şəraitdə baş verməsinə dair epikrizdə hər hansı məlumat yoxdur. Bundan başqa, bu barədə mötəbər sübutları Ərizəçi məhkəməyə də təqdim edə bilməmişdir. Apelyasiya instansiya məhkəməsi ərizəçinin zəruri sübutlara malik olmamasına əsaslanmaqla ərizənin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə si ilə razılaşmışdır. Lakin nəzərə almamışdır ki, ərizəçinin xahiş etdiyi qaydada faktın müəyyən olunmasına mülki məhkəmə icraatında baxılmalı deyildir. Ərizəçi ilkin olaraq inzibati orqana, onun imtina etdiyi halda imtinasını (müvafiq sübutlar təqdim etdiyi və həmin sübutlarının nəzərə alınmadığı halda) qanunsuz və əsassız hesab edərsə, onun sözügedən mübahisənin həlli üçün həmin inzibati orqana qarşı aidiyyəti inzibati-iqtisadi məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 29.10.2019-cu il tarixdə işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış, prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanunsuz və əsaslı olmayan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 5.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olma sın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 08 saylı qərarının 14-cü maddəsində müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməz olduğu müəyyən edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ərizəçi müəyyən ol unmasını xahiş etdiyi faktın ona nə üçün və hansı əsaslarla lazım olmasını göstərməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bila vasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanl arının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq ve teran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbayca n Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, qanunvericiliklə xidməti vəziflərini yerinə yetirəkən və döyüş əməliyyatlarında xəsarət alması konkret sənədlər əsasında və səlahiyyətli orqanlar tərəfindən müəyyən edildiyindən və zəruri sənədlər mövcud olmadıqda, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi imkanı qanunvericilikdə nəzərdə tutulmadığından bu faktın müəyyən edilməsi barədə ərizəyə məhkəmədə baxıla bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 29.10.2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cı maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.10.2019-cu il tarixli 2(105)3838/2019 saylı qətnaməsi ləğv olunsun. Ərizəçi xidmətdə olarkən xəsarət alma faktının müəyyən edilməsi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar