Məhkəmə qərarları › İş №2(102)-1813/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1813/2023

24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1813/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1813/2023 (Açar sözlər: kommunal xidmətlərə görə hesablanmış borcun yeni mülkiyyətçidən tələb edilməməsi, müqavilənin bağlanması öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı “qeyri-yaşayış sahəsi ilə bağlı əvvəlki mülkiyyətçiyə hesablanmış borcun ondan tutulmaması, qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılmas ı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 5848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 24 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56,1 kv.m təşkil edən qeyri-yaşayış sahəsi İddiaçı (bundan sonra – iddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

2. İddiaçı 2 saylı ASAN Kommunal Xidmətinə və Cavabdeh ASC-yə müraciət edərək mülkiyyətində olan əmlakın su və kanalizasiya xidmətlərinə qoşulması üçün yeni müqavilənin bağlan masını xahiş etmiş, Cavabdeh ASC Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən qeyd edilən obyektdə X3 adına 054991 nömrəli abonent kodunun aşkarlandığı, həmin kodda yaranmış 6506,9 manat borcun ödənişinin təmin edilməli olduğu bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid 054991 nömrəli abonent kodu üzrə keçmiş abonent X4 hesablanmış 6506,90 manat borcun ondan tələb edilməməsi, cavabdehlə aralarında qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması barədə qətnamə çıxarmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxa rıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsini 2021-ci ilin sentyabr ayında alğı-satqı yolu ilə əldə etmişdir. Mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Qeyri-yaşayış sahəsini aldığı vaxtdan istifadə etməmişdir. Belə ki, qeyri-yaşayış sahəsi təmirsiz vəziyyətdə olduğu üçün əsaslı təmir edilməsi zəruri idi və alğı-satqıdan sonra maddi vəsaiti qalmadığı üçün bir müddət sonra təmirə başlamağı düşünürdü. Bu ilin əvvəlində təmirə başlamaq qərarına gəlmiş və mütəxəssislərlə yerində baxdıqda qeyri-yaşayış sahəsinə su xəttinin gəldiyi, lakin sayğacın olmadığı məlum olmuşdur. Cavabdeh ASC-yə müraciət etmiş və yuxarıda qeyd edilən cavab verilmiş, smart sayğac quraşdırılması üçün şərait yaradılması xahiş edilmişdir. Bu cavab, hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, bəhs edilən borc məbləği onun deyil. Qeyri-yaşayış sahəsini yenilikdə almış və həmin borcun tərəfindən ödənilməsini tələb etmək, eləcə də su təchizatını başqa şəxsin borcunun ödənilməsindən asılı etmək əsassızdır. Digər tərəfdən, qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi Rzayeva Vəfa adlı şəxs olmuşdur. Alğı-satqıya satıcı tərəfindən təqdim edilən çıxarışın verilmə tarixi 2014-cü ilə aid olmuşdur. Yəni, bəhs edilən borc heç ona daşınmaz əmlakı satan şəxsə də aid deyil. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinin tələblərindən də göründüyü kimi, iddia ərizəsi üzrə cavabdeh təşkilatın, göstərmiş olduğu borc məbləğini borclu X2 məhkəmə qaydasında tələb etmək hüququndan istifadə etmək əvəzinə, nə üçünsə, borc məbləğinin ondan tutulmasını su təchizatı haqda müqavilə bağlanması üçün şərt olaraq irəli sürülməsi qanunauyğun və ədalətli deyil.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının bir iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququn olub-olmaması aydınlaşdırılmalıdır. Abonent haqqında məlumat da, müqavilə də X3 adınadır. İddiaçının borcun silinməsi ilə bağlı tələb etmək ixtiyarı yoxdur. Mülkiyyətçi və istifadəçi dəyişdirildikdə sudan istifadəyə görə əvvəlki mülkiyyətçi borcu ödəməli, yeni mülkiyyətçiyə arayış verilməli, mülkiyyətçi həmin arayışla ərazi üzrə müvafiq sukanal idarəsinə yaxınlaşmalıdır.

6. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya m əhkəməsi) 30 iyun 2022-ci il tarixli, 2(004)-2478/2022 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə aid 054991 nömrəli abonent kodu üzrə keçmiş abonent X4 hesablanmış 6506,90 (altı min beş yüz altı manat, 90 qəpik) manat borcun İddiaçı tələb edilməsi qanunsuz hesab edilmiş, İddiaçı ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoşulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılması cavabdehə həvalə edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sudan istifadəyə görə borc hesablanmış qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və onunla cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə yoxdur. Borc məbləği əvvəlki mülkiyyətçi ilə bağlanmış müqav ilə əsasında və ona hesablanmışdır. İddiaçı iddia tələbinin əsası kimi borcla bağlı məsuliyyətin ona aid olmamasına, borcun ondan əvvəlki mülkiyyətçiyə məxsus olmasına istinad etmişdir. Qanunvericiliklə obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsi əvvəlki mülkiyyətçinin üzərinə qoyulmuşdur. Belə olan halda, cavabdeh təşkilat əsassız olaraq, sudan istifadəyə görə olan borcun ödənişini iddiaçıdan tələb etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 23.1, 31.1, 62-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.5, 8.4-cü, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasındakı qarşılıqlı münasibətləri və onunla əlaqədar yaranan digər məsələləri Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262№-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalar” tənzimləyir. Qaydaların tələbindən göründüyü kimi, obyektin mü lkiyyətçisi dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsi əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakın hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan obyekti satın almış, həmçinin yeni müəssisəsinə 10 iş günü müddətində yazılı müraciət etməmişdir. Mülkiyyəçinin dəyişməsi borcu silinməsi üçün əsas deyildir. Həmçinin alğı-satqı edərkən obyektə dair problemli məsələlərin həmin obyektə dair borcun olub-olmaması, obyekt üzərində həbsin olub-olmamasına, obyektin ipoteka predmeti olub-olmamasına alıcının risk dairəsinə aiddir. İddiaçının sudan istifadəyə görə borcun ödənilməsini əvvəlki mülkiyyətçidən tələb etməməsi həmin borcun silinməsinə əsas verə bilməz.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su və kanalizasiya xidmətlərinə görə müqavilənin bağlanması və su sayğacının quraşdırılması üçün ondan əvvəlki abonentə məxsus borcun tələb olunması əsassız olmaqla, qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Çünki, obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Yeni mülkiyyətçinin (istifadəçinin) yeni müqavilənin bağlanılması üçün müraciətinə əsasən isə müraciətin daxil olduğu gündən 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

13. Məhkəmə kollegiyası apelyasiyanın dəlillərinə münasibətdə qeyd etmişdir ki, məhkəmə əvvəlki borcun silinməsini deyil, iddiaçıdan tələb olunmasını qanunsuz saymışdır. Belə olan halda, cavabdeh həmin borcla bağlı tələb hüququnu özündə saxlayır. İddiaçının daşınmaz əmlakı əldə edən zamanı borcun olmaması barədə arayışı almaması dəlili isə, özü-özlüyündə iddiaçının istehlakçı kimi hüquqlarını və hazırki tələbini aradan qaldırmır. Bundan başqa, birinci instansiya məhkəməsi - ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsinin su və kanalizasiya xidmətinə qoş ulması haqda müqavilənin bağlanması və su sayğacının quraşdırılmasını qət etmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı yazılı ərizə də təqdim etməklə su sayğacının dəyərini ödəməyə hazır olduqlarını qeyd etmişdir. Belə olan halda bu məsələ, qanunvericiliyin tələblərinə uyğun olaraq, tərəflər arasında müvafiq müqavilə bağlanan zamanı öz həllini tapa bilər.

14. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18-ci, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 59.3-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 6.5, 8.4-cü, MPM-in 14.2, 77.1, 81, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayətinin dəlilləri apelyasiyanın dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 5.3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqa vilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Maddə 23.1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın.

20. Ma ddə

62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Q aydaları 21. 6.5-ci bənd. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. 22. 8.4-cü bənd. Su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən bor cunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə

3. Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir.

24. Maddə 18.0.1. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarını n qorunması məqsədilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasını n Mülki Prossesual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.

1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

36. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 2(103)-5848/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar