Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-182/2021 11.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala qızına, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Sumqayıt “Asan Xidmət” X3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qəbul edilmiş qətnamənin əsaslandırılmaması, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının k atibliyi, iddiaçının vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2507/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 Əlibala qızına, Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Əlibala qızı ilə Cavabdeh2 arasında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 İddiaçı q arşı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, hərrac protokolunun etirbarsızlığı, onun əsasında İddiaçı verilən çıxarışın, İddiaçı ilə X10 arasında bağlanmış alqı-satqı müqaviləsinin, ona əsasən X6 adına olan çıxarışın etibarsız hesab edilməsi və onun mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. Sonradan cavabdehlər qarşılıqlı tələbini dəqiqləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi tərəfindən İddiaçı və X6 adına verilmiş çıxarışların ləğv edilməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh1 Əlibala qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsi Cavabdeh1 Əlibala qızının adına daşınmaz əmlakin dövlət reyestrində **********47 reyestr nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 6. xx xxxx 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 Əlibala qızı özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır.
7. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Əlibala qızına qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 Əlibala qızı arasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarsız hesab edilməsi, Cavabdeh1 Əlibala qızından 10200 (on min iki yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2000 (iki min) manat məbləğində pul vəsai tinin tutularaq İddiaçı ödənilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması qət edilmişdir.
8. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının x xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra sənədi icraya yönəldilmiş, icra sənədi könüllü qaydada icra edilmədiyindən məcburi icra tədbiri qaydasında tələb borclu Cavabdeh1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha torpaq sahəsinə yönəlmişdir. Bu məqsədlə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra m əmurunun təqdimatı əsasında Cavabdeh1 Əlibala qızına məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş, İcra məmurunun xx xxxxx 2018-ci il tarixli məktubu ilə tələbkar İddiaçı Cavabdeh1 Əlibala qızına məxsus olan həmin torpaq sahəsinin qiymətləndiricinin qərarı ilə 18750 manat dəyərində olmaqla İcra haqqında Qanunun 53.1 maddəsinə əsasən ona təklif olunduğu bildirilmişdir. İcra məmurunun xx xxxxx 2018-ci il tarixli borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi barədə qərarı icra edilməsi üçün DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə göndərilmiş, xx xxx 2018-ci il tarixli, ******* saylı çıxarışla mübahisəli torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. xx xxx 2016-cı il tarixli, ******* saylı alqısatqı müqaviləsi üzrə İddiaçı həmin torpaq s ahəsini X1. İddiaçı mülkiyyət hüququ xx xxx 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hal-hazırda onun həmin torpaq sahəsindən qanuni istifadəsinə cavabdehlər tərəfindən maneçilik yaradılır.
10. İddiaçı bildirir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Əlibala qızına qarşı əqdin etibarsız hesab edilməsi və pul tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 Əlibala qızı arasında Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair bağlanmış əqdin etibarsız hesab edilməsi, Cavabdeh1 Əlibala qızından 10200(on min iki yüz) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, tərəflərin ilkin vəziyyətə qaytarılması, qətnamənin tərəflər üçün eyni vaxtda icra olunması qət edilmiş,həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsininn xx xxxx 2017-ci il tarixli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli icra sənədi icraya yönəldilmişdir. Həmin icra sənədinin icrası ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Cavabdeh1 Əlibala qızına məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Ab şeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadından Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə Cavabdeh1 Əlibala qızı özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsini xx xxxx 2016-cı il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh2 bağışlamış və həmin torpaq sahəsi Cavabdeh2 istifadəsindədir. Beləliklə, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən şikayət verildikdən və xx xxxx 2017-ci il tarixli bağışlama müqaviləsi məhkəməyə təqdim edildikdən sonra iddiaçıya məlum olmuşdur ki, Məcidova Şövkət Əlibala qızı özünə məxsus mübahisəli torpaq sahəsini Məcidova Nəsibə Bəbir qızına “bağışlamışdır”.Mövcud məhkəmə aktlarının müqayisəli tə dqiqi onun göstərir ki, Şövkət Məcidova məhkəmə proseslərində uduzduğunu görərək, qət olunan məbləğin ödənməsindən yayınmaq üçün bu üsula əl atmışdır.Cünki o, şəxs əmlakını başqasına bağışlayır ki, onun başqasına borcu yoxdur,bağışlayacağı əmlaka isə ehtiyacı yoxdur,bundan başqa, bağışlanan torpaq sahəsi boş torpaq sahəsi olmuş, heç vaxt, heç kimin istifadəsində olmamışdır.Bu fakt icra sənədinin icrası ilə bağlı mübahisəli torpaq sahəsinə baxış keçirərkən öz təsdiqini tapmışdır.
11. Cavabdeh1 bildirir ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin üzərinə həbs qoyulduqdan sonra Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Şövkət Əlibala qızını xəbərdar etməmiş, öz maraqları naminə 3 ay ərzində hərrac keçirərək, hərracın sənədlərini torpağın sənədləri ni İddiaçı adına keçirmək üçün sənədləri təcili olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərmişdir. Cavabdeh1 Əlibala qızı sonradan öyrənmişdir ki, bütün hərraclar ”X4” MMC-də keçirilir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadına əsasən şikayət təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatının rədd edilməsi, Cavabdeh1 Əlibala qızının Cavabdeh2 bağışladığı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmışdır. Cavabdeh1 Əliba la qızı qərardaddan yazdığı şikayətə bağışlama müqaviləsini əlavə etmiş və İddiaçı bundan xəbəri olmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-19/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərardadı xx xxx 2018-ci il tarixdə qanuni qüvvəyə minmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həmin gün təqdim olunmuşdur. Bundan sonra, Cavabdeh1 Əlibala qızının və Cavabdeh2 xəbəri olmadan Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 maraqları naminə keçirilmiş təcili hərracın nəticələri həmin andan ləğv olunmalı idi. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Əraz i İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 hansısa maraqlara görə qanuna zidd olaraq xx.xx.2018-ci il tarixdə İddiaçı adına çıxarış verilmiş, bununla Cavabdeh1 Əlibala qızının qanunla qorunan bütün hüquqları kobud şəkildə pozulmuşdur. Bundan sonra, İddiaçı çıxarışı alan günün sabahısı günü, yəni xx xxx 2018-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” Mərkəzində daşınmaz əmlakın alqı-satqını edərək torpaq sahəsini X10 adlı şəxsə satmaqla sonuncunun adına çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-100/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddia tələbi təmin edilərək, Məcidova Şövkət Əlibala q ızı ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış xx xxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 iddia tələbi təmin edilərək, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0625 ha torpaq sahəsi Cavabdehlər Cavabdeh1 Əlibala qızı və Cavabdeh2 tərəfindən boşaldılıb ona təhvil verilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsində iddiaçı tərəfin hər hansı qanuna zidd hərəkəti müəyyən edilmədiyindən, ha belə ilkin iddiaçı ilə müstəqil tələb irəli sürən şəxsin arasında mübahisəli torpaq sahəsinin alqı-satqısının etibarsız hesab edilməsinin əsasları müəyyən edilmədiyindən,reyestrin həqiqiliyi prizumpsiyasına əsasən müstəqil tələb irəli sürən şəxsin iddiası əsaslı olmaqla təmin edilmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 324.1, 324.2, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2507/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məm mədova-sədrlik edən və məruzəçi, S.Qafari və F.Məmmıədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-100/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlər Məcid Şövkət Əlibaba qızı və Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ni və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.Belə ki, qətnamə qəbul edilərkən iddiaçının sözləri ilə kifayətlənərək Azərbaycan Respublikası MPM-nin tələblərini pozmuşdur. b)
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İddiaçının vəkili A.Məmmədov məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasınıı xahiş etdi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya ins tansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdır ılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəlləsi 27. əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1) 28. əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2) 29. reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adı na qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.. (maddə 140) 30. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Qanunun bu göstərişləri hər şeydən əvvəl hüququn ancaq öz sosial təyinatına müvafiq həyata keçirilməli olduğu prinsipindən irəli gəlir. (maddə 5.3) 31. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. (maddə 560.1) 32. isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. (maddə 560.2) 33. fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. (maddə 16.1) Mülki Prosessual Məcəllə
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
36. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
37. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibət inə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
38. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
39. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (maddə 385.1.4)
40. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.(maddə 220.1)
41. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkə mənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. (Maddə 220.4)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
43. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhk əməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
45. Belə ki, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləsinin etibarsız sayılması hissəsində MPM-nin 220-ci maddəsinin tələblərinə zidd olaraq qəbul etdiyi qətnaməni əsaslandırmamışdır.
46. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ilkin iddianın Məcidova Şövkət Əlibala qızı ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış xx xxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissələrində qanuni deyildir.
48. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
49. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1, Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2507/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın Məcidova Şövkət Əlibala qızı ilə Məcidova Nəsibə Bəbir qızı arasında Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən 0,0625 ha. torpaq sahəsinə dair aralarında bağlanmış və Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydə alınmış xx xxxx 2016-cı il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılması üçün S umqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.