Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-182/2022 19.01.2022 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2021-ci il tarixli, 2(107)1079/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd edilən qətnamədən verdikləri kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin hakiminin 25.10.2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Məhk əmə kollegiyası hesab edir ki, həmin qərardad ləğv edilməli və iş kassasiya baxışından çıxarılmalıdır. Belə ki, MPM-nin 405.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. İşdə olan SS721798770AZ və SS721798766AZ nömrəli poçt xəbərnamələrindən görünür ki, İddiaçı2 və İddiaçı1 göndərilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2021-ci il tarixli, 2(107)-1079/2021 nömrəli qətnaməsi 19.06.2021-ci il tarixdə ünvanda imza edilməklə rəsmi qaydada alınmışdır. Həmin qətnamədən İddiaçı2 və İddiaçı1 ilk dəfə (18.08.2021-ci il tarixdə) verdikləri kassasiya şikayəti apellyasiya məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadı ilə şikayət vəkil tərəfin dən imzalanmadığına və ona vəkil orderinin əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Göstərilən nöqsan aradan qaldırıldıqdan sonra hazırkı kassasiya şikayəti 29.09.2021ci il tarixdə təkrarən verilmişdir. Bundan əlavə, İddiaçı2 və İddiaçı1 kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası barədə ərizə vermişlər. Şəki Apellyasiya Məhkəməsi isə kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi məsələsini araşdırmadan, bu müddətin bərpasına dair ərizəyə münasibət bildirmədən şikayəti baxılması Ali Məhkəməyə göndərmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətinin mümkünlüyü ilə bağlı yuxarıda qeyd olunan məsələlərin yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilməklə iş kassasiya baxışından çıxarılmalı və apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.http://www.eqanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.06.2021-ci il t arixli, 2(107)1079/2021 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov
Məhkəmə qərarları › İş №2(102)-182/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-182/2022
19.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver