Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-182/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (nisyə alqı-satqı müqaviləsi, pul tələbi) 15.01.2025 Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4324/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 2019-2021-ci illər ərzində çalışdığı İddiaçı aldığı mallardan aralarında qalan 30.000 ABŞ dolları borcu olduğunu qəbul etdiyini və ödəyəcəyinə söz verdiyi barədə xx.xx.2023-cü il tarixli iltizam vermişdir.
2. Cavabdeh 2023-cü ilin avqust-sentyabr ayında İddiaçı aldığı malların borcunu – 25.024 ABŞ dollarını ödəyəcəyi barədə xx.xx.2023-cü il tarixli iltizam vermişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən İddiaçı müraciəti ilə əlaqədar izahatı alınmış, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçılə 2017-ci ildən tanışdır, aralarında bir çox alqı-satqı olmuşdur. Aralarında yaranmış borc Elminin ona vermiş olduğu malların satılması ilə bağlı olmuşdur və Elmin ona söz vermişdir ki, malları ucuz satsın, yenidən ona mal verilsin. O, həmin malları ucuz satmış, lakin Elmin tərəfindən ona güzəşt edilməmişdir. Onun Elminə olan mal borcunun bir hissəsi Moskva şəhərində anbarındadır. Ondan mal borcunu istəyirsə anbarında olan malları qaytarmağa və ya satıldıqca hissə-hissə borcun verilməsinə razıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 53.424 ABŞ dolları məbləğində borcun və 363 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən Türkiyənin İstanbul şəhərində yaşayır, Azərbaycan Respublikası vətəndaşı olsa da Türkiyədə daimi yaşamaq hüququ vardır. O, artıq uzun müddətdir ki, İstanbul şəhərində ayaqqa bı satışı ilə məşğul olan mağazada işləyir. 2019-cu ilin əvvələrində əvvəllər tanımadığı, hazırki iş üzrə cavabdeh onun İstanbul şəhərində işlədiyi mağazaya gəlmiş, özünü onun həmyerlisi kimi təqdim edərək ilk vaxtlardan isti münasibət yaratmış, ayaqqabı satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra isə cavabdeh həmyerli olmalarını bildirərək ona nisyə mal verilməsini xahiş etmişdir. O, bir neçə dəfə ona yox cavabı versə də, cavabdehin çoxsaylı təkidlərindən sonra həmçinin də həmyerli olmalarını nəzərə alaraq ona nisyə mal verilməsinə razılaşmışdır. Bundan sonra malların nisyə verilməsi və verilmiş malların dəyərinin mal verilən gündən sonrakı 3 ay ərzində tam şəkildə ödənilməsi barədə razılığa gəlmişlər. Beləliklə də 2019-2021-ci illər ərzində cavabdehə ümumilikdə 100.000 ABŞ dollar ı dəyərində nisyə ayaqqabı verilmiş və cavabdeh həmin malları qəbul edərək satmışdır. Buna baxmayaraq, cavabdeh götürdüyü malların dəyərini tam ödəməmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixində 300 ABŞ dolları göndərmiş və 2021-ci ildə götürdüyü mallara görə 30.000 ABŞ dolları borcu qalmışdır. O, cavabdehdən dəfələrlə həmin borc məbləğinin ödənilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Daha sonra isə 2023-cü ilin avqust ayında cavabdeh yenidən ona müraciət edərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsini xahiş etmiş, həmin malları sataraq həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyini bildirmişdir. Bundan sonra cavabdeh əvvəlki borcundan 1.600 ABŞ dolları ödəniş etmiş və tərəfindən cavabdehə 2023-cü ilin avqustsentyabr ayları ərzində cəmi 25.024 ABŞ dolları dəyərində yeni mal verilmişdir. Lakin, yenə də cavabdeh borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmış, həmin tarixdən bu günədək borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən də, hazırda cavabdehin ona 53.424 ABŞ dolları məbləğində borcu qalmışdır. Borc məbləği ilə bağlı tərəflər arasında çoxsaylı “whatsapp” səs və mətn yazışmaları, cavabdehin xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixində öz xətti ilə yazdığı etirafedici sənədlər, təhvil-təslim sənədi mövcuddur. Bunlardan əlavə malların cavabdehə verilməsində iddiaçı ilə birgə çalışan X1 da iştirak etmişdir və zərurət yaranarsa o, da şahid qismində dindirilə bilər.
6. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 51.024 ABŞ dolları məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 363 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddiaya qarşı etiraz verərək göstərmişdir ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində ayaqqabı alveri ilə məşğuldur. Satdığı malları da Türkiyə Respublikasından alıb Moskvaya apararaq orada pərakəndə qaydada satmışdır. Onunla iddiaçı arasında onun bildirdiyi kimi 100.000 ABŞ dolları deyil, ümumilikdə bu günə kimi 300.000 ABŞ dollarından artıq dövriyyə olub. Onlar bir neçə ildir ki, alver edirlər və aralarında bu müddətə söykənən etibar vardır. O, dəfələrlə ondan istər nisyə, istərsə də nağd qaydada mal alıb satmışdır. Qeyd etməyi zəruri hesab edi r ki, iddiaçının ona göndərdiyi sonuncu partiya mal onun dediyi kimi 2023-cü ilin avqustsentyabr aylarına təsadüf edir. Həmin cəmi 25.024 ABŞ dolları məbləğində olan mal bu günə kimi satılmamışdır. Moskva şəhərindəki mağazanın anbarında və vitrindədir. Əgər iddiaçı mallarını geri götürmək istəyirsə buyursun gəlsin aparsın. Qaldı ki, 2021-ci ildə ona yaranmış 30.000 ABŞ dolları məbləğində borcu - bu məbləğin yaranma səbəbi pandemiya dövründə alverin getməməsi, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satması olmuşdur. Bunu isə mal sahibi İddiaçı özü ilə məsləhətləşib dəyər-dəyməzinə satmışdır ki, o, arada qalan 30.000 ABŞ dollarının əvəzinə ondan 15.000 dollar tələb edəcək, yerdə qalan 15.000 ABŞ doll arı olan malın dəyərini isə yeni alacağı ayaqqabılarda iri məbləğlərdə edəcəyi güzəşt endirimlərlə onun üçün qazanaraq bərpa olunmasına şərait yaradacaqdır. Lakin iddiaçı bu vədinə əməl etməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(001)1626/2024 nömrəli qətnaməsi ilə (hakim P.Ş.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh 51.024 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində pul vəsaitinin və ödənilmiş 363 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və i mzası olan əlyazma ilə təsdiq edilir ki, tərəflər arasında ayaqqabı satışı ilə bağlı razılaşmalar olmuş, cavabdeh tərəfindən iddiaçıdan 2021-ci ildə götürülmüş mallara görə 30.000 ABŞ dolları məbləğində borc qalmış, daha sonra isə 2023-cü ilin avqust ayında Cavabdeh tərəfindən yenidən iddiaçıya müraciət edilərək borcundan müəyyən məbləğdə ödəniş etməklə ona yenə də nisyə mal verilməsi xahiş edilmiş, həmin malları sataraq həm əvvəlki borcunu, həm də yeni götürdüyü malların dəyərini ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra Cavabdeh əvvəlki borcundan 1.600 ABŞ dolları ödəniş etmiş və iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin avqust-sentyabr ayları ərzində cəmi 25.024 ABŞ dolları dəyərində yeni mal verilsə də, hazırki günədək cavabdeh tərəfindən ümumilikdə 51.024 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmamışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş etirazda 30.000 ABŞ dolları məbləğində borcun yaranma səbəbi kimi pandemiya dövründə alverin olmaması, malların bir qisminin qüsurlu olması və digər ondan asılı olmayan vəziyyətə görə 42.000 ABŞ dolları olan malın 12.000 ABŞ dollarına satılması, bununla bağlı tərəflər arasında şifahi razılaşmanın olması əsas gətirilsə də, həmin xüsusatlarla bağlı mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Cavabdeh 51.024 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir.
11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 404.1, 442, 448.1, 448.2, 600.4, 601.1, 601.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən malların bir qisminin qüsurlu olması ilə əlaqədar məhkəməyə sübutlar – qüsurlu ayaqqabıların şəkilləri, iddiaçı ilə cavabdeh arasında olan son 7 il ərzində baş tutmuş alverin hesabatı təqdim edilmişdir. Hətta vaxt istənildi ki, 2023-cü ilin avqust ayınd a iddiaçı tərəfindən cavabdehə nisyə satılmaqla Rusiyaya göndərilmiş 25.024 ABŞ dolları dəyərində olan və hazırda Moskva şəhərində cavabdehin anbarında saxlanılan yeni ayaqqabıların arasında təxminən 8.000 ABŞ dolları dəyərində 88 cüt qüsurlu ayaqqabının qüsur aktını – yəni müvafiq ekspert rəyini təqdim edə bilsin. Lakin birinci instansiya məhkəməsinin hakimi bu şəraiti yaratmadı. Hazırda həmin rəy Moskva şəhərində tərtib olunmuş və Azərbaycana gələn kimi tərcümə olunmuş və təsdiqlənmiş versiyası apellyasiya məhkəməsinə təqdim ediləcəkdir. Məhkəmədə cavabdehin nümayəndəsi əlyazma və qəbzdən məlumatsız olduğunu, əlyazma və qəbzin nə tərtib olunmasında, nə də imzalanmasında iştirak etmədiyini, əlyazmanın kim tərəfindən yazılmasını və qəbzin kim tərəfindən imzalanmasını bilmədiyini, bunu yaln ız Cavabdeh şəxsən özünün və ya məhkəmə xətşünaslıq ekspertizasının müəyyən edə biləcəyini bildirmişdir. Məhkəmə isə qeyd etmişdir ki, mülki işin materialları, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatları, cavabdeh tərəfindən yazılmış, lakin iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş, cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi “cavabdehin xətti və imzası olan əlyazma ilə təsdiq edilir” qənaəti iş materiallarında heç bir sübutla öz təsdiqini tapmır. Cavabdeh tərəf olaraq, yuxarıda da qeyd etdiyi kimi, nə Cavabdeh, nə də onun nümayəndəsi və vəkili əlyazmaların onlara aid olduğunu etiraf etməmişlər. Məhkəmə tərəfindən istinad olunan CD diskə baxış keçirilməmiş, diskin məzmunu araşdırılmamış, oradakı məlumatların mötəbərliyi yoxlanılmamış və həqiqiliyi sübuta yetirilməmişdir. Bundan əlavə, Cavabdeh polis bölməsində araşdırma aparılarkən borcunun məbləğini etiraf etmir, hal-hazırda anbarda mövcud olan malı geri qaytarmaq, ya da hissə-hissə satıldıqca ödəmək niyyətində olduğunu bəyan edir. Lakin birinci instansiya məhkəməsi satılmayan mallara görə Cavabdeh əldə etmədiyi pulları iddiaçıya ödəməsi qənaətinə gəlmişdir.
14. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında əlavə olaraq bildirmişdir ki, Moskva şəhərində malların qüsurlu olmasına dair rəy tərtib edilmişdir. Tərcümə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Birinci instansiya məhkəmə icraatı dövründə ekspertizanın keçirilməsi ilə bağlı şərait yaradılmasını xahiş etsə də, şərait yaradılmadı. Malların bir hissəsinin qüsurlu olmasını bildirmişdilər. Birinci partiyadan olan 42.000 ABŞ dolları dəyərində olan mal qalmışdı, 30.000 ABŞ dollar borc da ondan yaranıb. Cavabdeh iddiaçıya malın satılmadığını, bir hissəsinin qüsurlu, dəbdən düşmüş olduğunu, bu səbəblə ona həmin malları satmasına şərait yaratmasını bildirib. İddiaçı tərəf isə bildirmişdir ki, malları dəyər-dəyməzinə satsın, müəyyən güzəştlər edəcək. Lakin iddiaçı sonradan bu razılıqdan boyun qaçırmış və heç bir güzəşt olunmamışdır. 42.000 ABŞ dolların 12.000 ABŞ dolları iddiaçıya ödənildikdən sonra qalan 30.000 ABŞ dollar cavabdehdən güzəşt olmadan tələb edilib. Hətta keçən ilin avqust ayında verilən malın da verilməsində məqsəd o olmuşdur ki, mal satıldıqca, qazancdan əvvəlki borc da, yeni malın borcu da ödəniləcək. 42.000 ABŞ dollar dəyəri olan mallardan satılmayan mallar qalıb. Mallar Rusiya Federasiyasında satılır. Mallar dəbdən düşdüyü üçün alınmır. Cavabdeh bildirir ki, yeni mal götürməli idi ki, köhnə malı da təzəyə qatıb satsın. İddiaçı isə təzə mal verməyib ki, cavabdeh borcunu bağlasın. Cavabdeh iddiaçıya bildirib ki, dəyər dəyməzinə sata bilər. 12.000 ABŞ dollarına satıb, 30.000 ABŞ dollar borcu qalıb. İddiaçı cavabdehə bildirib ki, 15.000 ABŞ dollarını gələcəkdəki verəcəyi mallarda edəcəyi güzəştlərlə, endirimlərlə bağlayacaq. Cavabdeh iddiaçıdan yenidən mal istəyib, lakin ona borcu qaldığı üçün mal verilməyib. Cavabdeh borcu ona görə etiraf edib ki, yenidən iddiaçıdan mal götürə bilsin. Hazırda təqdim etdiyi rəy 25.000 ABŞ dolları dəyərində olan malların qüsurları ilə bağlıdır. Əvvəlki mallarda da belə qüs urlar olmuşdur. Birinci instansiya məhkəməsi icraatı dövründə məhkəmə tərəfindən polisdən hüquqlarını təmsil etdiyi şəxsin borcun etirafı ilə bağlı araşdırma materialları əldə olundu. Araşdırma materiallarında borcun olması etiraf edilsə də, məbləği qeyd olunmayıb. Eyni zamanda, orada olan imza və xətt nümunələrinin cavabdehə məxsus olub-olmamasını deyə bilməzdi. O istəyirdi ki, cavabdehin özü məhkəmə iclasında iştirak etsin, həm suallara cavab versin, həm də ehtiyac yaranarsa etiraf etmədiyi təqdirdə imza və xətt nümunələri ilə bağlı ekspertiza məsələsinə baxılsın.
15. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh tərəf apellyasiya şikayətlərində də 30.000 ABŞ dolları b orclarının olduğunu etiraf edirlər. Bildirirlər ki, guya tərəflər arasında 15.000 ABŞ dollarının güzəştə gedilməsi ilə bağlı razılıq olub. Lakin birinci instansiya məhkəmə icraatı dövründə bunu təsdiq edən sübutun təqdim edilməsi üçün məhkəmə iclası təxirə salınsa da, cavabdeh tərəf sübut təqdim edə bilmədi. Habelə, əlyazma ilə bağlı ekspertiza məsələsinə aydınlıq gətirilməsi üçün cavabdeh tərəf hakimin sualına cavab olaraq bildirdi ki, əgər yazışmalar varsa demək ki, əlyazma cavabdeh tərəfindən imzalanıb. Tərəflər arasında olan “Whatsapp” yazışmaları elan olunsa da, qarşı tərəf hər hansı etirazını bildirmədi. Eyni zamanda, cavabdeh tərəfin digər bir arqumenti malların qüsurlu olması ilə bağlıdır. Bildirmək istəyir ki, bu mübahisə ortaya çıxana qədər cavabdeh malların qüsurlu olmasına dair bizə məlumat verməmiş, hər hansı rəsmi sənəd təqdim etməmişdir. Hazırda apellyasiya instansiya məhkəməsi üçün təqdim olunan ekspert rəyindəki malların həmin mallar olmasına dair sübut qismində etiket və s. yoxdur. Cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsi iclasında hakimin sualına cavab olaraq imzanın cavabdehə məxsus olduğunu etiraf edib.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2024-cü il tarixli, 2(103)-4324/2024 saylı qətnaməsi ilə (hakimlər M.Rüstəmli (məruzəçi), A.İsgəndərov və V.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş il tizamlar cavabdeh tərəfindən etirazda mübahisələndirilməmiş, əksinə, orda qeyd edilmiş məbləğlər cavabdeh tərəfindən təsdiq edilmişdir. Bundan başqa, cavabdeh məbləğ göstərməsə də, borcunun olduğunu polisdə verdiyi izahatında da təsdiq etmiş, hətta iş birinci instansiya məhkəməsinin icraatında olan dövrdə iddiaçıya müəyyən məbləğdə ödənişlər etmiş, bunun nəticəsi olaraq iddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaltmışdır.
18. Həmçinin, cavabdeh iddiaya qarşı etirazında 2021-ci ildə yaranmış 30.000 ABŞ dolları məbləğində borcunun yaranma səbəblərindən biri kimi malların bir qisminin qüsurlu olmasını göstərsə də, xx.xx.2023-cü il tarixdə, yəni uzun müddət keçdikdən sonra tərtib etdiyi və imzaladığı iltizamda aldığı malların keyfiyyəti ilə bağlı hər hansı irad irəli sürməmiş dir. Bundan başqa, cavabdeh hər iki iltizamda iddiaçı tərəfindən ona güzəşt ediləcəyi ilə bağlı da qeydlər etməmiş, habelə bununla bağlı iddiaçı ilə razılıq əldə olunduğuna dair digər sübutlarını məhkəməyə təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 404.1, 427.2, 442, 448.1, 448.2, 567, 581.2, 588.1, 589.1, 595.1, 600.1, 600.4, 600.5, 601.1, 601.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apell yasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, malların bir qisminin qüsurlu olması ilə əlaqədar məhkəməyə sübutlar - qüsurlu ayaqqabıların şəkillərini, iddiaçı ilə cavabdeh arasında olan son 7 il ərzində baş tutmuş alverin hesabatını təqdim etmiş, hətta vaxt istəmişdir ki, 2023-cü ilin avqust ayında iddiaçı tərəfindən cavabdehə nisyə satılmaqla Rusiyaya göndərilmiş 25.024 ABŞ dolları dəyərində olan və cavabdehin anbarında saxlanılan yeni ayaqqabıların arasında təxminən 8.000 ABŞ dolları dəyərində 88 cüt qüsurlu ayaqqabının qüsur aktını – yəni müvafiq ekspert rəyini təqdim edək. Lakin birinci instansiya məhkəməsi onun üçün bu şəraiti yaratmamışdır. Bakı Apellyasiya Məhkəməsində baş tutmuş xx.xx.2024-cü iltarixli yeganə iclasda vəsatət verərək məhkəmə tərəfindən müvafiq ekspertizanın təyin edilərək keçirilməsi xahiş etmişdir. Lakin vəsatəti təmin edilməmiş və bununla da təqdim etdiyi əlavə sübut tədqiq olunmamışdır.
22. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsi ilə eyni qaydayla razılaşaraq belə nəticəyə gəlmişdir ki, hər şeyi “cavabdehin xətti və imzası olan əlyazma təsdiq edir. Bu hal iş materiallarında heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Nə Cavabdeh, nə də onun nümayəndəsi və vəkili kimi o əlyazmaların ona aid olduğunu etiraf etməmişlər. Hətta suala cavab olaraq o bu sənədlərdən məlumatsız olduğunu, əlyazma və qəbzin nə tərtib olunmasında, nə də imzalanmasında iştirak etmədiyini, əlyazmanın kim tərəfindən yazılmasını və qəbzin kim tərəfindən imza lanmasını bilmədiyini, bunu yalnız Cavabdeh şəxsən özünün və ya məhkəmə-xətşünaslıq ekspertizasının müəyyən edə biləcəyini bildirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqaviləni n hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
26. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 448.2. Borclu öz öhdəliklərini n hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
30. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
32. Maddə 588.1. Əgər alıcı əşyanı n qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
33. Maddə 589.1. Əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
34. Maddə 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.
35. Maddə 600.1. Alqı-satqı müqa viləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
37. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiy i günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
38. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
39. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləs i
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin nümayəndəsi və vəkili tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səh v tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı bağladığı nisyə alqı-satqı müqaviləsi əsasında satdığı malın dəyərinin qalıq hissəsini həmin əqddən irəli gələn öhdəliklərin icrası baxımından cavabdehdən tələb etməkdə haqlıdır.
51. Nəzərə alınmalıdır ki, cavabdeh eyni dəlillərlə apellyasiya şikayətində də irəli sürmüş, məhkəmə hər bir dəlili qarşılıqlı olaraq qiymətləndirmiş, borcun təmin olunan həddə olması və bundan daha az məbləğdə borcun mövcudluğunun təsdiq olunmadığı aşkar olmuşdur.
52. Cavabdeh borcun bir hissəsinin ona güzəşt edilməsi, malların bir hissəsinin qüsur lu olması və qüsurlu malların mövcudluğunun ekspert rəyi ilə təsdiq olunmasını göstərsə də bununla bağlı mötəbər sübutlara istinad etməmiş, təqdim olunmuş rəy isə sübutetmə vasitəsi olmamaqla birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Həmin rəydə olan məlumatlar isə işdə olan digər sübutlarla təsdiq olunmur.
53. Məhkəmə kollegiyasını qənaətinə görə apellyasiya instansiya məhkəməsi təqdim olunmuş yazılı sübutlara istinad edərək cavabdehin icra edilməmiş öhdəliyinin mövcud olmasını və borcun həcmini müəyyən etmişdir.
54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və mə hkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi v ə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4324/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.