Məhkəmə qərarları › İş №2(102)-1820/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1820/2024

13.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1820/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1088/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnamə sindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 027606 saylı 24 may 1973-cü il tarixli order əsasında Bakı şəhəri, Abşeron küçəsi, 11 saylı evin 9 saylı mənzil (bundan sonra mübahisəli mənzil ) X9 istifadəsinə verilmişdir.

2. Bakı şəhəri Oktyabr rayon X12 İcraiyyə Komitəsinin 35 saylı 27 oktyabr 1978-ci il tarixli qərarı ilə mənzilin icarə müqaviləsi evin icarədarı X10 razılığı ilə onun qızı X11 (bundan sonra iddiaçı) ilə bağlanmışdır.

3. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(004)4737/2009 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh (bundan sonra cavabdeh) cavabdeh X 8 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı Cavabdeh mübahisəli mənzil olan yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə hissəsində təmin edilmiş, mübahisəli mənzilindən yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində isə təmin olunmamışdır.

4. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 fevral 2011-ci il tarixli 2(004)410/2011 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilərək X1 və X4 mübahisəli mənzildən yaşayış sahəsindən çıxarılmaları qət olunmuşdur.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmə nullayeva (Əliyeva) Tünzalə Daşdəmir qızının apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehə 8.000 (on beş min) manat məbləğində kompensasiya verilməklə ona məxsus olan mübahisəli mənzilindən istifadə hüquqlarına xitam verilməsin və onun əri X5 və X6 ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki, Bakı ş. keçmiş Oktyabr (indiki Yasamal) ravon XDS İK-nin xx.xx.1978-ci il tarixli 35 saylı Qərarı ilə rayonun keçmiş Abşeron, indik i Əlibala Abdullayev küçəsi mübahisəli mənzilə onunla mənzil kirayəsi müqaviləsi bağlanmışdır. Bacısı Gülnazın Bakı şəhərində qeydiyyatı olmadığından, Bakı sakini kimi bu da onun üçün müəyyən problemlər yaratdığından, onun çox saylı xahişlərindən sonra o onu həmin mənzilə qeydiyyata götürmüşdür. Ailə vəziyyəti ilə əlaqədar olaraq o vaxtaşırı Rusiya Federasiyasının Buryatiya Respublikasının Ulan-Ude şəhərinə gedib orada ailəsinin yanında qalır. Bacısı Gülnaz o Bakıda olmayanda bundan sui-istifadə edib onun razılığı olmadan qızı cavabdehi da onun mənzilinə qanunsuz qeydiyyata saldırmışdır. 2001-ci ildə bacısı vəfat etdikdən sonra həmin mənzildə o və Sevda qeydiyyatdadırlar. Hazırda o mənzilini özəlləşdirmək istəyir. Mənzildə qeydiyyatda olan şəxs kimi Sevda buna razılıq vermədiyindən mənzili ni özəlləşdirə bilmir. O, bununla əlaqədar AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək cavabdehin razılığı olmadan mənzilin özəlləşdirilməsi üçün ona razılıq verməsini xahiş etmişdir. Amma onun xahişi yerinə yetirilmədi. O, məcbur olub 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Təəssüf ki, Bakı İnzibati Məhkəməsi özünün 2-1(112)-7463/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə onun iddiasını rədd etdi. Həmin mənzilə görə onunla mənzil kirayə müqaviləsi bağlanarkən, nə bacısı Gülnazın, nə də onun qızı cavabdehin mənzilə heç bir aidiyyəti və hüquqları olmayıbdır. Bu hal iddia ərizəsinə əlavə olunan sənədlərlə də təsdiq olunur. O, bacısı Gülnaza qarşı humanistli k edib onun mənzilə qeydiyyata düşməsini təmin etmişdir. Bacısı isə onun razılığı olmadan qızı, cavabdehi mənzilə qeyri-qanuni qeydiyyata saldırmışdır. İndi isə mənzilə qanunsuz qeydiyyata düşən, mənzilə heç bir aiddiyyəti və hüququ olmayan cavabdeh mənzilinin özəlləşdirilməsi üçün ona problem yaradır. O öz əməli ilə onun hüquqlarını kobud surətdə pozur. Dövlət öz fondunda olan mənzillərin vətəndaşlar tərəfindən özəlləşdirilməsi üçün humanist addım atıb, öz vətəndaşlarına belə hüququ tanıyıb. O da verilən bu hüquqdan istifadə etmək istəyir. Amma cavabdeh onun bu hüququnu pozur və hüquqlarını həyata keçirməyə mane olur. Odur ki, o hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə cavabdehin həmin mənzildə yaşayış hüququndan məhrum etməklə, onu və ailə üzvlərin i həmin mənzildən çıxarılması üçün qərar qəbul etməlidir. O yenə də humanistlik edib onun özü və ailə üzvlərinə konpensasiya ödəməyə razıdır. (8000 manat məbləğində).

8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, ******* nömrəli arayşına əsasən iddiaçı 3 avqust 2006-cı il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır.

9. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 oktyabr 2023-cü il tarixli, 3-32/2-108/04-1/2023 nömrəli sorğuya cavab məktubuna əsasən 2023-cü ilin sentyabr ayında Bakı şəhəri üzrə 1 otaqlı mebelsiz mənzillərin aylıq kirayə haqqı 317,06 manat təşkil edir. Eyni zamanda mənzillərin aylıq kirayə haqlarının orta qiymətlərinin ayrıayrı küçələr üzrə hesablanmasının mövcud metodologiyada nəzərdə tutulmadığının nəzərə alı nması xahiş olunmuşdur. 10. 21.07.2023-cü il tarixli 21205 nömrəli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə müvafiq tələblə iddia qaldırmaq üçün 101 (yüz bir) manat məbləğində dövlət rüsumu ödəmişdir.

11. Baki şəhər Yasamal Rayon Məhkəməsinin (hakim Ayşən SultanovaMəmmədova) 7 noyabr 2023-cü il tarixli, 2(004)-3952/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, işin mübahisəsiz halına görə mübahisəli mənzilin tam mülkiyyətçisi iddiaçıdır. İddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır.

13. Məhkəmə hesab etmişdir ki, mülkiyyətçi tərəfindən onun mülkiyyətindən istifadə hüququ olan cavabdeh şəxsə 8000 (səkkiz min) manat məbləğində kompensasiya ödənilməklə onun həmin yaşayış sahəsindəki istifadə hüquqlarına xitam verilməli və cavabdeh qeyd edilən mənzildən əşyaları və ailə üzvləri ilə birlikdə oradan çıxarılmalıdırlar.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4 və 228.2-ci maddələrinə və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və p rosessual hüquq normalarının pozulması ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını sübut etmə vəzifəsi iddiaçıya aiddir. Mübahisələndirilən yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ tanınmamış və qeydiyyatdan keçməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1088/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla yeni qətnamə qəbul edilmişdir. İddiaçının cavabdeh və digərlərinə qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair idd iası rədd edilmişdir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır.

19. İddiaçı cavabdehə qarşı mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə belə bir iddia qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən sübutlar (hüquqmüəyyənedici sənədlər) təqdim etməli idi. İddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Döv lət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunmuş və o, bu imtinanı İnzibati məhkəmədə mübahisələndirmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə onun iddiası rədd edilmişdir.

20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bu baxımdan hazırkı tələbi irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Mübahisəli mənzil dövlət mülkiyyətindədir və özəlləşdirilməmişdir. Tərəflər (iddiaçı və cavabdeh) mənzildən istifadə ilə bağlı bərabər hüququ olan şəxslərdir və mənzilin özəlləşdirilməsi ilə bağlı da eyni hüquqi gözləntiləri var. Bu baxımdan kompensasiya ödənilməklə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi istisna olunur.

21. Mə hkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası MM-in 152.1, 157.4 və 228.2-ci, “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarı və Azərbaycan Respublikası MPM-in 14.2, 77.1 və 88-ci maddəsinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayətini işin faktiki hallarına və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi məbləğdə kompensasiya ödənilməklə cavabdehin istifadə hüququna xitam verildiyi təqdirdə iddiaçı öz hüquqularını realizə etmək imkanına malik olacaqdır.

24. İşə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehin mübahisəli mənzili özəlləşdirməyə hüququ olmadığı və yalnız həmin mənzildən istifadə etmək hüququ olduğu halda işə baxan məhkəmə yanlış olaraq belə qənaətə gəlmişdir ki, tərəflər (iddiaçı və cavabdeh) mənzildən istifadə ilə bağlı bərabər hüququ olan şəxslərdir və mənzilin özəlləşdirilməsi ilə bağlı da eyni hüquqi gözləntiləri var.

25. Kassasiya şikayətini Mənzil Məcəlləsinin 53 və 68.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasi ya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

27. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. Maddə 29.2.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam e tdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il ta rixli Qərarı:

32. Mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman da irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınl aşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya ins tansiyası məhkəməsi yeni sübut qəbul etmir.

47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Vəl iəhd qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1088/2024 nömrəli iş üzrə 31 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar