Məhkəmə qərarları › İş №2(102)-1820/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1820/2025

15.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1820/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi, məhkəmə aidiyyəti, iddiaçının şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məs ələləri Dövlət Xidmətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi”nə dair iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-831/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə 15 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 12 sentyabr 1991-ci il tarixli iclasının 150 nömrəli qərarına əsasən ona iddiaçı - X1 Yeməkxana binası tikmək üçün şəhərin N.Nərimanov küçəsində, hərbi komissarlığın giriş qapısının sol tərəfindən ayrılaraq verilmiş sənəd üzrə 280 m2, fakt ü zrə 263.4 m2 torpaq sahəsinin yaşıllıq zonasına daxil olan 149.0 m2 torpaq sahəsinin 3.30 x 3.00 m2 hissəsinə və həm onun, həm də digər şəxslərin, o cümlədən də bərbər - Fəxrəddinin, çexol təmiri ilə məşğul olan Adilin, telefon təmiri ilə məşğul olan Kamilin, şəkilçəkən Ədalətin və Veteran mağazasının sahibi olan Elxanın obyektlərinə gedən yolun mühafizə zonasına aid olan 5.70 x 7.70 m2 -dən artıq olan hissəsinə aid olan torpaq sahəsinə dair Cavabdeh1 ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi 120.9 m2 dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 s aylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayon XDS İcraiyyə Komitəsinin 12 sentyabr 1991-ci il tarixli iclasının 150 nömrəli qərarına əsasən iddiaçıya Yeməkxana binası tikmək üçün Beyləqan şəhərinin N.Nərimanov küçəsində, hərbi komissarlığın giriş qapısının sol tərəfindən 280 m2 torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi olan yeməkxana tikilmişdir. Qeyri-yaşayış sahəsi olan yeməkxananın yemək zalı 53.9 m2, mətbəxinin sahəsi 22.6 m2, anbarının sahəsi 12.3 m2 olmaqla, ümumi sahəsi 88.8 m2 olmaqla əsas sahəsi 76.5 m2 və köməkçi sahəsi 12.3 m2dən ibarətdir. Əsas sahəsi 76.5 m2 və köməkçi sahəsi 12.3 m2 olmaqla ümumi sahəsi 88.8 m2 olan yeməkxana binasına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnvenlarlaşdırılması İdarəsi tərəfindən Qeyri- yaşayış fonduna daxil olan obyektlərin Texniki pasport da tərtib olunaraq iddiaçıya verilmişdir. Həmin Texniki pasport 14 iyun 1999-cu il tarixində tərtib olunmuşvə 001682 saylı nömrə ilə qeydə alınmışdır. Sənəd üzrə 280.0 m2 olmalı olan torpaq sahəsi fakt üzrə 263.4 m2-dir. Həmin 263.4 m2 torpaq sahəsinin 114.4 m2-i tikinti altı sahəsdir, qalan 149.0 m2 torpaq sahəsi yaşıllıq sahəsidir. Bundan başqa, baş planın və tikintinin planı da tərtib olunmuşdur. Sənəd üzrə 280.0 m2 olmalı olan, fakt üzrə 263.4 m2 olan torpaq sahəsi bu gün də iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd almaq istəyərkən iddiaçıya məlum olmuşdur ki, qanuni əsaslarla iddiaçının istifad əsinə verilmiş 263.4 m2 olan torpaq sahəsinin yaşıllıq zonasına daxil olan 149.0 m2 torpaq sahəsinin 3.30 x 3.00 m2 hissəsi və həmin ərazidə yerləşən obyektlərin qorunma zolağına daxil olan 5.70 x 7.70 m2-dən çox olan hissəsi 28 sentyabr 2023-cü il tarixli 6069 nömrəli icarə müqaviləsinə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Beyləqan şəhər sakini Cavabdeh1 icarəsinə verilmiş və onun tərəfindən qanunla iddiaçının istifadəsində olan torpaq sahəsinin 3.30 x 3.00 m2 hissəsi və həmin ərazidə yerləşən obyektlərin qorunma zonasına daxil olan ərazilər də daxil olmaqla qırıq-qırıq xətlərlə Cavabdeh1 verilmiş torpaq sahəsinin plan ölçü sənədində öz əksini tapmışdır. Həmin icarə müqaviləsinə əsasən Cavabdeh1 verilmiş plan ölç ü sənədi həm iddiaçının qanunla istifadəsinə verilmiş 3.30 x 3.00 kv.metr torpaq sahəsini və digər şəxslərin, o cümlədən də bərbər Fəxrəddinin, çexol təmiri ilə məşğul olan Adilin, telefon təmiri ilə məşğul olan Kamilin, şəkilçəkən Ədalətin və Veteran mağazasının sahibi olan Elxanın obyektlərinə gedən yolun mühafizə zonasına aid olan 5.70 x 7.70 m2-dən artıq olan əraziləri də plan ölçü sənədində qırıq-qırıq xətlərlə qeyd olunduğundan, iddiaçı qanunla istifadəsinə verilmiş torpaq sahəsini sənədləşdirə bilmir. Cavabdeh1 verilmiş plan ölçü sənədindəki qırıq-qırıq xətlərlə göstərilmiş 3.30 x 3.00 m2 torpaq sahəsi ilk gündən olduğu kimi, bu gün də iddiaçının qanuni istifadəsindədir. Bərbər Fəxrəddinin, çexol təmiri ilə məşğul olan Adilin, telefon təmiri ilə məşğul olan Kamilin, şəkilçəkən Əda lətin və Veteran mağazasının sahibi olan Elxanın obyektlərinə gedən yolun mühafizə zonasına aid olan 5.70 x 7.70 m2-dən artıq olan torpaq sahəsindən də bu gün onların hamısı istifadə edirlər. Sadəcə olaraq Beyləqan Cavabdeh1 adına saxta, heç bir hüquqi əsas olmadan, ilkin torpaq ayırma sənədi olmadan, heç bir cizgi-sxem tərtib olunmadan plan ölçü sənədi tərtib olunmuşdur. Məhz həmin plan ölçü sənədinin tərtib olunmasının nəticəsidir ki, iddiaçı qanunla istifadəsinə verilmiş və bu gün də istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilmir. Belə ki icarə müqaviləsini bəhanə gətirirlər. Halbuki həmin torpaq sahəsi 1994-cü il tarixindən etibarən və bu gün də iddiaçının istifadəsindədir. Bu da onun istifadəsinə qanunla verilmiş torpaq sahəsinin sənədləşdirilməsinə maneəçilik törədir. Azərbay can Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin iddiaçıya ünvanlandığı 27 sentyabr 2024-cü il tarixli məktubda Cavabdeh1 adına qeyriyaşayış binası üzərində vətəndaşın mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmiş, lakin torpaq sahəsi üzərində Cavabdeh1 adına icarə və mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumatın aşkarlanmadığı bildirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı icarə müqaviləsindən də göründüyü kimi, söhbət qeyri-yaşayış binasının yerləşdiyi 120.9 m2 torpaq sahəsindən gedir. Əvvəla, həmin obyektlərin yerləşdiyi torpaq sahəsi 120.9 m2 ərazini əhatə etmir. Digər tərəfdən də Cavabdeh1 adına 25 mart 2001-ci il tarixli inventar işi 73, reyestr nömrəsi 3-73 olan Qeydiyyat vəsiqəsində olan 21.0 m2, 25 mart 2001-ci il tarixli inventar işi 73/1, reyestr nömrəsi 3-73/1 olan Qeydiyyat vəsiqəsində 16.8 m2, 25 mart 2001-ci il tarixli inventar işi 73/2, reyestr nömrəsi 3-73/2 olan Qeydiyyat vəsiqəsində 15.18 m2, 25 mart 2001-ci il tarixli inventar işi 73/3, reyestr nömrəsi 3-73/3 olan Qeydiyyat vəsiqəsində 13.02 m2 olmaqla, cəmi 66 m2torpaq sahəsində yerləşən obyektləri vardır. Cavabdeh1 mülkiyyətində olan obyektlərinin ümumi sahəsi 66 m2-d ir. Bunu Cavabdeh1 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli, ******* sayl çıxarış (35.62 m2) və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2016 cı il tarixli, ******* saylı Çıxarış (29.82 m2) da təsdiq edir. Həmin icarə müqaviləsində icarəyə verilən torpaq sahəsinin cizgi-planı tərtib olunmamışdır. İcarə müqaviləsində söhbət yalnız özəlləşdirilən və inşa edilmiş obyektlərin altındakı torpaq sahəsindən gedir. Lakin cavabdehlər həmin icarə müqaviləsinin olmasından sui-istifadə etməklə iddiaçının qanunla istifadəsinə verilmiş torpaq sahəsini və həmin ərazidə yerləşən obyektlərin mühafizə zonasını ələ keçirmək istəyirlər. Halbuki həmin qorunma zolağı heç vaxt sənədləşdirilə bilməz. 28 sentyabr 2023-ci il tarixli, 6069 saylı icarə müqavil əsinə əsasən Beyləqan şəhəri, Heydər Əliyev prospekti ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 120.9 m2 torpaq sahəsinin icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilməsi göstərilmişdir. Fakt olaraq Cavabdeh1 məxsus olan obyektlərin yerləşdiyi torpaq sahəsinin sərhədləri, döngə nöqtələri və koordinat nöqtələri məlum deyildir. Cavabdeh1 faktiki istifadəsinə verilmiş torpaq sahəsi mövcud deyildir. Məhz bunun nəticəsidir ki, Cavabdeh1 adına verilmiş plan-ölçü sənədində torpaq sahəsi qırıq-qırıq xətlərlə göstərilmişdir. Cavabdehin adına verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi həm qonşu torpaq sahəsi, həm də digər şəxslərin istifadəsində olan obyektlərin mühafizə zonasıdır. Bir sözlə mübahisələndirilən icarə müqaviləsi hazırlanaraq təsdiq edilərkən icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin cizgi-sxemi tərtib edilməyib və bu günə kimi mübahisələndirilən icarə müqaviləsi üzrə icarəyə verilən torpaq sahəsinin cizgi-sxemi və koordinatları mövcud deyildir. İcarəyə verilmiş torpaq sahəsindən istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müvafiq dövlət qurumlarının razılığı alınmalı, torpaq sahəsinin sərhədləri yerə (naturaya) keçirildikdən, onun sahəsi ölçüldükdən sonra torpağın icarəyə verilməsi barədə müqavilə bağlana bilərdi. Lakin icarə müqaviləsinin bağlandığı vaxtı qeyd olunan prosedur qaydalara əməl edilməmişdir. Buna görə də bu günə kimi 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı icarə müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Özəl ləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı icarə müqaviləsi ilə iddiaçının hüquq və mənafeləri pozulmuşdur.

3. Beyləqan Rayon Məhkəməsinin 2(020)-831/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya hazırki iddia tələbi ilə bağlı Şirvan Kommersiya Məhkəməsinə müraciət etməli olması izah edilmişdir. (hakim Xatın Cabbarlı)

4. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlara əsasən iddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsası nda fəaliyyət göstərən fərdi sahibkardır. Eləcə də Cavabdeh1 da xx.xx.2004-cü il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkardır. İddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlərlə ilə də müəyyən edilir ki, hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır.

5. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu növ mübahisələrə kommersiya məhkəmələri tərəfindən baxıldığından, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya hazırki tələblə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilməsi izah edilməlidir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.3, 31.1, 152.1.3, 152.2-ci maddələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yax ud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarına istinadla əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri

7. İddiaçı (Vəkil) şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, şəxs o halda kommersiya məhkəməsinə aid mübahisənin subyekti hesab edilir ki, o, sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. İddiaçının belə bir statusu yoxdur. Mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmamışdır. İddiaçının tələbi yaşıllıq zonasına və qorunma zonasına adi mübahisədir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçir ən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahib karlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edil ən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30- cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qay dalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisə nin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifad ə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 12-ci bənd. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə müb ahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; 14-cü bənd. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin s ahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Bənd

28. Məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir.” Həmçinin nəzərə alınmalıdır ki, fizik i şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.

11. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı, Cavabdeh1 fərdi sahibkardır. İddia tələbində iddiaçı Cavabdeh1lə digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış “Özəlləşdirililən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi 120.9 m2 dövlə t torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli, 6069 saylı müqavilənin etibarsız hesab edilməsi xahiş edir.

12. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.

13. MPM-in 24.2, 25.1 və 26.1-ci maddələrinin, Plenum Qərarının 10 və 11-ci bəndlərinin əlaqəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisənin kommersiya məhkəməsinin aidiyyətində olub-olmamasının müəyyən edilməsi üçün: 1) tərəflərin subyektiv tərkibi; 2) mübahisənin predmeti və 3) hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır.

14. Hazırkı iş üzrə iddiaçı və Cavabdeh1 fərdi sahibkar kimi vergi uçotuna alınmışlar, eləcə də, digər cavabdeh də hüquqi şəxsdir. Bu baxımdan, tərəflərin subyekt tərkibi ilə bağlı mübahisə yoxdur.

15. Mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri də mübahisənin kommersiya xarakterli olmasına dəlalət edir. Belə ki, mübahisənin predmeti (iddiaçının bildirməsinə görə) iddiaçıya sahibkarlıq məqsədi ilə ayrılmış torpaq sahəsinin bir hissəsinə dair Cavabdeh1lə sahibkarlıq məqsədi ilə bağlanmış icarə müqaviləsinin etibarsızlığıdır. Hüquq münasibətlərinin xarakterinə gəldikdə isə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər iki şəxsin qeyd edilən torpaq sahəsindən istifadə ilə bağlı mənafeyi onların iqtisadi fəaliyyət sferasına aid olmaqla fəaliyyətlərini daha da genişləndirmək və gəlir əldə etmək niyyətindən irəli gəlir.

16. Plenum qərarının 12-ci bəndinə gö rə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

17. Plenum qərarının 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəl i gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir.

18. Belə olan halda, hazırkı mübahisə MPM-in 24.2, 26-cı maddələrinin tələbinə və Ali Məhkəmənin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilən izaha əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə olmaqla, kommersiya mübahisəsi kimi xarakterizə edilməlidir.

19. İddiaçının fərdi sahibkar olmaması barədə şikayətin dəlili isə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı fərdi sahibkar kimi vergi orqanında uçota alınmışdır.

20. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxım ından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.

21. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.8.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-831/2025 nömrəli, 11 aprel 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar