Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1822/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili XXX oğlunun, iddiaçılar İddiaçı3 və İddiaçı4, Cavabdeh, X2, 3-cü şəxs Sumqayıt şəhər 4 saylı notariat ofisinin notarusu X1 vəkili X11, 3-cü şəxslər X3, X7 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X6 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras kütləsinə daxil olan mənzilin vərəsələr arasında bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim, A.Ş.İsmayılov iş № 2(060)-769/19) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsə paylarının müəyyən edilməsi” tələbinə dair iddiaçılar İddiaç ı1 və İddiaçı3 iddiası qismən təmin edilmiş, 01.02.2018-ci il tarixində ölmüş X4 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilinin (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması qət edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının qalan hissədə, digər iddiaçılar İddiaçı2 və İddiaçı4 iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 apelyasiya şikayəti şikayəti vermişlər. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova-sədrlik edən və məruzəçi, S.Qafari və F.Məmm ədov, iş № 2(105)- 2525/19) iddiaçıların iddiası qismən təmin edilərək, Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X6 adından verilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh hər birinin mərhum X6 Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 1/9 hissəsinə pay hüququ tanınmış, 4/9 hissədə isə pay açıq saxlanılaraq, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İd diaçı4 cavabdehlər Cavabdeh və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X6 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras kütləsinə daxil olan Sumqayıt şəhəri, 1-ci mkrn, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 5 nəfər vərəsə arasında bölünməsi və hər birinin payının 1/5 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, həmin nor maları düzgün tətbiq etməmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdir. Məhkəmə işə baxarkən onun və digər tərəflərin iştirakını təmin etməmişdir. Cavabdeh, X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili XXX oğlu kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. 3-cü şəxs Sumqayıt şəhər 4 saylı notariat ofisinin notarusu X1 vəkili X19 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçılar İddiaçı3 və İddiaçı4, 3-cü şəxslər X9, X15 vəkilsiz iştirak etdiklərinə görə Azə rbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddia tələbini qismən təmin edərkən aşağıdakıları nəzərə almışdır. Belə ki, iş materiallarından göründüyü kimi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* №-li çıxarışın surətinə və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsindən verilmiş 15.10.2018-ci il tarixli, **********83 saylı məktubuna əsasən Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzili (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbar lı küçəsi, 58, M5, m1) mülkiyyət hüququ üzrə X6 adına 07.10.2017ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 318 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14 01 fevral 2018-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisindən verilmiş 01.02.2018-ci il tarixində ölmüş X6 vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, 01.02.2018-ci il tarixində ölmüş X6 adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsinə aşağıdakı şəxslər - 1.oğlu İddiaçı1, 2.qızı İddiaçı2, 3.oğlu İddiaçı3, 4.qızı İddiaçı4, 5.qızı Cavabdeh, 6. oğlu X9, 7. qızı X12, 8.oğlu X16, 9.oğlu X15 və 10.miras qoyan tərəfindən övladlığa götür ülmüş 21.04.2010-cu il təvəllüdlü X25 daxil edilmişdir. Həmin vərəsəlik işinə aid olan sənədlərin surətlərindən həmçinin görünür ki, 01.02.2018-ci il tarixində ölmüş X6 vərəsələri olan X9 və 21.04.2010-cu il təvəllüdlü X25 03.08.2018-ci il tarixdə, Cavabdeh, İddiaçı1 və İddiaçı3 13.03.2018-ci tarixdə, İddiaçı2 və İddiaçı4 12.05.2018-ci il tarixdə müvafiq notariat kontoruna ərizə ilə müraciət edərək X4 miras qalmış əmlakı qəbul etmişlər. Lakin adı çəkilən vərəsələrdən X16 02.04.2018-ci il tarixdə, X12 və X15 isə 13.03.2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları X6 vəfatından sonra harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının onlara çatası hissələrindən Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər. İş mate riallarında olan X6 adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, X14 ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. Qeyd olunan vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu Cəmaləddin Rüstəmovun iştirakı ilə 15.05.1961-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 67, mənzil 22-də qeydiyyatda olan X13 tərəfindən imza edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən 2 nəfər şahidin iştirakı təmin edilmişdir. Belə ki, 06.09.1966-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X17 və 06.12.1955-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X14 ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etməsinə şahidlik etmişlər və bunu öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisindən verilmiş 01.02.2018-ci il tarixdə ölmüş X6 vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, 01.02.2018-ci il tarixində ölmüş X6 vərəsələri olan X9, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 anaları X4 qalmış mirasın qəbulu barədə ərizələrinə notarius tərəfindən baxılmış və miras şərikləri arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəha dətnamə verilməsindən imtina olunduğu, X5 əlavə olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmiş və yaranmış mübahisənin həlli üçün vərəsələrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarında olan X10 adından Cavabdeh İmamxan qızına verilmiş Sumqayıt şəhər 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 7B44/34582 reyestr nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, həmin etibarnamə saat 11-50 verilmişdir. Həmin etibaramə isə Səmədova Sfera tərəfindən şəxsən imzalanmışdır və etibarnamədə onu savadsız olması barədə heç bir qeyd yoxdur. Vəsiyyətnamə isə həmin gün saat 12-40 imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1. maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Həmin Məcəllənin 1225.1. maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəlləninn 1225.2. maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Həmin Məcəllənin 1225.3. maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi və ziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə Səmədova Siferanın adından verilmiş vəsiyyətnamə etibarsız hesab olunmalıdır. Belə ki, X6 adından Cavabdeh İmamxan qızına verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə 10 sentyabr 2013-cü il tarixdə saat 12-40-da verilmişdir. İş materiallarında olan X6 adından Cavabdeh İmamxan qızına verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da 10.09.2013-cü il tarixdə 7E44/34582 reyestr nömrə ilə qeydə alınmış etibarnamədən görünür ki, həmin etibarnamə saat 11-50-də verilmişdir. Həmin ettibarnamə isə Səmədova Sifera tərəfindən şəxsən imzalanmışdır və həmin etibarnamədə on un savadsız olması barədə heç bir qeyd yoxdur. Müəyyən edilmişdir ki, eyni gündə, eyni notarius tərəfindən cəmi 50 dəqiqə vaxt fərqi ilə eyni adamın adından verilmiş vəsiyyətnamə və etibarnamə müxtəlif şəxslər, yəni vəsiyyətnamə Səmədova Sifera savadsız olduğu üçün şahid tərəfindən, etibarnamə isə özü tərəfindən şəxsən imzalanmışdır. İddiaçılar iddia ərzəsində vəsiyyətnamənin etibarsız hesab edilmə əsaslarını cavabdehin miras qoyanın ağır vəziyyətindən isifadə etməsi, analarının xəstə olması, beyin iflici keçirməsi və öz fikirini ifadə etmək iqtidarında olmaması ilə əlaqələndirmiş və göstərilən əsaslarla vəsiyyətnamənin etibarsız hesab edilməsini tələb etmişlər. Apelyasiya instansiya məhkəməsinin istinad etdiyi əsaslarla vəsiyyətnamənin etibarsız hesab edilməli olmasını tələb etməmişlər. B irinci instansiya məhkəməsi məhz iddiaçıların irəli sürmüş olduğu dəlillər əsasında işə baxmış və həmin dəlilərin əsaslılığı ilə bağlı hər hansı sübutun olmaması nəticəsinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, miras qoyanın fəaliyyət qabliyyətinin olmaması yalnız məhkəmə qətnaməsi əsasında müəyyən edilə bilər və belə qətnamə isə mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, vəsiyyətnamə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız saylır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətlərini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən et ibarsız sayıla bilər. Bununla əlaqədar məhkəmə həmçinin qeyd edir ki, vəsiyyətnamə birtərəfli iradə ifadəsi olan əqdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllənin 1180.1-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyətedənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyət edən oxumalı və not ariusun, şahidlərin yanında imzalamalıdır. (1180.2) Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. (1182) İşin halları ilə aşkar olaraq müəyyən olunur ki, vəsiyyətnamə miras qoyanın savadsız olması səbəbindən şahidlərin iştirakı ilə digər şəxs tərəfindən imzalanmışdır. Lakin birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edən apelyasiya instansiya məhkəməsi işin göstərilən hallarını (iddia ərizəsində olan iddiaçıların dəlillərini) araşdırmadan məhz apellyasiya instansiya məhkəməsində təqdim olunmuş etibarnaməyə istinad edərək (hansı ki, həmin sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır) məhz miras qoyanın savadsız olmaması nəticəsinə gələrək vəsiyyətnamənin etibarsızlığı nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin vəzifəsi birinci instansiyada işin mahiyyətinə aid olmayan hallardan təmizlənmiş və apellyasiya şikayətinin həcmində mübahisənin predmetinə baxılmasından ibarətdir. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 371 və 372-ci maddələrində apellyasiya instansiyasında yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim olunması üçün bir sıra halların mövcud olması vacibdir. - işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanmasınıa dair vəsatət vermiş şəxsin üzərinə düşür. - yeni və əlavə sübutları yoxlanmasına dair vəsatətin subyekti işdə iştirak edənə istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər. - yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidir. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə, onlar qəbul oluna bilməzlər. - apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən vəsiyyətnamənin etibarsızlığı nəticəsinə gəlmək üçün işdə olan bütün sübutların məcmu halında qarşlıqlı yoxlanaraq qiymətləndiri lməsindən sonra mümkünlüyü müzakirə oluna bilər. Apellyasiya instansiya məhkəməsi etibarnaməni miras qoyanın şəxsən imzalanması halında, hansı səbəbdən vəsiyyətnamə imzalamaq imkanına malik olmaması və vəsiyyətnamənin şahidlərin iştirakı ilə digər şəxs tərəfindən imzalanmasını zəruri edən hansı halların mövcudluğu müəyyən edilməlidir. Bunun üçünsə apellyasiya instansiya məhkəməsi həmin sənədləri təsdiq etmiş notariusun şəxsən iştirakını təmin edərək aydınlaşdırmaq imkanına malik olsa da bunları yerinə yetirməmişdir. Kollegiya kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək daha sonra qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilmə zdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların k onstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi c əhətdən əsaslandırmalıdır”. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəy yən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mü hüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverin Məhkəmənin “Maksimov Rusiyaya qarşı” 18 mart 2010-cu il tarixli qərarına xüsusi rəydə qeyd etmişlər ki, “əsaslandırılmış qərarın məqsədlərindən biri də tərəflərə onların dəlillərinə lazımi diqqət yetirilməsini nümayiş etdirməkdən ibarətdir”. Bu isə o deməkdir ki, tərəf şikayətində qeyd etdiyi dəlillərin nə üçün məhkəmə tərəfindən qəbul olunmadığını məhkəmə qərarından aydın şəkildə başa düşməli, dəlilinə cavab almalıdır. Apellyasiya in stansiyası məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməməklə onu bu hüquqdan məhrum etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, tərəfləri n bütün dəlillərinə müfəssəl hüquqi qiymət verilməməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7, 420-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayətləri isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalıdır, çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-c ü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin tələb və etirazlarının əsasları olan sübutların (vəsiyyətnamə və etibarnamənin) əsli və lazımi qaydada təsdiq olunmuş surətləri tələb olunmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, iddia ərizəsinin və apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubli kası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 avqust 2019-cu il tarixli 2(105)-2525/19 saylı qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1822/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1822/2020
02.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver