Məhkəmə qərarları › İş №2(102)-1822/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1822/2023

17.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1822/2023 17.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 MTK və Cavabdeh2nə (üçüncü şəxs qismində Xətai Rayon İcra Hakimiyyəti və X1 cəlb olunmaqla) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin forması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3 MTK və Cavabdeh2 MMC-yə (Xətai Rayon İcra Hakimiyyəti və X1 üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair mülki iş üz rə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16472/2022 nömrəli, 27 yanvar 2023-cü il tarixli qərardadından Cavabdeh3 MTK tərəfindən verilmiş kassasiya şikayətinə 17 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3 MTK və Cavabdeh2 MMC-yə qarşı (Xətai Rayon İcra Hakimiyyəti, X1 üçüncü şəxs qismində cəlb olunmaqla) Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11-də həyətyanı sahədə yerləşən idman meydançasında 45 kv.metr ərazidə taxta konstruksiyadan, müvafiq icazə olmadan inşa olunmuş özbaşına, qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılması və sökülmə işlərinin Cavabdeh3 MTK rəhbərliyinin öz şəxs i vəsaiti hesabına aparılması, kommunal xidmətlərə görə ödənişlərin miqdarı, hesablanma qaydası, hansı normativ akta əsaslandığını, eləcə də yeraltı dayanacaqlarda avtomobillərin saxlanmasının aylıq xərci barədə məlumatların yazılaraq, komendant tərəfindən təsdiq olunmaqla binanın bütün girişlərində və dayanacaqlarda asılmasının MTK-ya həvalə edilməsi, Süleyman Vəzirov küçəsi 11 ünvanındakı yaşayış kompleksinin ərazisinə sakinlər və onların qonaqlarına məxsus avtomobillərdən kənar hər hansı nəqliyyat vasitəsinin buraxılmasına və ərazidə yaşamayan vətəndaşların avtomobillərinin gecə orada saxlanmasına icazə verilməsinin Cavabdeh3 MTK-nın rəhbərliyinə qadağan olunması, Süleyman Vəzirov 11-də yaşayış kompleksinin ərazisinə Cavabdeh2 iş yeri ləvazimatları şirkətinə məxsus avtomobillərin park o lunması, durması və gecə saxlanmasının qadağan olunması, onların giriş-çıxışının məhdudlaşdırılması, baş planın saxtalaşdırılmasında təqsirkar olan şəxslər barəsində xüsusi qərar çıxarılaraq əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa məlumat verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(011)172/2022 saylı qətnaməsi (hakim Lalə Rəhimli) ilə iddia rədd edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin bütünlüklə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 2(103)-6472/2022 nömrəli qətnaməsi ilə (haki mlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv metr olan özbaşına tikilinin Cavabdeh3 MTK-nın hesabına sökülməsinin təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qeyd olunan hissədə təmin edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov 11 ünvanında həyətyanı sahədə yerləşən idman meydançasının ərazisində taxtadan tikilmiş sahəsi 45 kv metr olan özbaşına tikili Cavabdeh3 MTK-nın hesabına sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edi lmişdir.

5. Qeyd olunan qətnamədən cavabdeh "xxxx" MTK tərəfindən kassasiya şikayəti verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2(103)-6472/2022 nömrəli qərardadı ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdiyev və Fərrux Qasımov) kassasiya şikayəti geri qaytarılmışdır.

7. Məhkəmə hesab etmişdir ki, cavabdeh kassasiya şikayətinin qanunla müəyyən edilmiş formasına (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Kasssasiya şikayətinin forması” başlıqlı Əlavə 3-də müəyyən edilmiş) riayət olunmamışdır, belə olan halda kassasiya şikayətinə baxılması istisna olunur.

8. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəl diyi nəticənin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh3 MTK (Vəkil3) kassasiya şikayəti verərək kassasiya şikayəti geri qaytarılmasına dair qərardadın ləğv olunması və kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qərardadında əsaslandırıcı hissənin olmadığı aydın görünür. Məhkəmə sadəcə qanunvericiliyin maddələrini sadalamaqla və ümumi bir cümlə yazaraq, şikayətin prosessual qanunvericiliyin tələblərində qeyd olunan formaya uyğun tərtib edilmədiyini qeyd etməklə kifaytələnmişdir. Apellyasiya məhkəməsinin qərardadına görə şikayətdə konkret olaraq qanunvericilikdə əks olunan hansı tələblərin pozulduğunu müəyyən etmək mümkün deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyə n edilmiş formada verilməlidir.

16. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı Cavabdeh3 MTK tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.

20. Kassasiya instansiya məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nətic ələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

22. Məhkəmə haqlı olaraq qərardaddan verilmiş kassasiya şikayətini geri qaytarmışdır. Mülki Prosessual Məcəllədə kassasiya şikayətinin xüsusi forması nəzərdə tutulmuşdur, Həmin formaya riayət olunmaması kassasiya şikayətinin icraata qəbul olunmasını istisna edir.

23. Cavabdeh3 MTK-nın kassasiya şikayətində göstərilən dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-16472/2022 nömrəli iş üzrə 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar