Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1826/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs X11 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “bağ evinin alınmasına və təmirinə çəkilmiş xərclərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)7176/2022 nömrəli iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh isə iddiaçının qeyri-rəsmi nikah münasibətlərində olan arvadı X1 anasıdır. Moskva şəhəri, Brateyevo rayonu üzrə DİN şöbəsi tərəfindən E.N.Osmanovaya ünvanlanmış məktuba görə, E.N.Osmanovanın və İddiaçı 2000-ci ildən etibarən Moskva şəhəri, Brateyevskaya küçəsi, ev 21, mənzil 167 ünvanında daimi yaşaması faktı təsdiqlənmişdir.
2. Mübahisəli əmlak Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bağ evidir. 3. 04 mart 2004-cü il notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi ni Cavabdeh ********* (köhnə Azərbaycan manatı) manata satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehi hazırkı iş üzrə iddiaçı təmsil etmiş və müqavilə onun tərəfindən imzalanmışdır. Sözügedən bağ evi 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır.
4. İddiaçı bağ evinin xüsusi mülkiyyət kimi qeydə alınmasına dair cavabdehin adına verilmiş çıxarışı mübahisələndirmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2755/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamənin dəyişdirilmədən saxlanılmışdır. 5. "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2002-ci il tarixli “Mənzil tikinti si haqqında” müqaviləsi ilə kooperativ ünvan 2 ünvanda yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında olan mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 25500 (iyirmi beş min beş yüz) ABŞ dolları məbləğində müəyyən edilmişdir; 6. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixdə arayış verərək göstərmişdir ki, iddiaçıya satılmış sözügedən mənzilinin dəyəri 2002-2003-cü illər ərzində iddiaçı tərəfindən MTK-nın xəzinəsinə tam ödənilmişdir. Sonralar, 2004-cü ildə iddiaçı MTK-ya yazılı müraciət edərək öz pay haqqından imtina etdiyini və mənzilin X3 adına (bağ evinin alqı-satqısı üzrə satıcı) sənədləşdirilməsinə razı olduğunu bildirmişdir; İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı məhkəməyə müraciət edərək, mübahisəli bağ evinin alınmasına və həmin evin təmirinə tərəfindən çəkilmiş 410000 (dörd yüz on min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehin qızı ilə olan faktiki nikahından oğulları İddiaçı Rusiya Federasiyasının Moskva şəhərində 2001-ci ildə anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. O, özü də Rusiya Federasiyasının vətəndaşı olduğu üçün vətəni Azərbaycanda olarkən yaşamaq və istirahət etmək məqsədi ilə özünə ev almaq qərarına gəlmişdir. xx.xx.2008-ci ildə mübahisəli bağ evini notarial qaydada rəsmiləşdirməklə alqı-satqı müqaviləsi ilə almış və evin pulunu da özü ödəmişdir. Evi etiba r etdiyi və qohumluq əlaqəsinə görə qeyri-rəsmi həyat yoldaşının anası, yəni qaynanası olan cavabdehin adına rəsmiləşdirmişdir. Ev alındığı gündən hal-hazıra qədər faktiki olaraq onun istifadə və sahibliyindədir. Evi alandan sonra evi əsaslı təmir etdirməklə evin bütün əşyalarını almış, evin həyətində əlavə tikililər, geniş hovuz inşa etdirmiş, evin əsaslı təmiri, həyətində inşa edilmiş bütün tikililər, abadlıq işləri də, həmçinin onun tərəfindən aparılmışdır. Evin həyətində inşa edilmiş bütün tikililər və abadlaşdırma işləri onun tərəfindən aparılmaqla həmin xərclər, eləcə də evin bütün vergi və kommunal xərcləri də evin alındığı gündən bu günədək onun tərəfindən ödənilmişdir və hazırda da, tərəfindən ödənilməkdədir. Evin vergiləri də tərəfindən tam məbləğdə hal-hazırki vaxtadək ödənilmiş dir (ödəniş qəbzlərini əlavə edir). Bağ evini iddiaçının adına rəsmiləşdirərkən elə razılaşmışlar ki, onun istədiyi vaxt o evi onun (və ya göstərdiyi şəxsin) adına rəsmiləşdirəcəkdir. Lakin sonradan qeyri-rəsmi həyat yoldaşı X7 və onun anası, yəni qayınanası Cavabdeh ilə münasibətləri onların qeyri-səmimi davranışları və hərəkətləri nəticəsində soyumuşdur. Qeyri-rəsmi həyat yoldaşı X7 və onun anası Cavabdeh onda olan məlumata görə ABŞ-a getmişlər. Sonradan isə cavabdeh geri qayıtmışdır. Oğlu İddiaçı Qamlet oğlu onunla yaşayır və hazırda da, yanındadır. Cavabdeh xx.xx.2008-ci ildə bağ evinin həqiqətdə (öz aralarında) onun olmağını etiraf etsə də, evin onun adına rəsmiləşdirilməsindən (və ya onun istədiyi adamın adına rəsmiləşdirilməsindən) yayınır. Onun həmin evin alınması üçün kifayət qə dər vəsaiti olmuşdur, lakin həm özü, həm də arvadı Rusiya Fedarasiyasının vətəndaşı olduğu üçün özünə yaxın bildiyi şəxsin, arvadının anasının adına almışdır. Qeyd etdiyi bütün xüsusatların öz əksini tapması üçün kifayət qədər onların ümumi tanışları olan, mötəbər şahidləri vardır. Həmin şahidlər məhkəmədə həqiqətən də sözügedən evin ona məxsus olduğunu, sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini təsdiq edə bilərlər. Eyni zamanda o, evi aldığı X12 da (mübahisəli evin əvvəlki sahibi) bunu təsdiq edə bilər. Belə ki, o, mübahisəli evi aldığı Rəna Axundovaya bunun müqabilində ünvan 3 ünvanında yerləşən mənzilini vermişdir. Bunlarda həm müvafiq sənədlərlə və şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin, mübahisəli əmlakın alqısatqısı zamanı da özü iştirak etmişdir. Bu sözüged ən alqı-satqı müqaviləsində də öz əksini tapır. Ümumiyyətlə, cavabdeh əmlakın alınmasında, təmirində iştirak etməmiş və bu günədək evin faktiki sahibi olmamışdır. Bu səbəbdən də, ev faktiki onun istifadəsində və sahibliyindədir. Bir daha qeyd edir ki, bu faktı onları tanıyan bütün insanlar bilir, bu səbəbdən də evin bütün kommunal ödənişləri də onun tərəfindən aparılır. O, evi aldıqdan sonra öz vəsaiti hesabına həmin evin 2-ci mansard mərtəbəsini artırmış və həyətində təsərrüfat otaqları tikdirmişdir. Əlavə olaraq müvafiq səlahiyyətli təşkilat (ekspertiza) tərəfindən sözügedən əmlak qiymətləndirmiş və əmlakın dəyəri 410000 (dörd yüz on min) manat məbləğində müəyyən olunmuşdur. Hesab edir ki, əgər Cavabdeh formal olaraq onun adına rəsmiləşdirdiyi əmlakına onun etibarından sui-istifadə edərə k sahiblənmək niyyətindədirsə, o halda onun həmin evə, evin yenidən qurulmasına və həyətindəki apardığı təmir işlərinə çəkdiyi xərcləri geri qaytarmalıdır.
9. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, bağ evinin və torpaq sahəsi cavabdehin adına rəsmiləşdirilərkən iddiaçının istədiyi vaxt o evi onun (və ya göstərdiyinin) adına rəsmiləşdiriləcəyinə dair razılaşdıqlarına dair qeyd edilənlərin heç bir əsası yoxdur. Belə ki, cavabdehin öz adına almış olduğu bağ evi və torpaq sahəsinin daha sonradan iddiaçının və ya onun göstərdiyi hər hansı bir üçüncü şəxsin adına rəsmiləşdirməsi düşünülə bilməzdi. Çünki qeyd edilən bağ evi və torpaq sahəsi bilavasitə cavabdeh tərəfindən öz vəsaiti hesabına öz adına alınmış, cavabdeh tərəfindən iddiaçının adına verilmiş olan etiba rnamə əsasında cavabdehin nümayəndəsi kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamışdır. Çünki həmin ərəfədə cavabdehin qızının Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar cavabdehin öz qızının yanında olması səbəbindən iddiaçıya etibarnamə verilməklə qeyd edilən əqdlərin imzalanması səlahiyyətləri cavabdeh tərəfindən iddiaçıya verilmişdir ki, iddiaçının işi sadəcə qeyd edilən alqı-satqı müqaviləsinin imzalanması zamanı cavabdehi notariat orqanlarında təmsil edib, lazımi sənədləri imzalamaqdan ibarət olmuşdur. İddiaçının oğlu İddiaçı onun özü ilə birlikdə qalması ilə bağlı qeyd etdikləri ilə əlaqədar olaraq bildirmək istəyirlər ki, uşaq hal-hazırda cavabdehin qızı X2, yəni anasının yanında qalmaqda, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşamaqdadır. Bununla bağlı müvafiq arayış məhkəməyə təqdim ediləcəkdir. Yəni iddiaçının oğlunun onunla birlikdə qalması ilə bağlı da qeyd edilənlərin heç bir əsası yoxdur. Bu gün əmlakın qiymətləndirilərək real bazar qiymətinin 410000 manat olaraq müəyyən edilməsi onun üçün çəkilən təmir bərpa xərclərinin, o cümlədən tikinti xərclərinin o məbləğdə sərf edilməsi mənasına gəlməməkdədir. Həmçinin, iddiaçının tanıdığı şəxsləri və yaxın adamlarını bu evin onun tərəfindən alındığına və təmir xərclərinin onun tərəfindən çəkildiyini məhkəmədə də təsdiq edə biləcək şahidlərin olmasına dair qeyd edilənlərin də heç bir əsası yoxdur. Belə ki, qeyd edilən və şahid qismində dinlənilməsi istənilən şəxslərin yuxarıda qeyd etdikləri məhkəmə araşdırması zamanı bildirdikləri ifadələrə də mötəbər sübut kimi qiymət verilməmiş, həmin şə xslərin bildirdikləri qeyd edilən məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Maraqlı olan haldır ki, iddiaçının cavabdehə mülkiyyət hüququ ilə məxsus olan bağ evinə və torpaq sahəsinə müvafiq xərcləri çəkdiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560, 1091 və 1092-ci maddələrinə də istinad edilməsi də anlaşılan deyildir. İşdə olan sübutlardan və daha əvvəlcədən qəbul edilmiş məhkəmə qətnamələrindən də göründüyü kimi Cavabdeh qeyd edilən bağ evini və topraq sahəsini daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında əldə etmiş, həmin əmlak daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır və bunun hüquqi əsası da həmin müqavilədir. Həmçinin, qeyd edilən əmlakı da öz vəsaiti hesabına almış dır. Maraqlı olan haldır ki, iddiaçı öz iddia ərizəsində 1091.1-ci maddəyə istinad etdiyi halda həmin maddənin 2-ci bəndini nəzərə almamışdır. Belə ki, həmin bəndin tələblərinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin, o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məddənin tələblərindən də göründüyü kimi əsassız varlanma o halda baş verə bilər ki, bu cür varlanmaya səbəb olan qanuni əsas və ya müqavilə mövcud olmasın. Halbuki, işdə olan materiallardan da göründüyü kimi cavabdehin bu əmlaka mülkiyyət hüququnu əldə etməsi üçün notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi və onun tərəfin dən bu alqı-satqıya görə ödənilmiş pul vəsaiti mövcuddur. Qeyd edilənlərə əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Məhkəmə iclasında İddiaçı göstərmişdir ki, cavabdehin qızı 1995-ci ildə Moskva şəhərinə, onun yanına gəlmişdir. Sonradan isə cavabdeh və onun həyat yoldaşı da Moskvaya gəlmişlər. Cavabdehin qızı ilə aralarında münasibət yaranmışdır. Moskva şəhərində ona mənzil də almışdır. Belə ki, mübahisəli bağ sahəsini öz adına ala bilmədiyi üçün alqı-satqı müqaviləsini cavabdehin adına bağlamışdır. Bundan başqa, cavabdehin özü, qızı və həyat yoldaşı onun yanında işləmişlər. Onların bağ sahəsi alacaq pulu yox idi. Cavabdeh bağ sahəsini təmirinə pul xərcləməmişdir.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 göstərmişdir ki, iddiaçı bağ evi ilə şəhərdəki evini dəyişdirmə etmiş və əlavə pul da vermişdir. Bağ evinin sahəsi 12 sot olmuşdur. İddiaçı Rusiya vəntəndaşı olduğu üçün torpaq sahəsini öz adına ala bilməmiş və bağ sahəsini keçmiş qayınanası, cavabdehin adına almışdır. İddiaçı cavabdehin ona verdiyi etibarnamə üzrə bütün sənədləşmə işlərini özü həll etmişdir. Bağ evinin sənədləşdirilməsindən cavabdehin məlumatı olmamışdır. Cavabdehin heç evin kimdən alınmasından belə məlumatı yoxdur. Ev alındığı zaman yarımtikili vəziyyətdə olmuş, iddiaçı həmin evi böyütmüş, evi təmir etdirmişdir. Evə 410000 manat pul xərclənmişdir. İddiaçı ilə cavabdehin qızı arasında münasibətlər pisləşdikdən sonra cavabdeh evi iddiaçıya verməkdən imtina etmişdir. Hazırda iddiaçı evə çəkilən xərcləri tələb edir. Tərəflər arasında əvəllər baxılm ış iş üzrə Xəzər Rayon Məhkəməsinin qətnaməsində də şahid ifadələrində qeyd edilmişdir ki, evə iddiaçı tərəfindən xərc çəkilmişdir, evin təmirini iddiaçı özü etmişdir. Ev dəyişdirmə ilə alınmış, hətta iddiaçı öz evini satıcı ilə dəyişib, əlavə də pul vermişdir. İddiaçı tərəfindən cavabdehə heç bir hədə-qorxu edilməmişdir. Xəzər Rayon Məhkəməsində də təsdiq edilmişdir ki, evi iddiaçı təmir etdirmişdir. Həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Bundan başqa, iddiaçı cavabdehin qızı üçün Rusiya Federasiyasında 200000 dollara ev almış və həmin evi iddiaçı tələb etmir. İddiaçı ilə cavabdehin qızı arasında 18 il yaş fərq var.
12. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iddiaçı iki ildir ki, onu təhdid və hədə-qorxu edir. Bununla bağlı Rusiya Federasiyasında hü quq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin, onda səs yazıları da var. Evin alındığı zaman dəyəri 30000 manat olmuşdur. Onun qızı ilə iddiaçı evli olmuşdur. Belə ki, mübahisəli bağ evi onun mülkiyyətindədir. O və həyat yoldaşı həmişə işləmişlər. Həyat yoldaşı Rusiya Federasiyasında işləmişdir. O, pul vermişdir ki, qızı üçün ev tiksinlər. İddiaçı qızına xəyanət etdiyi üçün qızı iddiaçıdan boşandıqdan sonra iddiaçı qızına hədə-qorxu gəlirdi. Ondan sonra münasibətləri pozulmuş, iddiaçı hazırkı əsassız iddianı qaldırmışdır.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 göstərmişdir ki, bağ sahəsinin əcnəbi vətəndaşlar tərəfindən alqı-satqısına dair qanunvericilikdə qadağa yoxdur. Əcnəbi vətəndaşın evi öz adına keçirməsində qadağa yoxdur. Bağ sahəsinə çıxarış alındıqdan sonra iddiaçı evi öz adına keçirə bilərdi. İş materiallarına əlavə edilmiş şəkillərin olması, evin təmirinə çəkilmiş xərcləri təsdiq etmir. İddiaçının övladı cavabdehin qızı, yəni anası ilə qalır. Qiymətləndirmə rəyində 410000 manat qeyd edilə bilər, lakin bu evə iddiaçı tərəfindən çəkilmiş xərci təsdiq etmir. İddiaçı tərəf evin tikinti xərclər smetasını, ustalarla bağlanan podrat müqaviləsini məhkəməyə təqdim etməli idi. Hazırda həmin evdə cavabdeh yaşamır. Elnarə və iddiaçının övladı faktiki olaraq qız dostu ilə birlikdə yaşayır. İddiaçının şirkətinin 2020-ci il tarixinə olan xalis mənfəəti 34560 ABŞ dolları olmuşdur. Şirkətin 4 payçısı var. Şirkət pandemiya dövründə belə mənfəətlə işləmişdir. Cavabdeh evin mülkiyyətçisi kimi öz evini təmir etdirmişdir. Qarşı tərəf sübut etməlidir ki, e v iddiaçı tərəfindən təmir edilmişdir.
14. Məhkəmə iclasında şahid kimi dindirilmiş X8 göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun yerlisidir, iddiaçı ilə münasibətləri yaxşıdır. Mübahisə predmeti olan bağ sahəsində təmir-tikinti işlərinin aparılmasında iştirak etmişdir. Belə ki, o, işləyən ustalara rəhbərlik etmişdir. O, ustaların pulunu İddiaçı almışdır. Ustalara pulu o təqdim etmişdir. Təmir-tikinti işlərinin nə vaxt aparıldığı yadında deyil. O, politexnik universitetini bitirmişdir. İddiaçı ilə aralarında podrat müqaviləsi bağlanmamışdır. Təmir-tikinti işlərinin aparılmasına dair qaimələr var. Həmin qaimələr də məhkəməyə təqdim edilmişdir. Alqı-satqı müqaviləsi 2006-cı il tarixində Mərdəkanda bağlanmışdır. Hansı notariat orqanında bağlanması isə yadında deyil. Torpaq sahəsini n alınmasında iştirak etmişdir. Torpaq sahəsi Rəna adlı xanımdan alınmışdır. İddiaçı Azərbaycan vətəndaşı olmadığı üçün alqı-satqı müqaviləsi cavabdehin adına bağlanmışdır. Xeysəxanım bağ sahəsinə yay aylarında dincəlmək üçün gəlmişdir. Cavabdeh bağ sahəsinin təmir-tikinti işlərinin aparılmasına pul xərcləməmişdir. Təmir-tikinti işləri 2010-2011-ci ilə qədər davam etmişdir. İddiaçı bağ sahəsində təmir getdiyi zaman dəfələrlə gəlib-getmişdir. İddiaçı ailəsi isə bağ sahəsinə dincəlmək üçün gəlib-getmişdir.
15. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 göstərmişdir ki, o, iddiaçını tanıyır. İddiaçı ilə münasibətləri yaxşıdır. İddiaçının bağ sahəsində 17 ildir ki, fasiləsiz mübahisəli bağ sahəsində mühafizəçi vəzifəsində işləyir. Əmək haqqısı 600 manatdır. Belə ki, bir il zərgərlik sənətini öyrənmək üçün getdiyi üçün mühafizəçi işləyə bilməmişdir. Bağ evində santexnik işlərinin aparılmasında iştirak etmişdir. Evdə kosmetik təmir işləri aparılmışdır. İddiaçı olmayanda əmək haqqını Elçin müəllim vermişdir.
16. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 göstərmişdir ki, o, tərəfləri tanıyır, cavabdeh onun anasıdır, iddiaçı keçmiş həyat yoldaşıdır. Ev anasının mülkiyyətindədir. Anası iddiaçıya evin təmir edilməsi ilə bağı etibarnamə vermişdir. O, Moskvadakı şirkətdə 1994-cü ildən payçıdır. Bağ alınarkən mərhum atası Nazim 44000 ABŞ dollar pul verilmişdir. Bağın alınmasında iştirak etmişdir. Moskvadakı şirkət zərərlə işləmirdi. O, şirkətdən divident alırdı. Həmin divindent pulları bağ sahəsinin tikintisinə xərclənirdi. Cavabdeh, yəni anası Moskvada iddiaçıya etibarnamə vermişdir. Pandemiya dövründə şirkətdən gələn gəliri 9000 ABŞ dolları idi. Pandemiyadan öncə isə şirkətin gəlirləri daha çox idi. İddiaçı ilə rəsmi nikahları 1999-cu il tarixində bağlanmışdır. İddiaçı ilə 7-8 ildir ki, ayrı yaşayırlar. Əlaqələri 2 ildir ki, yoxdur. O, şirkətdə 2003-cü il tarixindən payçıdır. Şirkətdə payçı olmağı üçün şirkətə 250000 rubl pul ödəmişdir. O, 1994-cü ildən şirkətdə işləyir. Onu işə iddiaçı qəbul etmişdir. Evi 2004-cü il tarixində almışlar. Evi anası, cavabdehin adına almışlar. Əgər iddiaçı evi alsa idi, öz atasının adına alardı. Aldıqları evin torpaq sahəsi 15 sot idi. Evin sağ tərəfində artırma etmişlər. O, öz qazancından 30000 manat pul vermişdir. Anası ilə iddiaçı arasında razılıq olmamışdır. O, özü 49000 ABŞ dolları pul vermişdir. Onda evin əvvəlki şəkilləri yoxdur. Ev alındıqdan sonra evdə 10 ildən çox təmir işləri aparılmışdır. Ustaların zəhmət haqqının nə qədər olduğunu bilmir. Onun payı olan 25 faiz bağa xərclənirdi. O, Moskvada yaşdığı üçün manatın dəyərinin nə qədər olduğunu bilmirdi. Minimum evin hər təmir edildiyi zaman 10000 ABŞ dolları xərclənirdi. Hazırda iddiaçı bağ evində yaşayır. Oğlu atasının bağda qalmasını istəyir, deyir ki, “atamın bizə qarşı etdiyini biz etməyək”. Evi ər-arvad olduqları zaman almışlar. Bağ evini özü almışdır. İddiaçının ailələri çoxdur. Bağda işləyən Vüsalı və Sevdanı işə götürmüşdür. Evin kommunal xərclərini o da ödəmişdir. Bağda hazırda iddiaçı yaşadığı üçün kommunal xərcləri o da ödəməlidir. 17. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatına görə, mübahisəli bağ sahəsinin müqayisəli yanaşma ilə 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərləri cəmi 410000 manat təşkil edir.
18. Nizami Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva, iş N 2(007)-1602/2022) iddia rədd edilmişdir.
19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.
20. Hazırda iddiaçı bağ evinin alınmasına və təmirinə çəkilmiş xərcləri tələb etsə də, daha əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmə tərəfindən bağ evinə dair cavabdehin mülkiyyət hüquqları yoxlanılmış və tanınmışdır. İş materialları ilə müəyyən edilir ki, X12 ilə Cavabdeh arasında 04 mart 2004-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqaviləyə əsasən X12 Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinin Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir. Cavabdeh isə bunun müqabilində satıcıya ********* manat (köhnə Azərbaycan manatı) ödəniş etmişdir. Həmin əmlakın cavabdeh tərəfindən deyil, iddiaçı tərəfindən alınması və qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməsi iş materialları və əvvəlki məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır.
21. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsinə aşağıdakı məzmunda abzas göstərilmişdir: “şahid qismində dindirilmiş şə xslərin vermiş olduğu ifadələrində mübahisəli bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin hazırkı mülki iş üzrə İddiaçı tərəfindən çəkilmiş olduğu müəyyən edilsə də, bu mübahisəli bağ evinə dair çıxarışın ləğv edilməklə, İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyildir.”
22. Belə ki, iddiaçı tərəf qeyd edilənlərə istinad edərək, qanuni qüvvəyə məhkəmə qətnaməsi ilə bağ evinin tikintisi və təmiri ilə bağlı xərclərin iddiaçı tərəfindən çəkilməsi halının təsdiq edildiyini bildirmişlər. Məhkəmə göstərilənlərə münasibətdə qeyd etmişdir ki, həmin iş üzrə iddia tələbi “Cavabdeh adına olan çıxarışın ləğv olunması, evə iddiaçının mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair iddiaçının adına çıxarışın verilməsi” ilə bağlı olmuş və məhkəmə məhz h əmin iddia tələbi ilə araşdırma aparmışdır. Həmin iş üzrə mübahisə predmeti bağ evinin tikintisi və təmiri ilə bağlı xərcləri ilə bağlı olmamış və məhkəmə yalnız şahid ifadələrinə əsaslanaraq mövqeyini ifadə etmişdir.
23. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iddia tələbi konkret olmamaqla qeyri-müəyyəndir. Belə ki, iddiaçı mübahisə predmeti olan bağ sahəsinin daha əvvəl X4 mülkiyyətində olduğunu və X11 ilə mülkiyyətində olmuş "xxxx" MTK tərəfindən tikilmiş əmlakının əvəzləşdirdiyini, həmçinin X6 əlavə pul ödədiyini bildirsə də, məhkəməyə xx.xx.2021-ci il tarixli Qiymətləndirmə hesabatını təqdim edərək, əmlakın 24 dekabr 2021-ci il üçün hesablanmış bazar dəyərlərin cəmi 410000 manat təşkil etdiyini göstərmişdir. Göründüyü kimi, həmin hesabatda əmlakın ümumilikdə d əyəri göstərilmişdir. İddiaçı tələb olunan məbləğin hansı hissəsinin evin alınması, hansı hissəsinin evin təmiri üçün çəkilməsinə, usta, fəhlə və digər xərclərə dair məhkəməyə sübut təqdim edə bilməmişdir və məhkəmənin bu istiqamətdə vermiş olduğu sualları qiymətləndirmə hesabatına əsaslanaraq cavablandırmışdır. Lakin həmin qiymətləndirmə hesabından əmlakın xx.xx.2021-ci il tarixə olan dəyəri göstərilmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh mübahisələndirilən əmlakı ********* manat (köhnə Azərbaycan manatı) ödəniş etməklə almışdır. İddiaçı tərəf isə həmin əmlakı 25500 (iyirmi beş min beş yüz) ABŞ dolları dəyərindəki əmlakının əvəzləşdirilməsi və satıcıya əlavə ödəniş etməklə əldə edildiyini bildirsə də, əmlakın əldə edilməsi üçün ümumilikdə edilmiş ödənişin, daha so nra həmin əmlakda təmiri və tikinti işləri üçün konkret nə qədər xərc çəkməsinə dair məhkəmənin vermiş olduğu suallar cavabsız qoyulmuş və buna dair təsdiqedici sübutlar təqdim edilməmişdir.
24. Eyni zamanda, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)2894/2021 saylı iş üzrə araşdırma aparılan zaman X11 şahid kimi dindirilmişdir. Belə ki, o ifadəsində bağın satılması ilə bağlı bütün işlərin Qamlet tərəfindən görüldüyünü bildirmişdir. Lakin qeyd edilməlidir ki, X11 ilə Cavabdeh arasında müqavilə bağlanan zaman alıcı kimi Cavabdeh birbaşa iştirak etməmiş və sənədləşdirmə işlərini alıcının nümayəndəsi iddiaçı həyata keçirmişdir. Nəticədə, sənədləşdirmə işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi və bu faktın şahid tərəfindən etiraf edilməsi əmlakın dəyərinin iddiaçı tərəf indən ödənilməsi kimi qiymətləndirilə bilməz.
25. Məhkəmə qeyd etmişdir ki, əvvəlki məhkəmə araşdırması zamanı həmin mülkiyyət hüququ tanınmış və qanuni hesab edilmişdir. Hazırda məhkəmə tərəfindən cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməsi halları, tərəflər arasında əmlakla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmiş, bağ evinin iddiaçının vəsaiti hesabına alınması halı öz təsdiqini tapmamışdır.
26. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-nin 560.1-560.3, 1091.1 və 1091.2, MPM-nin 77.1, 78.1 və 82.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
28. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəm ə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Rayon məhkəməsində bağ evini özünə almasını təsdiq edən şahid ifadələrini də sübut kimi təqdim etmiş, buna baxmayaraq, məhkəmə qeyd edilən qənaətə gələrkən sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam tədqiq etməmiş, onlara (işdəki sübutlara) tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, mübahisə mövzusu bağ evinə dair alğı-satqı müqaviləsinin bağlanması zamanı alıcı tərəfindən nümayəndə qismində iddiaçının çıxış etdiyi mübahisə doğurmamış, işin qeyd edilən halı birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən də etiraf edilmişdir. Belə ki, o, məhkəməyə təq dim etdiyi yazılı etirazında mübahisəli əmlakın təmsil etdiyi şəxsin vəsaiti hesabına öz adına alındığını, iddiaçının isə etibarnamə əsasında onu (cavabdehi) nümayəndə kimi təmsil edərək sadəcə daşınmaz əmlakın alqı- satqı müqaviləsini imzaladığını irəli sürmüş, cavabdehin fiziki olaraq bilavasitə həmin işdə iştirak etməməsini onun Moskva şəhərində yaşaması, xəstəliyi ilə əlaqədar qızının yanında olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf Bakı şəhərində bağlanan müqavilə üzrə bağın dəyərini məhz özü ödəmiş olduğunu bildirirsə də, oradan pulu iddiaçıya hansı qaydada göndərdiyinə dair sübutları (pulun göndərildiyini təsdiq edən bank sənədləri və s.) məhkəməyə təqdim etməli idi. Birinci instansiya məhkəməsi isə sübutetmə yükünün bölüşdürülməsində kobud səhvə yol verərək iddiaçının irəli sü rdüyü halları sübuta yetirmədiyinə əsaslanmaqla iddia tələbini təmin etməmişdir. Cavabdehin nümayəndəsinin yazılı etirazından da göründüyü kimi, cavabdeh tərəf bağda iddiaçı tərəfindən bağ evinin yenidən qurulmasını və əlavə işlərin aparılmasını mübahisələndirməmiş, onun etirazı həmin işlərə görə çəkilən xərclərin məbləği ilə əlaqədar olmuşdur, halbuki tərəflər arasında həmin bağa dair qüvvədə olan başqa qətnamədə də mübahisəli əmlakın həqiqətən də iddiaçı tərəfindən alınması və sonradan həmin əmlaka dair təmirlə bağlı olan xərclərin onun tərəfindən çəkilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, bağ evində aparılan tikinti-bərpa işlərinin nələrdən ibarət olduğu araşdırılmalı, həmin işlərin dəyəri müəyyənləşdirilməli və qeyd edilən məbləğ iddiaçının xeyrinə tutulmalı idi. Həmin hissədə iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.
29. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə qiymətləndirmə rəyi təqdim edərək göstərmişdir ki, onlar bağ evinin hazırkı dəyəri ilə bağlı məhkəmələrə iki rəy vermişlər, birinci rəydə bağın dəyəri 410000 manat, ikinci rəydə isə 574000 manat olduğu müəyyən olunmuşdur, əslində cavabdeh iddiaçıya ikinci rəyə görə pul ödəməlidir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbli 3 otaqlı 49,82 kv metr yaşayış, 131,42 kv metr köməkçi sahədən ibarət 1209 saylı bağ evinin 02 noyabr 2022-ci il t arixinə hesablanmış bazar dəyəri 574000 manat müəyyən edilmşidir.
30. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, iddiaya etiraz təqdim edərək göstərmişdir, onun qızı Elnarə 1994-cü ildən Moskva şəhərində iddiaçıya məxsus şirkətdə işləməyə başlamış, sonradan onun qızı Elnarə iddiaçı ilə rəsmi nikah bağlamadan 1999-cu ildən ailə quraraq yaşamışlar, 2001-ci ildə onların bir uşağı olmuşdur, bağ evi alınarkən o Moskva şəhərində olmuş, bağın sahibi Rəna xanımı heç vaxt görməmiş və onunla hər hansı ünsiyyətdə omamış, iddiaçıya etibarnamə vermiş, bağ evinin alınmasına və orada aparılmış təmir-tikinti işlərinə iddiaçı rəhbərlik etmiş, bağ evi ilə bağlı xərclərin müəyyən hissəsini də iddiaçı çəkmiş, bununla belə, bağ evi onun vəs aiti hesabına alınmış və oradakı təmir-tikinti işlərinin xərcini də o özü çəkmişdir, hazırda da bağ evində iddiaçı yaşayır, bağa evinə dair kommunal xərcləri də iddiaçı ödəyir, hazırda iddiaçı ilə qızının münasibətləri pozulmuş, onların ailəsi məhz iddiaçının ucbatından dağılmış, eyni zamanda göstərmişdir ki, iddiaçı bundan qabaq da həmin bağ evinin adına keçirilməsinə dair iddia qaldırmış, lakin onun iddası təmin olunmamışdır, çünki həmin bağ evi mülkiyyət hüququ əsasında ona məxsusdur.
31. Bununla belə cavabdeh ilkin olaraq bağ evinin alınması üçün pulu iddiaçıya şəxsən özü verdiyini, sonra bağ evinin alınması üçün pulu mərhum əri Nazimin verdiyini, daha sonra qızı Elnarənin vəsaiti hesabına alındığını, daha sonda isə bağın alınması və onun tikinti-təmirinə çəkilən xərclərin Moskvada idd iaçıya məxsus olan şirkətin gəlirləri hesabına əldə edildiyini, qızı Elnarənin də həmin şirkətin 25 faiz payçısı olaraq həmin gəlirlərdə payı olduğunu, qızının da tikintiyə kömək etdiyini göstərmiş, lakin konkret olaraq bunlara dair məhkəməyə hər hansı sübut verə bilməyəcəyini bildirmişdir.
32. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmiş, həmçinin göstərmişdir ki, bağ evinin alınması üçün pul cavabdeh və onun əri tərəfindən verilmişdir, bağ evi alınarkən iddiaçı alqı-satqıda yalnız nümayəndə kimi cavabdehi təmsil etmişdir, tikinti-təmirdə iddiaçı müəyyən xərclər çəkmişdir, bununla belə iddiaçının hazırkı tələbinə dair sübutları yoxdur, iddiaçı bağın təmiri ilə bağlı smeta sənədlərini və us talarla bağladığı podrat müqaviləsini təqdim edə bilməmiş, bağ evinin dəyərinin 410000 manat olması hələ o demək deyil ki, iddiaçı həmin məbləğdə xərci çəkmişdir, digər qətnamənin də bu işə təsiri ola bilməz, çünki həmin işdə tərəflər eyni olsa da, orada tələb başqa olmuşdur, rayon məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir.
33. İşə apelyasiya qaydasında baxılarkən X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
34. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs göstərmişdir ki, həmin bağ order əsasında ona məxsus olmuş, o bağını yay aylarında kirayəyə vermişdir, eyni zamanda da bağ evini satmaq istədiyini bağ qonşularına demiş, hazırkı iş üzrə iddiaçı Qamlet onun bağını kirayələmiş, sonradan Qamlet ona bağı almaq istədiyi ni demiş, onlar görüşüb bu məsələni müzakirə etmişlər, müzakirə zamanı Qamlet ona bağın əvəzində yeni tikilmiş binadakı mənzilini təklif etmiş, o da əri ilə birlikdə gedib həmin mənzilə baxmışlar və bundan sonra bağ evi ilə Qalmetin mənzilini barter etmək barədə razılığa gəlmişlər, bağla mənzili başabaş dəyişmişlər, tərəflər biri-birinə əlavə pul ödəməmişlər, o, cavabdehi tanımır, onunla hər hansı formada ünsiyyətdə olmamış, bağı Qamletə satmış, bildiyi qədər də Qamlet bağı özü üçün almışdır, bağın başqa şəxs üçün alınmasını eşitməmişdir, aradan 20 ilə yaxın vaxt keçdiyindən sənədləşməni dəqiq xatırlamır, ancaq yadında qalan odur ki, o, Qamletə etibarnamə vermişdir özü sənədləşməni aparsın, notariatda hansısa sənədlərə qol çəkmişdir, bağa dair alqı-satqı və orada hansısa məbləğin göstərilm əsi tam formal olmuşdur, çünki onlar əslində barter etmişlər, bağa görə Qamlet ona hər hansı pul ödəməli deyildir və ödəməmişdir.
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Anar Tanrıverdiyev, iş N 2(103)-7176/2022) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur
37. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür. İddiaçının təqdim etdiyi sübutlar, eləcə də üçüncü şəxsin izahatı ilə aşkar müəyyən olunur ki, bağ evinin əldə edilməsi üçün pul vəsaiti ödənilməmiş, ü çüncü şəxslə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini Rəna Axundovanın adına keçirmiş, bunun əvəzində də Rəna Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir. Bununla da cavabdehin həmin halla bağlı, yəni bağ evinin onun verdiyi pul vəsaiti hesabına əldə olunmasına dair bildirdiklərinin əsassız olduğu müəyyən olunur. Baxmayaraq ki, iddiaçının bu halla, eləcə də bağ evinin təmir-tikintisinə çəkilən xərclərlə bağlı bildirdikləri öz-özlüyündə qeyri-müəyyən, olduqca ümumi, ziddiyyətli və qarmaqarışıq olmaqla yanaşı, həm də ağlabatan və inandırıcı da deyildir.
38. Cavabdehin tədim etdiyi şahid ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, həmin şahidin - Elnarə Osmanova cavabdehin qızı, iddiaçının isə keçmiş arvadı olması nəzərə alınmalıdır. Belə ki, bu mülki işin araşdırılan hallarından hazırkı mübahisənin tərəflərinin əslində İddiaçıla onun keçmiş arvadı E.Osmanova olduğu bəlli olur. Bu baxımdan da şahid E.Osmanova ilə onun anası olan cavabdehin maraqlarının üst-üstə düşməsi, başqa sözlə desək, şahid E.Osmanovanın bu işin nəticəsində, yəni işin anasının xeyrinə həll olunmasında bilavasitə maraqlı olması onun ifadələrinə qiymət verilərkən mütləq nəzərə alınmalıdır. Bununla belə, cavabdehin təqdim etdiyi şahid E.Osmanovanın anasına “kömək” yönlü ifadələri də olduqca ümumi, aşkar zidiyyətli, mücərrəd və qeyri-ardıcıl olmaqla bərabər, həm də cavabdeh olan anasının bildirdikləri ilə də ziddiyyətli olmuşdur.
39. Beləliklə də, bağ evinin iddiaçı tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) əldə olunduğu (alındığı) və bağ evinin yenidən qurulmasının da onun tərəfindən həyata keçirildiyi müəyyən olunur.
40. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən həm də mülki iş materiallarında olan, iddiaçının cavabdehə qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsini də nəzərə alır. Belə ki, həmin qətnamədə bağ sahəsinin alınması və orada aparılmış tikililərlə bağlı xərclərin kimə aid olması barədə qeyd edilmişdir ki, “məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilmişdir ki, mübahisəli bağ sahəsi və həmin sahədə tikilinin tiki ntisi ilə bağlı xərclər İddiaçı tərəfindən çəkilmişdir”.
41. Rayon məhkəməsi hazırkı mülki iş üzrə eyni tərəflər arasında həmin bağ evi ilə bağlı başqa bir işə dair qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığını nəzərə almamaqla prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir.
42. Rayon məhkəməsinin iddiaçının tələb etdiyi məbləğlə bağlı (məbləğə münasibətdə) gəldiyi qənaət də əsaslı olmamışdır. Belə ki, rayon məhkəməsi iddia tələbini rədd edərkən həm də qeyd etmişdir ki, iddiaçı tələb etdiyi məbləğin hansı hissəsinin bağ sahəsinin alınmasına, hansı hissəsinin isə bağda aparılmış təmir-tikinti işlərinə xərcləməsinə dair məhkəməyə dəqiq məlumat- sübut verə bilməmişdir. Rayon məhkəməsinin bu qənaəti dogru deyildir. Çünki iddiaçı iddiasında cavadehdən əsassız varlanmaya istina dən bütünlüklə vahid əmlak kimi bağ evinin tam dəyərini tələb edir ki, belə olan halda, yəni bağ evinin əldə olunması və təmir-tikinti işlərinin də iddiaçı tərəfindən və məhz onun vəsaiti hesabına həyata keçirildiyi müəyyən olundugundan, iddiaçı tərəfindən həmin bağ evinin əldə olunmasına, onun sənədləşdirilməsinə, bağın təmirində istfadə olunan təmir-tikinti materiallarına çəkilən xərclərin, ustalara verilən zəhmət haqqının, eləcə də mümkün olan digər məsrəflərin ayrı-ayrılıqda göstərilməsi, başqa sözlə, onların hər birinin ayrılıqda sübut olunmasına zərurət qalmır.
43. Əvvəla, bununla bağlı cavabdeh tərəf də bağ evinin hazırda real qiymətinin iddiada istənilən məbləğini mübahisələndirməmişdir, cavabdehin nümayəndəsi davamlı olaraq izahat və mülahizələrində yalnız iddiaçını məhz həmin məb ləği xərcləməsini sübut etməli olduğunu qeyd etmişdir.
44. Məhkəmə kollegiyası bununla bağlı xüsusi olaraq qeyd etmişdir ki, hazırkı halda iddia tələbinin qanuni əsası baxımından iddiaçının bağ evinə görə ayrı-ayrılıqda nə qədər vəsait xərcləməsinin əhəmiyyəti ola bilməz, çünki iddiaçı MM-in 1092.1-ci maddəsinə əsasən məhrum olduğunu əldə edəndən tələb edir. Bu baxımdan iddiaçının tələbi zamanı onun məhrum olduğu əşyaya nə qədər vəsait xərcləməsi, onu hansı qiymətə alması, təmiri və s. deyil, məhz məhrum olduğunun real dəyəri əhəmiyyətlidir. Hər hansı əks yanaşma anlaşılmaz və hüququn ümumi prinsiplərinə zidd olardı. Məsələn, belə yanaşmaya əsaslansaq, onda belə çıxır ki, şəxs vərəsəlik, bağışlama və s. əvəzsiz əqdlər, eləcə də dəyişdirmə müqaviləsi əsasında sahib olduğu əmlaklardan məhrum olduqda, onları tələb edə bilməz. Bunun isə doğru olmadığı aşkardır.
45. Bu baxımdan, iddiaçı məhrum olduğunun dəyəri barədə məhkəməyə iki mütəxəssis rəyləri təqdim etmişdir İddiaçının rayon məhkəməsinə təqdim etdiyi mütəxəssis hesabatına əsasən həmin bağ evinin (torpaq sahəsi ilə birlikdə) bazar dəyərinin 410000 manat olduğu göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh tərəf bağ evinin bügünkü bazar dəyərinin həmin məbləğə uyğun olmasını mübahisələndirməmişdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bağ evinin dəyəri ilə bağlı mütəxəssis hesabatında göstərilən məbləğ ağlabatan və inandırıcıdır.
46. Məhkəmə kollegiyası ikinci hesabatı bağlı (həmin mütəxəssis hesabatında bağ evinin torpaq sahəsi ilə birlikdə bazar dəyərinin 574000 manat olduğu göstərilmişdir) qeyd etm işdir ki, o, nəzərə alına bilməz, çünki iddiaçının iddia ərizəsindəki tələbi 410000 manatdır.
47. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 157.1, 157.2, 157.5, 386.1, 425.1, 560.1, 560.3, 560.3.1-560.3.4, 1091.1, 1091.2 və 1092.1-ci, MPM-nin 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
48. Cavabdeh (Vəkil1) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edilməsinə və qətnaməsiniləğv edərək iddiatələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə maddi hüquq normalarının pozulması, həmin normaların hansı formada təhrif edildiyini aşkar surətdə görmək mümkün olmaqdadır. Cavabdeh hər hansı bir əsassız varlanmasından söhbət gedə bilməz. B elə ki, cavabdeh ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir əsas olmadan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X13 arasında 04 mart 2004-cü il tarixində daşınmaz əmlakın alqı-satqısına dair müqavilə imzalanmışdır və həmin müqavilə əsasında cavabdehin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Müqavilənin qiymətinin ********* manat olması həmin müqavilədə də öz əskini tapmışdır. Maraqlı olan haldır ki, iddiaçı tərəfindən daha əvvəlki məhkəmə işlərində şahid qismində ifadə vermiş və daha sonradan apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir qanuni əsas olmadan müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş şəxsin ifadəsi əsasında tərəflərin arasında bağlanılmış olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlılığı şübhə altına alınmaqdadır. Yəni apellyasiya instansiyası məhkəməsi iddia tələbindən də kənara çıxaraq tərəflər arasında bağlanmış 04 mart 2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini və onun əsasında cavabdehin adına verilmiş 30 dekabr 2008-ci il tarixli daşınmaz əmnlakın dövlət reyetrsindən çıxarışı da şübhə altına almaqdadır. Halbuki halhazırda həmin müqavilə və o müqavilə əsasında verilmiş olan reyestrdən çıxarış qüvvədədir. Əgər həmin sənədlər hal-hazırda qüvvədədirsə, o cümlədən cavabdeh tərəfindən daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən pul vəsaiti X6 ödənilərək həmin torpaq sahəsi və bağ evi alınmışdırsa, o zaman cavabdehin hansı əsaslarla əsassız varlanmasından söhbət gedə bilər.
50. İkincisi, iddiaçı əmlakdan məhrum olu r. Maraqlı olan haldır ki, iddiaçı bu vəziyyətdə hansı əmlakdan məhrum olur. Əgər cavabdehin qızı və mərhum həyat yoldaşı tərəfindən iddiaçıya torpaq sahəsinin alınması üçün pul vəsaiti, cavabdeh tərəfindən də öz qızının həyat yoldaşı olaraq alqlı-satqı əməliyyatının aparılması üçün iddiaçıya etibarnamə verilirsə, belə olan halda iddiaçı hansı əmlakdan məhrum olmaqda, hansı əmlakla olan hüququnu cavabdehin xeyrinə itirmiş olmadadır.
51. Üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Maraqlı olan haldır ki, qətnamədə bunu qeyd edən məhkəmə bunun necə baş verdiyini qeyd etməmişdir. Məhkəmə iclası zamanı pul vəsaitinin necə alınması, müqavilədə göstərilən məbləğin ********* manat olduğunu, bu məbləği almadığı halda niyə müqavilədə pul vəsaitini aldığına dair şərtlərlə razılaşar aq müqaviləni imzaladığını soruşsalar da X18 bu sualın protokoldan çıxarıldığını, bu sualı üçüncü şəxsə soruşa bilməyəcəklərini bildirmişdir. Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən əmlak satışı həyata keçirilir, əmlakın alıcıya təhvil verildiyi və pul vəsaitinin satıcıya verildiyi və həmin vəsaitin bütünlüklə satıcı tərəfindən qəbul edildiyi müqavilədə öz əksini tapır. Ancaq daha sonradan satıcı pulu almadığını, iddiaçının mənzili ilə öz bağ evini və toraq sahəsini dəyişdirdiyini bildirir. Müqavilə notarial qaydada təsdiq edilmişdir. X18 da bu qətnaməni qəbul edərkən qeyd edilən xüsusatlara bilərək və istəyərək diqqət yetirməmiş və ya yetirmək istəməmiş, qəsdən maddi hüquq normalarını pozulmasına bu şəkildə yol vermişdir. Maraqlı olan haldır ki, iddiaçıya aid olan və "xxxx" MTK- dan təmin edilən mənzilin dəyəri o dövr üçün 25500 ABŞ dolları olaraq müəyyən edildiyi halda, (01 sentyabr 2002-ci il tarixli müqavilə iş materiallarına əlavə olunmuşdur və həmin mbələğ o müqavilədə qeyd olunmuşdur) üçüncü şəxs olan X11 özünə aid olan bağ evini və torpaq sahəsini bu məbləğdən iki dəfədən artıq ucuz olan bir mənzilə dəyişir? Müqavilə qiyməti həmin dövrdə ABŞ dollarına olan kursu ilə müqayisə edildiyində bu açıq-aşkar görülməkdədir. Bütün bu sualları apellyasiya məhkəməsində məruzəçi X18 üçüncü şəxsdən soruşmağına imkan verməmişdir. Belə ki, bu sualları soruşmaq istəyərkən hakim bu sualların protokoldan çıxarıldığını bildirmişdir. Bu sualların protokoldan çıxarıldığını bildirməklə başdan etibarən işə münasibətdə obyektiv olmayacağını, işə qərəzli yanaşacağını göstərmişdir.
52. Bakı şəhəri Nizami rayon məhkəməsində ümumilikdə 5 məhkəmə iclası keçirilməklə, şahidlər yenidən dindirilməklə, təqdim edilən sübutlar təfsilatı ilə araşdırılmaqla qətnamə qəbul edildyi halda, apellyasiya instansiyası məhkəməsinin hakimi İkram Şirinov tərəflərə bir dəfəyə barışmaq üçün qısa bir müddət verməklə iclası təxirə salmış, növbəti məhkəmə prosesində sadəcə üçüncü şəxsi qismində cəlb edilmiş Rəna Axundovanı dinləməklə və ona heç bir sual verilməsinə imkan yaratmadan dərhal barəsində kassasiya şikayəti verilən hazıki qətnaməni qəbul etmişdir. Həmçinin maraqlıdır ki, iddiaçının tələb etdiyi 410000 (dörd yüz on min) manat məbləğin hansı əsaslarla formalaşdığını, bu məbləğin hansı iqtisadi və maliyyə hesablamaları əsasında hesablanıldığını araşdırmadan bu qətnamə qəbul edilmişdir.
53. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MM-nin 1091, 1092 və 560-cı maddələrinin normaları düzgün tətbiq edilməmiş, MM-nin 157, MPM-nin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
54. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
56. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilm iş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
57. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
58. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
59. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıda kılara da şamil edilir:
60. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
61. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 62. Маддя 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. müəyyənləşdirilir. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
65. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansi yası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Maddə 417.1.4. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
70. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
71. Qanunun t ələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesa b edir ki, aşağıdakı əsaslara apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməli, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalıdır.
74. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarına görə bağ evinin əldə edilməsi üçün cavabdeh tərəfindən pul vəsaiti ödənilməmiş, üçüncü şəxs Rəna Axundova ilə iddiaçı arasında əldə olunmuş razılığa əsasən iddiaçı özünə məxsus yeni tikilidəki mənzilini Rəna Axundovanın adına keçirmiş, bunun əvəzində də Rəna Axundova özünə məxsus bağ evini iddiaçıya vermişdir. Bağ evi İddiaçı tərəfindən onun öz vəsaiti (özünə məxsus mənzilin bağ evi ilə əvəzləşdirməsi qaydasında) hesabına əldə olunmuş, bağ evinin yenidən qurulması, orada əsaslı təmir tiki nti işlərinin aparılması da iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. İşin qeyd olunan faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələrinin dispozitiv şərtlərinin təsiri altına düşür.
75. Apellyasiya məhkəməsi bu qənaətə gələrkən iddiaçının izahatına, iddiaçı tərəfindən təqdim olunmuş sübuitlara, həm də iddiaçının cavabdehə qarşı “çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməsi” barədə tələbi üzrə Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli və hazırda qüvvədə olan qətnaməsinə istinad etmiş, cavabdehin izahatında, onun tərəfin təqdim olunmuş şahid ifadələrində göstərilən hallara tən qidi yanaşmışdır.
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması qənaətinə gələrkən tərəflərin təqdim etdikləri sübutlara tam, şərtərəfli və obyektiv baxmamış, işin hallarının müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edən sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnamənin qəbulu zamanı maddi və prosessual hüqq normalarının tətbiqində səhvə yol vermişdir.
77. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsində göstərdiyi işin hallarından Cavabdeh İddiaçı hesabına varlanmasının nədə ifadə olunması, yəni bağ evini və bağ evinə aid 0,12 ha torpaq sahəsini, yaxud həmin bağ evinin dəyəri olan 410000 manat pul vəsaitini əldə etməsi, cavabdehin isə əmlakdan, yaxud pul vəsaitindən məhrum olması müəyyən deyildir.
78. İş materiallarına görə cavabdeh iddiaçıdan pul vəsaiti almamışdır, bu faktı iddiaçı da təsdiq etmişdir. İddiaçı həm də göstərmişdir ki, xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi mümkün olmamış, ona görə də torpaq sahəsi 04 mart 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh qaynanasının adına alınmış, sonradan həmin torpaq sahəsində inşa olunmuş bağ evi də 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Bağ evinin inşası da bilavasitə onun tərəfindən həyata keçirilmiş, bütün xərclər onun tərəfindən çəkilmişdir.
79. Göründüyü kimi iddiaçının özü hesab etmişdir ki, cavabdeh onun hesabına pul vəsaiti deyil, bağ evi və evin 0,12 ha torpaq sahəsindən ibarət əmlak əldə etmişdir. Buna baxmayaraq iddiaçı bağ evi və 0,12 ha torpaq sahəsindən ibarət əmlakın deyil, həmin əmlakı dəyəri olan pul vəsaitinin alınması barədə iddia qaldırmış, apellyasiya məhkəməsi də nəzərə almamışdır ki, qanunvericiliyin yuxarıda göstərilən normalarına görə məhrum olan ilk növbədə varlanmış şəxsin əldə etdiklərini tələb edə bilər, varlanan şəxs tərəfindən əldə edilənlərin qaytarılması mümkün omadıqda onların dəyəri ödənilir. (Mülki Məcəllənin 1092.1 və 1092.2-ci maddələri).
80. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanuni qüvvəyə minmiş Xəzər Rayon Məhkəməsinin 2(003)-2894/2021 saylı 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə bağ evinə dair cavabdehin adına verilmiş Çıxarışın ləğv olunması, evə onun mülkiyyət hüququnun tanınmaqla evin onun adına rəsmiləşdirilməsi, evə dair onun adına çıxarışın verilməs i barədə iddiaçının tələbləri o əsasla rədd edilmişdir ki, həmin iddia bağ evinə dair cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsinə əsas olmuş sənədlər (alqı-satqı müqaviləsi, müvafiq icra hakimiyyəti orqanının qərarı və sair) mübahisələndirilmədən qaldırılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Xəzər Rayon Məhkəməsində baxılmış iddiası əsassız varlanma nəticəsində cavabdehin əldə etdiyi əmlak tələbinə dair tələb kimi qiymətləndirilə bilməz.
81. İşdən daha sonra görünür ki, iddiaçı bağ sahəsinin cavabdehin adına sənədləşdiriməməsinin səbəbi kimi özü xarici dövlətin vətəndaşı olduğuna görə torpaq sahəsinin alqı-satqısının onun adına sənədləşdirilməsi qanunla yol verilməməsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi iddiaçının bu dəlilini tam və hərtərəfli araşdırma mış, işin mübahisə olunmayan halları ilə müqayisə etməklə dəyərləndirməmişdir.
82. İş materiallarına görə bağ sahəsinin alqı-satqısı 04 mart 2004-cü il tarixdə həyata keçirilmiş, bundan sonra həmin sahədə bağ evi inşa olunmuş və 30 dekabr 2008-ci il tarixdə cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Xarici ölkənin vətəndaş olduğuna görə torpaq sahəsinə mülkiyyət hüququnun adına qeydiyyata alınmasına məhdudiyyətlər olsa da, iddiaçı bağ sahəsində olan yaşayış evinin öz adına dövlət qeydiyyatına alınmasına heç bir maneə olmamış, buna baxmayaraq həmin məsələnin həlli ilə bağlı təşəbbüs göstərməmiş, uzun müddət keçməsinə baxmayaraq bu məsələni nə cavabdeh qarşısında qaldırmamış, nə də məhkəmədə mübahisələndirməmişdir. Göstərilən hallar və iddiaçının cavabdehin varlanması üçün xərcləri k önüllü olaraq çəkməsi də nəzərə alınmaqla bağ sahəsinin və bağ evinin iddiaçı tərəfindən cavabdehə bağışlanması istisna olunmur. İşə baxan apellyasiya məhkəməsi isə iddia tələbinin əsaslılığını ümumiyyətlə bu baxımdan qiymtələndirməmişdir.
83. Hər hansı mülki iş üzrə şəxsin öz əmlakının bir hissəsini könüllü şəkildə başqa şəxsə verməsi müəyyən edilirsə və cavabdeh tərəfindən bunun bağışlama niyyəti olmadan verildiyi etiraf edilmirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükü də iddia edən tərəfin üzərinə düşür.
84. Məhkəmə kollegiyasını qənaətinə görə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma qaydaları o halda tətbiq edilə bilər ki, iddiaçı cavabdehi könüllü şəkildə zənginlə şdirdiyi əmlakı ona hədiyyə şəklində vermədiyini sübuta yetirmiş olsun və tərəflər arasında hər hansı digər əqdin bağlandığı və ya varlanmaya haqq qazandıran qanuni əsas olduğu müəyyən edilməsin.
85. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olm aq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7176/2022 nömrəli iş üzrə 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.