Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1830/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı tələblərinə dair iş üzrə (maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızı) QƏRARİ Açar sözlər: prosessual müddətin bərpası barədə ərizə, kassasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-7/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından maraqlarına toxunan hüquqi şəxs Maraqlı şə xs baş direktoru Firudinbəyova Mətanət İmran qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra -iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi və sonradan iddianın azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Şəki şəhəri, Məmməd Cabbarov küçəsində yerləşən 11(23) saylı fərdi evin ona məxsus olan hissəsində aparılmış qanunsuz tikilinin sökülməsi və qanunsuz tikilidə olan pəncərələrin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Məmməd Cab barov küçəsində yerləşən 11/23 saylı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin ona aid ½ hissəsinin real naturada ayrılaraq ayrıca reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Şəki Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Pərviz Hacıyev) xx.xx.2020-ci il tarixli, 2(075)-7/2020 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus daşınmaz əmlakın (fərdi yaşayış evinin) yerləşdiyi torpaq sahəsi ilə Cavabdeh məxsus torpaq sahəsinin arasındakı çay daşından olan hasarın üstündə bişmiş kərpicdən hörülmüş divarın İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasportda göstərilmiş «A» literli yaşayış evindən çöl darvazayadək olan hissə sinin sökülməsi, iddiaçının adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********54-10301 reyestr nömrəli texniki pasporta əsasən İddiaçı və Cavabdeh mülkiyyətlərində olan daşınmaz əmlakın sərhədində Cavabdeh tərəfindən inşa edilmiş çay daşından olan hasarda R. Mahmudova məxsus fərdi yaşayış evinin həyətinə baxan, «A» literli yaşayış evindən çöl darvazayadək olan hissədə yerləşən 1 ədəd pəncərənin bağlanması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı adına verilmiş 06 iyul 2007-ci il tarixli, **********5410301 reyestr nömrəli texniki pasportda göstərilən ünvan 1 daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin planına əsasən inventar nömrəsi 10864 olan, şimaldan 1370, cənubdan 1710 sayla işarələnmiş sərhədlər daxilində yerləşən torpaq sahəs i və fərdi yaşayış evi, zəbt edilmiş sahə istisna olmaqla, tərəflərin faktiki istifadələrində olan paylarına uyğun söküntüdən sonrakı vəziyyətdə naturada ayrılaraq İ. Səlimovun mülkiyyətinə verilməsi, qarşılıqlı iddia tələbinin «ünvan 1 fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin cavabdehə aid 1/2 hissəsinə ayrıca reyestrdən çıxarışın verilməsi» hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadının nəzərə alınması, 5 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 150 (bir yüz əlli) manat ekspertiza xərcinin ½ hissəsi, yəni 75 manatın İddiaçı, ½ hissəsi, yəni 75 manatın isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qə t edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı, Cavabdeh və qətnamə ilə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızı apellyasiya şikayətləri verilmişlər.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2023-cü il tarixli, 2(107)-7/2023 saylı qətnaməsi ilə İddiaçı, Cavabdeh və qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tаrixli, 2(075)-7/2020 saylı qətnaməsi baxılmış apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
6. Cavabdeh kassasiya şikayə ti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək mülki işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etdi.
7. Ali Məhkəmənin (hakimlər Elşanə Vəliyeva (məruzəçi), Əhliman Xıdırov və Elşad Şamayev) xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin sorğusuna əsasən iddiaçının verdiyi kassasiya şikayətinə baxılması üçün cavabdehin kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, mülki iş baxışdan çıxarılmış və Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
8. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Elçin Mehdiyev) 2( 107)-7/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızının kassasiya şikayəti MPM-in tələblərinə uyğun olmadığından geri qaytarılmışdır.
9. Daha sonra hüquqi şəxsin baş direktoru M.Firudinbəyova kassasiya şikayəti və buraxılmış prosessual müddətinin bərpasına dair ərizəsi ilə təkrar apellyasiya məhkəməsinə müraciət etmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin 2(107)-7/2023 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə hüquqi şəxsin baş direktoru M. Firudinbəyovanın verdiyi “kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair” ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
11. Qərardad belə əsaslandırılmışdır ki, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki k оllegiyаsının 29 avqust 2023-cü il tarixli, 2(107)-7/2023 saylı qətnаməsi 15 sentyabr 2023-cü tarixdə qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızına rəsmi qaydada verilmiş hesab olunur. Qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 16 oktyabr 2023-cü il tarixi olmuş, lаkin kassasiya şikаyəti qanunla müəyyən edilmiş müddət 1 ay 27 gün ötürüldükdən sоnrа verilmişdir. Bununla da, kassasiya şikayəti MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən olunmuş müddət pozulmaqla verilmişdir.
12. Qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızı prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsini xahiş et sə də müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizənin təmin edilməsi üçün məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir.
13. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızı tərəfindən verilmiş ərizə təmin edilməməli, kassasiya şikayəti isə geri qaytarılmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası MPM-in 130.1, 133.1, 135.2, 135.3, 135.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri
15. Qətnamə maraqlarına toxunan hüquqi şəxsin baş direktoru M. Firudinbəyova (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizəsi təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsini almamış və poçt xəbərnaməsində Cavabdeh qeyd etməklə imza etməklə qəbul edilmişdir. Cavabdeh iş üzrə cavabdehdir və məhkəmə onun xəbərnaməsini kassatorun xəbərnaməsi kimi təqdim etməklə saxta qərardad qəbul etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qanunsuz və əsassızdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, məhkəmə aktları tərəflərə rəsmi qaydada təqdim edilməli və sifarişli poçt göndərişi ilə çatdırılaraq, hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzif əli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməlidir. Lakin iş materiallarında həmin məhkəmə qətnaməsinin alınması barədə imza edilən heç bir poçt xəbərnaməsi mövcud deyil.
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəx sin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
23. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
24. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
25. Maddə 405.0.1. Kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər.
26. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apel lyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi ərizəçinin dəlillərini araşdıraraq iş materialları əsasında bu qənaətə gəlmişdir ki, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 29 avqust 2023cü il tarixli, 2(107)-7/2023 saylı qətnаməsi 15 sentyabr 2023-cü tarixdə qətnamə maraqlarına toxunan hüquqi şəxs Maraqlı şəxs baş direktoru Firudinbəyova Mətanət İmran qızına rəsmi qaydada verilmiş hesab olunur. Buna baxmayaraq kаssаsiyа şikаyəti qanunla müəyyən edilmiş müddət ötürüldükdən sоnrа verilmişdir. Prosessual müddətin bərpası haqqında ərizədə qeyd edilən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin bərpa edilməsinə əsas verə biləcək hər hansı sübut təqdim edilməmişdir.
32. Kolleg iya bildirir ki, ərizəçinin dəlilləri apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar əsasında araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
33. Kassatorun istinad etdiyi dəlillər ötürülmüş prosessual müddətin bərpasına əsas verən hallarla bağlı olmayıb, şikayətin geri qaytarılması barədə qərardadın qanunvericiliyə uyğun qaydada çıxarılmaması ilə əlaqədardır. Belə olan halda, apelyasiya məhkəməsinin müddətin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin yenidən geri qaytarılmasına dair gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
34. Ona görə də kassasiya şi kayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-7/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.