Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1833/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 qızı və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1833/21 (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili X1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(106)-2105/2020 saylı qətnaməsindən Cavabdeh1 kasasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, xx xxxxxx 2016-cı il tarixdə ölmüş mərhum əri X2 miras qalmış Salyan şəhəri, 20 yanvar küçəsi, 97 saylı evin 8 saylı mənzilinin onun tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilməsi faktının və həmin miras əmlakdan vərəsələr arasında payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim M.Ə.Qasımov) iddia qismən təmin edilərək, xx xxxxxx 2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış Salyan şəhəri, 20 Yanvar küçəs i, 97 saylı evin ümumi sahəsi 70.8 kv.metr olan 8 saylı mənzilində iddiaçının payının 4/10 hissədə, Cavabdeh1 payının 1/10 hissədə, ümumilikdə isə həmin mənzildə iddiaçının payının 9/10 hissədə, Cavabdeh1 payının isə 1/10 hissədə müəyyən edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Qətnamədən İddiaçı apelyasiya şikayəti verib. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.B.Babayev sədrlik edən, məruzəçi, Q.B.Kərimov və N.F.Mirzəyev) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Salyan Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Qətnamədən İddiaçı kasasiya şikayəti verib. Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərb aycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və İ.K.Xəlilov) kasasiya şikayəti təmin edilərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Kərimov sədrlik edən, məruzəçi, T.X.Heydərov və F.K.Soltanov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Salyan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilib, iddiaçının xx xxxxxx 2016-c ı il tarixdə ölmüş X2 miras qalmış əmlakları faktiki olaraq qəbul etmiş hesab edilib və mübahisə predmeti üzrə X2 miras qalmış Salyan şəhəri, 20 Yanvar küçəsi, 97 saylı evin 8 saylı mənzilində iddiaçının müəyyən edilmiş payının dəyişdirilərək 11/12 hissədə, Cavabdeh1 payının isə 1/12 hissədə müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli ev iddiaçının əri, Cavabdeh1 oğlu xxxdan miras qalıb. Mirası qoyan xxx ölümündən 10 ay 6 gün öncə, yəni x xxxxxx 2015-ci il tarixdə arvadı İddiaçı qarşı “nikahın pozulması” barədə məhkəmədə iddia qaldırıb və onun iddiasında artıq 3 ilə yaxındır ki, İddiaçı ilə ayrı yaşadıqları qeyd olunsa da, iddia ərizəsində qeydiyyat və faktiki yaşay ış ünvanları kimi eyni ünvanlar göstərilib. Onların nikah münasibətlərinin faktiki olaraq 3 ilə yaxın bir müddət ərzində pozulması, 3 ilə yaxın müddət ərzində ayrı yaşamaları anlamına gəlmir. Beləliklə İddiaçı ilə mərhum əri xxxun ölümünədək sonuncu tərəfindən məhkəmədə nikahın pozulması barədə iddia və tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyi, ayrı yaşamaları müəyyən edilsə də, qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi sübuta yetmir və İddiaçı da digər vərəsələr kimi mərhum əri xxxun birinci növbəli vərəsəsidir və digər birinci növbəli vərəsələrlə bərabər pay hüquqlu vərəsə sayılır. Bu hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1151.1, 1 159.1.1, 1164-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində ikinci icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdeh1 kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icla sında İddiaçı və vəkili xxx kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh1, vəkili Vəkil və üçüncü şəxslər xxx, xxx, Cavabdeh2, Cavabdeh3 və Salyan rayon 02 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxu d hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ö lümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlan ılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsini göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işi n apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx xxxx 1988-ci il tarixdə iddiaçı rəsmi nikah əsasında xxxla ailə qurub və onların birgə nikahından xx xxxx 1989-cu ildə x, xx xxxxxx 1991-ci ildə x, xx xxxxxx 1993-cü ildə x və xx xxx 1997-ci ildə Sahib adında 4 uşaqları doğulub. xx xxxxxx 1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx mülkiyyətində olan Salyan şəhəri, 20 Yanvar küçəsi, 97 saylı evin 8 saylı mənzilini 11.000.000 manata (AZM) xxxa satıb. xx xxxxxx 2017-ci il tarixli Çıxarışa əsasən həmin mənzil mülkiyyət hüququ üzrə xxxun adına qeydə alınıb. xx xxxxxxx 1984-cü il tarixdə xxxun anası xx, xx xxxxxx 2016-cı il tarixdə isə özü vəfat ediblər. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin g əldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, sözügedən mənzilin mərhum xxxla iddiaçının birgə nikahı dövründə əldə olunması mülki iş materialları ilə istisna olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi miras mənzil alqı-satqı yolu ilə iddiaçı ilə miras qoyan xxxun birgə nikahları dövründə, sonuncunun adına əldə edilib və həmin mənzildə iddiaçının payı ½ hissədə, mirasa vərəsəlik açılan hissə isə ½ hissə təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). İş materiallarından mərhum xxx tərəfindən vəsiyyətnamə qoyulmadığı müəyyən olunur, bu isə o, deməkdir ki, qanun üzrə vərəsəlik qüvvədədir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik oldu ğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2019-cu il tarixli qər arına əsasən nikahın pozulması haqqında məhkəməyə ərizə ilə müraciət edərək iradə ifadəsini bildirmiş, lakin məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək ölmüş şəxsin arvadı (əri) vərəsəlik hüququndan yalnız Mülki Məcəllənin 1164-cü maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən miras qoyanla nikahına mirasın açılmasından azı 3 il əvvəl faktiki xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edildiyi halda məhrum edilə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəllənin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir: tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi; ər-arvadın ayrı yaşamalar ı; qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, miras qoyan xxx ölümündən 10 ay 6 gün öncə, yəni x xxxxxx 2015-ci il tarixdə İddiaçı qarşı “nikahın pozulması” barədə Salyan Rayon Məhkəməsində iddia qaldırıb və iddiasında artıq 3 ilə yaxındır ki, İddiaçı ilə ayrı yaşadıqları qeyd olunsa da, iddia ərizəsində qeydiyyat və faktiki yaşayış ünvanları kimi eyni ünvanlar göstərilib. Tərəflərin nikah münasibətlərinin faktiki olaraq 3 ilə yaxın bir müddət ərzində pozulması, 3 ilə yaxın müddət ərzində ayrı yaşamaları işin məhkəmə tərəfindən müəyyən olunan halına çevrilməyib. Məhkəmə tərəflərin yalnız hazırda ayrı yaşadıqlarını, nikahlarının formal xarakter daşıdığını və ailənin saxlanmasının mümkün olmadığını müəyyən edib. Məhkəmədə İddiaçı nikahın pozulmasını istəməyib, barışmaqları üçün vaxt verilməsini xahiş edib, bu baş vermədikdə isə, məhkəmə aktlarından kasasiya instansiyasına qədər şikayətlər edib və hər şikayətində iddianın rədd olunmasını xahiş edib. Hazırki apelyasiya baxışı zamanı İddiaçı mərhum əri xxxun nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdən 1 il öncəyə kimi ar arvad münasibətlərində olduqlarını, mərhum əri xxxun yüngül həyat tərzi keçirən qadınlara meyilli bir insan olması səbəbindən münasibətlərinin pozulduğunu, hətta ərindən cinsi yolla keçən infeksion xəstəlikdən xx xxxxxx 2013-cü il və xx xxxxxxxx 2013-cü il tarixlərində h əkim qəbulunda olaraq, “yaxmanın müayinəsi”nə dair analizlər verdiklərini bildirərək, bunu təsdiq edən analizlərin cavablarını məhkəmə kollegiyasına təqdim edib. İddiaçı qeyd etdiyi xüsusat Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə də təsdiq olunur. Beləliklə İddiaçı ilə mərhum əri xxxun ölümünədək sonuncu tərəfindən məhkəmədə nikahın pozulması barədə iddia verildiyi, tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyi və ayrı yaşamaları müəyyən edilsə də, qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi sübuta yetirilməyib. Bu baxımdan İddiaçı Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən, mərhum əri X3 birinci növbəli vərəsəsidir və digər birinci növbəli vərəsələrlə bərabər pay hüquqlu vərəsə sayılır. Həmin Məcəllənin 1243.1-ci madd əsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, İddiaçı miras qalmış sözügedən mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olaraq, həmin mənzildə digər birinci növbəli vərəsələr olan övladları ilə yaşamaqla, mirasa açılan hissəni faktiki olaraq qəbul edib. Mirası qoyan xxxun 6 vərəsəsi qalıb və başqa vərəsələri yoxdur. Mirası qoyan xxxun birinci növbəli vərəsələrindən Aqidə Bağırova, Cavabdeh2, Pənah Bağırov və Cavabdeh3 notarial qaydada təsdiqlənmiş və səlahiyyətli orqanlara ünvanladıqları ərizələrlə ataları xxxdan miras qalmış mübahisəli mənzildən onlara düşən paylarının adlarına rəsmiləşdirilməsini istəmədiklərini göstərərək, həmin paylarının anaları İddiaçı adına rəsmiləşdirləməsini xahiş ediblər. Miras qoyan xxxun 6 nəfər birinci növbəli vərəsəsi olduğundan və mirasa açılan mənzilə ha zırki iş üzrə iddiaçı ilə birgə nikahları dövründə alqı-satqı yolu ilə miras qoyanın adına əldə edildiyindən, həmin əmlakın 1/2 hissəsi iddiaçının mülkiyyətində olmaqla, mirasın 1/2 hissəsinə vərəsəlik açılıb. Mirasa açılan 1/2 hissədən iddiaçı da daxil olmaqla 6 nəfər birinci növbəli vərəsələrin bərabər pay almaq hüquqları vardır. Birinci növbəli vərəsələrdən 4 nəfəri öz paylarından iddiaçının xeyrinə imtina etmişlər. Beləliklə miras əmlakın 6/12 hissəsi iddiaçının mülkiyyətindədir, mirasa açılan 6/12 hissədən iddiaçının özünün bir payı, dörd nəfər övladlarının iddiaçının xeyrinə imtina etdikləri paylar cəmlənəndə, iddiaçının 11/12 hissədə, Cavabdeh1 isə 1/12 hissədə paylarının olduğu müəyyən edilir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, Cavab deh1 kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(106)-2105/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan
Məhkəmə qərarları › İş №2(102)-1833/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1833/2021
06.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver