Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1833/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X4 (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun tanınması və mənzilin təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı NƏCİBƏ" MMC-nin cavabdeh Nəcəfo va X4 (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6321/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı “Nəcibə" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nəcəfova X6 ilə "xxxx" MMC arasında imzalanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi”nə əsasən Nəcə fova X6 ünvan 1 ünvanda yerləşən və ona məxsus olan evi 130000 ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70000 ABŞ dolları ödəmiş, qalan 60000 ABŞ dollarını 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür. 2. “Razılıq sazişi” üzrə qalan 60000 ABŞ dolları "xxxx" MMC tərəfindən ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC cavabdeh Nəcəfova X4 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mü lkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyət yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə almaq və həyata keçirmək məqsədi ilə yaradıldığı 2006cı ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Sereteli, M.F.Axundov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə müəyyən sövdələşmələr aparmış, onların bəziləri ilə ilkin alq ı-satqı əməliyyatları həyata keçirmiş, bəzilərinə isə beh ödənişləri edərək külli miqdar pul vəsaiti xərcləmişdir. Göstərilən əməliyyatlar çərçivəsində hazirkı iddia tələbi üzrə cavabdeh Nəcəfova X4 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evlə bağlı tərəflər arasında Bakı şəhəri 12 saylı Ddövlət Notariat Kontorunda təsdiqlənərək Reyestrdə 3M-51085 nömrə ilə qeydə alınmış 17 avqust 2006-cı il tarixli “Razılıq Sazişi” rəsmiləşdirilmişdir. Həmin sazişin 1-ci bəndində göstərilmişdir: Mən, Nəcəfova X6 ünvan 1 ünvanda yerləşən mənə məxsus olan evi 130000 ABŞ dollarına "xxxx" MMC-yə satmışam, lakin 70000 ABŞ dolları aldım və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəmə götürürəm. Qeyd edilməlidir ki, cavabdeh yuxarıda göstərilən sazişdən (bundan so nra əqd) irəli gələn öhdəliyinə bu günədək əməl etməmiş, bu istiqamətdə heç bir addım atmamış, habelə cəmiyyətin qanuni təmsilçisi Nümayəndə2 tərəfindən edilən bütün cəhdlər də bu günədək heç bir nəticə verməmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, yuxarıda göstərilən mübahisəli yaşayış evinə bitişik ətraf ərazidə yeni binaların tikintisinin aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaları üzrə üçüncü şəxs "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı ilə Yasaml rayonu, C.Cabbarlı, İ.Əbilov, M.F.Axundov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililə rin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" MMCnin istifadəsinə ayrılmışdır. Odur ki, artıq xeyli vaxtdır ki, ərazidə söküntü-qazma işləri aparan üçüncü şəxs "xxxx" MMC-nin səlahiyyətli əməkdaşları tərəfindən daşınmaz əmlak sahibləri ilə (o cümlədən iddiaları üzrə cavabdehlə) söküntüyə gedən əmlakların əvəzləşdirilməsi istiqamətində sövdələşmələr aparılır və müqavilələr bağlanır. Bu səbəbdən cəmiyyətin yuxarıda göstərilən əqddən irəli gələn hüququnun pozulmasının qarşısını almaq üçün sözügedən əqd barədə üçüncü şəxs "xxxx" MMC-yə dəfələrlə məlumat verilmiş, lakin hər dəfə ca vabında bu məsələnin onlara heç bir aidiyyəti olmadığı, sakinlərlə faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmələr aparılacağı birmənalı olaraq bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, "xxxx" MMC-nin yuxarıda gösərilən əqddən irəli gələn hüququ həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən nəzərə alınmır. Belə davam edəcəyi təqdirdə isə cəmiyyət zərərə məruz qalacaq, nəticə etibarilə tərəflər arasında bağlanmış əqd öz əhəmiyyətini itirmiş olacadır. Ona görə də hesab edirlər ki, məsələ məhkəmə qaydasında həll edilməli, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, həmin ev boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməlidir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəm əsinin e-2(004)-3402/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın rədd olunması qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, mülki iş üzrə tərəflər arasında 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi” imzalanmış və həmin sazişə əsasən Nəcəfova X6 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 130000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMCyə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70000 ABŞ dolları ödəmiş, qalan 60000 ABŞ dolları 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı "xxxx" MMC cavabdeh Nəcəfova X6 ilə aralarında olan həmin razılaşmaya istinad edərək Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət h üququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tərəflər arasında hazırkı mübahisənin yaranmasına əsas aralarında bağlanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi” olmuşdur. Sazişdən görünən odur ki, cavabdeh mənzilini 130000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC isə müqavilənin dəyərinin yalnız 70000 ABŞ dollarını ödəmiş, qalan 60000 ABŞ dollarını isə 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürsə də, həmin məbləği X1 ödəməmişdir. Cavabdeh tərəf bildirmişdir ki, qalan 60000 ABŞ dolları cavabdehə verilməmişdir. Belə olduğu halda görünən odur ki, iddiaçı "xxxx" MMC-nin 17 avqust 2006cı il tarixli “Razılıq sazişi” üzrə icra edilməmiş öhdəliyi qalmışdır. X2 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 70000 ABŞ dollarına deyil, 130000 (yüz otuz min) ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X4 qarşı (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbi əsassız olduğundan rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 646.1 və 646.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6321/2024 nömrəli, 4 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik ed ən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3402/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş Nəcəfova X6 ilə "xxxx" MMC arasında imzalanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişin”ə əsasən Nəcəfova X6 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 130000 ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70000 ABŞ dolları ödəmiş, qalan 60000 ABŞ dollarını 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür.
15. İd diaçı “Razılıq sazişi”ni rəhbər tutaraq hazırkı tələblərlə məhkəməyə müraciət etmişdir. Sazişin şərtlərindən görünür ki, cavabdeh mənzilini 130000 ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC isə müqavilənin dəyərinin yalnız 70000 ABŞ dollarını ödəmiş, qalan 60000 ABŞ dollarını isə 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürsə də, həmin məbləğin X1 ödənilmədiyi müəyyən edilmişdir. Qalan məbləğin cavabdehə ödənilə bilməməsini məhkəmə iclasında iddiaçının nümayəndəsi 2008-ci ildə iddiaçı MMC-nin təsisçisinin həbs olunması ilə əlaqələndirmişdir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin faktiki əsasını təşkil edən sazişlə razılaşdırılmış öhdəliyini tam icra etməmişdir. Bu fakt cavabdehə qarşı yön əlmiş tələbin əsaslı olmadığına dəlalət edir. Çünki cavabdeh X2 mübahisəli evi 70000 ABŞ dolları müqabilində deyil, 130000 ABŞ dolları müqabilində "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Nə qədər ki iddiaçı üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir, cavabdehdən də qarşılıqlı öhdəliyini icra etməsini tələb etməkdə haqlı olmamışdır.
17. İddiaçının nümayəndəsi sazişlə şərtləşdirilmiş məbləğin qalan qismini ödəməməsini həbsdə olması ilə izah etsə də, məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, 2008-ci il tarixdə azadlıqdan məhrum edilmiş və 2006-cı il tarixdən həmin vaxtadək olan kifayət qədər müddət ərzində də Saziş üzrə qalan məbləği ödəməyərək müqavilə şərtini pozmuşdur.
18. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahi səli mənzil üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinin heç bir qanuni əsasının olmaması səbəbindən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etməmişdir.
19. Məhkəmə qənaətini Mülki Məcəllənin 385.1, 427.3, 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 646.1, və 646.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı MMC (vəkil X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətn aməsini ləğv edilərək işə yenidən baxılması üçün mülki işin apellyasiya məhkəməsinə göndərilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayətini iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
22. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
23. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya b u cür dövr ərzində istənilən an icra edilməlidir.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
27. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
29. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
30. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
32. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münas ibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən həmin məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mü xtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (103)-6321/20 24 nömrəli iş üzrə 4 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.