Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1836/2023 30.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras payın bölüşdürülməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin hüquqi əhəmiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərk ibdə, iddiaçılar İddiaçı və X6 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 (Maraqlı şəxs1, Maraqlı şəxs5, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs6 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(104)-2134/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 30 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən ev (bundan s onra – mübahisəli ev) mülkiyyət hüququ ilə X23 məxsus olmuşdur.
2. X2 Qulu Nağı oğlunun arvadı, Abdullayeva Ulduz, İddiaçı, Məlikova Maya, Verdiyeva Ofelya və Quliyev Aydın isə onların birgə nikahından olan uşaqlarıdır.
3. X28 xx.xx.1981-ci ildə ölmüşdür.
4. X24 və X10 1984-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar.
5. X4 2008-ci ildə ölmüşdür.
6. Aydın Quliyevin müraciəti əsasında miras əmlaka dair tək vərəsə kimi onun adına xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və miras kütləsinə daxil olan mübahisəli evə dair daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aparılaraq, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
7. Aydın Quliyevin ölümündən sonra arvadı Cavabdeh2 həmin il vərəsəlik hüququ haq qında şəhadətnamə ilə evi xüsusi mülkiyyət hüquqi əsasında öz adına keçirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mərhum X13 miras qalmış evə hər bir vərəsənin miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
9. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, iddiaçıların ataları Q.Quliyev xx.xx.1981-ci ildə vəfat edərkən iddiaçılar və mə rhum A.Quliyev ata evində yaşayaraq miras əmlakı qəbul edərək idarə etmişlər. Bundan sonra 1984-cü ildə Ulduz Abdullayeva evlənmişdir. Vərəsələrdən İddiaçı isə ailə həyatı qurmayaraq bugünkü günədək ata evində yaşamışdır. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri Maraqlı şəxs1, X7, Maraqlı şəxs3 və Maraqlı şəxs4dır. Vərəsələrdən Quliyeva (Verdiyeva) Ofelya Qulu qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun birinci növbə vərəsələri Maraqlı şəxs2, Maraqlı şəxs6dur. Digər vərəsə X24 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və onun birinci növbə vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1dır. Bu yaxınlarda iddiaçılar və cavabdehlər arasında ata evi ilə bağlı söz-söhbət yaranmış və cavabdehlər evin onların adına olmasına heç nə edə bilməyəcəklərini bildirmiş lər. Bundan sonra Gəncə şəhəri, Nizami rayonu, R.Qasımov küçəsi, 2-ci döngə, 32 saylı evin hansı vəziyyətdə olması ilə bağlı DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə sorğu vermiş, sorğu verdikdən sonra alınmış cavabdan sonra aydın olmuşdur ki, Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mülk X14 adına keçmiş və vərəsəyə bu əmlaka dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra müvafiq vərəsəlik işi notariat ofisindən sorğu edilərək alınmış və məlum olmuşdur ki, X14 adından arvadı Cavabdeh2 xx.xx.2018-ci il tarixdə Gəncə şəhər 1 saylı notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.1981-ci il tarixdə X17 vəfat etməsini və ondan Gəncə şəhəri, Nizam i rayon, R.Qasımov küçəsi, 2-ci döngə, 32 saylı evin miras əmlak kimi qalmasını və A.Quliyevdən başqa vərəsənin olmaması barədə bildirərək A.Quliyev miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, bundan sonra da məhz müraciət edilən tarixdə Gəncə şəhər 1 saylı notariat kontoru tərəfindən miras əmlakla bağlı xx.xx.2018-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, mərhum A.Q.Quliyevin adından ərizə verən Cavabdeh2 digər vərəsələrin olmasını notariat ofisindən gizlədərək miras qalmış əmlakı bütövlükdə öz adına keçirmişdir.
10. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, ataları Qulu Quliyev 1981-ci ildə vəfat etdikdən sonra, o, bacısı Ulduz və qardaşı Aydın ata evində yaşayaraq mirası faktiki qəbul et mişlər.Ulduz Abdullayeva 1984-cü ildə ailə həyatı qurduqdan sonra bu evdən köçmüş, yalnız o ailə həyatı qurmayaraq bu günə kimi ata evində yaşamışdır.
11. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, o, həmin evə gəlin köçdükdən sonra bu günə qədər mübahisəli mənzildə yaşamışdır. X24 ilə ailə quran zaman iddiaçılar və X1 da həmin mənzildə yaşamışlar. İddiaçılardan X11 onun nikahından bir neçə ay sonra ailə quraraq mənzildən köçmüş, İddiaçı ailə qurmamış və 2008-ci ilədək onlarla birlikdə mübahisəli mənzildə yaşamış, özünün ayrıca otağı olmuşdur. X1 xx.xx.2008-ci il tarixdə vəfat etmiş, bütün dəfn xərclərini onun həyat yoldaşı X24 çəkmişdir. Qaynanasının vəfat etməsindən sonra 2018-ci ildə Gəncə şəhəri 1 saylı Notariat Kontoruna əri X14 etibarnamə üzrə nümayəndəsi kimi müraciət edərək Gəncə şəhəri Nizami rayonu Ruzigar Qasımov küçəsi 2-ci döngə 32 nömrəli evə dair vərəsəlik şəhadətnaməsi alaraq X14 adına xx.xx.2018-ci il tarixdə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etmişlər. Notariat Kontorunda olan zaman o, İddiaçı zəng edərək Notariat Kontoruna gəlməsini və onun da ərizə verərək payının müəyyən olunmasını xəbər etsə də, İddiaçı işi olduğunu bildirərək Notarat Kontoruna gəlməmişdir. Həyat yoldaşı X24 19 fevral 2021-ci il tarixdə vəfat etmiş, vəfatından sonra Notariat Kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi almış və mübahisəli əmlaka dair onun adına xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. O, hazırda İddiaçı mübahisəli mənzilə köçməsinə etiraz etmir, lakin miras payın verilməsinə razı deyildir. Çünki onun 2 uşağı var, gələcəkdə ev satılarsa, o, Südabəyə də oradan pay verəcəkdir.
12. Məhkəmə iclasında üçüncü şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs3 bildirmişlər ki, anaları X26 hələ babaları vəfat etməmişdən, yəni 1981-ci ildən çox əvvəl ailə quraraq daimi yaşamaq üçün mübahisəli mənzildən köçmüşdür. İddiaçı onların xalasıdır. Xalaları İddiaçı ailə qurmamış və daimi olaraq Gəncə şəhəri, Nizami Rayonu, Ruzigar Qasımov küçəsi 2-ci döngə 32 saylı evdə yaşamışdır. O, iddianın təmin olunmasına etiraz etməmişdir.
13. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(044)-325/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsi (hakim:Kənan Hüseynov) ilə iddia qismən edilmiş, xx.xx.2018-ci il tarixli, 2V-1-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tar ixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, mərhum X13 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasa İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vərəsəlik hüququnun tanınması, mərhum X13 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə hər birinin 1/6 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras qoyan X28 xx.xx.1981-ci il tarixdə vəfat etdiyindən və mübahisəli vərəsəlik hüquq münasibətləri həmin vaxt yarandığından 1964-cü ildə qəbul edilmiş, 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müvafiq normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X17 qanun üzrə birinci növbə vərəsələri İddiaçı, Ulduz Abdullayev, Aydın Quliyev, Maya Məlikova və Ofeliya Verdiyeva olmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından müəyyən edildiyi kimi, həmin şəxslərdən Aydın Quliyev və İddiaçı atalarının sağlığında onunla birlikdə yaşamışlar, atalarının vəfatından sonra da miras qalmış daşınmaz əmlakın faktiki idarə edilməsini həyata keçirərək ona yiyələnmişlər. Digər vərəsələrdən Maya Məlikova və Ofelya Verdiyeva hələ atalarının sağlığında həmin evi tərk edib getmiş, atalarından hər hansı miras qəbul etməmiş, atalarının ölümündən sonra da evdə pay iddia etməmiş, nə notarial qaydada ərizə vermək yolu ilə, nə də miras əmlakı idarə edərək ona faktiki yiyələnməklə mirası qəbul etməmişlər.
16. Ulduz Abdullayeva atasının vəfatından sonra bir müddət həmin evdə yaşasa da o, 1984-cü ildə ailə quraraq evi tərk etmiş, sonradan həmin evə sahiblik etdiyini, həmin evi idarə etdiyini təsdiq edən heç bir hərəkət etməmişdir. Ulduz Abullayevanın mirasqoyanın ölümündən sonra miras qalmış evdə bir müddət yaşaması özlüyündə onun mirası qəbul etməsi anlamına gəlmir. Çünki, mülki qanunvericiliyin yuxarıda istinad edilən norması mirasın faktiki qəbul edilməsi dedikdə miras əmlakı idarə etməyə başlamağı və mirasa yiyələnməyi n əzərdə tutur. Göstərilən hərəkətlər isə miras əmlakla öz mülkiyyəti kimi rəftar etməkdən ibarətdir. Ulduz Abdullayevanın atasından miras qalmış evi idarə etməsi, eləcə də həmin evə yiyələnməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Onun ailə qurduqdan sonrakı davranışı, yəni evi tərk edərək həmin evlə əlaqəsini kəsməsi, evə hər hansı sahiblik iddia etməməsi onun miras qalmış əmlaka yiyələnmədiyini və həmin əmlakı heç vaxt idarə etmədiyini, evdə müəyyən müddət yaşamasının isə sadəcə həmin mənzildən istifadə hüquqlarını həyata keçirməsi ilə bağlı olduğunu göstərir.
17. Belə ki, mərhum X17 mirasını onun vərəsələrindən yalnız Aydın Quliyev və İddiaçı mirası idarə etməyə başlamaq və mirasa yiyələnmək yolu ilə qəbul etmişlər.
18. Lakin İddiaçı mirasın açıldığı vaxt miras mülkdə yaşamasına v ə miras əmlakı faktiki olaraq qəbul etməsinə baxmayaraq, Gəncə şəhər 1 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən ev bütövlükdə X17 adına keçmişdir. İddiaçı haqlı olaraq, atası Qulu Quliyevdən miras qalmış evə vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi tələbini irəli sürmüşdür.
19. Bundan başqa, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırda, X28 vəfat etdikdən sonra miras əmlaka faktiki sahiblik etmiş vərəsələrdən biri X29 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, miras əmlakdan ona çatası pay olan ½ hissəyə faktiki sahibliyi onun birinci növbəli vərəsələri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həyata keçirmişlər. Buna görə də onlara aid hissədə mübahisə X18 vəfat etdiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları ilə həll edilməlidir.
20. X14 vərəsələri onun arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh1dır. X14 ölümündən sonra onun vərəsələri bu günədək həmin evdə yaşamaqla sahiblik və istifadə edirlər. Bütün bunlar miras əmlakın X14 payına düşən ½ hissəsinin onun birinci növbəli vərəsələrinin üçü tərəfindən də mirasa faktik sahiblik etmək yolu ilə qəbul edildiyini və bunun aşkar nümayiş etdirildiyini təsdiq edir.
21. Həmçinin, Cavabdeh2 İddiaçı miras əmlaka köçüb yaşamasına razı olsa da, miras əmlakdan pay verilməsinə etiraz etmişdir. Belə ki, miras əmlak İddiaçı və Aydın Quliyev tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hər ikisi bərabər pay hüquqlu vərəsələr olduğundan onların hə r birinin miras əmlakda bərabər, yəni ½ hissədə payları vardır. X22 ½ hissədə miras payı onun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edildiyindən və həmin vərəsələrin hər üçü bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda 1/6 hissədə payları vardır.
22. Məhkəmə belə qənaətə gəlmişdir ki, X24 miras əmlaka dair xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edərkən, notarius İddiaçı həmin əmlaka vərəsəlik hüququ olduğunu nəzərə almayaraq sonuncunun payını müəyyən etmədən qanunvericiliyin tələblərini pozduğu üçün həmin şəhadətnamə etibarsız hesab edilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 1 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsinə, 528, 530, 532, 552, 556.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 337.1, 337.4, 337.5, 1146, 1159.1.1, 1243.2, 1246, 1274, 1291-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilərək, təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, İddiaçı bacısı Ulduz Abdullayevaya baxmaq üçün təxminən 2015-ci ildən mübahisəli evdən müvəqqəti gedərək bacısının yanında yaşamışdır. Sonra isə evin qardaşı Aydın Quliyev tərəfindən gizli olaraq öz adına rəsmiləşdirildiyindən xəbər tutmuşdur. Halbuki, mi ras açılan zaman İddiaçı da həmin evdə yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir.
26. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 15 sentyabr 2022-ci il tarixli, 2(104)-2134/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Loğman Süleymanov(sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Röyal Musayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, miras X17 xx.xx.1981-ci il tarixdə vəfat etməsi ilə açıldığından mübahisəli vərəsəlik münasibətləri də o vaxtdan yaranmışdır və işə baxan məhkəmə hazırkı mübahisəyə xx.xx.2000-ci iləd ək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin normalarını tətbiq etməkdə haqlı olmuşdur.
28. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X28 xx.xx.1981-ci ildə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras əmlaka X17 öldüyü məqamadək malik olduğu Kirovabad şəhəri, Kolxoz küçəsi, 3-cü döngə, 32 olan (hazırkı ünvanı ünvan 3iras qoyanın öldüyü məqamda sağ olmuş arvadı X4, övladları - X11, İddiaçı, X26, X15 və X24 (cəmi 6 vərəsə) onun qanun üzrə birinci növbə vərəsələridir. Araşdırma zamanı X17 vəsiyyətnamə qoyması halı müəyyən edilməmişdir.
29. Həmçinin, qeyd olunan vərəsələrdən heç biri miras qoyanın ölümündən sonra mübahisəli miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməklə r əsmi qaydada qəbul etməmiş və öz adlarına rəsmiləşdirməmişlər. Lakin bununla yanaşı, miras açılan məqamda onun vərəsələrindən X4, İddiaçı və X24 həmin evdə yaşayaraq, mirası faktiki qaydada qəbul edərək idarəçiliyi həyata keçirmişlər. X11 isə atası ölən məqamda həmin evdə yaşasa da, qısa müddət sonra ərə gedərək, evdən köçmüş və idarəçiliyi həyata keçirməmişdir.
30. Digər tərəfdən, İddiaçı X24 ilə birlikdə X17 vərəsəsi olmasına baxmayaraq, sonuncu atalarından miras qalmış ünvan 4 ünvanında yerləşən evə vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət edən zaman notariat kontoruna verdiyi ərizədə mirasqoyanın özündən başqa vərəsələrinin olmadığını bildirərək, özünü yeganə vərəsə kimi təqdim etmiş və miras əmlakdan tam pay almışdır.
31. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X17 ölümü ilə açılmış mirasa daxil olan əmlaka – ünvan 4 ünvanında yerləşən evə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mirasqoyanın vərəsəsi kimi İddiaçı vərəsəliyə çağırılmamış, miras bütövlükdə X14 adına keçmişdir ki, bu hal da xx.xx.2018-ci il tarixli 2V-1-83 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunun tələblərini pozulmaqla verilməsini göstərir və onun etibarsız hesab olunması üçün əsasdır.
32. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 İddiaçı anasının sağlığında, təxminən 2005-ci ildə İddiaçı evdən gedərək, özü ilə birgə əşyalarını da aparmasına dair dəlillərini də əsassız sayaraq qeyd etmişdir ki, hətta İddiaçı 2005-ci ildən mübahisəli evdən getmiş olsa belə, miras qoyan X17 xx.xx.1981-ci ildə vəfatı ilə əlaqədar miras açıldıqdan sonra həmin ev də yaşamış və əmlakı faktiki olaraq qəbul edərək, sahiblik və idarəçiliyi həyata keçirmişdir.
33. Eyni zamanda, məhkəmə miras əmlaka payların müəyyən edilməsi tələbi ilə bağlı bildirmişdir ki, miras əmlak İddiaçı və Aydın Quliyev tərəfindən faktiki qəbul edildiyindən və həmin vərəsələrin hər ikisi bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda bərabər, yəni ½ hissədə payları mövcuddur. Aydın Quliyevin xx.xx.2021-ci il tarixdə vəfatından sonra isə ona məxsus ½ hissədə miras payı onun vərəsələri olan - Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilmişdir və həmin vərəsələrin hər üçü bərabər pay hüquqlu vərəsələr olduğundan onların hər birinin miras əmlakda 1/6 hissədə payları vardır. Həmin tələblə bağlı mübahisəli hüquq münasibətləri X14 xx.xx.2021-ci il tarixdə vəfat etməsi ilə yarandığından həmin tələbə münasibətdə xx.xx.2000-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
34. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni 1 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527, 528, 552-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1159.1.1, 1243.2, 1246-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə üzrə məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi məcburi olaraq təmin edilməli idi. Belə olan halda, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinin məhkəməyə təqdim edilməsi üçün zərurət yoxdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış hüquq münasibəti üzrə 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin tələbləri tətbiq edilmişdir. Lakin iddiaçı özünün vərəsəlik hüququnun pozulmasını bildirdiyindən, hazırki münasibət üzrə həmin Mülki Məcəllənin 73-cü maddəsi tətbiq edilməli idi.
37. Kassator şikayətini Azərbaycan Respublikasının Konstituiyasının 60-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 77-ci, 01 sentyabr 2000-ci ilədək qüvvədə o lan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73, 146-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı vəkili Vəkil1 kassasiya şikayətinə qarşı yazılı etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunludur və ona apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
40. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bər abər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.
43. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gü ndən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
44. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
45. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi
46. Maddə
527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.
47. Maddə
528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır.
48. Maddə
552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
56. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya bax ışının hədləri
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya insta nsiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlaka dair X19 verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və miras əmlaka İddiaçı vərəsəlik hüququnun tanınması hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu tələblər üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
61. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyanın birinci növbə vərəsəsi olan İddiaçı miras qoyanın öldüyü vaxtdan halhazıradək mübahisəli evdə yaşayır. Belə olan halda, mirasın açıldığı vaxt (xx.xx.1981-ci il) qüvvə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinin tələbləri baxımdan mirası faktiki qəbul etmiş sayılır.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında da qeyd edilib ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftar ı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun).
63. Buna baxmayaraq, notariat kontoru digər birinci növbə vərəsə X14 müraciəti əsasında miras qoynaın digər vərəsələrinin olub-olmaması ist iqamətində qanunla müəyyən edilmiş qaydada araşdırma aparmadan, yalnız müraciət edənin verdiyi yanlış məlumatlar əsasında miras əmlaka dair onun adına tam payla vərəsəlik hüququ haqqında şəhadətnamə verimişdir.
64. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin miras əmlaka dair X19 verilmiş xx.xx.2018-ci il tarixli, 2V-1-83 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və miras əmlaka İddiaçı vərəsəlik hüququnun tanınması barədə gəldiyi nəticə qanuni və əsaslıdır.
65. Bununla belə, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, məhkəmə miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində madd i və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
66. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X31 xx.xx.2021-ci il tarixdə ölmüş, birinci növbə vərəsələri olan arvadı Cavabdeh2, uşaqları Cavabdeh3 və Cavabdeh1 (iş üzrə cavabdehlər) ondan qalan miras əmlakı (mübahisəli evdəki payını) faktiki sahibliyi davam etdirməklə qəbul etmişlər.
67. X14 ölümündən sonra arvadı Cavabdeh2 müraciəti əsasında mübahisəli ev xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmış və buna dair daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Hazırda mübahisəli mənzilə dair həmin qeydiyyat və buna dair verilmiş çıxarış qüvvəsindədir.
68. Hazırkı iddia ərizəsində də həmin çıxarışın ləğvi ilə bağlı hər hansı tələb qoy ulmamış və MPM-in 218.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işə baxan məhkəmələr bu məsələni həll etmək səlahiyyətində olmamışlar.
69. Bu baxımdan, nə qədər ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydiyyat ləğv edilməmişdir və reyestrdə əmlak üzərindəki mülkiyyət haqqında tək haqq sahib kimi həmin şəxs görünür, mülki qanunvericiliyin əşya hüququ ilə bağlı normalarının tələblərinə əsasən həmin şəxsin əşyanın mülkiyyətçisi olduğu qəbul edilir.
70. Mülki Məcəllənin 140-ci maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qey də dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
71. Bu halda, rəsmi vəziyyətə əsasən başqasının mülkiyyətində olan (görünən) əşya üzərində vərəsələrin paylarının müəyyən edilməsi həqiqi hüquqi vəziyyətlə rəsmi vəziyyət arasında uyğunsuzluğun yaranmasına, nəticə də isə üçüncü şəxslərin hüquqlarının pozulmasına səbəb ola bilər.
72. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
73. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
74. Beləliklə, Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməs i miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “15” “sentyabr” “2022”-ci il tarixli 2(104)-2134/2022 saylı qətnaməsi “mərhum X13 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.104 ha torpaq sahəsi və fərdi yaşayış evindən ibarət mirasda İddiaçı 3/6 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə hər birinin 1/6 hissədə payların müəyyən edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilm