Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1837/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim),Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) xx.xx.2019-cu il tarixli, 2(004)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “daxili lizinq müqaviləsinin ödəniş qrafikinə dair hissədə etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, V.Həsənov, Ş.Məmmədova) xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “daxili lizinq müqaviləsinin ödəniş qrafikinə dair hissədə eti barsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “xxxx” MMC arasında ünvan1 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 45.91 kv.m olan mənzilə dair bağlanmış xx.xx.2008-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin ödəniş cədvəlinin etibarsız hesab edilməsi və ödəniş cədvəlinin Azərbaycan manatı ilə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kasasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh təşkilat lizinq obyekti olan daşınmaz əmlakı iddiaçının istifadəsinə verərkən lizinq ödənişlərini ABŞ dolları ilə müəyyən etmişdir. Halbuki MMC alqı-satqı müqaviləsini manatla bağlamış, iddia çıya pulu ABŞ dolları ilə deyil, Azərbaycan manatı ilə vermiş və müqavilənin predmeti pul vəsaiti deyil, mənzil olmuşdur. Belə olan halda lizinq ödənişlərinin ABŞ dolları ilə müəyyən edilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Mülki Məcəlləsinə zidd olmuşdur. Həmin hal da MMC-nin kreditor hüquqlarından sui-istifadə etməsini və əsassız varlanmaq istəməsini təsdiq edir. Nəticədə ölkə üzrə baş vermiş məlum devalvasiyalar nəticəsində iddiaçı və ailə üzvləri çətin vəziyyətə düşmüş, məhrumiyyətlərə düçar olmuş, əsassız maliyyə sanksiyalarına məruz qalmışlar. MMC isə nəzərdə tutulandan artıq qazanc əldə etmiş və süni olaraq əsassız şəkildə varlanmışdır. Apelyasiya məhkəməsi əsassız olaraq lizinq müqaviləsinə kredit müqaviləsi kimi qiymət vermiş, Kredit müqaviləsi ilə lizinq müqavilə si eyni tipli müqavilələr deyildir. MMC iddiaçı ilə bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlini ABŞ dolları ilə tərtib etməklə, ümumiyyətlə müqaviləni iddiaçı üçün əlverişsiz şərtlərlə bağlamaqla özünün kreditor hüquqlarından, iddiaçının isə iqtisadi vəziyyətinin aşağı olmasından sui-istifadə etməklə iddiaçını aldatmış və nəticədə onun mənafeyini, iqtisadi maraqlarını kobud şəkildə pozmuşdur. Beləliklə, apelyasiya məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddihüquqi əsasını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-*****/2019 nömrəli qətnamə sinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(004)-*****/2016 saylı qətnaməsinə əsasən, İddiaçı X3 üçüncü şəxs qismində cəlb etdiyi cavabdeh “xxxx” MMCyə qarşı “daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi və ödənilmiş 119000 ABŞ dolları məbləğində pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(103)-*****/2016 saylı qətnaməsinə əsasən, İddiaçı və üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli,2(004) *****/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin qətnamə ilə müqavilədə ödəniş vasitəsi kimi ABŞ dollarının nəzərdə tutulmasına hüquqi qiymət verərək iddia tələbini həmin hissədə əsassız hesab edərək qeyd etmişdir ki, müqavilədə qanun pozuntusuna yol verilməmiş, müqavilənin valyutası manatla ifadə edilmişdir. Belə ki, 08/**** saylı daxili maliyyə lizinqi müqaviləsinin 8.1-ci bəndinə əsasən “Tərəflər razılaşdılar ki, müqavilənin valyutası şərti maliyyə vahididir (bundan sonra ş.m.v). Şərti maliyyə vahidini Azərbaycan Respublikasının manatı ilə ifadə olunan, Lizinq alanın hesablaşma hesabından öd ənişin silindiyi tarixə Milli Bankının müəyyən etdiyi məzənnə üzrə 1 (bir) ABŞ dolları təşkil edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxx 2015-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüq uquna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasas iya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri iddia ərizəsi və apelyasiya şikayəti ilə eynilik təşkil etmiş, apelyasiya kollegiyası qüvvədə olan qeyd edilmiş məhkəmə qətnamələrinə istinadən düzgün hüquqi mövqedə olmuşdur. Kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki,kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)*****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1837/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1837/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver