Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1838/2025 23.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətnə və Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-1838/2025 (Açar sözlər: daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2 qarşı (Bakı şəhəri 9 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-897/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı (Vəkil3) tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1042/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X4 və İddiaçı qarşı kredit və ipoteka müqavilələrinin ləğv edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, yüklü əmlaka olan hüquqların itirilməsi və əmlakın boşaldılması tələbinin təmin edilməsi, cavabdeh X3 Cavabdeh1 ASC-nin xeyrinə kredit borcu 300.000 ABŞ dolları, faiz borcu 20.818,09 ABŞ dolları, cəmi 320.818,09 ABŞ dolları və 20 manat dövlət rüsumunun tutulması, borcun əvəzinə yönəldilən ipoteka ilə yüklü edilmiş cavabdeh İddiaçı mülkiyyətindəki ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda icarəsində olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasına dair hüququnun itirilməsi və 1 ay ərzində boşaldılması, borcun əvəzinin ipoteka p redmetinə yönəldilməsi və həmin binanın açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsinə yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi qət edilmişdir.
2. Tələbkar "xxxx" ASC ilə borclu İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli barışıq sazişindən görünür ki, həmin sazişin 3-cü maddəsinə əsasən, borclu bu barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunduqdan sonra 8 ay müddətinə Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 manat köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 340.000 ABŞ dollarına almağı öhdəsinə götürür. 4cü maddəsinə əsasən, əgər göstərilən müddətdə borclu həmin qeyri-yaşayış sahə sini almadığı halda tələbkarın müstəqil surətdə həmin qeyri-yaşayış binasını satılmasına, ipoteka ilə yüklü edilməsinə və ümumiyyətlə üzərində sərəncam verməyə borclu etiraz etmir. 3. 07.02.2014-cü il tarixli beh alan Cavabdeh1 ASC ilə beh verən X5 arasında bağlanmış beh müqaviləsindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixədək Sumqayıt şəhəri, 9-cu mikrorayonda olan 0,0288 ha torpaq sahəsində yerləşən 7/23-1 nömrəli 8 girişli, 522,8 kv.metr ümumi, 510,1 kv.metr əsas, 12,78 kv.metr köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış (iaşə) binasını 267.100 manata alğı-satqı bağlamaq barədə öhdəlik götürürlər. Beh verən beh alana 20.000 manat beh verməyi, qalan 247.100 manatı isə xx.xx.2014-cü il tarixədək satıcıya verməyi öhdəsinə götürür.Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1683/2014 nömr əli, xx.xx.2014-cü il tarixli qərardadına əsasən, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 7/23 saylı qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ASC-nə, Sumqayıt şəhər İcra şöbəsinə və qeyrilərinə müəyyən hərəkətlərin aparılması qadağan edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-876/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadı ilə Cavabdeh1 ASC-nin şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1683/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3369/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-dən ödənilmiş behin iki misli, 40.000 manatın tutularaq X2 verilməsi qət edilmişdir.
6. Sa tıcı "xxxx" ASC ilə alıcı Cavabdeh2 arasında bağlanmış AN-İ №1142285 nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasını 210.400 manata alıcıya satmışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən Cavabdeh1 ASC göstərilməklə) qarşı reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.
8. Bakı Apelly asiya Məhkəməsinin 2(103)-544/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2147/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına "xxxx" ASC-nin hüquqlarının qeydə alınmasına dair seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə iddia tələbinin təmin edilm əməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər LPO "xxxx" ASC-yə və Cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud Bank, ad, soyadı) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasına dair cavabdeh Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx. xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bankın cavabdehlər İddiaçı və qeyrilərinə qarşı borcun girov qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə aralarında çox saylı məhkəmə mübahisələri olmuşdur. Bank qeyri-qanuni yolla, yəni əmlak üzərində həbs ola-ola Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasından ibarət olan ipoteka predmetinə dair çıxarış almışdır. Bundan sonra aralarında məhkəmədə barışıq sazişi bağlanmış və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Lakin buna baxmayaraq Bank barışıq sazişinin şərtlərinə qərəzli şəkildə əməl e tməmiş, tərəfindən təklif olunmuş real alıcıdan 20.000 manat beh aldığı halda barışıq sazişinin şərtlərini pozmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cu il tarixli qərardadının Bank ilə tərəfindən məcburi qaydada icra edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sonuncu dəfə Bank ərizə ilə müraciət edərək ipoteka predmeti üzərində olan iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etmiş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və ipoteka predmeti üzərində olan həbsin götürülməsi qərara alınmışdır. Bank həmin əmlak üzərində həbs ola-ola həmin əmlaka dair çıxarış almışdır. İddiaçının Banka qarşı çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə mübahisəsi Bakı Apellyasiya Məhkəməsində davam edir. Bundan sonra ona məlum olmuşdur ki. Bank Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində real dəyərindən və aralarında olan məhkəmə mübahisələri zamanı əmlakın qiymətləndirilməsinə dair rəylərdən aşağı qiymətlə, yəni 210.400 manata Cavabdeh2 satmışdır.
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadı ilə mübahisəli qeyri-yaşayış sahəsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddiaçının tələbinə dair mülki iş üzrə icraata tərəflər arası nda barışıq sazişi təsdiqləndiyindən xitam verilmişdir. Bundan əlavə, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdeh Bank tərəfindən 2014-cü il tarixli beh müqaviləsinin şərtlərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. Barışıq sazişinin qüvvədə olmasına baxmayaraq, mübahisəli əmlak ekspert rəyləri ilə müəyyən olunan qiymətdən olduqca aşağı qiymətə satılmışdır. Cavabdeh2 nümayəndələrinə də dəfələrlə bununla bağlı məlumat verilmişdir. Sözügedən barışıq sazişinin ləğv edilməsi ilə bağlı əvvəlki məhkəmə mübahisələri olsa da, həmin barışıq sazişi ləğv edilməmişdir və hazırda qüvvədədir. İddiaçı barışıq sazişində göstərilən məbləği ödəyə bilmədiyinə görə, tanışı olan Şahin adlı şəxsi alıcı qismində irəli sürmüşdür. Borclunun göstərdiyi şəxs beh müqaviləsi ilə mü əyyən edilən məbləğin ilkin hissəsini ödəmiş, qalan hissəsini isə xx.xx.2014-cü il tarixədək ödəyə bilməməsinin səbəbi isə Bankın təqsiri ilə bağlı olmuş və bu təqsir qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə də müəyyən edilmişdir. Beh müqaviləsinin şərtlərinə əməl edilməməsinin səbəbi Bankın öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmuşdur. Bankın adına mübahisəli qeyri-yaşayış sahəsinə dair çıxarış olmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
12. Cavabdeh Bankın nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, hazırkı iddia tələbinə münasibətdə iddiaçının subyektiv hüququ yoxdur. Mübahisəli alğı-satqı müqaviləsi Bank ilə üçüncü şəxs arasında bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəf olmadığından, belə bir t ələb irəli sürmək üçün hüququ mövcud deyil.
13. Cavabdeh2 nümayəndəsi Nümayəndə və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, sözügedən barışıq sazişi 1 il müddətinə bağlanılmış və müddətin bitdiyi gün iddiaçının digər məhkəmə icraatı çərçivəsində müvəqqəti təminat tələbi əsasında mübahisəli qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Məhz bu səbəbdən Bank mübahisəli əmlakı Şahin İbrahimova sata bilməmişdir. Barışıq sazişində də əmlakın məhz iddiaçı tərəfindən deyil, iddiaçının təqdim etdiyi şəxs tərəfindən mübahisəli əmlakın alına bilməsi şərti nəzərdə tutulmuşdur. Həmin şəxs isə Şahin İbrahimov olmuş və sonradan vəfat etmişdir. Buna görə barışıq sazişinin hər bir halda icrası mümkün deyildi. Digər tərəfdən, iddiaçı həqiqət ən barışıq sazişinin yerinə yetirilmədiyini iddia edirsə, bankdan bununla bağlı kompensasiya da tələb edə bilərdi. Barışıq sazişində də əmlakın 1 il ərzində əldə edilmədiyi təqdirdə başqa şəxsə satıla bilməsinin mümkünlüyü göstərilmişdir. İddiaçının isə barışıq sazişi bağlanıldığı müddətdən keçən 6 il vaxt ərzində hər hansı tələbi olmamışdır. Həmçinin, iddiaçının banka 320.000 ABŞ dolları məbləğində borcu olduğu halda, bankın da əmlakı 210.000 manat məbləği qarşılığında satmasında maraqlı olması ağlabatan deyil. Bundan əlavə, mübahisəli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi də düzgün formada aparılmamış və həmin əmlaka aid olmayan hissələr də fotoşəkilləri çəkilməklə qiymətləndirilmişdir. Hazırda barışıq sazişinin qüvvədə olmasına görə Cavabdeh2 məsuliyyət daşımır. Göstərilənlərə əsas ən, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş hesabatdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli, 8 girişli, 2 mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasının, onun yerləşdiyi torpaq sahəsinin real bazar dəyəri 939.600 manat, likvid dəyəri 798.660 manat, binanın içərisində olan inventar və avadanlıqları ilə birlikdə real bazar dəyəri 42.000 manat, likvid dəyəri 35.700 manatdır.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyriyaşayış bi nasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000 manat (1.392x522,8) məbləğində müəyyən olunur.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-748/2024 nömrəli, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, qeyd olunan daşınmaz əmlak artıq 2012-ci ildən cavabdehə məxsus olmuş, sonradan tərəflər barışıq sazişi imzalayaraq həmin əmlakın iddiaçıya (Borcluya) satılması barədə razılığa gəlmişlər. Barışıq sazişində müəyyən olunan müddət ərzində iddiaçı qeyri-yaşayış sahəsini əldə etməmişdir. Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alğı-satqı müqaviləsinə əsasən Məhərrəm Bəxşəliyevə satmışdır. İddiaçı cavabdehin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğunu bildirir, lakin həmin öhdəliklərin cavabdeh bank tərəfindən pozulmasına istinad edərək, öhdəliklərin pozulması nəticəsində ona dəymiş ziyanı tələb etmir. Hazırda digər cavabdehin mülkiyyətində olan əmlakın əldə edilməsi ilə bağlı müqaviləni mübahisələndirir. Bu zaman iddiaçı belə bir iddia irəli sürərkən mübahisəli əmlaka münasibətdə hansı hüquqlardan çıxış etdiyini bildirmir. İddia dəlillərinin əsasını məhz cavabdeh bankın mübahisəli əmlakı ona satmaq barədə öhdəlik götürməsi, lakin öhdəliyi icra etm əməsi ilə izah edir. Ancaq belə bir öhdəliyin olması iddiaçının mübahisəli əmlaka hər hansı əşya hüququnun mövcudluğu demək deyildir. Həmçinin barışıq sazişində iddiaçı əmlakı göstərilən vaxtda əldə etməzsə, əmlakın ASC tərəfindən digər şəxsə özgəninkiləşdiriləcəyi konkret olaraq müəyyən edilmişdir.
18. Məhkəmə daha sonra qeyd etmişdir ki, mövcud müqavilənin etibarsızlığı əsasları məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş və cavabdehin hər hansı qanunun tələbini pozması nəticəsində iddiaçının hüququnu pozan hal öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, həmin iddia tələbi və həmin tələbdən irəli gələn qeyri-yaşayış sahəsinə dair Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1,324.2, 324.4, 337.1, 337.2-ci maddələrinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki tərəf İddiaçıla bank arasında məhkəmə mübahisələrinin olduğunu bildiyi halda (Nümayəndə məhkəmə iclasında bunu etiraf edir) Bank ilə Cavabdeh2 arasında əsl niyyəti fərqli olan xx.xx.2023cü il tarixli 4Ə/326 saylı alğı-satqı müqaviləsi bağlamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda iddiasını birbaşa olaraq mübahisəli qeyri-yaşayış sahəsinin qaytarılması yönündə irəli sürməsə də, lakin mövcud iddiadan müəyyən edilir ki, hazırkı iddianın məqsədi iddiaçının əvvəllər mülkiyyətində olan əmlak üzərində gələcəkdə mülkiyyət hüquqlarının bərpasına xidmət edir. Bu məhkəmənin özünün formalaşdırdığı nəticə dir. İddiaçı əqdin etibarsızlığı ilə bunu arzu etmir. İddiaçının əqdin etibarsızlığı ilə arzuladığı nəticə ondan ibarətdir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir. İddiaçı bunu mübahisələndirir. Çünki iddiaçının banka borcu var, iddiaçının əmlakı isə bankın balansındadır. Tərəflər arasında uzun illər məhkəmə qərarları ilə təsdiq edilən hal ondan ibarətdir ki, bank iddiaçının öz əmlakını qaytarması üçün şərait yaratmır. İddiaçının qaytarmalı olduğu məbləğ 340.000 ABŞ dollarıdır. Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri yaşayış binasının hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 728.000 manat (1.392x522,8) məbləğində müəyyən olunur. İddiaçı mübahisəli əmlakın mülkiyyətçisi olmuşdur. Əmlakla bağlı iddiaçı uzun illər mübarizə aparmışdır, bu halda onun ləğv olunmuş bankdan maddi zərər tələb etməsi ilk növbədə məhkəmə hakimiyyətinə olan inamı sarsıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsi Bank ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli barışıq sazişini ona təsdiqləmişdir ki, bank bilirdi ki, keçirilən hərrac qanunsuz olmuşdur və nəticələri etibarsız sayılacaq. Ona görə də İddiaçı bu “jest”i etmişdir. Məhkəmə qərarlarına diqqətlə baxılsa, müəyyən olunacaq ki, bank bu sazişi qəsdən pozmağa cəhd etmişdir. Çünki həmin dövrdə olan devalvasiyalar bankı borcun iki qatının almağa şirnikləndirirdi. Daha sonra isə barışıq sazişinin icrası baş tutmadığı üçün İddiaçı müvafiq addımlar atmağa başlam ışdır. Məhkəmə iclaslarında Cavabdeh2 nümayəndəsi də etiraf etmişdir ki, banka əlavə “hörmət etməklə” Bank Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) 7/23-1 nömrəli iki mərtəbəli, ümumi sahəsi 522,8 kv.metr olan qeyri-yaşayış binasını xx.xx.2023cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Ofisində real dəyərindən və aralarında olan məhkəmə mübahisələri zamanı əmlakın qiymətləndirilməsinə dair rəylərdə göstəriləndən qat-qat aşağı qiymətlə, yəni 210.400 manata Cavabdeh2 satmışdır. Məhkəmə iclasında dəfələrlə nümayəndəyə sual verilmişdir ki, nə üçün 210.400 manata 522,8 kv.metr olan qeyri-yaşayış binasını almışdır? Bu suala hər iki cavabdeh cavab verməmişdir. X7 bank pul verməli idi, bank bu pulu verə bilməmişdir, onun əvəzində bazar dəyərindən 3 dəfə aşağı qiymətə bank Fikrətə əmlakı satmışdır. Ü mumiyyətlə, hansısa əqdin əhəmiyyətsiz olması qanunda birbaşa göstərilməli deyil. Məsələn, Mülki Məcəllənin 420-ci maddəsi müqavilənin standart şərtlərinin etibarsızlığına həsr olunub. Orada söhbət mahiyyət etibarilə məhz əhəmiyyətsiz əqdlərdən gedir. Həmin müqavilə niyə əhəmiyyətsizdir? Harada yazılıb bu? Ona görə əhəmiyyətsizdir ki, qanunvericiliyin imperativ normalarına ziddir. Əks halda, imperativ normalar nəyə lazımdır ki? Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Bu müqavilədə ü çüncü şəxs İddiaçıdur. Əgər əmlak qat-qat ucuz qiymətə satılmasa, elə əmlakı həmin məbləğə İddiaçı da alardı. Bu əqddə olan məntiqsizliyi hamı görür. Lakin nədənsə göz, qulaq və ağızlar bağlanıb. Sahibin 340.000 ABŞ dollar borcu var, bank ləğv edilir, Sahibin əmlakı bankın balansındadır. Bank həmin əmlakı hərracda özü əldə edib. Bu hərrac etibarsız sayılmasın deyə Sahibə yalvarıb barışıq sazişi bağlanılıb. 10 il Sahib mübarizə aparır, lakin bank əmlakı 210.000 manata defakto Fikrətə satır. Hətta məhkəmə iclasında bankın nümayəndəsi məhkəməyə açıq çağırış edir ki, bu bankın belə mübahisələri çoxdur xahiş edirəm xüsusi qərardad çıxarıb göndərin araşdırılsın. Sahib bu pərdələnmiş əqdin etibarsız hesab edilərək, əvvəlki vəziyyətin bərpasını arzu edir. Çünki əmlakın dəyərindən qat-qat ucuz qiym ətə satılması, banka sərf edir. Bank bu halda Sahibdən daha çox borc pul tələb edə bilir. Beləliklə bank həm əmlakı ucuz satıb korrupsiya nəticəsində nağd pul əldə edir (bunu Fikrət məhkəmə iclasında etiraf edir), həm də Sahibdən daha çox pul tələb edə bilir. Hesab edirik ki, Sahibin üstünlük hüququ vardır, bu hüquq elə onun məhkəmədə əqdi mübahisələndirməsi üçün də subyektiv hüquq verir. Üstünlük hüququ, üstünlük hüququ və ya ilk satın alma seçimi hər hansı digər şəxsə və ya quruma təklif edilməzdən əvvəl yeni yaranan müəyyən əmlakı əldə etmək üçün müqavilə hüququdur. Latın dilindəki emo, emere, emi, emptum, almaq və ya almaq, üstəgəl ayrılmaz ön sözdən, əvvəldən gəlir. Mövcud əmlakı hər hansı digər şəxsdən üstün tutaraq əldə etmək hüququ adətən ilk imtina hüququ adlanır. İlk imtina hüq uqu (ROFR və ya RFR) sahibinə üçüncü şəxslə həmin əməliyyatı bağlamaq hüququna malik olmamışdan əvvəl müəyyən edilmiş şərtlərə uyğun olaraq bir şeyin sahibi ilə iş əməliyyatı etmək imkanı verən müqavilə hüququdur. Birinci imtina hüququ ən azı üç tərəfə malik olmalıdır: sahibi, üçüncü tərəf və ya alıcı və opsion sahibi. Ümumiyyətlə, sahibi alıcıya təklif etməzdən əvvəl opsion sahibinə eyni təklifi verməlidir. İlk imtina hüququ konseptual olaraq çağırış opsionuna bənzəyir. Məhkəmə bu mübahisəyə baxarkən çəkişmə prinsipini pozmuşdur. Bundan əlavə məhkəmə mübahisəyə baxarkən sübutların bölüşdürülməsini də düzgün etməmişdir. İddiaçının iddia etdiyi hər dəlil də bu halları iddiaçının sübut etmədiyi üçün əsassız olduğu qənaətinə gəlsə də, cavabdehə qeyd olunanların əksini sübut etməsi ilə bağlı s übutları təqdim etməsi təklif etməmiş, hətta cavabdehin izahatında iddiaçının halını pisləşdirən faktları əsaslı hesab etmişdir. Beləliklə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə, qətnaməsini özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Cavabdeh bank hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir. Cavabdehin hərəkətsizliyi ilə bağlı qeyd edilməsi zəruridir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymə tləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisə üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini–məhkəmə iclaslarında sübutların təmin edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə almalı idi.
22. Apellyasiya baxışında iştirak edən cavabdeh Bankın nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, əmlak bankın mülkiyyətinə keçmiş, əmlakın üzərinə qoyulmuş həbs 2022-ci ildə götürülmüşdür. Bu müddətə qədər əmlak bankda olmuşdur. Tərəflər əmlakın həbsdən azad olunması üçün şikayət vermişlər. İddiaçının artıq müqaviləni mübahisələndirmək hüququ yoxdur. İddiaçının nümayəndə-vəkili beh müqaviləsinin baş tutmamasında iddiaçının buna aidiyy ətinin olmadığını bildirdi. Amma nəzərə çatdırılmalıdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əmlakın üzərinə həbs qoyulması iddiaçının müraciəti əsasında olmuşdur. Müqavilə etibarsız olsa yenə əmlak bankın mülkiyyətinə qayıdacaqdır. Əmlakı 210.000 manata almışlar, 2023-cü ildə digər Cavabdeh2 eyni qiymətə satmışlar.
23. Apellyasiya baxışında iştirak edən digər Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, əmlakı alıb və 110.000 manata yaxın xərc qoyub. Daha əvvəl razılıq əldə olunması üçün qarşı tərəfə təklif etsə də, alınmadı, qarşı tərəf məhkəməyə müraciət etdi. İndi cavabdeh razılaşmır, çünki bu işlərə görə stres yaşayıb.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-897/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı müqavilə münasibətlərinin subyekti deyildir, müqavilənin predmeti iddiaçıya hər hansı əşya hüququ ilə məxsus olmayan əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədardır. Bundan başqa müqaviləyə əsasən yaranmış öhdəlik münasibətinin məzmununun da iddiaçıya bağlılığı müəyyən edilməyib, çünki subyektiv hüquq və hüquqi vəzifələr müqavilənin tərəflərinə aiddir.
26. Məhkəmə kollegiyası iddiaç ının müvafiq subyektiv hüquqa malik olubolmadığının araşdırılması üçün müqavilənin barışıq sazişinin şərtlərini pozaraq bağlanması barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər barışıq sazişi imzalayaraq həmin əmlakın iddiaçıya (Borcluya) satılması barədə razılığa gəlmişlər. Barışıq sazişində müəyyən olunan müddət ərzində iddiaçı qeyri-yaşayış sahəsini əldə etməmişdir. Sonradan cavabdeh xx.xx.2023-cü il tarixli 4Ə/326 saylı alğı-satqı müqaviləsinə əsasən Məhərrəm Bəxşəliyevə satmışdır. İddiaçı cavabdehin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğunu bildirir, lakin həmin öhdəliklərin cavabdeh bank tərəfindən pozulmasına istinad edərək, öhdəliklərin pozulması nəticəsində ona dəymiş ziyanı tələb etmir. Hazırda digər cavabdehin mülkiyyətində olan əmlakın əldə edilməsi i lə bağlı müqaviləni mübahisələndirir. Bu zaman iddiaçı belə bir iddia irəli sürərkən mübahisəli əmlaka münasibətdə hansı hüquqlardan çıxış etdiyini bildirmir. İddia dəlillərinin əsasını məhz cavabdeh bankın mübahisəli əmlakı ona satmaq barədə öhdəlik götürməsi, lakin öhdəliyi icra etməməsi ilə izah edir. Lakin belə bir öhdəliyin olması iddiaçının mübahisəli əmlaka hər hansı əşya hüququnun mövcudluğu demək deyildir. Həmçinin barışıq sazişində iddiaçı əmlakı göstərilən vaxtda əldə etməzsə, əmlakın ASC tərəfindən digər şəxsə özgəninkiləşdiriləcəyi konkret olaraq müəyyən edilmişdir. Bank da tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilmiş həmin şərtə uyğun olaraq əmlakı başqa şəxsə özgəninkiləşdirmişdir. Bu səbəbdən mübahisələndirilən müqavilənin bağlanması iddiaçının barışıq sazişində ir əli gələn hüququnu və ya qanuni mənafeyini pozmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324, 337-ci maddəsinə, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinad edərək əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
28. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
29. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)1042/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi üzrə Bank qarşısında icra olunmamış öhdəliyi olduğunu, qeyri-yaşayış sahəsinin real dəyərinin qat-qat artıq olduğunu bildiyi halda, etibarsız hesab olunan alğı-satqı müqaviləsini bağlamışdır. Belə olan halda isə istinad olunan maddi hüquq normasına əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə də, alğı-satqı müqaviləsi hüquqdan sui-istifadə etməklə bağlandığına görə etibarısz hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya da ha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
36. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
37. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
38. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əq d bağlandığı andan etibarsızdır. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il və T.Qasımovanın şikayəti üzrə xx.xx.2020-ci il tarixli Qərarları. 39. “Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.” Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları. 40. “Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa h alların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsind ə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı kassasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007‐ci il tarixli qərarın ın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008‐ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
58. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni hazırkı qərarın 26-27ci paraqraflarında əsaslandırmaqla kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, İddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlmişdir.
59. Kassasiya instansiyası məhk əməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bunda n ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və proses sual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
63. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-897/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.