Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1839/2020 16.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), İbayev Vəfaddin Ələm oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim A.Novruzova) xx.xx.2019-cu il tarixli, 2(005)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə q arşı “kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciə t edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **** saylı kredit müqaviləsinin və bu müqavilənin təminatı kimi onunla bağlı olan X2 ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **** saylı sonrakı ipoteka və xx.xx.2015-ci il tarixli, **** saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı müqavilə bağlayarkən əslində iddiaçı manatla kredit almaq niyyətində idi, elə manatla kredit götürmək üçün müraciət etmişdir. Lakin bankın səlahiyyətli nümayəndələri iddiaçının aldatmış, ona yalan məlumat vermişdir ki, h esablarında kredit vermək üçün manat yoxdur, valyuta növü kimi manatla kredit ayrılmayıb, buna görə də manatla kredit vermək mümkün deyil. Eyni zamanda bankın əməkdaşları iddiaçını inandırmışlar ki, ABŞ dolları ilə kredit götürmək daha əlverişlidir. Bundan başqa, faiz məsələsində də bank iddiaçının aldatmış, müqavilədə 19% kredit götürməsi qeyd olunmuşdur. Halbuki, onlar 15 faizə razılaşmışlar. İddiaçı bu halı müqavilə bağlanandan 40-45 gün sonra bilmiş, etirazını bildirmiş, 2015-ci ilin aprel ayında bank tərəfindən faiz dərəcəsi 2% aşağı salınmış və 17% kimi saxlanılmışdır. Bank tərəfindən müqavilə kiçik ölçüdə olan hərflərlə yazılıb iddiaçıya təqdim olunmuşdur. Ona görə də iddiaçı müqaviləni oxuya bilməmiş, müqaviləni oxumadan ona imza etdirilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili və Cavabdeh ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin, habelə qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində borcalan İddiaçı, ipoteka qoyan və zamin X2 ilə Cavabdeh ASC arasında bağlanmış həmin tarixli ipoteka və zaminlik müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, o cümlədən iddiaçıya hər hansı formada təzyiq göstərilməsi və ya onun aldadılması halları müəyyən edilməmişdir. Belə ki, iddiaçı iradə ifadəsini bildirməklə kredi t müqaviləsini imzalamış və müqavilə ilə müəyyən edilmiş kredit məbləğini bankdan qəbul etmişdir. İddiaçının bu müqavilənin bağlanmasına məcbur edilməsi halı müəyyən edilməmişdir. Apellyasiya kollegiyası həmçinin onu da qeyd etmişdir ki, xx.xx.2015-ci il tarixli müqavilələrin iddiaçı tərəfindən imzalanması, artıq özündə onun tərəfindən həmin müqavilələrin şərtləri ilə tanış olmasını və bəyənməsini ehtiva edir. Hər bir halda, müqavilənin imzalanması iddiaçının iradəsindən asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır. İşin hallarından görünür ki, müqavilə bağlanan zaman predmeti dəyəri iddiaçının arzuladığı məbləğə uyğun olmuşdur, şəraitin daha sonra dəyişərək müqavilənin predmetinin dəyərinin artmas ı və ya azalması əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması qənaətinə gəlməyə əsas ola bilməz. Xüsusilə qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasına lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, müqavilə azadlığı prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişdir. Beləliklə də apelyasiya kollegiyası bu qənaətə gəlmişdir ki, hər hansı aldatma və ya vacib əhəmiyyətli yan ılmadan bəhs etmək mümkün deyildir. İddiaçının hazırki iddia tələbinin hüquqi əsası olmadığından, iddiaçı iddia tələbini əsaslandırıla və bununla bağlı məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin məcəllənin 339.3cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası şikayətin dəlilləri əsasında işin halları üzrə araşdırma apararkən düzgün hüquqi mövqeyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, kassasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, aldatma yolu ilə müqavilə bağlaması müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri formal dəlil kimi müəyyən edilir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1839/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1839/2020
16.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver