Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-184/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)****/2019 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx.xx.2019-cu il tarixli 2(011)-****/2019 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabde h3 mülki işin aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə göndərilməsi barədə ərizəsinin rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx.xx.2019-cu il tarixli 2(011)-****/2019 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-****/2019 nömrəli qərardadından vermiş olduqları şikayətin təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-****/2019 nömrəli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Kazımov, T.Səmədov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və 18 saylı notariat kontoruna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cuiltarixli 2(103)-****/2019 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qə bul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya kollegiyası şikayətə vəkil orderinin əlavə edilmədiyini əsas gətirərək kassasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Onun vəkillə müqavilə bağlamağa maddi imkanı yoxdur. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qərardadının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, 18 saylı notariat kontorunun və AR ƏMDK yanında DƏDRX-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası şikayətin geri qaytarılması barədə qərardadını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cuiltarixli 2(103)-****/2019 nömrəli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilmədiyindən, yəni kassasiya şikayəti vəkil tər əfindən tərtib edilərək imzalanmadığından geri qaytarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmalı olması qanunvericilikdə imperativ norma kimi müəyyən edilmişdir. Vəkillə müqavilə bağlamağa imkanın olmaması kassasiya şikayətinin vəkil tərəfindən imzalanmalı olmamasına əsas vermir. Vəkillə müqavilə bağlamağa imkanın olmamasını nəzərə alan qanunvericilik tərəflərə dövlət hesabına vəkillə təmin oluna bilmə imkanını müəyyən etmişdir. Hazırki halda kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkə məsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Həmin Məcəllənin 407.4-cü maddəsinə əsasən, şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.3-ci maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-****/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-184/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-184/2020
16.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver