Məhkəmə qərarları › İş №2(102)-1842/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1842/2022

14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1842/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1842/22 Açar sözlər: mirasın qəbulu faktının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(103)-6950/2021 saylı qətnaməsindən üçüncü şəxs X kassasiya şikayəti üzrə işə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hal ları İşin hallarına görə, İddiaçı məhkəmədə Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, 26 dekabr 2006-cı il tarixdə ölmüş mərhum atası X1, 23 may 2019-cu il tarixdə ölmüş mərhum anası X5 miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 42 saylı evin 30 saylı mənzilin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Üçüncü şəxs X məhkəmədə X, X3 və X2 qarşı iddia qaldıraraq, 06 yanvar 2018-ci il tarixli “Ev vəsiyyətnaməsi”nin etibarsız hesab edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunması, Bakı şəhəri, B.Nuriyev küçəsi, 42 saylı evin 30 saylı mənzilinin onun tərəfindən qəbul olunması və miras əmlakdan tam şəkildə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahi ş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, məruzəçi B.N.Qasımov) İddiaçı və üçüncü şəxs X iddia tələbləri qismən təmin edilərək, 06 yanvar 2018-ci il tarixli ev vəsiyyətnaməsinin etibarsız hesab edilməsi, 07 dekabr 2006-cı ildə ölmüş mərhum X1 miras qalmış Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42-saylı evin, 30 saylı mənzilinin 1/7 hissəsinə İddiaçı hüquqi varisi X6 miras payının müəyyən edilməsi, 07 dekabr 2006-cı ildə ölmüş mərhum X1 miras qalmış həmin mənzilin 1/7 hissəsinə X miras payının müəyyən edilməsi və qalan hissədə iddia tələblərinin rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, 04 fevral 1 961-ci ildə Dövlət Soltanəliyev rəsmi nikah əsasında ƏX ilə ailə qurub və onların birgə nikahından Xı 7 övladları doğulub. 02 oktyabr 2003-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 saylı evin 30 saylı mənzili mülkiyyət hüququ üzrə X adına qeydə alınıb və 07 dekabr 2006-cı ildə o, ölüb. Həmçinin, 09 sentyabr 2017-ci ildə X4 Soltanəliyev, 23 may 2019-cu ildə arvadı X 17 avqust 2019-cu ildə isə digər oğlu İddiaçı ölüb. Hazırda, İddiaçı hüquqi varisi (arvadı) Nurəngiz Bağırova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən mənzilin mərhum əri İddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin mənzildən payının müəyyən edilməsini, üçüncü şəxs X isə iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, 06 yanvar 2018-ci il tarixli “Ev vəsiyyətnaməsi”nin etib arsız sayılmasını, cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələrini və sözügedən mənzilin onun tərəfindən qəbul olunmasını və miras əmlakdan tam şəkildə payının müəyyən edilməsini iddia edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “Ev vəsiyyətnaməsi” həqiqətən mərhumə X tərəfindən imzalansa da, lakin həmin vəsiyyətnamə şahidlərin iştirakları olmadan tərtib edilib. Həmçinin, həmin vəsiyyətnamənin bir surəti depozitə qoyulması üçün notariusa təqdim edilməyib. İşdə bunun əksini təsdiq edən başqa sübutlar yoxdur və vəsiyyətnamənin tərtib edilmə şərtləri vəsiyyətnamə qoyan tərəfindən pozulub. Bu baxımdan üçüncü şəxs X iddiası “Ev vəsiyyətnaməsi”nin etibarsız hesab edilməsinə aid hissədə əsaslı olduğundan təmin edilməlidir. Daha sonra, mərhumə Əsmər Soltanəliyevanın son iradəsini həy ata keçirməsinə Cavabdeh1, Cavabdeh2a, Ələkbər Soltanləiyevin hüquq varisi Nurəngiz Bağırova tərəfindən qəsdən maneçilik törətmələri, başqa sözlə onların ləyaqətsiz vərəsə sayılmalarına əsas verən hallar müəyyən edilmir və üçüncü şəxs Zinyət Quliyeva bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Ona görə də üçüncü şəxs Zinyət Quliyevanın iddiası cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələrinə aid hissədə əsassız olduğundan rədd edilməlidir. 07 dekabr 2006-cı il tarixdə Dövlət Soltanəliyevin ölməsi ilə ondan miras qalmış mənzilə vərəsəlik açılıb və mülki qanunverciliyə görə onun arvadı Əsmər Soltanəliyeva və övladları onun birinci növbəli vərəsələri sayılırlar. Əsmər Soltanəliyeva isə 23 may 2019-cu ildə öldüyündən onun mənzilə olan pay hüququ vərəsələri olan övladlarına, yən i Cavabdeh X keçib və belə olan halda miras mənzil 7 vərəsə arasında bölünməlidir. Hazırda mübahisəli mənzillə bağlı iddianı yalnız İddiaçı hüquq varisi Nurəngiz Bağırova və Zinyət Quliyeva irəli sürdüklərindən, onların hər birinin mənzil üzərində payı 1/7 hissədə müəyyən edilməlidir. Hazırda mübahisəli mənzildə faktiki olaraq X və XX yaşasalar da, digər vərəsələr həmin mənzilə gəlib-gediblər və onlar faktiki olaraq paylarını qəbul ediblər. Notariusun qərarı ilə Cavabdeh1 və Cavabdeh2anın adlarına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilərkən, onların mirasa vərəsəlik açılanadək və ondan sonra miras mənzildə yaşamamaları, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddəti buraxmaları, mirası faktiki qəbul etmələrinə dair notariat ofisinə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim etməmələri və ailə qurduqdan sonra onların miras mənzildən digər yaşayış sahəsinə köçüb getmələri göstərilsə də, onlar həmin mənzilə olan pay hüququndan imtina etməyiblər və hazırki vaxtadək mübahisəli mənzilə gədib-gəlblər. Bu baxımdan onların mənzildə yaşamamaları miras paylarından imtina kimi qiymətləndirilməməlidir. Həmçinin, İddiaçı miras mənzildən payının müəyyən edilməsi və onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsi barədə notariat ofisinə müraciət etsə də bundan imtina edilib və buna səbəb kimi mərhum Dövlət Soltanəliyevin vərəsəliyi qəbul etmiş digər vərəsəsi X özünə çatan paya münasibət bildirməməsi və mənzildən payın bölgüsü zamanı ona çatacaq hissəsinin açıq saxlanılacağından vərəsə İddiaçı bölgü ilə razılaşmama sı və miras mənzilə tam mülkiyyət hüququ əldə etmək istəməsi olub. Mülki prosessual qanunvericiliyə görə məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Ona görə də İddiaçı və üçüncü şəxs X iddia tələbləri qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.2, 1159.1.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Üçüncü şəxs X apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddiasının təmin olunmayan hissəsində ləğv edilib, iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qətnaməsi i lə (hakimlər Q.A.Əsgərov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddiaçı Ələkbər Quliyev və üçüncü şəxs X iddia tələblərini qismən təmin etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1133.1, 1137, 1145, 1146, 1157-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs Zinyət Quliyeva kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası ke çirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) bərabər pay hüququlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ed ilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Üçüncü şəxs X kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarıda tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, İddiaçı iddia tələblərinə və Xiddia tələblərinin təmin olunan hissələrində istisna olmaqla, qalan hissələrdə apellyasiya instanasiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, X iddia tələblərini “06 yanvar 2018-ci il tarixli “Ev vəsiyyətnaməsinin” etibarsız hesab edilməsi, cavabdehlərin lə yaqətsiz vərəsə sayılmaları” hissələrində rədd etməklə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və Mülki Məcəllənin 1137, 1203.2-ci maddələrinin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qeyd olunan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, apellyasiya instansiyası məhkəməsi, İddiaçı iddia tələblərinə, habelə X iddia tələblərinin təmin olunan hissələrində gəldiyi nəticəni tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, 04 fevral 1961-ci ildə Dövlət Soltanəliyev rəsmi nikah əsasında Əsmər Abdulrəhimova ilə ailə qurub və onların birgə nikahındanX, Xt adlı 7 övladları doğulub. 02 oktyabr 2003-cü il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 42 sa ylı evin 30 saylı mənzili mülkiyyət hüququ üzrə xadına qeydə alınıb və 07 dekabr 2006-cı ildə o, ölüb. 09 sentyabr 2017-ci ildə X4 Soltanəliyev, 23 may 2019-cu ildə isə arvadı Əsmət Soltanəliyeva ölüb. Polis orqanının 16 iyun 2019-cu il tarixli arayışına görə, İddiaçı, X sözügedən mənzildə qeydiyyatdadırlar. Həmçinin, 23 saylı notariat ofisinin 30 iyul 2019-cu il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtina barədə” Qərarı ilə müəyyən olunur ki, mirası qoyan Dövlət Soltanəliyevin övladlarından Cavabdeh1 və Cavabdeh2a miras mənzilə vərəsəlik açılanadək və ondan sonra həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar. Habelə, Cavabdeh1 və Cavabdeh2a miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir sübut və ya hüquqmüəyyənedici sənədlər təqdim etməyiblər və bu səbəbdən də onların adlarına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Eyni zamanda, 23 saylı notariat ofisinin 30 iyul 2019-cu il tarixli “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” Qərarı ilə müəyyən olunur ki, mərhum Dövlət Soltanəliyevin vərəsəliyi qəbul etmiş digər vərəsəsi Zinyət Quliyeva özünə çatan paya münasibət bildirmədiyi və mənzildən payın ayrılması zamanı ona çatacaq hissə açıq saxlanılacağından vərəsə İddiaçı bölgü ilə razılaşmayıb və mənzilə tam mülkiyyət hüququ əldə etmək istəməsi əsas tutularaq onun adına “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Daha sonra, notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hü ququ haqqında” 24 avqust 2012-ci il tarixli Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006cı ildə vəfat etmiş X, İddiaçı, X və X hesab edilir və onlardan hər biri "xxxx" ASC-də mərhum X miras qalmış əmanətdən və ona hesablanmış faizlərdən bərabər hissədə pay alıblar. Bundan başqa, işdən görünür ki, 10 aprel 2010-cu ildə İddiaçı rəsmi nikah əsasında Nurəngiz Bağırova ilə ailə qurub və 17 avqust 2019-cu ildə o, ölüb. Bakı şəhəri, 142 saylı MKİS-nin 24 avqust 2019-cu il tarixli arayışına görə, X miras mənzildə qeydiyyatdadır və orada yaşayır. Mərhum İddiaçı də ölən günədək sözügedən mənzildə qeydiyyatda olub və arvadı Xilə birlikdə həmin mənzildə yaşayıb və onun dəfn xərclərini də arvadı X çəkib. Bakı şəhəri, 142 saylı MKİS-nin 19 noyabr 2019-cu il tarixli digər arayışı ilə isə müəyyən o lunur ki, X miras mənzildə qeydiyyatdadır və orada yaşayır. X9 məxsus olan sözügedən mənzildə o, ölən günədək arvadı X, qızları Xvə Gülnarə Soltanəliyeva ilə birlikdə qeydiyyatda olmaqla yaşayıblar. Lakin, Cavabdeh2a, Cavabdeh1, X və İddiaçı miras mənzildə yaşamayıblar. İddiaçı miras mənzildə qeydiyyatda olsa da, ölən günədək həmin mənzildə yaşamayıb. Əvvəla, mülki qanunvericiliyə görə, mirasa vərəsəlik açıldığı gündən vərəsəlik hüquq münasibətləri yaranır. Bu münasibətlərin hüquqi məzmunu həm qanun, həm də vəsiyyət üzrə vərəsəliyə çağırılmış şəxslərin mirasın qəbulu və ya qəbulundan imtina etməsi hüququ və bu hüquqa qarşı duran hamının və hər kəsin vərəsələrin hüququnu poza biləcək hərəkətlərdən çəkinmək vəzifəsindən ibarətdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu və qəbulundan imtina və rəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu id arə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil-istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ni mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayarkən, gəldiyi nəticəni sadalanan maddələrin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb. Belə ki, apellyasiya instansiyası məhkəməsi mərhum X bütün vərəsələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədən, onların hazırki mübahisəli məsələyə münasibətlərini öyrənmədən, vərəsələrdən kimlərin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermələrini və ya miras mənzilə sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamaqla və bununla da mirası qəbul etmələrini şəksiz nümayiş etdirməklə, onlardan hansının mirası qəbul etmələrini lazımi şəkildə araşdırmadan, bu barədə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamadan, Cavabdeh2a, Cavabdeh1, İlqar Soltanəl iyev və İddiaçı miras mənzili qəbul etmələrinə dair işə əlavə edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, habelə Bakı şəhəri, 142 saylı MKİS tərəfindən verilmiş arayışlardakı ziddiyyətlərə aydınlıq gətirmədən, mərhum Dövlət Soltanəliyevin yuxarıda adı çəkilən bütün vərəsələrinin miras mənzili qəbul etmələri nəticəsinə gəlmişdir. Halbuki, 23 saylı notariat ofisinin “Notariat hərəkətlərinin aparılmasından imtinaya dair” 30 iyul 2019-cu il tarixli Qərarı ilə müəyyən olunar ki, mirası qoyan Dövlət Soltanəliyevin övladlarından Cavabdeh1 və Cavabdeh2a miras mənzilə vərəsəlik açılanadək və ondan sonra ümumiyyətlə həmin mənzildə yaşamayıblar və onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxıblar. Eyni zamanda, Cavabdeh1 və Cavabdeh2a miras mənzili faktiki qəbul etmələrinə və ona sahiblik etməyə başlamalarına dair notariat ofisinə heç bir yazılı sübut və ya hüquqmüəyyənedici sənədlər təqdim etməyiblər. Həmçinin, notariat ofisi tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” 24 avqust 2012-ci il tarixli digər Şəhadətnamə ilə müəyyən olunur ki, 07 dekabr 2006-cı il tarixdə vəfat etmiş Dövlət Soltanəliyevin vərəsələrindən yalnız Xr X mirası qəbul ediblər və onlardan hər biri "xxxx" ASC-də mərhum Dövlət Soltanəliyevdən miras qalmış əmanətdən və ona hesablanmış faizlərdən bərabər hissədə pay almalıdırlar. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şə xslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Məcəllənin 1318-ci maddəsinə əsasən, miras əmlak bütün vərəsələr arasında, qanun üzrə vərəsələr arasında bərabər, vəsiyyət üzrə vərəsələr arasında vəsiyyətnamədə müəyyən edilmiş paylarla, paylar müəyyən edilmədikdə bərabər bölüşdürülür. Buna görə də miras əmlakın bölüşdürülməsi üçün bütün vərəsələr vərəsəliyə çağırılmalıdırlar. Lakin, bəzən açılmış miras üzrə vərəsəl ərdən biri və ya bir neçəsi miras açılan yerdə olmaya bilər, bəzilərinin isə olduğu yer ümumiyyətlə məlum olmaya bilər. Həmin Məcəllənin 1300-cü maddəsində göstərilmişdir ki, vərəsələr arasında olduqları yer məlum olmayan vərəsə olarsa, qalan vərəsələr onların olduqları yerin müəyyən edilməsi və vərəsəliyə çağırılmaları üçün tədbirlər görməlidirlər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün də tədbirlər görür. Göründüyü kimi qanunverici mi rasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün müvafiq tədbirlərin görülməsi vəzifəsini yalnız məhkəmənin deyil, notariusun da üzərinə qoyub. Belə olan halda işə yenidən apellyasiya qaydasında baxılarkən bütün vərəsələr işə cəlb edilməklə, yuxarıda sadalanan hallara aydınlıq gətirilməli və onların vərəsəliyə çağırıldıqlarını bilib-bilməmələri araşdırılmaqla, onlardan hansının mirasın bir hissəsinə sahiblik etməyə faktik başlamaqla mirası tamamilə qəbul etmələri yoxlanılmalı və nəticəsindən asılı olaraq bütün vərəsələrin miras mənzildəki payları müəyyən edilməlidir. Mülki Məcəllənin 1246-cı maddəsində isə göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qə buluna yol verilmir. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi X kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alıb, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismənİddiaçı iddia tələblərinə və X təmin olunan iddia tələblərinə aid hissələrdə ləğv edilməli, mülki iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi nə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməli və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Üçüncü şəxs X kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 2(103)-6950/2021 saylı qətnaməsi qismən- İddiaçı iddia tələblərinə və üçüncü şəxsXiddia tələblərinin təmin olunan hissələrində ləğv edilsin, mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar