Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1843/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin, əqdin və onun nəticələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(103)868/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 117009 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzil iddiaçı X2 xüsusi mülkiyyəti kimi xx.xx.2002-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. 2.İddiaçı X2 adından X5 X25 notariusu James Martin adından təsdiq edilməklə verildiyi göstərilmiş və apostil edilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə görə o, Cavabdeh2 Azərbaycan Respublikasında onun adına olan istənilən daşınar və daşınmaz əmlakı onun adından idarə etməyi və onun üzərində sərəncam verməyi və istənilən əməliyyatları həyata keçirməyi 3 il müddətinə (qüvvədə olma tarixi xx.xx.2024cü il) etibar etmişdir. 3.Maraqlı şəxs 26 avqust 2022-ci il tarixdə bağlanmış 4Ə-606 saylı reyestrlə təsdiq olunmuş, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə görə yuxarıda qeyd edilən etibarnaməyə əsasən mülkiyyətçi iddiaçı X2 adından çıxış edən Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 47,6 kv.m. olan 32 saylı mənzili Cavabdeh1 95.000 (doxsan beş min) manata satmışdır. Müqavilə bağlanarkən mübahisəli mənzildə qeydiyyatda olan Cavabdeh3 notariat qaydada ərizə verərək mənzilin satılmasına razı olduğunu bildirmiş və müqavilədə qeyd olunan müddətdə mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. 4.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasə n ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 5.“Cinayət işi başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərara əsasən İddiaçıla qızının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3, 32 saylı mənzilin 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 27 saylı notariat ofisində vəzifə səlahiyyətlərindən sui-istifadə olunmaqla qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə edilərək dələduzluqla ələ keçirilməsi faktına görə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. 6.Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 “Cinayət işinin icraata qəbul edilməsi haqqında” xx.xx.2002-ci il tarixli qərarı ilə ********* nömrə si verilmiş həmin cinayət işinin adı çəkilən şəxsin (müstəntiqin) icraatına qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 7.Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi X3 “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2002-ci il tarixli qərarı ilə Cavabdeh3 Azərbaycan Respublikası CM-in 178.3.3, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 8.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1457/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs Cavabdeh3 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin məhkəmə qərarının icra edildiyi andan he sablanması qərara alınmışdır. 9.Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı 2020-2022-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
10. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində sonuncu dəfə xx.xx.2017-ci il tarixdə ölkədən çıxmış və xx.xx.2017-ci il tarixdə ölkəyə giriş etmişdir.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.1965-ci il təvəllüdlü X8, xx.xx.1982-ci il təvəllüdlü X18 və xx.x x.2017-ci il təvəllüdlü X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-2901/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmışlar. xx.xx.1963-cü il təvəllüdlü İddiaçı və xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh3 2003-cü il tarixdən halhazıradək qeyd olunan ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X16 Dövlət Notariusu tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin, onun əsasında ona məxsus Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 3-də yerləşən 32 saylı mənzilin alğı-satqısına dair Cavabdeh1 ilə xx.xx.2022-ci ildə 27 saylı No tariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli müqavilənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçının sonradan təqdim etdiyi digər ərizə (vəsatət) əsasında isə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsində yerləşən 3 saylı evin 32 nömrəli ümumi sahəsi 47.6 kv.m., yaşayış sahəsi 30.94 kv.m. olan iki otaqlı mənzil onun mülkiyyətində olmuşdur. Bu barədə Azərbaycan Respublikası Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı 117009 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir. Hazırda mənzil onun sahiblik və istifadəsində o lsa da, bir neçə gün əvvəl ona məlum olmuşdur ki, X4 etibarnamə düzəltdirərək ona məxsus həmin mənzili xx.xx.2022-ci ildə 27 saylı Notariat Ofisində bağlanılmış AN-İ seriyalı, ******* saylı müqavilə ilə Cavabdeh1 satmışdır. Cavabdeh1 və Cavabdeh2 qabaqcadan əlbir olaraq saxta yollarla onun mənzilini mənimsəməyə cəhd etmişlər. Müqavilənin bağlandığı tarixdən də göründüyü kimi alğı-satqı müqaviləsi 60 gün əvvəl bağlanmışdır. Lakin Cavabdeh1 nə mənzilə baxmış, nə müqaviləni bağladığı tarixdən indiyədək mənzildə yaşamış və mənzili faktiki qəbul etmiş, nə də onun kim olması, mənzildə niyə yaşaması ilə maraqlanmamış və onun mənzildən çıxmasını tələb etməmişdir. Onun 59 yaşı var və heç bir zaman ABŞ-da olmamış, nə də orada və ya hansısa ölkədə Cavabdeh2 etibarnamə verməmişdir. Eyni zamanda həmin saxta etibarnamədə etibarnamənin xx.xx.2021-cü ildə verildiyi və 3 il müddətinə etibarlı olması qeyd edilmişdir ki, hələ 2024-cü il deyil. Həmçinin həmin etibarnamədəki imza və xətt də ona məxsus deyil.
15. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı yanlış istiqamətə yönəldilərək, heç bir qanuni əsas olmadan məhkəməyə ərizə ilə müraciət etmiş, Cavabdeh3 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin qərardadı ilə Cavabdeh3 cavabdeh qismində işə cəlb edilmişdir. Cavabdeh3 dair olan hissə qanunsuz və əsassızdır, təmin edilə bilməz. Cavabdeh3 Bakı şəhərində iddiaçının (ögey qızının) mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdadır. Lakin ölkə xaricində yaşayır və onun keçirilmiş məhkəmə iclaslarından xəbə ri olmamış və iş üzrə olan tərəflər öz qanunsuz əməllərini ört-basdır etmək üçün, ərizə və izahatlarında Cavabdeh3 günahlandırmağa çalışmışlar. İş materiallarından görünür ki, iddiaçı ilk iddia ərizəsində mənzilin alıcısı Cavabdeh1 cavabdeh qismində, Bakı şəhəri, 27 saylı Notariat Kontorunu, (yəni alğı-satqının aparıldığı kontoru) maraqlı şəxs qismində göstərmiş, sonradan isə iddia ərizəsinə dəqiqləşmə verməklə mənzilin alıcısı Cavabdeh1 və etibarnamə üzrə mənzilin satıcısı Cavabdeh2 cavabdeh qismində göstərmiş, Maraqlı şəxs isə yenə də maraqlı şəxs qismində göstərmişdir. Lakin, iddiaçı nəhayət öz iradəsi üzrə deyil, kimlərinsə təsiri ilə mənzilin alğı-satqısında heç bir rolu olmayan və iştirak etməyən Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı məhkəməyə ərizə vermiş və i şdə heç bir faktiki sübutlar olmadığı halda cavabdeh kimi işə cəlb edilmişdir. Nəzərə almaq lazımdır ki, bütün bu proseslər Cavabdeh3 məhkəmədə iştirakı olmadan, tərəflərin öz əməllərini ört-basdır etmək məqsədi daşımış və baş vermiş qanunsuzluqları Cavabdeh3 üzərinə yıxmaq niyyəti ilə edilmişdir. İddiaçı Cavabdeh3 ögey qızıdır. Cavabdeh3 iddiaçının yaşadığı mənzildə qeydiyyatdadır və hazırda Bakı şəhərində yaşamır, hərdən Bakıya gəlib-gedir. Sonuncu dəfə Bakı şəhərinə gələndə iddiaçı mülkiyyətində olduğu sözügedən mənzilini satıb, Dağıstana, qohumlarının yanına köçmək istədiyini Cavabdeh3 bildirmiş, o isə, iddiaçıya bu işdə kömək edə biləcəyini demişdir. Nəhayət, Cavabdeh3 mənzilə alıcı tapmış və iddiaçı ilə birlikdə mənzilin satışını reallaşdırmaq üçün Bakı şəhəri, 23 saylı Notariat Kont oruna müraciət etmişlər. Lakin mənzildə digər şəxslərin qeydiyyatda olması səbəbindən, həmin gün alğı-satqı baş tutmamışdır. Mənzilin mülkiyyətçisi olan iddiaçı mənzili satıb köçmək üçün bütün hazırlıqları görmüş, özünə məxsus əşyaları, uzun müddət əvvəl tanıdığı, yaxın münasibətdə olduğu, yaşadığı evə gəlib-gedən və iş üzrə hazırda cavabdeh olan Cavabdeh2 və bacısı Cəvahir adlı qadının köməkliyi ilə qablaşdırmış, sonra isə xüsusi yük daşıma avtomobili ilə Naibənin yaşadığı Kubinka adlanan ərazidəki mənzilinə aparmışlar. Bu əşyaların sonrakı taleyindən Cavabdeh3 məlumatı olmamış, bir müddət sonra həmin əşyaların Naibə tərəfindən satıldığını eşitmişdir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh3 mənzilin alqı-satqısında, müqavilənin bağlamasında, mənzilin pulunun alınıb-verilməsində heç bir iştir akı və rolu olmamışdır. İddiaçının qeyd etdiyi xüsusatlar arasında kifayət qədər ziddiyyətlər vardır: Əgər, iddiaçı mülkiyyətində olan mənzilin satılmasına razılığı və ya xəbəri olmamışdırsa, nədən o, mənzilin alqı-satqısı üçün 23 saylı Notariat Kontoruna müraciət etmiş, Cavabdeh3la və mənzilin alıcısı Cavabdeh1la həmin Notariat Kontorunda olmuş, lakin digər şəxslərin-mərhum qardaşının və onun həyat yoldaşının həmin mənzildə qeydiyyatda olması səbəbindən alqı-satqı baş tutmamışdır. Əgər iddiaçı mənzilin satışı ilə bağlı məlumatı olmamışdırsa o, nədən özünə məxsus ev əşyalarını Naibə və Cəvahir bacılarının iştirakı və rəhbərliyi ilə qablaşdıraraq müvəqqəti saxlanması üçün Cavabdeh2 yaşadığı mənzilə yola salmışdır? İddiaçı iddia ərizəsində mənzilin alıcısı Cavabdeh1 görmədiyini bildirmiş, mə hkəməyə verdiyi izahatında isə mənzilə baxanlarla maraqlanmadığını, həmin vaxt namaz qıldığını bildirmişdir. Cavabdeh3 yalnız mənzilin mülkiyyətçisi olan iddiaçının istəyinə uyğun olaraq mənzilin satılmasına köməklik göstərmiş, mənzilə alıcı tapmışdır. Cavabdeh3 bunun üçün özü, iddiaçı və mənzilin alıcısı Cavabdeh1 mənzilin satılmasını reallaşdırmaq üçün Bakı şəhəri 23 saylı Notariat Ofisində olmuşlar. Lakin mənzildə iddiaçının mərhum qardaşı və onun həyat yoldaşı qeydiyyatda olduğundan mənzilin alğı-satqısı mümkün olmamışdır. Bundan sonra problemin həlli üçün iddiaçının razılığı ilə, onunla şəxsi münasibəti olan, Gülnarənin evinə tez-tez gedib-gələn Cavabdeh2 müraciət edilmiş, o isə bu məsələni tez bir zamanda həll edəcəyini, narahat olmamalarını, mənzilin satılmasına köməklik edəcəyini, mənzil satıldıqdan sonra iddiaçını Dağıstana, qohumlarının yanına yola salacağını bildirmiş və Cavabdeh3 inandırmışdır. Beləliklə, Cavabdeh2 bu işlə məşğul olmağa başlamış, mənzilin alıcısı Cavabdeh1 iştirakı ilə sözügedən mənzilin alqısatqısını reallaşdırmışlar. Təbii ki, Cavabdeh3 bu prosesdə iştirak etməmiş, lakin mənzildə istifadə hüququ olduğu üçün mənzilin satılmasına, Notariat Kontorunda rəsmi razılıq vermiş və bütün alğı-satqı prosesi Cavabdeh2 ilə Cavabdeh1 arasında aparılmışdır. Mənzilin satılmasından sonra, Cavabdeh3, mənzilə istifadə hüququ olduğundan iddiaçı ilə əvvəlcədən razılaşdığı kimi, mənzilin satışından əldə olunan məbləğdən 20 min manat pulu Cavabdeh2 almış və Naibə Gülnarənin pulunu tam ödəyəcəyinə, onu yaxın vaxtlarda Dağıstana, qohumlarının yanına yola salacağına arxayın etmiş və Cavabdeh3 Cavabdeh2 sözlərinə inanaraq ölkəni tərk edərək Türkiyə Respublikasına getmişdir. Cavabdeh3 nə etibarnamədən, nə də işin sonrakı hallarından xəbəri olmamışdır. Bundan başqa sözügedən mənzilin alğı-satqı müqaviləsinin təsdiq etmiş notarius qanunun tələbinə görə təqdim edilmiş sənədlərin doğruluğunu yoxlamalı olduğu halda bunu etməmiş və nəticə etibarı ilə qanunsuzluğa yol vermişdir. Cavabdeh3 iş üzrə heç bir qanun pozuntusuna yol verməmiş, iş üzrə olan tərəflər özlərinin qanun pozuntularını ört-basdır etmək üçün, həqiqətə uyğun olmayan izahatlar vermiş, törətdikləri əməllərdən və qanun pozuntularından yayınmağa çalışmışlar. Beləliklə, o, iddiaçının iddia tələbinin Cavabdeh3 qarşı olan hissəsinin rədd edilməsini xahiş etmişdir.
16. İş üzrə əldə edilmiş Məhkəmə Eksp ertizası Mərkəzinin 5 iyul 2023-cü il tarixli, 4/963 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 8-ci vərəqəsində iddiaçının adından olan X7 X17 Notariusu tərəfindən təsdiq olunduğu qeyd olunmuş xx.xx.2021-ci il tarixli etibarnamənin kserosurətində “imza” qrafasında əks olunmuş imza, imzanın qarşısında əks olunmuş “Məhəmmədova Gülnara” yazıları– iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-375/2023 nömrəli, 2 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilmiş, X5 X21 Notariusu tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə və həmin etibarnamə əsasında iddiaçıya məxsus ünvan 2 ünvanı nda yerləşən mənzilə dair Cavabdeh1 ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat Ofisində bağlanılmış, AN-İ seriyalı, ******* saylı, 4Ə-606 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi qət edilmiş, habelə Cavabdeh1 mübahisəli mənzilə görə ödədiyi pulun geri qaytarılması üçün ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, X5 Tennessi Ştatında verildiyi göstərilən xx.xx.2021-ci il tarixli saxta etibarnamə əhəmiyyətsiz olmaq la heç bir hüquqi nəticə doğura bilməzdi və həmin saxta etibarnamənin əhəmiyyətsizliyi onun əsasında bağlanmış 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığını da ehtiva edir. Göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Bu səbəbdən iddia təmin edilməli, etibarnamə və alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarış ləğv edilməlidir. Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq əhəmiyyətsiz əqd üzrə mənzili əldə etmişdir, yəni mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, səlahiyyətli şəxs iştirak etməmişdir. Bu baxımdan həmin əhəmiyyətsiz əqd üzrə səl ahiyyətsiz təmsilçidən mənzili alan şəxs barəsində vicdanlı alıcı institutuna dair qaydalar tətbiq edilə bilməz.
19. Bundan başqa məhkəmə həmçinin etibarsız hesab edilən əqd (alğı-satqı müqaviləsi) üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsinin həll edilməsinə zərurət görmür. Hazırkı işin hallarından mübahisəli mənzilin saxta etibarnamə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 satıldığı müəyyən edilmişdir. Hazırda İddiaçı tələbi əsasında müqavilənin etibarsızlığı iddiasına baxılır. Bir cavabdehdən pulun alınaraq digər cavabdehə qaytarılması isə Mülki Məcəllənin 337.5-ci maddəsinin məzmununa uyğun gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarla mənzilin satılmasına dair Cavabdeh3lə razılaşdığını, mənzilə dair behi (15000 manata yaxın) ona verdiyini, digər Cavabdeh2 isə Həsənin ona 20000 manat pul verdiyini, mənzilin pulunun qalanını özü götürdüyünü bildirmişdir. Qeyd edilən hallarla bağlı cinayət işinin istintaqı davam edir. Göstərilənlər 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığının hüquqi nəticələrinin müəyyən edilməsini hazırkı mübahisənin məqsədləri baxımından mümkünsüz edir.
20. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Ə.İbrahimovun şikayəti üzrə” 12 aprel 2004-cü il tarixli, “T.Qasımovanın şikayəti üzrə” 01 dekabr 2020ci il tarixli Qərarları, (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” tarixli Qərarına, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Cavabdeh1 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti Cavabdeh1 birinci instansiya məhkəməsində verdiyi etiraz ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmışdır.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-868/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – X10 (sədrlik edən və məruzəçi), X11 və X12) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəmə sinin 2 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışaraq qeyd etmişdir ki, “B.Qasımovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyi nin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
25. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
26. Mübahisələndirilən alqı-satqı müqaviləsi əqdin subyekt tərkibinə dair şərtlərə əməl edilmədən bağlanmış, mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, yəni səlahiyyətli şəxs iştirak etməmiş və bağlanmış müqavilə iddiaçının iradə ifadəsini əks etdirməmişdir.
27. İddiaçının mülkiyyətində olan mənzil 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılsa da, etibarnamənin verildiyi dövrdə iddiaçının ölkə hüdudları daxilində olduğu müəyyən edilmiş, müvafiq ekspert rəyi ilə də imzanın iddiaçıya aid olmadığı öz təsbitini tapmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının adından verildiyi bildirilən xx.xx.2021-ci il tarixli etibarnamə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Ona görə də həmin etibarnamə əsasında bağlanmış müqavilə də etibarsızdır. Eyni zamanda Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq ə həmiyyətsiz əqd üzrə əldə etdiyindən, onun barəsində vicdanlı alıcı institutuna dair qaydaların tətbiq edilə bilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas sayıla bilməz.
30. Belə ki, restitusiya ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə ümumən razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsi bir cavabdehdən pulun alınaraq digər cavabdehə qaytarılmasını qadağan etməsə də, hazırki işin halları baxımından (cavabdehlər barəsində olan cinayət işi ilə müəyyən olunan hallar nəzərə alınmaqla) bu məsələ müstəqil iddia qaydasında həll olunmalıdır.
31. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.1, 337-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh1 (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun olaraq onunla əsaslandırılmışdır ki, hazırkı işdə məhkəmə qətnaməni əsaslandırmamış, məhkəmə iclasında tədqiq olunmuş sübutları düzgün qiymətləndirməyərək cavabdehin göstərdiyi əsaslı dəlillərə qiymət vermədən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Bununla da prosessual qanunvericiliyin tələbləri işə baxan məhkəmə kolleg iyası tərəfindən kobud surətdə pozulmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd b ağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikas ının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağ ı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini özünə aid olan hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız ona aid hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələb lərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın ona münasibətdə təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılışaraq qeyd etmişdir ki, “B.Qasımovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
52. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlər in (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
53. Mübahisələndirilən alğı-satqı müqaviləsi əqdin subyekt tərkibinə dair şərtlərə əməl edilmədən bağlanmış, mənzilə dair müqavilənin bağlanmasında lazımi subyekt, yəni səlahiyyətli şəxs iştirak etməmiş və bağlanmış müqavilə iddiaçının iradə ifadəsini əks etdirməmişdir.
54. İddiaçının mülkiyyətində olan mənzil 26 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında onun adından etibarnamə əsasında çıxış edən Cavabdeh2 tərəfindən Cavabdeh1 satılsa da, etibarnamənin verildiyi dövrdə iddiaçının ölkə hüdudları daxilində olduğu müəyyən edilmiş, müvafiq ekspert rəyi ilə də imzanın iddiaçıya aid olmadığı öz təsbitini tapmışdır.
55. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının adından verildiyi bildirilən xx.xx.2021-ci il tarixli etibarnamə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmır. Ona görə də həmin etibarnamə əsasında bağlanmış müqavilə də etibarsızdır. Eyni zamanda Cavabdeh1 mübahisələndirilən mənzili satmaq hüququ olmayan şəxslə alğı-satqı müqaviləsi bağlayaraq əhəmiyyətsiz əqd üzrə əldə etdiyindən, onun barəsində vicdanlı alıcı institutuna dair qaydaların tətbiq edilə bilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
56. Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində göstərdiyi dəlillər iddianın rədd edilməsi üçün əsas sayıla bilm əz.
57. Belə ki, restitusiya ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə ümumən razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsi bir cavabdehdən pulun alınaraq digər cavabdehə qaytarılmasını qadağan etməsə də, hazırki işin halları baxımından (cavabdehlər barəsində olan cinayət işi ilə müəyyən olunan hallar nəzərə alınmaqla) bu məsələ müstəqil iddia qaydasında həll olunmalıdır.
58. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etməklə düzgün nəticəyə gəlmiş və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona gör ə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23 yanvar 2024-cü il tarixli, 2(103)-868/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.