Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1846/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Nüsrət qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər:iddia qaldırmaq üçün subyektiv hüquq) 22.02.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2205/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları xx xxxxxx 2003-cü ildə İddiaçı ilə Səfərov Rövşən Nadir oğlu (cavabdehin oğlu) arasında nikah bağlanmışdır. Birgə nikahlarından xx xxxx 2003-cü il tarixdə Fəhmin adlı uşaq doğulmuşdur. Səfərov Rövşən Nadir oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. JN 340 saylı, 30301004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Cavabdeh Nüsrət qızının mülkiyyətinə Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi verilmişdir. Buna əsas xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi olmuşdur. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışa əsasən Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının xüsusi mülkiyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-3199/2019 saylı qətnaməsi ilə Cavabdeh Nüsrət qızının Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1199/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamədən müəyyən edilmişdir ki, Səfərova X2 Lalə Yadulla qızına qarşı reyestrdən çıxarışın alınmasına yaradılmış maneənin aradan qaldırılması barədə iddia qaldırmış və bu iddia təmin edilmişdir. xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh Nüsrət qızı xüsusi mülkiyyətində olan Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsinin 0,02 ha hissəsini X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsin də icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əlaqəli xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı reyestr qeydinin ləğv edilməsi, xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 340 saylı, 30301004 kodlu Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi və həmin qeydə əsasən verilmiş RX seriyalı, ******* saylı reyestrdən Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Səfərov Rövşən Nadir oğlu ilə rəsmi qaydada nikah bağlamış, birgə nikahdan bir övladı olmuşdur. Ərinin xəstəliyi ilə əlaqədar Quba bələdiyyəsinin və ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsində 2003-cü ilin yayında fərdi yaşayış evi tikərək 2004-cü ilin qışında əri və oğlu ilə birgə həmin evə köçmüşdür. Əri Səfərov Rövşən Nadir oğlu xx.xx.2018-ci il tarixdə həmin evdə ölmüşdür. RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba şəhəri ərazisində 0,08 ha torpaq sahəsi Cavabdeh Nüsrət qızının adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrin də 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışın verilməsinə əsas olmuş DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində daşınmaz əmlakın Dövlət reyestrində 222 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində edilmiş qeydiyyat, JN 340 saylı, 30301004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas Quba rayon Dövlət notariat kontorunda təsdiq olunmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3199/2019 saylı mülki işi üzrə iş materiallarında olan JN 340 saylı, 30301004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və həmin iş üzrə məhkəməyə təqdim edilmiş DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********59 nömrə li məktubundan göründüyü kimi, həmin şəhadətnamə dövlət qeydiyyatına alınmamış, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən möhür və imza ilə təsdiq edilməmiş, Quba şəhəri ərazisində Cavabdeh Nüsrət qızının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmamışdır. Göründüyü kimi Cavabdeh adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə saxtadır. Müvafiq olaraq sonradan həmin şəhadətnaməyə görə verilmiş sənədlər də etibarsız olmuşdur. Ona görə də iddia təmin olunmalıdır. Quba Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 2(027)-417/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şəmsəddin Abbasov - sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Məmmədov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdirki, İddiaçı mübahisəli torpaq sahəsinin ona və mərhum ərinə xəstəliyi ilə əlaqədar Quba bələdiyyəsinin və Quba RİH-nin faktiki razılığı ilə 2003- cü ilin yay aylarında verildiyini göstərmiş, lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehin 0,08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olmuş xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsini mübahisələndirir. Lakin iddiaçı həmin müqavilə üzrə tərəf olmamışdır. Mərhum ərinin anasının, yəni iş üzrə cavabdehin alğı-satqı yolu ilə 0,08 ha torpaq sahəsini əldə etməsinin iddiaçının hansı hüquqlarını pozduğu aydın olmur. İddiaçı bununla bağlı heç bir ciddi və legitim sübut təqdim edə bilməmişdir. Onun dəlilləri ehtimallara söykənir. Məhkəmə daha sonra qeyd etmişdir ki, İddiaçı hazırki iş üzrə iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Cavabdehin mülkiyyətində ol an mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaq ona belə bir iddianı qaldırmaq üçün əsas vermir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən əqdləri etibarsızlığı üçün də əsaslar mövcud deyildir. İşdən görünür ki, İddiaçı keçmiş qayınanası ilə aralarında olan narazılıqlar səbəbindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin narazılıqlar qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsinin etibarsızılığı üçün əsas ola bilməz. Qeyd olunan alqı-satqı müqaviləsindən sonra mübahisəli daşınmaz əmlaka dair cavabdehin adına şəhadətnamə və reyestrdən çıxarış verilmiş, habelə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmış, torpağın bir hissəsi özgəninkiləşdirilmişdir. Alqı-satqı müqaviləsi etibarsız hesab olunmadığından cavabdeh in adına verilmiş şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilməsi, habelə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi barədə iddia tələbləri də təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Məhəmməd oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini po zmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İş materiallarında olan JN 340 saylı, KOD 30301004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən və həmin iş üzrə məhkəməyə təqdim edilmiş DƏDRX yanında 5 saylı Xaçmaz Əİ-nin xx xxxx 2018-ci il tarixli, N9 **********59 nömrəli məktubundan göründüyü kimi həmin şəhadətnamə dövlət qeydinə alınmamışdır, həmin şəhadətnamə ilə əlaqəli dövlət qeydini həyata keçirən, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfındən möhür və imza ilə təsdiq edilməmişdir, Quba şəhər ərazisində Cavabdeh Nüsrət qızının adına Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə qeydə alınmamışdır. JN 340 saylı, KOD 30301004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsasın xx xxxxx 2006-c1 il tarixli, 4-Ə-143 saylı alqı-satqı müqaviləsi göstərilsə də, həmin müqavilə aşkar edilməmişdir. İddia tələbinin əsaslandığı hallar Quba şəhər ərazisində cavabdehə torpaq sahəsinin verilməsinə dair şəhadətnamə qeydinin DƏDRX yanında 5 saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməməsi barədə Xaçmaz Əİ-nin xx xxxx 2018-ci il tarixli, N9 **********59 nömrəli məktubunun təsdiq edilmiş surətinin həmin idarədən tələb edilməsinə dair iddia ərizəsi ilə birgə məhkəməyə təqdim edilmiş vəsatətinə və JN 340 saylı, KOD 30301004 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon dövlət notariat kontorunda təsdiq olunmuş xx xxxxx 2006-01 il tarixli, 4-Ə-1433a y11 alqı-satqı müqaviləsinin Quba Regional “ASAN xidmət”-də notariat kontorundan tələb edilməsinə dair vəsatətlərə məhkəmədə hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan sübutlara hüquqi qiymət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kolle giyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarı: Həmin qərarda göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiym tələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Madə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallar ını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlilləri ni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş həmin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşdən görünür ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirdiyi müqavilənin tərəfi olmadığını, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaəti əsassız olmuşdur. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixli, 4-Ə-143 saylı alğı-satqı müqaviləsinin ləğvini deyil, etibarsızlığ ını mübahisələndirir. Bunun üçün isə müqavilənin tərəfi olmaq şərt deyildir. İddiaçı istinad edilən müqavilənin onun hüquqlarına toxunmasını göstərmiş və tələbini iddia ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsiilə (Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixlə qətnaməsi) müəyyən edilir ki, İddiaçı mübahisənin predmeti olan torpaq sahəsində yaşayış evi inşa etdirməklə əri və uşağı ilə həmin evdə yaşamış, əri vəfat edəndən sonra da yaşamaqda davam etməkdədir. Evin tikintisinə yerli icra hakimiyyəti orqanları etiraz etməmiş, əksinə su, qaz, işıq x əttləri çəkilməklə buna rəvac vermişlər. Həmin ev özbaşına tikili olsa da, iddiaçının və onun öhdəsində olan yetkinlik yaşına çatmayan uşağının yaşayış yeridir. Evin yerləşdiyi torpaq sahəsinin cavabdeh Cavabdeh tərəfindən özəlləşdirilməsi və tərəflər arasında kəskin münaqişənin olması da nəzərə alınarsa İddiaçı gələcəkdə yaşayış evindən məhrum olmaq ehtimalını gerçəkləşə bilər. Cavabdeh yaşayış evinin öz adına sənədləşdirilməsinə İddiaçı yaratdığı maneələrin aradan qaldırılması barədə iddia qaldırmış, həmin iddia Quba Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixlə qətnaməsi ilə rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan iddiaçının maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəmə müdafiəsindən istifadə etmək kimi subyektiv hüququnun olmasını apellyasiya instansiyası məhkəməsi diqqətdən qaçırmışdır. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi müqavilə bağlanarkən qanunverciliyin tələblərinə əməl edildiyini qeyd etmiş, bağlanmış müqavilənin tərəflərin iradə ifadəsinə uyğun olmasını göstərmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin vəsatətlərinin olmasına baxmayaraq ümumiyyətlə xx.xx.2006-cı il tarixli, 4Ə-143 saylı alqı-satqı müqaviləsinin əldə edilərək işə əlavə olunması, müqavilə tərəflərinin müəyyən ediliməsi, müqavilədə satıcı qismində iştirak etməsi ehtimal olunan şəxs müəyyən edilməklə işə cəlb edilməsi, müqavilənin tərəflərinin iradəsinə uyğunluğunun müəyyən edilməsi istiqamətində hər hansı pr osessual hərəkət etməmişdir. Digər tərəfdən müqavilənin forma və məzmununa əməl edilməsi heç də onun etibarsızlığı üçün əsasların olmaması qənatinə gəlməyə əsas vermir. Məhkəmə iddiaçının tələbinin faktiki əsası kimi istinad etdiyi halları araşdırmamış, iş materiallarına olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməyərək prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qənaətə gəlmişdir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gə ldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2205/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov