Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1846/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MTK-nın Cavabdeh və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqaviləyə dəyişiklik edilməsi”, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “müqaviləyə dəyişiklik edilməsi və kirayə haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1070/2025 nömrəli, 1 7 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş kassasiya şikayətinə 10 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdən Cavabdeh məxsusdur.
2. Tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqavilə ilə, İddiaçı MTK ünvan 1 ünvanda yerləşən Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, Cavabdeh mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə “3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin onun mülkiyyətinə verilməsi, Cavabdeh isə söküləcək mənzilin “Lider-N" M TK-nın istifadə və sahibliyinə verməsi barədə müqavilə bağlanmışdır.Hazırda həmin ünvanda yerləşən mənzil və həyətyanı sahəsi sökülmüş, onun yerində hündürmərtəbəli yaşayış binası inşa edilmişdir. 3. “Lider-N" MTK müqavilədə olan “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin “2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməsi barədə hazırki tələblə məhkəməyə müraciət etmişdir.
4. Həmçinin birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh “Lider-N" MTK-ya qarşı iddia ilə məhkəməyə müraciət edərək, mübahisəli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsini və kirayə haqqına görə yaranmış kirayə borcunun cavabde h "xxxx" MTK-dan tutularaq ona ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi, cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 ədəd 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillərin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nərimanov rayonunda qəzalı vəz iyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bununla bağlı hüquqların (ərazinin və tikintiyə icazənin) “Lider N" MTK-ya verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli 970 saylı və xx.xx.2017-ci il tarixli 357 saylı Sərəncamları mövcuddur. Layihə çərçivəsində Cavabdehyla xx.xx.2021-ci il tarixli 7 nömrəli Müqavilə imzalanmış, ona məxsus ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kvm olan mənzilinin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli 4 otaqlı, hər biri 180,9 kvm sahəsi olan mənzillər verilmişdir. Lakin Müqavilədə texniki səhv olmuş, Müqavilənin 1.1-ci bəndində mənzillərin sayı 2 əvəzinə 3 göstərilmişdir. Müqavilədəki səhvin düzəldilməsi üçün cavabdehə pretenziya bildirişi göndərilmişdir, lakin Müqaviləyə dəyişiklik edilməsindən boyun qaçırmışdır.
7. Eyni zamanda iddiaçı Cavabdeh "xxxx" MTK-ya qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 465 kv.m” sözləri ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Göstərilən iddia tələbi əsasında 2(011)-3372/2022 saylı mülki iş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur.
9. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə müraciət edərək aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqaviləsnin 1.1-ci bəndinə dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə dü zəlişin edilməsi mümkün olmamışdır. ünvan 3 xüsusi mülkiyyətindədir. "xxxx" MənzilTikinti Kooperativi onun və digər qonşuların yaşadığı bu ərazidə hündürmərtəbəli ev tikmək üçün xeyli müddət danışıqlar aparmışdır. Onunla aparılan danışıqlar zamanı da fərdi yaşayış evinin yerləşdiyi 465 kv.m torpaq sahəsinin əvəzinə "xxxx" Mənzil-Tikinti Kooperativindən 3 ədəd 4 otaqlı, hər birinin sahəsi 180.9 kv.m olan mənzillərin verilməsi ilə razılığa gəlmişdir. Həmçinin bu 3 ədəd 4 otaqlı mənzildən əlavə, qardaşı X5 da ümumi sahəsi 50 kv.m olan 1 otaqlı mənzilin verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra xx.xx.2021-ci il tarixli 7 saylı müqavilə və qardaşı X10 ilə də xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə 3 ədəd 4 otaqlı mənzilin verilməsinə razılığ a gəldikləri üçün və aralarında bağlanmış müqavilədə 3 ədəd 4 otaqlı, hər biri 180.9 kv. m mənzilin verildiyi göstərildiyi üçün müqavilənin digər bəndlərinə fikir verməmişdir. Lakin bu günlərdə "xxxx" Mənzil-Tikinti Kooperativi ona qarşı aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədə dəyişiklik edilməsi ilə əlaqədar məhkəməyə iddia ərizəsi verdikdən sonra həmin müqavilədə mülkiyyətində olan mənzilin faktiki sahəsinin 295 kv.m olduğunu görmüşdür.Mülkiyyətində olmuş fərdi yaşayış evinin faktiki sahəsi 465 kv.m olduğu halda, əsassız olaraq 295 kv.m göstərilmişdir. Müqavilədə göstərildiyi kimi "xxxx" Mənzil-Tikinti Kooperativi 465 kv.m sahənin üzərinə əlavə 25%, yəni 116 kv.m gəlməklə, ümumilikdə onlara 581 kv.m mənzil verməli idi. Onunla və qardaşı ilə bağlanmış müqavilədən də görün ür ki, ona hər birinin sahəsi 180.9 kv.m olmaqla 3 ədəd mənzilin və qardaşına sahəsi 50 kv.m olmaqla 1 otaqlı mənzilin verilməsi yuxarıda göstərdiyi sahələrin ölçüləri ilə üst-üstə düşür. Yəni faktiki istifadələrində olan ərazi 465 kv.m və bunun üzərinə həmin sahənin 25%-i gəlməklə, ümumilikdə 481 kv.m edir. Ona verilmiş 3 otaqlı, hər birinin sahəsi 180.9 kv.m olan və qardaşına verilmiş 1 otaqlı, sahəsi 50 kv.m olan mənzilin sahələri də ümumilikdə 590 kv.m edir. Sadəcə cavabdehin 1 otaqlı mənzillərinin minimum sahəsi 50 kv.m olduğu üçün o, məcbur olub qardaşına 50 kv.m olan 1 otaqlı mənzil vermişdir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-3372/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh "xxxx" MTK–nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(011)-3372/2022 saylı mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı MTKnın Cavabdeh qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(005)-1015/2022 saylı mülki işlə birləşdirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1015/2022 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3372/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.
11. Birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, "xxxx" Mənzil-Tikinti Kooperativi ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 3 ünvanın da yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 465 kv.m” sözləri ilə əvəz edilməsi və "xxxx" MTK-dan müqavilə öhdəliyi üzrə kirayə haqqı kimi 8400 manat məbləğində pulun tutularaq ödənilməsini xahiş etmişdir.
12. Daha sonra birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia ərizəsinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək, iddiaçı Cavabdeh ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 7 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi, binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqına görə yaranmış 23 100 (iyirmi üç min yüz) manat kirayə borcunun cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X17 bildirmişdir ki, 36 saylı MKİS-də işləyir, mühəndisdir. Cavabdeh ona dəfələrlə zəng vuraraq xx.xx.2024-cü il tarixdə məhkəmə prosesi olduğunu tələsdiyini bildirmişdir. Məktub daxil olduqdan sonra zəng vurub onu çağırmışdır. Həmin vaxt vəziyyət gərgin idi. Həmin gün bildirmişdir ki, cavabı göndərəcədir. Lakin xanım israrla bu gün cavab verilməsini tələb etmişdir. Cavabdeh və özü həmin vaxt gərgin olmuşdur. Xanım öz sxemini çıxarmış, ona uyğun yazmışdır. Lakin bu öz səhvi olmuşdur. Çünki tələsmiş, lakin məqsədi ona köməklik etmək olmuşdur. Bildirmişdir ki, cavabdehin sahəsi 300 kv.m sahədən ibarətdir. Qaralama cızaraq möhür vurmuş və tələsmişdir. Necə baş verdiyini heç özü də bilməmiş, onun səhəri gün səhv etdiyini anlamışdır. Məsuliyyəti daşımağa hazırdır. Cavabdehə zəng vuraraq bildirmişdir ki, uzun müddətdir-2008-ci ildən burada işləyir, səhv etmişdir. Ondan sənədi qaytarmasını xahiş etmişdir. Cavabdeh isə həmin sənədin dərhal məhkəməyə verdiyini bildirmiş, lakin buna inanmadığını və dəyişmək üçün qaytarmağını xahiş etmişdir. Ona bildirmişdir ki, 300 kv.m sahəsinin olmasına baxmayaraq onu aldadaraq 400 kv.m sahədən ibarət olmasını yazdırtmışdır. Cizgi faktikidir, onun rəsmi əsası yoxdur. Cavabdehin rəsmi çıxarışı var və 88 kv.m təşkil edir. Özü ölçmüşdür və 2015-ci ilin siyahılarında qeyd olunub. Arayışlardan ikinci olan düzgündür, ikinci arayış ölçdükləri faktiki siyahı əsasında verilmişdir.
14. Bakı şəh əri Nərimanov Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühəndis-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 10/1328 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqat Bakı şəhəri, Nərimanov rayonu, F.Əsədov küçəsində yerləşən 15 saylı evin, 2 nömrəli mənzili və həyətyanı sahəsi üzrə aparılır. Tədqiqatın aparılması üçün sözügedən mənzilin və həmin mənzilin yerləşdiyi həyətyanı sahəyə baxış keçirilmişdir. Mülki iş materiallarından görünür ki, “Lider-N" MTK ilə cavabdeh X3 arasında xx.xx.2021-ci il tarixdə 7№-li Müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı MTK ünvan 4 ünvanda yerləşən yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını iti rmiş vəziyyətdə olan binalarda “Mülkiyyətçi'yə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada "Mülkiyyətçi"-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsində 25% əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər bri 180,9 kv.m mənzillərin "Mülkiyyətçi”-nin mülkiyyətinə verilməsini, “Mülkiyyətçi”-nin isə söküləcək mənzilin “LiderN” Mtk-nın istifadə və sahibliyinə verməsini öhdələrinə götürmüşlər. Baxış zamanı, tədqiq olunan mənzilin və həyətyanı sahənin söküldüyü, yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasırın inşa edildiyi müəyyən edilmişdir. Qərardadla qoyulmuş sualda, X2 istifadəsində olmuş ünvan 3 və həyətyanı sahəsinin ölçülərini n nə qədər təşkil etdiyinin müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar qeyd olunmuşdur ki, təqdim edilmiş və X2 istifadəsində olmuş ünvan 3 və həyətyanı sahəsinin söküldüyü yerində hündürmərtəbli yaşayış binasının inşa edildiyi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən X2 istifadəsində olmuş Bakı şəhəri Nərimanov rayonu, F.Əsədov küçəsi, ev 15, mənzil 2 və həyətyanı sahəsinin söküldüyünü, yerində hündürmərtəbəli yaşayış binasının inşa edildiyini nəzərə alaraq, qərardadla qoyulmuş sual üzrə tədqiqat aparılması mümkün olmamışdır.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2024-cü il tarixli 10/2578 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mül kiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 095363 №-li Qeydiyyat Vəsiqəsinə və tərtib edilmiş Texniki Pasport sənədlərinə əsasən, X2 istifadəsində olmuş ünvan 3-nin ümumi sahəsi 88,0 kv.m., Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon MənzilKommunal Təsərrüfatı Birliyinin 36 saylı MKİS-i tərəfindən hazırlanmış eskiz layihəyə əsasən isə sözügedən mənzil ümumi sahəsi 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən ibarət olmuşdur.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(005)30/2024 nömrəli qətnaməsi ilə İddiaçı MTK-nın Cavabdeh qarşı iddiasının təmin edilməməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin qismən təmin edilməsi, birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı MTK-dan kirayə haqqı kimi 23100 (iyirmi üç min yüz) manat məbləğində pulun tutularaq birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, birləşdirilmiş iş üzrə iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin dəyişdirilməsi, müqavilədə nəzərdə tutulan, tərəflər arasında əvvəlcədən qarşılıqlı razılaşdırılmış hüquq və öhdəliklərin predmetinə, həcminə və ya şərtlərinə sonradan yaranmış hallarla (tərəflərdən birinin müqavilə şərtlərini pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) əlaqədar olaraq dəyişiklik edilməsi ilə əlaqəlidir. Hazırki iş üzrə tərəflərin hər ikisi müqaviləyə onun bağlandığı andan düzgün olmaması, bağlamağı arzuladığı müqavilənin mə zmununun səhv olması (otaq sayının texniki olaraq səhv yazılması, mənzilin ümumi sahəsinin yanlış göstərilməsi) əsası ilə dəyişiklik edilməsini xahiş edir. Başqa sözlə, tərəflərin heç biri qeyd olunan müqaviləni onun ilkin məzmunu – şərtləri ilə qəbul etmir, onu bu şərtlərlə bağlamaq istəmədiklərini bildirir və dəyişdirilməsini xahiş edir. Bu isə müqavilənin dəyişdirilməsi əsaslarına uyğun deyildir. Qeyd olunan hallar müqavilə bağlandıqdan sonra yaranmamışdır.
18. Məhkəmə qeyd etmişdir ki, İddiaçı MTK-nın iddia tələbinin əsasını vacib əhəmiyyətli yanılma təşkil etdiyindən həmin hal müqavilənin dəyişdirilməsi üçün əsas ola bilməz.
19. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında 29 oktyabr 2021-ci il tarixli 7 №-li müqavilə imzalanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə lərdən irəli gələn öhdəliklər yaranmışdır. Müqaviləyə əsasən, İddiaçı MTK tərəfindən “iddiaçının mülkiyyətində olan 295 kv.m mənzilin əvəzinə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2” mənzillərin Cavabdeh mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Hazırki iş üzrə tərəflər arasında müqaviləyə tələblərdə qeyd edilən formada dəyişiklik edilməsinə dair razılıq əldə olunmamışdır. Belə ki, tərəflərin hər ikisi “Lider-N" MTK 07 yanvar 2022-ci il tarixli məktubu (mülki iş v. 8), Cavabdeh isə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə (mülki iş v. 118) qarşı tərəfə müraciət edərək müqaviləyə müvafiq dəyişiklik edilməsini xahiş etmişdir. Bununla belə bu mümkün olmamış, tərəflər məhkəməyə müraciət etmişdirlər. Hazırki iş üzrə mübahisələndirilən 29 oktyabr 2021-ci il tarixli müqavilənin əsli ndən (mülki iş v. 9) görünür ki, müqavilənin birinci tərəfi "xxxx" MTK (onun adından sədr X13) və müqavilənin digər tərəfi mülkiyyətçi - Cavabdeh müqaviləni şəxsən imzalamışdır. Tərəflər onun şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərinə heç bir etirazları olmamışdır. “Lider N" MTK müqavilə bağlanarkən mülkiyyətçiyə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m olan mənzil verməyi öhdəsinə götürmüş, yəni müqavilə bağlanarkən müqavilə şərtlərindən xəbərdar olmaqla götürdüyü öhdəlikdən, daşıyacağı risklərdən əvvəlcədən məlumatlı olmuşdur. Digər tərəfdən birləşdirilmiş iş üş üzrə iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin faktiki sahəsinin “465 kv.m” olduğu halda, qarşı tərəflə arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqavilədə fərdi yaşa yış evinin sahəsinin əsassız olaraq “295 kv.m” kimi qeyd edildiyini, müqavilə bağlanan zaman müqavilənin bu bəndinə fikir vermədiyini, bu halı sonradan gördüyünü bildirərək, müqavilənin 1.1-ci bəndində olan “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməsini xahiş edir.
20. Məhkəmə birləşdirilmiş iş üzrə iddia tələbinin birinci hissəsinə münasibətdə bir daha qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, Cavabdeh, söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 5 otaqlı, faktiki 295,0 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 25% əlavə etməklə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 m2, mənzillərin mülkiyyətinə verilməsi şərti ilə razılaşmış, müqaviləni oxuduğunu və raz ı olduğunu yazılı qeyd etməklə şəxsən imzalamışdır (mülki iş v. 112-114). Həmçinin məhkəmə araşdırması zamanı qeyd olunan halın araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş üzrə verilmiş 16 avqust 2024-cü il tarixli 10/2578 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH Seriyalı, 095363 №-li Qeydiyyat Vəsiqəsinə və tərtib edilmiş Texniki Pasport sənədlərinə əsasən, X2 istifadəsində olmuş ünvan 3-nin ümumi sahəsi 88,0 kv.m., Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 36 saylı MKİS tərəfindən hazır lanmış eskiz layihəyə əsasən isə sözügedən mənzil ümumi sahəsi 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən ibarət olmuşdur.
22. Məhkəmə hesab etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir.
23. Məhkəmə hesab etmişdir ki, ekspert rəyinə əsasən, F.Əsədov küçəsi, ev 15, mənzil 2-nin ümumi sahəsinin 96,0 kv.m olan həyətyanı sahədən, ümumi sahəsi 49,2 və 143,0 kv.m olan iki ədəd tikilidən, yəni ümumilikdə 288.2 (96,0+49,2+143,0) kv.m-dən ibarət olduğu müəyyən edilmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, tərəflərin hər biri sözügedən müqavilənin şərtləri ilə razılaşaraq, onu könüllü və iradə ifadələrinə uyğun bağlayıblar. Birləşdirilmiş iş üzrə i ddiaçı Cavabdeh “Lider-N" MTK ilə arasında bağlanmış müqavilədə yanlışlıq olduğunu, evinin sahəsinin müqavilədə səhv yazıldığını bildirsə də, bunu təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Müqavilənin dəyişdirilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş, iddia tələblərinin əsası kimi istinad edilən hal işin müəyyən edilmiş halları ilə təkzib edilmişdir.
25. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə qanuni əsaslarla bağlanmışdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar yoxdur. Bu səbəbdən “Lider-N" MTK-nın Cavabdeh qarşı “müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsinin 2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməsi” tələbi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh isə cavabdeh İddiaçınə qarşı tələbi “ 7 saylı, xx.xx.2021-ci il tarixli müqavilənin qismən, 1.1-ci bəndində “295 kv.m” sözünün “465 kv.m” sözləri ilə əvəz edilməklə dəyişdirilməsi” hissədə əsaslı olmadığından məhkəmə tərəfindən təmin edilə bilməz.
26. Məhkəmə qeyd etmişdir ki, birləşdirilmiş mülki iş üzrə iddiaçının digər tələbi isə binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqına görə yaranmış 23 100 (iyirmi üç min yüz) manat kirayə borcunun ödənilməsidir.
27. Məhkəmə birləşdirilmiş mülki iş üzrə tələbin ikinci hissəsinə münasibətdə isə hesab etmişdir ki, iddia bu hissədə əsaslıdır.
28. Belə ki, tərəflər arasında bağlanmış 29 oktyabr 2021-ci il tarixli müqavilənin 2.1.2ci bəndinə əsasən, mülkiyyətçinin - Cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə aylıq 700 manat kirayə haqqı almaq hüququnun olması razılaşdırılmışdır. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən, qeyd olunan ödənişin rübdə 1 dəfə Cavabdeh ödənilməsi “Lider-N" MTK-nın vəzifəsi kimi razılaşdırılmışdır. İş materialları, məhkəmə iclasında iştirak edən birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin izahatı, habelə xx.xx.2024-cü il tarixli ərizə ilə müəyyən olunmuşdur ki, “Lider-N" MTK tərəfindən xx.xx.2022-ci il tarixdən başlayaraq hazırki tarixədək (xx.xx.2024-cü il), ümumilikdə 33 ay üzrə kirayə haqqı ödənilməmişdir.
29. Göründüyü kimi, “Lider-N" MTK xx.xx.2022-ci il tarixdən etibarən aylıq 700 manat kirayə haqqını Cavabdeh ödəməmiş, aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Birləşdirilmiş iddia üzrə cavabdehin nümayəndəsi və vəki li xx.xx.2024-cü il tarixli məhkəmə iclasında yazılı ərizə təqdim edərək, Cavabdeh 23100 manat məbləğində kirayə haqlarının bu günə qədər hesablanmış kimi qəbul etdiklərini, 33 aylıq kirayə haqqını məhkəmə qətnamə ilə ödəyəcəklərini bildirmişdir.
30. Məhkəmə hesab etmişdir ki, “Lider-N" MTK tərəflər arasında bağlanmış müqavilə üzrə kirayə haqqı ödənilməsinə dair öhdəliklərini yerinə yetirmədiyindən, Cavabdeh bu barədə tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
31. Belə olan halda məhkəmə hesab etmişdir ki, birləşdirilmiş iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, birləşdirilmiş iş üzrə cavabdeh "xxxx" MTK-dan xx.xx.2022-ci il tarixdən hazırki tarixədək 33 ay üzrə ödənilməmiş kirayə haqqı kimi cəmi 23100 (33 ay x 700 manat) manat məbləğində pul tutularaq birləşdirilmi ş iş üzrə iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir.
32. Məhkəmə həmin nəticəyə gələrkən Mülki Məcəllənin 2.1, 6.1, 6.2, 385.1, 385.2, 390.1, 421.1, 421.2, 423.1, 423.2, 442, 529.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
33. İddiaçı MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və İddiaçı MTK-nın iddia tələbinin təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində, "xxxx" MTK-nın əməkdaşları tərəfindən texniki səhv nəticəsində 3 ədəd təmirli mənzilin təhvil verilməsi qeyd edilmişdir, halbuki tərəflər arasında danışıqlara əsasən, sökülən mənzill ərin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli mənzillərin təhvil verilməsi nəzərdə tutulmuşdur. Sökülən 2 mənzil əvəzində, 3 tam təmirli mənzilin verilməsi absurddur. Aydın şəkildə görünür ki, müqavilə tərtib edilərkən həmin bənddə texniki səhv baş vermişdir. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İddiaçı MTK tərəfindən Cavabdeh qardaşı X5 da ümumi sahəsi 50 kv.m olan 1 otaqlı mənzilin verilməsi razılığı əldə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə bu məsələyə hər hansı münasibət bildirilməmişdir. Bundan əlavə, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016cı il tarixli, 326 saylı Sərəncam ilə Ə.Dəmirçizadə, Təbriz, C.Zeynalov və F.Əsədov küçələrinin kəsişməsində İddiaçı MTK-ya Pilot layihə çərçivəsində yaşayış binalarının tikin tisinə icazə verilmişdir. Qarşılıqlı razılaşma əsasında söküntüyə məruz qalmış F.Əsədov ünvanında (işlənmiş baş planda E blokunun ərazisinə düşən yaşayış sahələrinin sahiblərinə aid olmaqla göstərilmişdir) mənzillərin sahiblərinə əlavə olaraq 20%-dən az olmayaraq 1231,1 kv.m. təmirli mənzil sahəsi verilməsi barədə İddiaçı MTK tərəfindən öhdəlik götürülmüşdür. Bu faktı Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 1/1191 saylı xx.xx.2021-ci il tarixli məktubu təsdiq edir. Həmin sərəncama uyğun olaraq İddiaçı MTK mənzil mülkiyyətçiləri ilə müqavilələr bağlamışdır. Həmin müqavilələrə əsasən, İddiaçı MTK üzərinə X6 ümumi sahəsi 142,4 kv.m olan, X11 ümumi sahəsi 178,2 kv.m olan, X7 ümumi sahəsi 205,5 kv.m olan, X1 ümumi sahəsi 293,2 kv.m və Cavabdeh 2 ədəd hər birinin 180,9 kv.m olmaqla və qardaşı Xancan Məmmədova isə 50 kv.m ümumi sahəsi olan mənzil verilməsi öhdəliyi götürmüşdür. Göründüyü kimi İddiaçı MTK mülkiyyətçilər ilə müqavilələr bağlamış və həmin sərəncama əsasən, ümumilikdə 1231,1 kv.m təmirli mənzil sahələrini mülkiyyətçilər arasında bölünmüşdür. Yəni hal-hazırda 3 ədəd 180,9 kv.m olan mənzillərin Cavabdeh təhvil verilməsi qeyrimümkündür. Həmçinin Cavabdeh iddia etmişdir ki, ona məxsus fərdi yaşayış evlərinin faktiki ümumi sahələri 465 kv.m olmuşdur 36 saylı MKİS-in mühəndisi X17 tərəfindən ilkin olaraq Cavabdeh ona məxsus fərdi yaşayış evinin ümumi sahəsinin güya 400 kv.m olması barədə plan cizgi təqdim edilmişdir. Məhkəmə tərəfindən nəzərə alınmalıdır ki, Fəxri Əliyev 29 fevral 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində ifadə vermiş və həmi n sənədi səhvən, yəni iş yükünün çoxluğundan tələsik vermişdir və Cavabdeh sözləri əsasında evin sahəsinin 400 kv.m olduğunu qeyd etmişdir. Daha sonra o səhv etdiyini görmüş və həmin evin həqiqi faktiki sahəsinin 300 kv.m olduğu barədə plan çizgini İddiaçı MTKya təqdim etmişdir. Bundan əlavə, iddiaçı X4 cavabdehlər İddiaçı MTK və Cavabdeh qarşı “yeni veriləcək mənzilə dair istifadə və sahiblik hüququnun tanınması” iddia ərizəsində, Cavabdeh məxsus həmin fərdi-yaşayış evinin ümumi sahəsi 300 kv.m olduğu qeyd edilmişdir. Bu səbəblərdən, İddiaçı MTK tərəfindən 3 ədəd hər biri 180,9 kv.m ümumi sahəsi olan mənzilin təhvil verilməsi hissəsində müqaviləyə dəyişiklik edilməli və 2 ədəd tam təmirli 4 otaqlı mənzil verilməsi ifadəsi qeyd edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ümumiyyət lə işin faktiki halları üzrə araşdırılma aparılmamışdır. Məhkəmə yalnız müqavilə şərtlərinə əsaslanaraq qətnamə qəbul etmişdir. Həmin qətnamə İddiaçı MTK-nın digər mülkiyyətçiləri qarşısında olan öhdəliklərinin pozulması ilə nəticələnməsinə səbəb ola bilər. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi nəticəsinə gəlmişdir. Belə olan halda, digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulacaq və Cavabdeh qanunla ona verilməli olan ümumi sahədə mənzildən qat-qat artıq ümumi sahəsi olan mənzillər əldə edəcək. Cavabdeh məxsus mənzillərin ümumi sahəsi 300 kv.m olmasına, bununla bağlı məhkəmə iclasında iştirak edən şahidin ifadələrinə, İddiaçı MTK tərəfindən Cavabdeh qardaşına 50 kv.m ümumi sahəsi olan mənzilin verilməsinə baxmayaraq, məhk əmə İddiaçı MTK-nın iddia tələbini təmin etməmişdir. Məhkəmə tərəfindən Cavabdeh fərdi yaşayış evlərinin faktiki sahəsinin 400 kv.m olduğu sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanmış, tərəflər həmin müqavilənin şərtləri ilə tanış olmuş və müqaviləni bağlamışlar. Belə olan halda, İddiaçı MTK-nın müqavilədə 3 ədəd mənzil yazıldığından məlumatı olmuşdur. Halbuki təqdim edilmiş dəlillərdən də açıq-aşkar görünür ki, müqavilənin həmin bəndində texniki səhv baş vermiş və səhvən 2 ədəd mənzil əvəzinə 3 ədəd qeyd edilmişdir. Ümumiyyətlə məhkəmə tərəfindən işin həmin hallarına qiymət verilməmiş qətnamə də ümumiyyətlə İddiaçı MTK tərəfindən Cavabdeh qardaşı Xancan Məmmədova verilməsi nəzərdə tutulan ümumi sahəsi 50 kv.m olan mənzilin təhvil verilməsi barədə hər hansı qeyd verilməmişdir.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1070/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər:Xumar Mərdanova-sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırda iddiaçı tələbində, eləcə də apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilənin 1.1-ci bəndində “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsi səhvən qeyd olunmuş, yəni müqavilənin məzmunu barədə əhəmiyyətli yanılmışlar. Əslində müqavilədə cavabdehə xx.xx.2021-ci il tarixli, 7 saylı Müqavilə əsasında 2 əd əd 4 otaqlı, hər biri 180,9 kv.m. sahəsi olan mənzillərin verilməsi yazılmalı idi. Belə ki, tərəflər arasında danışıqlara əsasən, sökülən mənzillərin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli mənzillərin təhvil verilməsi nəzərdə tutulmuşdur.
37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda isə işin faktiki halları ilə iddiaçının belə bir texniki səhvə yol verməsi eləcə də tərəflər arasında danışıqlara əsasən, sökülən mənzillərin əvəzində cavabdehə 25% əlavə edilməklə 2 ədəd tam təmirli mənzillərin təhvil verilməsi nəzərdə tutulması barədə tərəflər arasında danışıqlar əsasında şifahi razılaşmalar olmasına dair mötəbər sübutlar təqdim etməmişdir.
38. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosessual qanunvericiliyinə ə sasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında müqaviləyə tələblərdə qeyd edilən formada dəyişiklik edilməsinə dair razılıq əldə olunmamışdır.
40. Belə ki, tərəflərin hər ikisi “Lider-N" MTK 07 yanvar 2022-ci il tarixli məktubu (mülki iş v. 8), Cavabdeh isə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə (mülki iş v. 118) qarşı tərəfə müraciət edərək müqaviləyə müvafiq dəyişiklik edilməsini xahiş etmişlər. Bununla belə bu mümkün olmamış, tərəflər məhkəməyə müraciət etmişdirlər. Digər tərəfdən hazırki iş üzrə mübahisələndirilən 29 oktyabr 2021-ci il tarixli müqavilənin əslindən (i.v.9) görünür ki, müqavilənin birinci tərəfi İddiaçı MTK (onun adında n sədr X13) və müqavilənin digər tərəfi mülkiyyətçi Cavabdeh müqaviləni şəxsən imzalamışdır. Tərəflər onun şərtləri ilə tanış olmuş, müqavilənin şərtlərinə heç bir etirazları olmamışdır. “Lider-N" MTK müqavilə bağlanarkən mülkiyyətçiyə 3 ədəd tam təmirli 4 otaqlı hər biri 180.9 kv.m olan mənzil verməyi öhdəsinə götürmüş, yəni müqavilə bağlanarkən müqavilə şərtlərindən xəbərdar olmaqla götürdüyü öhdəlikdən, daşıyacağı risklərdən əvvəlcədən məlumatlı olmuşdur.
41. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz.
42. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə qanuni əsaslarla bağlanmışdır və onun dəyişdirilməsi üçün hüquqi əsaslar yoxd ur.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi nəticəsində digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulacaq və Cavabdeh qanunla ona verilməli olan ümumi sahədə mənzildən qat-qat artıq ümumi sahəsi olan mənzillər əldə etməsinə dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, əvvəla Cavabdeh ilə 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında əldə edəcəkdir ki, bu da yuxarıda göstərildiyi kimi qanunsuz olmamışdır. MTK bu halda digər mülkiyyətçilərin mülkiyyət hüquqlarının pozulmasına dair dəlilləri tam əsassızdır.
44. Belə ki, o, MTK olaraq hər bir müqavilə tərəfi üzrə bağladığı müqavilə şərti əsasında mülki məsuliyyət daşıyıcısıdır və digər müqavilələrin icrası Cavabdeh 3 ədəd 180,9 kv.m ümumi sahəsi olan mənzilin verilməsi ilə əlaqədar ola bilməz.
45. Həmçinin məhkəmə kollegiyası şikayətin İddiaçı MTK tərəfindən Cavabdeh qardaşına 50 kv.m ümumi sahəsi olan mənzilin verilməsinə diqqət yetirilməməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, bu hal tərəflər arasında bağlanmış müqaviləyə aidiyyatı olmamaqla yanaşı, onun dəyişdirilməsi üçün də əsas ola bilməz.
46. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı MTK-nin iddia tələbinin əsasını vacib əhəmiyyətli yanılma təşkil edir ki, bu da müqavilənin dəyişdirilməsi üçün əsas ola bilməz, belə ki, həmin halın mövcudluğu Mülki Məcəllənin 347.2.2-ci maddəsinə əsasən əqdin etibarsızlığına əsas ola bilərdi.
47. Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı MTK-nın nümayəndəsi hazırki iş üzrə mübahisələndiri lən müqavilənin digər icraatda etibarsızlığını mübahisələndirməsini, lakin yekun qərar qəbul edilməməsini göstərmişdir. Nümayəndə əlavə olaraq həmin iş üzrə icraatın davam etməsi ilə yanaşı, mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı iddianı müdafiə etdiklərini də qeyd etmişdir.
48. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddia üzrə qəbul ediləcək yekun qərar iddiaçı tərəf üçün önəmli deyildir. Əks halda iddiaçı tərəf hazırki işin birinci instansiya məhkəməsi tərəfindən nəticəsi məlum olduğu halda əqdin etibarsızlığı ilə bağlı digər icraatda iddia qaldırmazdı.
49. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin Məcəllənin 2.1, 6.1, 6.2, 347.2, 385.1, 385.2, 390.1, 421.1, 421.2, 423.1, 423.2, 442, 529.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiy a şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
50. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, İddiaçı MTK-nın iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
51. Kassasiya şikayətində maddi hüquq pozuntusu kimi Kassasiya şikayəti Mülki Məcəllənin 347-ci və 423-cü maddələrinin pozulduğuna istinad edilmişdir. Bu mövqe belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Cavabdeh 3 ədəd 180,9 kv.m. ümumi sahəsi olan mənzilin verilməsi nəticəsinə gəlmişdir. Bu cür münasibətlərin predmeti mənzil sahələridir, yəni Cavabdeh məxsus yaşayış sahəsinin faktiki ölçüləridir. Mənzil dövlət reyestrində ünvan 2 ünvanında yerləşən Cavabdeh məxsus mənzilin sahəsi 295 kv.m. göstəril mişdir. Həmin mənzilin sökülməsi zamanı isə o və İddiaçı MTK həmin mənzilin çıxarışda göstərilən faktiki sahəsinə 25% əlavə etməklə yeni tikiləcək binada 2 ədəd tam təmirli 4 otaqlı, hər biri 180.9 kv.m. sahəsi olan mənzil verilməsi barədə razılaşmışlar. Belə ki, Cavabdeh və Lider-N" MTK arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 7 saylı müqavilə MTK-nın şablon müqavilələr əsasında yazıldığından həmin müqavilənin 1.1-ci bəndində olan “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsində “3” ədəd texniki səhv olmuş, əslində orda “2” yazılmalı idi. Həmçinin onlar arasında şifahi danışıqlar da 2 ədəd tam təmirli 4 otaqlı mənzil barədə olmuşdur. Odur ki həmin müqavilədə qeyd edilən “3 ədəd tam təmirli 4 otaqlı" ifadəsi “2 ədəd tam təmirli 4 otaqlı” ifadəsi ilə əvəz edilməlidir. Faktiki olaraq İddiaçı M TK tərəfindən layihə çərçivəsində ona məxsus ünvan 2 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m. olan mənzilinin əvəzində ona 25% əlavə edilməklə 2 ədəd tam təmirli 4 otaqlı, hər biri 180,9 kv.m. sahəsi olan mənzillər verilmişdir. Lakin Cavabdeh ağlabatmayan şəkildə İddiaçı MTK-dan 5 otaqlı, faktiki sahəsi 465 kv.m. mənzil sahəsi istəmişdir. Hansı ki onun tələbi absurddur və sökülən binada yaşayan digər mülkiyyətçilərin hüquqlarının pozuntusuna, onlara qarşı ayrı-seçkiliyə gətirib çıxarır.
52. MPM-nin 9-cu, 218.3-cü və 217.3-cü maddələrinin tələbləri pozulmuşdur. Cavabdeh "xxxx" MTK ilə bağlanmış xx.xx.2021-ci il tarixli 7 saylı müqavilənin 1.1-ci bəndində “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, faktiki sahəsi 295 kv.m” sözlərinin əvəzinə “ünvan 3 ünvanında yerləşən 5 otaqlı, fakti ki sahəsi 465 kv.m.” sözləri ilə əvəz edilməsi iddia tələbinə dair hüquqi münasibət bildirməmiş, qərəzli davranaraq "xxxx" MTK-ya münasibətdə iddianı rədd etmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1070/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(005)-30/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır. Bununla da Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi qətnamə ilə həm MPM-in 218.3-cü maddəsini, həm də Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarından fərqli yanaşma tətbiq edərək düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
54. Maddə 2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır.
55. Maddə 6.1. Mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir.
56. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olar aq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
57. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.2. Şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir.
58. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
59. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
60. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
61. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
62. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
63. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
64. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
65. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
66. Maddə 5 29.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
69. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
70. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
71. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
72. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
73. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instan siyası məhkəməsi tərəfindən İddiaçı MTK-nın tərəflər arasındakı müqavilənin dəyişdirilməsi ilə bağlı dəlilləri ətraflı araşdırılmış, həmin dəlillərə düzgün hüquqi qiymət verilmişdir.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1070/2025 nömrəli, 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdi rilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.