Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5884/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şahmar oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin şərtlərinin dəyişdirilməsi) 30.11.2020 Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Üçüncü şəxs X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6807/2015 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsindən üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh Şahmar oğlu (bundan sonra – cavabdeh) arasında Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 34 saylı evin 2 nömrəli mənzilinə (bundan sonra – mübahisəli mənzil) dair bağlanmış xx xxxxxx 2001-ci il tarixli, 139892 saylı alğı-satqı müqaviləsinə (bundan sonra - müqavilə) əsasən alıcı qismində iddiaçı, satısı qismində cavabdeh çıxış etmiş, həmin tarixdən etibarən mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdehə ünvanlanmış pretenziya məktubunda bildirmişdir ki, müqavilədə o alıcı qismində çıxış etsə də, həmin müqavilənin faktiki alıcısı o deyil, qardaşı X4 olmuşdur. Bu səbəbdən də müqavilənin dəyişdirilməsini xahiş etmişdir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı üçüncü şəxslər olaraq u və DƏDRX Bakı şəhər Ərazi İdarəsini qeyd etməklə, iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə üzrə dəyişiklik edilərək həmin müqavilədə alıcı kimi, onun əvəzinə un tanınması və bu əsasda un adına çıxarış verilməsi vəzifəsinin DƏDRX Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilədə o, alıcı qismində çıxış etsə də, əslində, həmin müqavilənin faktiki alıcısı olaraq o deyil, qardaşı olmuşdur. onun qardaşı olduğundan özünə məxsus pul vəsaiti ilə bu mənzili 2001-ci il tarixində qardaşını n adına almışdır. Qeyd olunan mənzil Seriya ÖM 098763 nömrəli qeydiyyat vəsiqəsi ilə xx xxxxxx 2001-ci il tarixdən onun adına reystrdən qeydiyyatdan keçmişdir. Mənzilin maraqlı şəxsə faktiki olaraq məxsus olmasını həm də o sübut edir ki, qeyd olunan mənzilin zirzəmisi çıxarış göstəriciləri: Seriya MA № ******* olan sənədlə iddiaçının adına özəlləşdirilmişdir və hazırda da həmin mənzil və zirzəmi birgə olaraq qardaşı tərəfindən istifadə olunur. Hazırda qardaşı müqaviləni onun adına rəsmiləşdirməyini istəsə də, o təkbaşına bunu edə bilmir. Bu əsasla həmin müqaviləni 3 gün müddətində dəyişdirilməsi üçün cavabdehə yazılı şəkildə xx.xx.2015-ci il tarixində pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavab əldə edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci i nstansiya məhkəməsi) xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Quliyev) iddia tələbi təmin edilmişdir. Məhkəmə Mülki Məcəllənin 390.1, 421-422, 424-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müqavilədə alıcı kimi iddiaçı çıxış etsə də, əslində mənzil X2 vəsaiti hesabına alınmış, sadəcə alıcı qismində onun qardaşı çıxış etdiyindən qardaşının adına rəsmiləşdirlməsinə etiraz etməmişdir. Qeyd olunan mənzilin alt hissəsində yerləşən qeyri-yaşayış sahəsinin də X2 mülkiyyətində olması bu halı bir daha təsdiq edir. X4 qardaşına müraciət edərək qeyd olunan mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı cavabdehə müqavilənin dəyişdirilməsini təklif etsə də, cavabdeh iddiaçının təklifinə heç bir münasibət bildirməmişdir. Göründüyü kimi müqa vilədə alıcı qismində tərəf kimi İddiaçı çıxış etsə də, əslində həmin mənzil X2 vəsaiti i hesabına alınmışdır. Bu səbəbdən də, qeyd olunan müqavilə dəyişdirilməli və həmin müqavilədə alıcı qismində tərəf kimi X4 tanınmalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX Bakı şəhər Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Toğrul Əliyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə il ə razılaşmayaraq qeyd etmişdir ki, məhkəmə maddi hüquq normalarının düzgün tətbiq etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçı xx xxxxxx 2001-ci il tarixli müqavilə üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edərək, faktiki olaraq müqavilənin tərəflərinin dəyişdirilməsini tələb etsə də, şəraitin dəyişdirilməsinin nədən ibarət olmasını bildirməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, Mülki Məcəllənin istinad edilən normasında müqavilənin dəyişdirilməsinin subyektiv tərkibinə (satıcı, alıcı) aid edilməmişdir. Həmçinin həmin ünvan üzrə yerləşən zirzəminin un adına olması müqavilə predmeti olan mənzilin də mütləq olaraq sonuncu tərəfindən alınmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Qeyd edilənlər əsasən apelyasiya instansiyası məhkəməs i iddia tələbini rədd etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, apellyasiya məhkəməsi hec bir araşdırma aparmayıb. Ən əsasıda budur ki, tərəflərin məhkəmə baxışında iştirak edilməsini lazımı qaydada təmin etməmişdir. Qətnamə işdə olan tərəflərə rəsmi qaydada göndərilməmişdir. Mübahisəli mənzil daim onun istifadəsində olub. Belə ki, mənzil alınandan bəri bütün kommunal xidmətlərə dair müqavilələr onunla bağlanıb və bütün kommunal xidmət xərclərini o ödəmi şdir və həmin mənzil daim onun sahibliyində və istifadəsində olub. Bakı Apellyasiya Məhkəməsininqətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Üçüncü şəxs X5 məhkəmə kollegiyasının iclasına vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər və digər üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 415.3-cü maddəsinə əsasən işə tərəflərin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nət icəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmaması na, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə üçüncü şəxs tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xəbərnamələrdən görünür ki, məhkəmə tərəfləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etmiş və bu barədə xəbərnamələr işə əlavə etmişdir. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbələrini məhkəməyə bildirməmişdir. Həmçinin məhkəmənin qəbul etdiyi qətnamə də tərəflərə və üçüncü şəxslərə göndərilmiş və bu barədə də xəbərnamələr iş materiallarına əlavə etmişdir. Üçüncü şəxs müqavilənin şərtlərinin dəyişdirilməsi üçün hansı şəraitin dəyişdirilməsini göstərməmişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəld iyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6807/2015 nömrəli iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət idir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov