Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3030/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)1728/2023 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. xx.xx.2018-ci il tarixli, 069 saylı müqaviləyə əsasən, İddiaçı xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan ünvan 1 evin faktiki sahəsi 25,79 kv.metr olan 46 saylı mənzilini sökülməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada sonuncu tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulan mənzili qəbul etməyi öhdəsinə götürür.
2. Müqavilənin 1.1.2-ci bəndinə görə, "xxxx" MMC-ti əmlak mülkiyyətçisi İddiaçı mənzil ilə təmin edən günədək komensasiya şəklində veriləcək kirayə haqqını və yeni mənzildə nəzərdə tutulan təmir xərcini 35.000 manat nağd pul şəklində sonuncuya ödəməyi öhdəsinə götürur.
3. Müqavilənin 1.2-ci bəndinə əsa sən, "xxxx" MMC-ti əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətində olan ünvan 1 evin 46 saylı mənzilin sökülməsini və Sahib Zeynalov küçəsində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada sahəsi 50,0 kv.metr olan təmirsiz mənzili əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür.
4. Müqavilənin 2.2.4-cü bəndinə əsasən, "xxxx" MMC-ti yeni tikilicək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili əmlak mülkiyyətçisi İddiaçı təhvil verməyi, habedə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında tikinti quraşdırma işləri yekunlaşdırıldıqdan sonra həmin binanı qanunamüvafiq qadada Dövlət Komissiyasında n keçirərək istismara qəbul aktının rəsmiləşdirilməsini təmin etməyi öhdəsinə götürür. 5. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən, İddiaçı 27.11. 2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan ünvan 1 evin faktiki sahəsi 25,79 kv.metr olan 46 saylı mənzilini sökülməsi üçün "xxxx" MMC-nə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada sonuncu tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulan mənzili qəbul etməyi öhdəsinə götürür.
6. Müqavilənin 1.1.2-ci bəndinə görə, əmlak mülkiyyətçisi İddiaçı ilə xx.xx.2018-ci il tarixli, 069 saylı müqavilədə qeyd olunan 50,0 kv.metr təmirsiz mənzilə ödəniş cədvəlinə uyğun 37,4 kv.metr sahə əlavə olunaraq ümumi sahə 87,4 kv.metr təşkil edir.
7. Müq avilənin 1.1.3-cü bəndinə əsasən, əmlak mülkiyyətçi İddiaçı 37,4 kv.metr əlavə sahəyə ödəniləcək 52.500 manat məbləğdən 10.500 manat nağd ödəniş edərək, qalan 42.000 manat məbləği xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödəniş cədvəlinə uyğun "xxxx" MMC-nə ödəməyi öhdəsinə götürür.
8. Müqavilənin 1.2-ci bəndinə görə, “Pilot-“ MMC-ti ünvan 1 evin 46 saylı ünvanında yerləşən əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətində olan mənzilin sökülməsini və Azadlıq prospektində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada sahəsi 87,4 kv.metr olan təmirsiz mənzili əmlak mülkiyyətçisi İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı (bundan slonra iddiaçı) c avabdeh "xxxx" MMC (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci bəndində “əgər bu müqavilənin bağlanmasından sonra 2 il müddət ərzində “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə mənzil təhvil verilməzsə, onda hər əlavə ay üçün 800 manat kirayə haqqı “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir. Həmçinin, əgər tərəflər arasında təhvil veriləcək mənzilin sahəsində artım olarsa, onda həmin mənzilin hər artıq 1 kv.metrinə görə 400 manat təmir xərci “Tikinti Şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə ödəniləcəkdir”. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin 1.1.3-cü bəndinə görə “Əgər “Tikinti Şirkəti” b u mənzili xx.xx.2021-ci il tarixədək “Əmlak mülkiyyətçisi”nə təhvil verməzsə, onda bu mənzilin dəyərinin ödənişi ilə əlaqədar qalan məbləğlə əlaqədar yenidən 2 il müddətinə yeni ödəniş cədvəli tərtib edilərək, qalan məbləğ “Əmlak mülkiyyətçisi” tərəfindən həmin ödəniş cədvəlinə uyğun olaraq ödəniləcəkdir” sözlərinin əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 1.1.2-ci və xx.xx.2019-cu il tarixli müqaviləyə Əlavənin 1.1.3-cü bəndlərində dəyişikliklər edilməsini xahiş etmişdir. Lakin, iddiaçının xahişi nəzərə alınmamış və cavabdeh tərəfindən bu müqavilədə qarşılıqlı razılaşma ilə düzəlişin edilməsi mümkün olmamışdır. Halbuki, müqa vilənin bu bəndi qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmişdir. Belə ki, bu bənddə iddiaçıya ödəniləcək kirayə haqqının və təmir xərclərinin məbləği ayrı-ayrılıqda göstərilməmişdir. Eyni zamanda bu müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli əlavədən də görünür ki, həmin müqaviləyə görə iddiaçıya veriləcək mənzilin sahəsi 87.4 kv.metr göstərilmişdir. Yəni, birinci müqavilədə göstərilmiş mənzilin sahəsindən 37.4 kv.metr artıq sahə göstərilmişdir. Lakin, bu artıq sahənin təmir pulu da iddiaçıya ödənilməmişdir. Həmçinin, kirayə haqqı az hesablanmış və müqavilənin bağlanmasından 4 ilə yaxın vaxt keçməsinə və bu günədək mənzil iddiaçıya təhvil verilməməsinə baxmayaraq, əlavə qaldığı müddətə görə ona kirayə haqqı ödənilməmişdir. Ona görə də tərəflər arasında bağlanmış xx.xx.2018- ci il tarixli müqavilənin 1.1.2-ci bəndinə dəyişiklik edilərək ödənilmiş 35.000 manat məbləğində pul yalnız müqavilə bağlanıldıqdan sonra 2 il üçün nəzərdə tutulmalı və həmin müddət bitdikdən sonra hər ay üçün əlavə 800 manat məbləğində kirayə haqqı ödənilməlidir. Eyni zamanda əlavə müqavilə ilə aldığı mənzilin sahəsi 37.4 kv.metr artıq olduğu üçün həmin artıq sahənin təmirinə görə də 1 kv.metrə görə 400 manat ödəmək şərtilə 14.960 manat əlavə pul da ödənilməlidir. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 69 saylı müqavilənin 2.2.4-cü bəndində göstərilmişdir ki, “yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutul muş mənzili əmlak mülkiyyətçisinə təhvil verməyi tikinti şirkəti üzərinə götürür”. Bu bənddə göstərilmiş “yaşayış binasının bünövrəsi qoyulduqdan sonra” cümləsi qeyri-dəqiq, mücərrəd bir vaxt anlayışı kimi qəbul edilir. Belə ki, yaşayış binasının bünövrəsinin qoyulmasının dəqiq vaxtı müqavilədə göstərilmədiyindən, bu cümlə Mülki Məcəllənin tələblərinə görə qanunaziddir. Belə ki, hər bir bağlanan müqavilədə müqavilə öhdəliklərinin icrası müddəti dəqiq göstərilməlidir. Ona görə də cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin icrası müddəti dəqiq göstərilmədiyindən və artıq aralarında bağlanmış birinci müqavilənin bağlandığı müddətdən 4 ildən artıq vaxt ötməyinə baxmayaraq, cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklər icra olunmamışdır. Bu isə həm müqavilənin bir tərəfi kimi, həm də mülkiyyətçi kimi onun hüquqlarını pozur. Eyni zamanda əlavə maddi xərclər çəkməyə məcbur edir. Belə ki, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, sözügedən mənzil iddiaçıya 24 ay müddətinə tikilərək təhvil verilməli idi. Lakin, cavabdeh tərəfindən bu nəzərə alınmayaraq iddiaçıya 24 ay müddəti üçün kirayə haqqı ödənilmişdir. Yuxarıda qeyd edildiyi kimi, artıq həmin müqavilənin bağlanmasından 42 ay keçməsinə baxmayaraq, iddiaçı mənzillə təmin olunmamış və mülkiyyətində başqa mənzili lmadığı üçün o, kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda cavabdeh tərəfindən iddiaçıya 14 ay əlavə yaşadığı müddət üçün kirayə haqqı ödənilməmişdir. Ona görə də sözügedən müqavilədə olan bu qanunazidd hallar aradan qaldırılmalı və tərəflər arasında bağlanmış bu müqavilələrdə müvafiq dəyişikliklər edilməl idir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 03 oktyabr 2022-ci il tarixli, 2(006)-3209/2022 saylı qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, tərəflər arasında sözügedən müqavilələr üzrə öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir. Lakin həmin müqavilələrdə kirayə haqqı və təmir üçün ödənilməli olan pul məbləğləri ayrı-ayrılıqda qeyd edilməmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli müqaviləyə əlavədə mülkiyyətçilərə əlavə olaraq 37,4 kv.metr, ümumilikdə 87,4 kv.metr sahənini verilməsi göstərilmişdir. Lakin, cavabdeh tərəfindən əlavə sahəyə görə təmir haqqı da mülkiyyətçiyə ödənilməmişdir.
6. Birinci instansiya məhkəməsi iddia tələblərini əsaslı sayaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən sözügedən müqavilələr mülki qanunverciliyin tələbləri pozularaq tərtib edilmiş və cavabdeh müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.
7. Birinci instansiya məhkəməsi həmçinin cavabdehin etirazının dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırda iddiaçı sözügedən müqavilələrin bəndlərində müvafiq dəyişikliklərin edilməsini iddia edir. Cavabdeh həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməməklə bərabər, eyni zamanda həmin müqavilələri qanunverciliyin tələblərini pozaraq tərtib etmiş, həm kirayə haqqını iddiaçıya ödəməmiş, həm də müqavilələrdə şərtləşdirilmiş müddətdə mənzili iddiaçıya təhvil verməmişdir. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərh um olmasını göstərir. Bu səbəbdən də məhkəmə iddia tələblərini əsaslı hesab edir və təmin olunması qənaətinə gəlir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 423.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, eyni zam anda "xxxx" MMC hazırda mövcud olmadığını nəzərə alaraq, onun hüquqi varisinin olub-olmamasını araşdırmamışdır. Belə ki, "xxxx" MMC-ti xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə dövlət qeydiyyatına alınmış və "xxxx" MMC-nin qoşulması ilə yenidən təşkil edilmişdir və sonuncunun hüquqi varisidir. Birinci instansiya məhkəməsi bu halı araşdırmamış, cavabdeh kimi "xxxx" MMC-ni göstərmək əvəzinə, mövcud olmayan "xxxx" MMC cavabdeh kimi göstərmişdir. Müqavilənin şərtlərinə görə iddiaçıya ödənilən 35.000 manat vəsaitə kirayə haqqı və mənzilin təmir haqqı daxildir və həmin məbləğ iddiaçıya müqavilə bağlanan an cavabdeh tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsinin səhv nəticəyə gəlmiş və iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını sübut edə bilməməsini nəzərə almamışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra- apellyasiya instansiyası məhkəməsi) 12 aprel 2023-cü il tarixli, 2(103)-1728/2023 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq, iddiaçının cavabdehə qarşı “müqavilələrdə dəyişiklik edilməsi” barədə iddiası rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız sayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərə flərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
13. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı tələbi müqavilə şərtlərinin dəyişdirilməsi barədədir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsinin 4 əsası vardır: tərəflərin razılaşmasına əsasən; tərəflərdən birinin tələbi üzrə; müqavilənin tamamilə və ya hissə-hissə icrasından imtina edilməsi; şəraitin mühüm (əhəmiyyətli) dərəcədə dəyişməsi. İddia ərizəsinin məzmununa görə, iddiaçı tələbinin hüquqi əsası kimi yalnız Mülki Məcəllənin 421.1-ci maddəsinə istinad etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb qeyd etmişdir ki, əvvəla müqav ilə üzrə kirayə haqqı və təmir xərci kimi nəzərdə tutulmuş 35 000 manatın iddiaçıya ödənilməməsi ilə bağlı iddia ərizəsində heç bir qeyd yoxdur. İddiaçı ərizədə 35 000 manatın ödənilmədiyini deyil, müqavilənin həmin məbləğin ödənilməsi ilə bağlı bəndində kirayə haqqının və təmir xərcinin ayrı-ayrılıqda göstərilmədiyini qanunvericiliyin tələbinin pozulması kimi göstərmişdir. Lakin iddiaçı müqavilədə kirayə haqqının və təmir xərcinin ayrı-ayrılıqda deyil, birlikdə göstərilməsinin hansı qanunun və hansı normanın tələbinə zidd olduğunu qeyd etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində isə bununla bağlı hər hansı açıqlama yoxdur.
15. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya baxışı zamanı verdiyi izahata əsaslanaraq qeyd etmişdir ki, iddiaçı 2018-ci ildə müqavilə bağ lanarkən 35 000 manat pul vəsaitinin kirayə haqqı və təmir xərci kimi öna ödənildiyini etiraf etmişdir. Ona görə də cavabdeh bu faktları sübut etmək vəzifəsindən azad olunmalıdır.
16. Apellyasiya instansiyası məhkəməsi həmçinin işə əlavə edilmiş sübutları, habelə iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələri və onların müvafiq bəndlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, iddiaçıya məxsus sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin faktiki ölçüsü 25,79 kv.metr olmuş, cavabdeh həmin mənzilin sökülməsi ilə bağlı iddiaçıya 50 kv.metr sahəsi olan təmirsiz mənzil verməyi öhdəsinə götürmüşdür. Yeni mənzilin təmirsiz verilməsinin səbəbi iddiaçıya təmir xərcinin və kirayə haqqının əvəzi kimi 35 000 manatın ödənilməsi olmuşdur. xx.xx.2018-ci il tarixli müqavilənin 1.1.2-ci bəndi məhz bunu nəzərdə tutur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı həmin məbləği almışdır. İddiaçı təmir xərcinin və kirayə haqqının əvəzi kimi ona 35.000 manat ödənilməsinə razı olmuş və müqaviləni imzalamışdır. O, təmir xərcinin və kirayə haqqının ayrılıqda deyil, birgə ğöstərilməsinin onun üçün nə kimi əhəmiyyət daşıdığını, yaxud ona hansı zərər vurduğunu açıqlamamışdır. xx.xx.2019-cu il tarixli müqaviləyə əlavənin məzmunundan görünür ki, iddiaçı qarşılıqlı razılığa əsasən öz vəsaiti hesabına əlavə olaraq 37,4 kv.metr sahə də almış, həmin əlavə sahəyə görə cavabdehə 52.500 manat ödəməyi öhdəsinə götürmüş, sonuncu isə bunun əvəzində cəmi sahəsi 87,4 kv.metr olan təmirsiz mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, iddiaçı hazırda öz vəsaiti hesabına əldə etdiyi 37,4 kv.metr əlavə sahəyə görə də təmir xərcinin və kirayə haqqının ödənilməsini istəyir ki, bu da müqavilə şərtlərinə uyğun deyil.
17. Belə ki, sözügedən müqavilə yalnız sökülən mənzilin sahəsinə görə təmir xərcinin və kirayə haqqının ödənilməsini nəzərdə tutur. Əlavə sahəyə görə təmir xərcinin və kirayə haqqının ödənilməsi müqavilədə nəzərdə tutulmamışdır.
18. Apellyasiya instansiyası məhkəməsi, öhdəliklərin müqavilə müddəti ərzində yerinə yetirilməməsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında əsas müqavilə xx.xx.2018-ci ildə, ona əlavə isə xx.xx.2019-cu il tarixdə bağlansa da, iddiaçıya veriləcək mənzilin yerləşdiyi Azadlıq prospektindəki 4 saylı binanın bünövrəsi 2021-ci ilin noyabr ayında qoyulmuşdur. Bu hal MTK-nın xx.xx.2023-cü il tarixli, 139 sa ylı arayışı ilə də təsdiq olunur. Bu səbəbdən də iddiaçının bu dəlili də əsassızdır.
19. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda işin yuxarıda müəyyən edilmiş hallarına istinad edərək qeyd etmişdir ki, iddiaçı özü də əlavə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Belə ki, o, əlavə sahəyə görə nəzərdə tutulan 52.500 manatı xx.xx.2019-cu ildən xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, bu günədək həmin öhdəliyi tam yerinə yetirməmiş və onun cavabdeh qarşısında 24.900 manat yerinə yetirilməmiş öhdəliyi mövcuddur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı özü 6 ay ərzində ödəməli olduğu öhdəliyi yerinə yetirməyərək cavabdehə 24.900 manat borclu qalmış olsa da, sonuncudan 2 il ərzində ödənilməli olan öhdəliyin icrasını tələb edir.
20. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan müqavilədə aylıq 800 manat kirayə haqqı ödənilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsinə gəldikdə isə qeyd etmişdir ki, əvvəla, cavabdeh tərəfindən iddiaçıya kirayə haqqı və təmir xərcinin əvəzi kimi 35.000 manat ödənilmişdir və bu, işin mübahisəsiz halıdır. Cavabdehin nümayəndəsi həmin məbləğin 7.500 manatının təmir xərci, 27.500 manatının isə kirayə haqqı kimi nəzərdə tutulduğunu bildirmişdir. Digər tərəfdən, iddiaçı kirayə haqqı kimi ödənilən bu məbləğin yalnız 2 il üçün nəzərdə tutulduğunu bildirmişdir. İddiaçının bu hesabı nəzərə alınarsa belə çıxır ki, iki ilə görə ona aylıq 1145 manat ödənilmişdir ki, bu da inandırıcı olmamaqla işin həqiqi hallarına uyğun deyil.
21. Belə ki, Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh arasında b ağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə 1 otaqlı mənzilə görə kirayə haqqı kimi 350 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunan və digər sakinlərlə bağlanmış çoxsaylı müqavilələrdə də 50 kv.metr sahəsi olan mənzilə görə qarşılıqlı razılıq əsasında aylıq 250, 300, 350 manat ödənilməsinin nəzərdə tutulduğu qeyd edilmişdir. Göründüyü kimi, 50 kv.metr sahəsi olan mənzilə görə 800 manat kirayə haqqının tələb edilməsinin hər hansı hüquqi əsası yoxdur. Qeyd olunan müqavilə üzrə 37,4 kv.metr əlavə sahəyə görə kirayə haqqı və təmir xərci tələb olunması isə ümumiyyətlə nə qanuna, nə də müqaviləyə söykənmir. Ona görə də iddia tələbləri rədd edilməlidir.
22. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 390, 404.1, 404.2, 4 21.1, 421.2, 421.3, 423.2, 441.1-441.5-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 14, 77.1, 106.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassator Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.1, 420.1.1, 420.1.2, 422, 425, 441, 442-ci maddələrinə, habelə MPM-nin 14, 76, 97.1, 217-ci maddələrinə istinad edərək, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozulduğunu qeyd etmiş və kassasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
27. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. Maddə 42 1.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
29. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.
30. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır.
31. Maddə 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata k eçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. Maddə 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər.
33. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Mə hkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxl anılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi
41. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini- 01 noyabr 2018-ci il tarixli, 069 saylı müqavilə üzrə mənzilin təhvil verilmədiyi müddət üçün kirayə haqqı ödənilməsinin rədd olunması hissəsində istisna olmaqla, iddia tələblərini qalan hissələrdə rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini mülki mübahisəyə düzgün tətbiq edib.
42. Ona görə də kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan tələbləri üzrə əlavə araşdırma aparmağa lüzum görmür və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Lakin, kassasiya insta nsiyası məhkəməsi iddia tələbinin- 01 noyabr 2018-ci il tarixli, 069 saylı müqavilə üzrə mənzilin təhvil verilmədiyi müddət üçün kirayə haqqı ödənilməsinin rədd olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, bu hissədə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqa uyğun deyil.
44. Belə ki, xx.xx.2018-ci il tarixli, 069 saylı müqaviləyə əsasən iddiaçı, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə mülkiyyətində olan ünvan 1 evin faktiki sahəsi 25,79 kv.metr olan 46 saylı mənzilini sökülməsi üçün cavabdehə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada sonuncu tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulan sahəsi 50,0 kv.metr olan təmirsiz mənzili qəbul etməyi, cavabdeh isə iddiaçını mənzil ilə təmin edən günədək komensasiya şəklində veriləcək kirayə haqqını və yeni mənzildə nəzərdə tutulan təmir xərcini 35.000 manat nağd pul şəklində sonuncuya ödəməyi öhdəsinə götürüb.
45. Həmçinin sözügedən müqavilənin şərtlərinə görə cavabdeh, yeni tikilicək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş mənzili iddiaçıya təhvil verməyi, habelə çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında tikinti quraşdırma işləri yekunlaşdırıldıqdan sonra həmin binanı qanunamüvafiq qadada Dövlət Komissiyasından keçirərək istismara qəbul aktının rəsmiləşdirilməsini təmin etməyi öhdəsinə götürüb.
46. İddia ərizəsindən, iddiaçının izahatından, habelə kassasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı kirayə haqqının az hesablandığını, 01 noyabr 2018-ci il tarixli, 069 saylı müqavilənin bağlanmasından 4 ilə yaxın vaxt keçdiyini, bu müddət ərzində mənzilin ona təhvil verilmədiyini, habelə əlavə qaldığı müddət üçün ona kirayə haqqı ödənilmədiyini də iddia edir.
47. Cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya instansiyası məhkəməsinin 15 mart 2023-cü il tarixli məhkəmə iclas protokolundakı izahatından görünür ki, sözügedən binanın bünövrəsi 2019-cu ilin fevral ayında qoyulub və bina 2021-ci ilin fevral ayında təhvil verilməli idi. Həmçinin o, izahatında göstərib ki, iddiaçıya sahəsi 50,0 kv.metr olan mənzilin təmiri üç ün 7.500 manat, kirayə haqqı üçün 27.500 manat pul ödənilib və İcra Hakimiyyəti ilə bağlanmış müqaviləyə görə 1 otaqlı mənzil üçün 350 manat, 2 otaqlı mənzil üçün 450 sanat, 3 otaqlı mənzil üçün 550 manat kirayə haqqı ödənilməsi nəzərdə tutulub (iş vərəq 186, 187). Apellyasiya instansiyası məhkəməsinin 12 aprel 2023-cü il tarixli məhkəmə iclas protokolundakı izahatında isə o, sözügedən binanın bünövrəsinin 2021-ci ilin noyabr ayında qoyulduğunu və iddiaçıya mənzilin təmiri üçün 7.500 manat pul ödənildiyini qeyd edib (iş vərəq 190).
48. Həmçinin, cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 11 aprel 2023-cü il tarixli arayışdan isə görünür ki, iddiaçıya veriləcək mənzilin yerləşdiyi Azadlıq prospektində inşa ediləcək 4 saylı yaşayış binasının bünövrəsi 2021-ci ilin noyabr a yında qoyulub (iş vərəq 146).
49. İşdən görünür ki, iddiaçı ilk gündən cavabdehin etirazının dəlilləri ilə razılaşmır və iddia ərizəsində, izahatında və kassasiya şikayətində ona veriləcək mənzilin yerləşdiyi binanın bünövrəsinin 2021-ci ilin noyabr ayında deyil, 2019-cu ilin fevral ayında qoyulduğunu, müqavilənin bağlanmasından 42 ay keçməsinə baxmayaraq mənzillə təmin edilmədiyini iddia edir.
50. Əvvəla, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulan 24 aylıq müddətin axımı iddiaçıya təhvil veriləcək mənzilin yerləşdiyi yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının bünövrəsinin qoyulduğu günlə şərtləndirilsə də, sözügedən binanın bünövrəsinin həqiqətən 2021-ci ilin noyabr ayında qoyulmasını iddiaçının da qəbul etdiyini özündə ehtva edən heç bir mötəbər yazılı sübut yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi bu hala diqqət yetirmədən, sözügedən binanın bünövrəsinin 2019-cu ilin fevral ayında qoyulmasına dair həm iddiaçının izahatını, həm də cavabdehin nümayəndəsi və vəkili Ağalar Ağakişiyevin fərqli izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, mülkiyyətində olan mənzildən iddiaçının nə vaxt çıxarıldığını, mənzilin sökülməsi üçün cavabdehə nə vaxt təhvil verildiyini, cavabdehin təqsiri üzündən iddiaçının hansı müddətdə kirayədə yaşamağa məcbur olduğunu araşdırmadan, yalnız işin nəticəsidə maraqlı olan cavabdehin təqdim etdiyi arayışla kifayətlənərək, sözügedən binanın bünövrəsinin 2021-ci ilin noyabr ayında qoyulmasına dair işin halları barədə səhv nəticəyə gəlib və tərəflər arasın da bağlanmış müqavilənin 2.2.4-cü bəndində nəzərdə tutulan müqavilə şərtini Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinin tələbləri baxımından cavabdehin xeyrinə təfsir edib, baqa sözlə işin bütün müvafiq hallarını, o cümlədən tərəflər arasındakı müqaviləyə qədərki danışıqları, yazışmaları, tərəflərin sonrakı hərəkətlərini lazımi şəkildə araşdırmayıb. Halbuki, qeyd olunan normaların mənasına görə məhkəmə, müqavilə şərtlərini təfsir edərkən təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bötüvlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.
52. Eyni zamanda məhkəmə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə top lanmış digər sübutlarla yanaşı yoxlamalı və qiymətləndirməlidir və həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verməlidir (Mülki Prosessual Məcəllənin 88, 106.1-ci maddələri).
53. Göründüyü kimi, cavabdehin etiraz ərizəsində istinad etdiyi sözügedən şərt müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi olan iddiaçı üçün zərərli olub-olmaması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmayıb və həmin şərtin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair hallar nəzərə alınmayıb.
54. Digər tərəfdən, iddia ərizəsindən, iddiaçının izahatından görünür ki, sözügedən müqavilənin bağlanmasından 42 ay müddət keçməsinə baxmayaraq, o mənzillə təmin olunmayıb və işdə, bunun əksini təsdiq edən başqa sübut yoxdur.
55. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında, iddiaçıya sahəsi 50,0 kv.metr mənzilin təmiri üçün 7.500 manat, kirayə haqqı üçün 27.500 manat pul verildiyini və İcra Hakimiyyəti ilə bağlanmış müqaviləyə görə 1 otaqlı mənzil üçün 350 manat, 2 otaqlı mənzil üçün 450 manat, 3 otaqlı mənzil üçün 550 manat kirayə haqqının ödənilməsinin nəzərdə tutulduğunu göstərib, iddiaya etiraz etsə də, habelə iddiaçı ilə bağlanmış müqavilədə ona veriləcək mənzilin sahəsi qeyd olunsa da, onun neçə otaqdan ibarət olması müqavilədə göstərilməyib.
56. Apellyasiya instansiyası məhkəməsi bu hal aydınlıq gətirmədən, cavabdeh tərəfindən 27.500 manat kirayə haqqının iddiaçıya neçə otaqlı mənzil üçün verildiyini, ümumiyyətlə sahəsi 50,0 kv.metr olan başqa mənzillər üçün hansı məbləğdə təmir xərclərinin ödənildiyini, sözügedən binanın bünövrəsi qoyulduqdan sonra mənzilin 24 ay müddətində inşa edilib iddiaçıya təhvil verilib-verilmədiyini, nə vaxt təhvil verildiyini, sözügedən məbləğin iddiaçının faktiki kirayədə yaşadığı müddət üçün yetərli olubolmadığını aydınlaşdırmadan, yalnız cavabdehin təqdim etdiyi arayışla kifayətlənərək binanın bünövrəsinin 2021-ci ilin noyabr ayında qoyulduğu nəticəsinə gəlib.
57. Digər tərəfdən, sözügedən binanın bünövrəsi 2021-ci ilin noyabr ayında qoyulacağı halda, cavabdehin hələ sökülməmiş evə görə 01 noyabr 2018-ci il tarixdə iddiaçıya 24 ay üçün kirayə haqqı ödəməsi başa düşülən deyil.
58. Bu baxımdan kassasiya instansiyası məh kəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iddiaçı yaşadığı mənzili sökülmək üçün cavabdehə təhvil verdiyi halda, ona 24 ay üçün kirayə haqqının ödənilməsinin binanın faktiki bünövrəsinin qoyulduğu vaxtdan hesablanması qanuni və əsaslı sayıla bilməz.
59. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə iddiaçının mənzili sökülmək üçün cavabdehə təhvil verdiyi vaxt, habelə onun ötən müddət ərzində faktiki kirayədə yaşadığı müddət, eləcə də ona veriləcək mənzilin otaqlarının sayı müəyyən edilməli və yalnız bundan sonra başqa sakinlərə otaqların sayına görə ödənilən kirayə haqqının məbləği də nəzərə alınmaqla, iddianın bu hissədə əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1728/2023 saylı qətnaməsi qismən - iddianın 01 noyabr 2018-ci il tarixli müqavilə üzrə mənzilin təhvil verilmədiyi müddət üçün kirayə haqqı ödənilməsinin rədd olunması hissəsində ləğv edilsin, mülki iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə qalan mübahisələndirilən hissədə İddiaçı Fəfail qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.