Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4088/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4088/2022 (Açar sözlər: müqavilənin şərtlərinin dəyişdirilməsi, pul tələbi) Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin dəyişdirilməsi və pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3049/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə 01 avqust 202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı MMC (bundan sonra – iddiaçı və ya MMC) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 6 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən Xətai rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ünvan 1 ünvanda yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 8 mənzilli yaşayış binasının söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintis ini həyata keçirməyi, eyni zamanda cavabdehin söküntüsü nəzərdə tutulan binada mülkiyyətində olan 60,63 m2 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə etməklə tikiləcək binanın 1-ci blokunda sahəsi 80 m2 olan 3-cü mərtəbədə 9 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) onun sərəncamına verməyi öhdəsinə götürmüşdür.
2. Sözügedən müqaviləyə xx.xx.2018-ci il tarixdə edilmiş əlavəyə əsasən, cavabdeh tikiləcək binada 80 m2 əvəzində sahəsi 92,9 m2 olan mənzil götürür və 12,9 m2 əlavə sahə üçün 7000 manat ödəyir. MMC-nin pilot layihə çərçivəsində cavabdehə 80 m2 mənzili təmirli təhvil verməli olduğu nəzərə alınaraq həmin mənzilin təmiri 1 m2 üçün 150 manat olmaqla 12000 manat təşkil edir. Cavabdeh mənzilin MMC tərəfindən təmir olunmasından imtina etdiyi üçün t əmirə xərclənəcək vəsaitin bir hissəsini, yəni 7000 manatını əlavə götürülmüş 12.9 m2 sahəyə görə qarşılıqlı hesablaşma yolu ilə MMC-yə yaranmış borcun silinməsinə və qalan 5000 manatın ona nağd şəkildə ödənildikdən sonra mənzilin təmirinin özü tərəfindən aparılmasına zəmanət verir.
3. Cavabdeh əvvəllər MMC-yə qarşı aralarında bağlanmış müqavilədə nəzərdə tutulmuş sahə ilə ona təhvil verilmiş sahə arasındakı kvadrat fərqinə görə kompensasiya ödənilməsi və s. barədə iddia qaldırmış və həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-857/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. Həmin qətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-cı il tarixli, 10/1175 saylı ekspert rəyinə əsasən müəyyən edilmi şdir ki, aparılmış hesablamalar nəticəsində MMC tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən cavabdehə məxsus tədqiq olunan mənzilin ümumi sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri nəzərə alınmaqla 88,09 m2 təşkil edir. Mənzildə aparılmış təmir işləri zamanı divarlara vurulmuş suvağ, şpaklyovka və kafel sementinin qalınlığı mənzil sahəsinin azalmasına səbəb olmuşdur.
4. Cavabdehin həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9543/2021-ci il tarixli, x x.xx.2021-ci il saylı qətnaməsi ilə təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli, 6 nömrəli müqavilənin 1-ci bəndində və həmin müqaviləyə xx.xx.2018-ci tarixli əlavədə “yeni tikilən mənzilin ümumi ölçüsünə 15% əlavə edilməklə 80 m2 mənzillə təmin edilməsi” hissəsində dəyişiklik edilərək, mənzil sahəsinin 60,93 m2 x 15%= 9,135 m2 + 60.93 m2 = 70,0695 m2 olmasının müəyyən edilməsi və cavabdehdən 10 m2 mənzil sahəsinin hər kvadrat metrinə görə 1000 manat olmaqla, cəmi 10.000 manatın alı naraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə sözügedən müqavilənin və ona əlavənin bağlanmasından sonra müəyyən edilmişdir ki, müqavilədə cavabdehə verilməli mənzilin ümumi sahəsi səhv hesablanaraq, ümumilikdə 80 m2 mənzil sahəsinin verilməsi göstərilmişdir. Halbuki aparılmış hesablamalara görə MMC tərəfindən cavabdehin mülkiyyətində olan 60.93 m2 mənzil sahəsinin 15% artığı 9,1395 m2 təşkil edir (60,93 m2 x 15% = 9,135 m2). Deməli, 60,93 m2 + 9,135 m2 = 70,0695 m2 mənzil sahəsi cavabdehə verilməli olduğu halda, faktiki olaraq cavabdehə verilən sahə 80 m2 olmuşdur. Bu isə ona dəlalət edir ki, cavabdehə 10 m2 sahə artıq verilmiş və MMC cavabdehə ve rilmiş artıq sahəyə görə vergi ödəmişdir.
7. Müqavilədə cavabdehə verilməli yeni mənzil sahəsinin texniki səhv nəticəsində çox hesablanması ilə əlaqədar artıq sahənin ödənilməsi təklif olunsa da, cavabdeh təklifə münasibət bildirməmişdir. Cavabdehə verilmiş artıq mənzil sahəsi müəssisənin ziyana düşməsi ilə nəticələndiyindən, cavabdeh həmin sahənin dəyərini ödəməlidir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Müki Məcələnin 421.1, 421.2, 423.2, 424.3 və 424.5-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri: - MMC ilə bağlanmış müqavilə məhz 80 m2 mənzillə bağlı olmuş, hər iki tərəf qeyd olunan şərtlərlə müqaviləni imzalamaqla iradə ifadəsini bildirmişlər; - Cavabdeh iddiaçının niyyətinin 70.0695 m2 sahəyə malik mənzilin verilməsi ilə bağl ı olduğunu bilsəydi, onunla, ümumiyyətlə, belə bir müqavilə bağlamazdı; - iddiaçı cavabdehin mülkiyyətinə guya artıq verilmiş mənzil sahəsinin dəyərinin onun hesabına ödənilməli olduğunu da sübuta yetirə bilmir.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-439/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 6 nömrəli müqavilənin Müqavilənin predmeti” hissəsinin ilk abzasında və həmin müqaviləyə dair xx.xx.2018-ci il tarixli əlavənin ilk abzasında təhvil verilməli mənzilin 80 m2 olmasına dair hissələrində dəyişiklik edilməklə, mənzilin sahəsinin 69,72 m2 olmasının müəyyən edilməsi, cavabdehdən 5426,35 manatın tutularaq MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Lalə Rəhimli)
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə və müqaviləyə əlavədə təhvil verilməli mənzilin sahəsinin səhv yazılması nəticəsində iddiaçının müqavilənin əsasında durmuş təsəvvürləri yanlış çıxmış, bununla da, şərait əhəmiyyətli dərəcədə dəyişmiş və iddiaçıya maddi ziyan dəymişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin Müqavilənin predmeti” hissəsinin ilk abzasında və həmin müqaviləyə dair əlavənin ilk abzasında təhvil verilməli mənzilin 80 m2 olmasına dair hissələrində dəyişiklik edilərək, təhvil verilməli olan mənzilin sahəsi 69,72 m2 (60,63+ (60,63x15/100)) olaraq göstərilməli və əlavə olaraq təhvil verilmiş 10 m2 sahə üçün ödənilməli olan 542 6,35 manat (xx.xx.2018-ci il tarixli müqaviləyə əlavədə 12,9 m2 sahə üçün 7000 manat ödənilirsə, o zaman hər m2 üçün cəmi 542,63 manat ödənilməli və 10 m2 üçün həmin məbləğ 5426,35 manat etməlidir) cavabdehdən tutularaq MMC-yə ödənilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 421.2, 422.1, 422.2, 422.4, 424.3 və 424.5-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Şikayətin dəlilləri: - Mülki Məcəllənin 421.2-ci maddəsinə istinadla iddia tələbinin qismən təmin olunması yolverilməzdir. Belə ki, sözügedən normaya yalnız cavabdeh müqavilə üzrə öhdəliyini icra etmədiyi halda istinad oluna bilərdi, hazırkı vəziyyətdə isə, əksinə, iddiaçı öz öhdəliyindən boyun qaçırır. İş materiallarından da aydın olduğu kimi, iddiaçı texniki yanlışlığa yol verilməsinə istinad edərək, üzərinə götürdüyü 92.9 m2 sahəyə malik mənzilin təhvil verilməsindən imtina edir. Cavabdeh isə xx.xx.2017-ci il tarixli müqaviləyə və ona əlavəyə əsasən 12.9 m2 əlavə sahə üçün 7000 manat ödəməklə öz öhdəliyini icra etdiyini bir daha sübuta yetirmişdir. Beləliklə, iddiaçının müqavilə şərtlərini pozaraq cavabdehə ziyan vurduğu halda cavabdehin qarşı tərəfə vurduğu hər hansı zərərdən söhbət belə gedə bilməz; - bununla yanaşı, hazırkı mübahisədə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsindən də söhbət belə gedə bilməz. Belə ki, müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyət li dərəcədə dəyişməsi faktı nə məhkəmədə sübuta yetirilmiş, nə də məhkəmənin yekun aktında öz əksini tapmışdır. Eyni zamanda, məhkəmə müqavilənin dəyişdirilməsinin cavabdehin vəziyyətinə nə dərəcədə təsir etməsini, ona xeyli dərəcədə ziyan vurmasını diqqətə almadan müqavilənin sadəcə iddiaçının vəziyyətini dəyişdirdiyinə istinad etmiş, lakin cavabdehin müqavilənin dəyişdirilməsi nəticəsində maddi ziyana məruz qalacağına, onun tərəfindən heç bir qanun pozuntusuna yol verilmədiyinə toxunmamışdır; - digər tərəfdən, hətta MMC mənzilin sahəsi ilə bağlı texniki yanlışlığa yol vermiş olsaydı belə, bu hal digər tərəfin məsuliyyətinə səbəb olmur və müqavilənin dəyişdirilərək şəxsin hüquqlarına toxunulmasına əsas vermir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-30492022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv, iddia rədd olunmuşdur. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Rəşad Həsənov)
17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, cavabdehə 60,63 m2 sahəyə 15% əlavə edilməklə ümumi sahəsi 80 m2 olan yeni mənzil təhvil verilməlidir ki, bu zaman cavabdeh mülkiyyətində olan 60,63 m2 sahəyə 15% əlavə hesablanması ilə deyil, məhz konrekt olaraq göstərilmiş 80 m2 sahəli mənzilin verilməsi ilə razılaşmışdır. Əgər müqavilədə 80 m2 sahəli mənzilin verilməsi razılaşdırılmış olmasa idi, cavabdeh bu formada müqavilə bağlamaya bilə rdi.
18. Bundan əlavə, tərəflər həmin müqaviləyə xx.xx.2018-ci il tarixli əlavə ilə həmçinin razılaşmışlar ki, cavabdeh mülkiyyətində olan 60,63 m2 sahədən ibarət mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə 80 m2 əvəzində sahəsi 92,9 m2 olan mənzil götürür və 12,9 m2 sahə üçün 7000 manat ödəyir. Bununla da, MMC müqaviləyə əlavə bağlamaqla müqavilədə cavabdehə 80 m2 sahəli mənzil verilməsinin razılaşdırılmasını sonrakı hərəkətləri ilə qəbul etmişdir.
19. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı sözügedən müqavilədə göstərilən mənzilin sahəsinin səhv qeyd olunduğunu göstərsə də, bu hal özlüyündə onun müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Çünki işin halları ilə müəyyən edili r ki, tərəflər ilk olaraq 80 m2 sahədə mənzilin verilməsini razılaşdırmış, sonradan müqaviləyə əlavə bağlamaqla həmin sahəni 92,9 m2 olan mənzillə əvəz etmişlər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iddiaçının müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxmasına və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etməsi işin faktiki halları baxımından düzgün olmamış, bununla da, məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
20. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 404.1, 404.2, 422.1, 425-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (Vəkil) kassasiya şikayəti verə rək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini və ya işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Şikayət belə iddia ərizəsinin məzmununa uyğun əsaslandırılb və əlavə olaraq göstərilib ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, əvvəlki işin araşdırılması zamanı cavabdeh müqavilədə nəzərdə tutulduğundan aşağı həddə mənzil sahəsi olduğunu bildirsə də, mənzil sahəsinin ölçüsü barədə keçirilən ekspertiza rəyində təqdim edilmiş mənzilin sahəsinin müqavilədə müəyyən edilmiş ölçüdən çox olduğu müəyyən edilmiş, lakin cavabdeh artıq mənzil sahəsinin pulunu ödəməmişdir. Qeyd edilən faktlar məhkəmədə cavabdeh tərəfindən təsdiq edilməsinə baxmayaraq, məhkəm ə bu hala qiymət verməmişdir. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razıl aşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda bu maddədə şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məs rəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 424.1. Müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübu tlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nətic ələnə bilsin. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən haz ırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
29. İddia tələbi müqavilə şərtlərini dəyişdirilməsi və bunun nəticəsi olaraq cavabdehdən pul alınması barədədir. İddiaçı tələbinin əsası kimi müqavilədə cavabdehə verilməli mənzilin ümumi sahəsinin səhv hesablanmasına istinad etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, tərəflər arasında bağlanmış 22 may 2017-ci il tarixli müqaviləyə əsasən, cavabdehə 60,63 m2 sahəyə 15% əlavə edilməklə ümumi sahəsi 80 m2 olan yeni mənzil təhvil verilməlidir, bu zaman cavabdeh mülkiyyətində olan 60,63 m2 sahəyə 15% əlavə hesablanması ilə deyil, məhz konrekt olaraq göstərilmiş 80 m2 sahəli mənzilin verilməsi ilə razılaşmışdır. Müqavilədə 80 m2 sahəli mənzilin verilməsi razılaşdırılmış olmasa idi, cavabdeh bu formada müqavilə bağlamaya bilərdi. Üstəlik, iddiaçı həmin müqaviləyə xx.xx.2018-ci il tarixli əlavəni imzalamaqla 22 may 2017-ci il tarixli müqavilədə cavabdehə 80 m2 sahəli mənzil verilməsinin razılaşdırıl masını sonrakı hərəkətləri ilə qəbul etmişdir.
31. Göründüyü kimi, iddia tələbinin əsası kimi istinad edilən hal işin müəyyən edilmiş halları ilə təkzib edilmişdir.
32. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 17-19-cu bəndlərində əks edilən mövqeyi ilə razılaşır və bu səbəbdən də əlavə şərhə zərurət görmür.
33. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, məhz iddianın təmin edilməsinə yönələn bu dəlillər təsdiqini tapmadığı üçün apellyasiya instansiyası məhkəməsi iddianı rədd etmişdir. Kollegiya da apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığı üçün həmin dəlilləri də qəbul etmir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti tə min olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3049/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.