Məhkəmə qərarları › İş №2(102)-5113/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-5113/2021

16.11.2021 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5113/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ddiaçı: İddiaçı cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5113/21 (Açar sözlər: müqavilə bəndinə dəyişiklik edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(103)892/2021 saylı qətnaməsindən İddiaçı kassasiya ş ikayəti üzrə işə 16 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdeh "xxxx" ASC qarşı iddia qaldıraraq, onunla cavabdeh arasında bağlanmış 19 mart 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79,0 rəqəmi ilə əvəz edilməsi, həmin müqavilənin 2.1-ci bəndində 71.372,41 rəqəminin 57.033,61 rəqəmi ilə əvəz edilməsi, həmin bənddə 532,04 rəqəminin 403,55 rəqəmi ilə əvəz edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.A.Əsədova) iddia qismən təmin edilərək, tərəflər arasınd a bağlanmış 19 mart 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 86,2 rəqəmi ilə əvəz edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflər arasında bağlanmış 19 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 07 saylı binanın 1-ci blok, 17-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 92,06 kv.metr olan 170 saylı mənzilini iddiaçıya satmağı, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində həmin mənzilin dəyərini (qiymətini) cavabdehə ödəməyi öhdəsinə götürüb. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 71.372,41 manat müəyyən edilib və cavabdeh mən zilin dəyərini (qiymətini) hər ay 523,04 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürüb. Məhkəmə araşdırması zamanı ekspertin rəyi ilə müəyyən edilib ki, divarların və arakəsmələrin sahələri nəzərə alınmaqla mənzilin ümumi sahəsi 86,2 kv.metr təşkil edir. Göründüyü kimi cavabdeh müqavilə ilə iddiaçıya ümumi sahəsi 92,06 kv.metr olan mənzil satmaq əvəzinə arakəsmələr də daxil olmaqla ümumi sahəsi 86,2 kv.metr olan mənzil satıb. Bu da iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. İddiaçı sözügedən mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq müəyyənləşdirildiyini düşünüb və həmin mənzilin 71.372,41 manat qiymətləndirilməsini özü üçün münasib dəyər hesab edib və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq verib. İddiaçının tələbi mənzilin ümumi sahəsinin 74,3 kv.metr olmaqla müqavilənin müvafiq bəndinə dəyişiklik edilməsi hissəsində əsassızdır. Çünki, tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının, arakəsmələrin, dəhliz və eyvanların, habelə yardımçı sadələrin daxil edilməsi öz əksini tapıb və iddiaçı bu bəndlə razılaşaraq müqaviləni imzalayıb. Bu baxımdan mənzilin ümumi sahəsinin 74,3 kv.metr deyil, arakəsmələr daxil olmaqla ekspert rəyi ilə müəyyən edilmiş 86,2 kv.metr kimi qeyd edilməli və müqavilənin 1.1-ci bəndində 92,06 rəqəmi, 86,2 rəqəmi ilə əvəz edilməlidir. Cavabdehin iddia müddətini tətbiq etməklə iddiadan imtina barədə qərar çıxarılmasına dair ərizəsinə münasibətdə isə qeyd edilməlidi r ki, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı ildir və iddiaçı, hazırki iddia tələbləri ilə məhkəməyə 01 mart 2019-cu il tarixdə müraciət etdiyindən, qanunla müəyyən edilmiş iddia müddətini ötürməyib. Ona görə də iddia qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 568.1, 373.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, iddianın rədd ed ilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova sədrlik edən, məruzəçi, E.M.Həsənov və F.F.Babayev) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilib və tərəflər arasında bağlanmış 19 mart 2013-cü il tarixli müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79,0 rəqəmi ilə əvəz edilməsi qət edilib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, İ.R.Xələfov və Z.Ə.Əliyev) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli q ətnamə ləğv edilib, iddia tələbləri rədd edilib, iddiaçının apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllini təmin etmədiyindən, mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan halları araşdırmadığından qətnamə qanuni sayıla bilməz. İşin hallarından görünür ki, tərəflər arasında bağlanmış 19 mart 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, cavabdeh sözügedən mənzili iddiaçıya satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Tərəflərin razılığı ilə mənzilin dəyəri 71.372,41 manat müəyyən edil ib və iddiaçı mənzilin dəyərini hər ay 523,04 manat ödəniş etməklə 120 ay müddətinə cavabdehə ödəməyi öhdəsinə götürüb. Hazırda iddiaçı, satın aldığı mənzilin ölçüsünün müqavilədə göstərilən ölçü ilə uyğunsuzluq təşkil etdiyinə istinad edərək, 06 fevral 2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək, müqavilədən irəli gələn hazırki mübahisənin qarşılıqlı razılaşma yolu ilə həll edilməsini xahiş edib. Bundan sonra iddiaçı hazırki iddianı qaldıraraq mənzilin ümumi sahəsinin 79 kv.metr olduğunu göstərib, buna müvafiq şəkildə mənzilin ümumi dəyərinin 57.033,61 manata, aylıq ödənişinin isə 403,55 manata azaldılmasını və bu məzmunda müqavilənin bəndlərinə müvafiq dəyişiklik edilməsini iddia edir. Cavabdeh isə həmin halları mübahisələndirərək, müqavilədə mənzilin ümumi sahəsinin 92,06 kv.metr o lmaqla, bu sahəyə divarların, arakəsmələrin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olduğunu şərtləndirdiklərini, iddiaçının isə həmin sahələri nəzərə almadığını və onunla mənzilin dəyərinin hər kvadrat metri üçün deyil, ümumi razılaşdıqlarını göstərib iddiaya etiraz edir. Ekspertin rəyinə görə, mənzilin və arakəsmələrin sahələri nəzərə alınmaqla ümumi sahəsinin 86,2 kv.metr olduğu müəyyən edilib. Göründüyü kimi, iddia tələbinin əsasını müqavilənin bəndlərinin dəyişdirilməsi təşkil edir. Hazırki halda cavabdehin sözügedən müqavilə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması, yaxud şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi sübuta yetirilmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində cavabdehin iddiaçıya satmağı öhdəsinə götürdüyü mənzilin ümumi sahə si göstərilib. Həmin müqavilənin 2.1-ci bəndində isə bu sahəyə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların, habelə yardımçı sahələrin də daxil olması qeyd edilib. Deməli, mənzilin ümumi sahəsi üçün vahid qiymət müəyyən edilib və qiymət hər kvadrat metr üçün hesablanmayıb. Yəni, iddiaçı divarları, arakəsmələri, dəhliz və eyvanları, habelə yardımçı sahələri də daxil olmaqla ümumi sahəsi müəyyən edilən mənzilə görə 71.372,41 manat ödəməyi öz iradə ifadəsi əsasında öhdəsinə götürüb. Eyni zamanda tərəflər, bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşaraq üzərilərinə qarşılıqlı öhdəliklər götürüblər. Belə olan halda, heç bir qanuni əsas olmadan tərəflərdən birinin istəyi ilə digər tərəfin irad əsinə zidd olaraq həmin şərtlərin dəyişdirilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi mübahisəyə müqavilənin dəyişdirilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməyib, iş üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmayıb. Bundan başqa, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verərək tələbin həm də bu əsasla rədd olunmasını xahiş edib. Hazırki halda iddianın özü əsassız olduğundan, ondan müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi məsələsi mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Odur ki, prosessual qənaət prinsipi də nəzərə alındıqda, həmin xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət yoxdur. Ona görə də iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 421.1, 421.2, 422.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ekspertin rəyi əsas tutulmaqla iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayəti nə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıla rı arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli p ozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Həmin Məcəllənin 8.0 və 8.0.1-ci maddələrinə əsasən, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərind ən əmələ gəlir. Qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər və sair mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsası hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, yaşayış sahəsi dedikdə- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 12.5-ci maddəsinə görə, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər eh tiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 13.1-13.1.3-cü maddələrinə əsasən, yaşayış sahələrinə- yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi və otaq aiddir. Həmin Məcəllənin 13.3-cü maddəsində göstərilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəli lləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, işin hallarına görə, tərəflər arasında bağlanmış 19 mart 2013-cü il tarixli alqısatqı müqaviləsinə əsasən cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 07 saylı binanın 1-ci blok, 17-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 92,06 kv.metr olan 170 saylı mənzilini iddiaçıya satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəy ərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Tərəflərin razılığı ilə mənzilin dəyəri 71.372,41 manat müəyyən edilib və iddiaçı mənzilin dəyərini hər ay 523,04 manat ödəniş etməklə 120 ay müddətinə cavabdehə ödəməyi öhdəsinə götürüb. Hazırda iddiaçı, satın aldığı mənzilin ümumi sahəsinin müqavilədə göstərilən 92,06 kv.metr ümumi sahə ilə uyğunsuzluq təşkil etdiyini göstərib, sözügedən müqaviləyə dəyişiklik edilərək, müqavilənin 1.1-ci bəndində 92,06 rəqəminin 79,0 rəqəmi ilə əvəz edilməsini, həmin müqavilənin 2.1-ci bəndində 71.372,41 rəqəminin 57.033,61 rəqəmi ilə əvəz edilməsini və həmin bənddə 532,04 rəqəminin isə 403,55 rəqəmi ilə əvəz edilməsini iddia edir. Cavabdeh isə müqavilədə mənzilin ümumi sahəsinin 92,06 kv.metr olmaqla, bu sahəyə divarların, arakəsmələrin, dəhliz və eyvanların, ha belə yardımçı sahələrin daxil olduğunu şərtləndirdiklərini, iddiaçının həmin sahələri nəzərə almadığını və sonuncu ilə mənzilin dəyərinin hər kvadrat metri üçün deyil, ümumi razılaşdıqlarını göstərib iddiaya etiraz edir. Məhkəmə Ekspertiza Mərkəzinin 18 sentyabr 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, sözügedən mənzilin divarlarının və arakəsmələrinin sahələri nəzərə alınmadıqda mənzilin yaşayış sahəsi 38,4 kv.metr, yardımçı (köməkçi) sahəsi 35,9 kv.metr olmaqla ümumi sahəsi 74,3 kv.metrdir; divarların və arakəsmələrin sahələri nəzərə alınmadıqda isə mənzilin ümumi sahəsi (8,70 x 3,80) + (7,50 x 6,0) + (0,75 + 2,0): 2 x 5,9 = 86,2 kv.metr təşkil edir. Göründüyü kimi tərəflər arasındakı hazırki mübahisə, iddiaçının cavabdehdən satın aldığı mənzilin ümumi sahəsi, dəyəri, habe lə aylıq ödənişlərin məbləği ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisənin obyektiv həlli üçün ilk növbədə müqavilənin dəyişdirilməsini və mənzil hüququnun obyekti sayılan yaşayış sahəsinin ümumi sahəsini tənzimləyən maddi hüquq normaları qarşılıqlı şəkildə təhlil edilməlidir. Əvvəla, mənzil qanunvericiliyinə görə, balkon və ya eyvanlar istisna olmaqla, yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi də daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Yaşayış sahələrinə yalnız yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi və otaq aiddir. Mənzil isə bir və ya bir neçə otaqd an, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə hesab edilir (Mənzil Məcəlləsinin 12.5, 13.1-13.1. 13.3-cü maddələri). Sadalanan normaların mənasına görə, mənzil- otaqlardan, yardımçı sahələrdən, habelə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahələrdən ibarət yaşayış sahəsidir. Yardımçı sahələr də daxil olmaqla yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusu isə yaşayış sahəsinin ümumi sahəsini təşkil edir. Hazırki halda tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndində divarların, arakəsmələrin, dəhliz və eyvanların sah ələri, habelə yardımçı sahələr sözügedən mənzilin ümumi sahəsinə aid edilib. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında bağlanmış sözügedən müqavilənin 1.1, 1.2, 2.1-ci bəndələrinin tələblərini təfir edərkən sadalanan maddələrin tələblərini pozub. Belə ki, cavabdeh tərəfindən iddiaçıya satılmış mənzilin divarlarının və arakəsmələrinin sahələri nəzərə alınsa belə, həmin mənzilin ümumi sahəsinin 92,06 kv.metr deyil, cəmi 86,2 kv.metr olmasını və cavabdehin iddiaçıya açıq-aşkar müqavilədə göstərilən ölçüdə mənzil satmamasını nəzərə almayıb. Halbuki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllən in 568-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, tərəflərin bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşaraq üzərilərinə qarşılıqlı öhdəliklər götürməklə müəyyən etdiklərini və heç bir qanuni əsas olmadan tərəflərdən birinin istəyi ilə digər tərəfin iradəsinə zidd olaraq müqavilənin şərtlərinin dəyişdirilməsinin yolverilməz olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla da razılaşmır. Çünki, tərəflər arasında sözügedən müqavilə bağlanarkən cavabdeh iddiaçıya münasibətdə üstün mövqeydə olub və həmin vaxt iddiaçı mənzilin ümumi sahəsinin 92,6 kv.metr deyil, 86,2 kv.metr olmasını bi lməyib, habelə qanunla divarların, arakəsmələrin, dəhliz və eyvanların sahələrinin, eyni zamanda yardımçı sahələrin sahəsinin mənzilin ümumi sahəsinə aid olub-olmamasını bilməyədə bilərdi. Bu hallar iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin dəlilləri ilə də istisna olunmur. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab ki, sözügedən müqavilə iddiaçının iradəsini ifadə etmiş və divarların, arakəsmələrin, dəhliz və eyvanların sahələri, habelə yardımçı sahələrin sahəsi mənzilin ümumi sahəsinə aid edilmiş olsa da belə, cavabdehin iddiaçıya satdığı mənzilin ümumi sahəsi (92,6 kv.metr -86,2 kv.metr) 6,4 kv.metr az olub. Belə olan halda məhz cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş. Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyə tindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli saylır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cürə pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavil ə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfi təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənin şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edicəkləri mənfəəti, yaxud mövcud şəraitin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Apellyasiya instansiyası məhkəməsi, cavabdeh tərəfin qeyd olunan maddələrin dispozisiya şərtlərini, yəni müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozubpozmaması ilə bağ lı işin hallarını kifayət qədər araşdırmadan, bu barədə işə əlavə edilmiş sübutları, o cümlədən ekspertin rəyini məhkəmə iclasında tədqiq edib onları digər sübutlarla yanaşı qiymətləndirmədən, yalnız cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara əsaslanaraq iddianı bütövlükdə rədd edib. Halbuki, Mülki Prosessual Məcəllənin 88, 101.7, 103.1-ci maddələrinin mənasına görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisənin faktiki hallarına və mülki iş materillarına uyğun gəlmədiyi üçün əsaslı sayıla bilməz. Belə ki, cavabdehin iddiaçıya satdığı mənzilin üm umi sahəsi 92,06 kv.metrdir (müqavilənin 1.1-ci bəndi). Bu sahəyə mənzilin divarlarının, arakəsmələrinin, dəhliz və eyvanının sahələri, habelə yardımçı sahələrinin sahəsi aid edilib və müqavilənin bu şərtləri iddiaçı ilə xüsusi şəkildə razılaşdırılıb (müqavilənin 1.2-ci bəndi). Lakin ekspertin rəyinə görə, həmin sahələr nəzərə alındıqda belə cavabdeh iddiaçıya 6,4 kv.metr az sahə satıb. Belə olan halda cavabdehin sözügedən müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması, yəni iddiaçıya müqavilədə şərtləndirilmiş qaydada deyil, daha az sahəli başqa mənzil satması və bununla da iddiaçının müqavilə bağlayarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olması açıq-aşkardır və apellyasiya instansiyası məhkəməsi işin bu halını nəzərə almayıb və bu xüsusata düzgün hüquqi qiymət verməyi b. Bundan başqa, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Apellyasiya instansiyası məhkəməsi, iddianın özünün əsassız olduğunu qeyd edib, ondan müdafiə vasitəsi kimi iddia müddətinin tətbiqi məsələsinin mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmədiyini və prosessual qənaət prinsipini nəzərə alıb, bu xüsusat üzrə əlavə araşdırma aparmağa zərurət olmadığını qeyd edib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, iddiaçının öz hüququnun pozulduğunu nə vaxtdan bilməsi və ya bilməli olması aydınlaşdırılmaqla, hazırki mülki mübahisəyə iddia müddətinin tətbiqi və iddia müddətinin axımı məsələsinə də hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər gö rülməli və araşdırılan sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli, 2(103)-892/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar