Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1849/2019 06.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X4 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2018-ci il tarixli 2(103)11367/2018 saylı qətnaməsindən X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Ə.Rzayev, iş № 2(001)-3301/2018) İddiaçı cavabdehlər X2 və “xxxx” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair id diası rədd edilmiş, X1 qarşılıqlı iddiası təmin edilərək “xxxx” MMC tərəfindən N-ci mərtəbəsində yerləşən 138,97 kv.metr ümumi sahəsi olan 3 otaqlı evin 21 saylı mənzilinin İddiaçı satılmasına dair “xxxx” MMC ilə bağlanmış 02 avqust 2004-cü il tarixli 310 saylı müqavilənin etibarsız hesab edilməsi, mənzilin Cavabdeh2 sahiblik və istifadəsinə qaytarılması, həmin mənzildən Cavabdeh2 tərəfindən mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olmasının İddiaçı qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) İddiaçı apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 06 iyul 2018ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddianın təmin edilə rək X3 ilə “xxxx” MMC arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, yuxarıda göstərilən mənzildən istifadə zamanı İddiaçı X3 tərəfindən yaradılan maneələrin aradan qaldırılmasının ona tapşırılması, qarşılıqlı iddianın təmin olunmaması qət edilmişdir. İşin halları: 2018-ci ilin fevral ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli mənzilin “xxxx” MMC-dən anası X7 ilə bağlanmış 04 iyul 2003-cü il tarixli müqavilə əsasında alınmasını, 02 avqust 2004-cü il tarixdə isə müqavilənin onun adına dəyişdirilməsini, mənzilin dəyərinin tam ödənilməsi barədə ona maliyyə arayışının verilməsini, N tərəfindən onunla MMC arasında həmin mənzilə dair 06 noyabr 2003-cü il tarixli müqavilə təqdim edilsə də, mənzilin dəyərinin onun tərəfindən ödənilm əsi barədə məhkəməyə heç bir sübut təqdim olunmamasını və s. əsas göstərməklə Cavabdeh2 ilə MMC arasında bağlanmış 06 noyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh2 qarşılıqlı iddia verərək mübahisəli mənzili 41.691 ABŞ dolları ödəməklə MMC-dən 06 noyabr 2003-cü il tarixli müqavilə əsasında almasını əsas göstərməklə N ilə bağlanmış 04 iyul 2003-cü il tarixli və İddiaçı ilə bağlanmış 02 avqust 2004-cü il tarixli müqavilələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi kassasiya şikayəti verərək qətnamənin sübutlara düz gün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh “xxxx” MMC-nin vəkili kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlil lərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin müəyyən olunmuş hallarından görünür ki,mübahisəli mənzil “xxxx” MMC tərəfindən 04 iyul 2003-cü il tarixli müqaviləyə əsasən 33.000 ABŞ dollarına X5, 06 noyabr 2003-cü il tarixli müqaviləyə əsasən Nə 41.691 ABŞ dollarına, 02 avqust 2004-cü il tarixli müqaviləyə əsasən 33.000 ABŞ dollarına İddiaçı satılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli mənzilə dair Na ilə bağlanmış müqavilənin old uğu vəziyyətdə mənzilin Nə 06 noyabr 2003-cü il tarixli müqavilə əsasında satılması qanunsuz olmuşdur. Apellyasiya instansiyası məhkəməsinə görə mübahisəli mənzilə dair Lyuba Həmidova ilə müqavilə Cavabdeh2 ilə olan müqavilədən əvvəl bağlandığından MMC həmin mənzili Cavabdeh2 satmaq səlahiyyətinə malik olmamışdır. İşdən görünür ki, mənzil Lyuba Həmidovanın xahişi ilə 02 avqust 2004-cü il tarixdə qızı İddiaçı adına rəsmiləşdirilməklə mənzilin dəyəri tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355-ci maddəsinə görə əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər(355.1). Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.(35 5.2.) Apellyasiya məhkəməsi hesab etmişdir ki, MMC ilə Cavabdeh2 arasında mənzilə dair müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 417.1, 418.1, 419.2, 425 və 567-ci maddələrinin tələblərinin pozulması ilə bağlandığından etibarsız sayılmalıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İşdən görünür ki, mübahisəli mənzilin yerləşdiyi binada mənzillərin satılması zamanı baş vermiş cinayət xarakterli hərəkətlərə görə başlanmış cinayət işi üzrə məhz İddiaçı zərərçəkmiş şəxs kimi tanınmış və mübahisəli mənzilin ona məxsus olması müəyyən olunmuşdur. İşin göstərilən halları İddiaçı iddia tələbinin təmin, Müşkinaz Əhmədlinin qarşılıqlı iddiasının rədd edilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya inst ansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun normalarına uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1849/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1849/2019
06.03.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver