Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-185/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin 13.10.2021-ci il tarixli məktubuna əsasən 07.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Nizami Rayon Məhkəməsinin 2(007)-2847/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim B. Qasımov) İddiaçı Cavabdeh1 qarşı “bağışlama müqaviləsinin etibarsı z hesab edilməsi və əmlak üzrəində payın müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilərək, mənzilə dair ½ payının müəyyən olunması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.04.2021-ci il tarixli, 2(103)2922/2021 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.Ə.Mehdiyev), birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, İddiaçı payı 1/3 hissəsinə, Cavabdeh1 isə 2/3 hissəsinə payı müəyyən edilmişdir. Cavabdeh1 Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 aprel 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti 18 oktyabr 2021-ci il tarixli qərardadla icraata qəbul edilərək baxılması üçün 10 fevral 2021-ci il tarixə təyin olunmuşdur. Bakı Apelyasiya Məhkəməsi 13.10.2021-ci il tar ixli, 2(103)-2922/21 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə İddiaçı tərəfindən də kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPMnin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş üzrə kassasiya şikayətinin icraata qəbul olunması haqqında 18.10.2021-ci il tarixli qərardad ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A LİR: Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.04.2021-ci il tarixli, 2(103)2922/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(103)-2922/2021 saylı qərardadı ləğv edilsin. Mülki işi kassasiya baxışından çıxarılaraq Bakı Apelyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-185/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-185/2022
24.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver