Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1850/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, çıxarışın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi, üçüncü şəxs Azərbaycan Respublikası ƏMD K yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1459/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X13 Xodayeva 24 avqust 1986-cı il tarixdə rəsmi nikahlarını qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından Vüqar, Mahir Məmməd oğlu və Nigar adlı uşaqları doğulmuşdur.
2. Tünzalə Xodayeva 11 may 2002-ci ildə vəfat etmişdir. 3. 02 dekabr 2003-cü ildə X18 Cavabdeh1 ilə nikah bağlamış, birgə nikahlarından Fərid a dlı uşaqları doğulmuşdur.
4. Məmməd Şabanov 24 aprel 2008-ci ildə vəfat etmişdir. 5. 01 noyabr 2012-ci il tarixdə İddiaçı1, İddiaçı2, X11, Cavabdeh1 və X9 Məmməd Şabanovun birinci növbə vərəsələri kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 6. xx.xx.2012-ci il tarixdə həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hər bir vərəsəyə münasibətdə 1/5 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 7. 31 may 2022-ci il tarixdə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Zaqatala rayonu 2 saylı Notariat Ofisi və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddi a ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın fərdi yaşayış evinə dair hissədə ləğv olunması və fərdi yaşayış evinə dair vərəsələrin paylarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
8. İddiaçılar tələblərini onunla əsaslandırmışdır ki, miras əmlak olan fərdi yaşayış evi valideynlərinin birgə nikah dövründə 1989-cu il tarixdə inşa olunmuşdur. X14 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Həmin fərdi yaşayış evi birgə nikah dövründə inşa edildiyi üçün onun ½ hissəsi mərhum analarına məxsus olmalıdır. Bunun üçün Notariat Kontoru tərəfindən fərdi yaşayış evinin atalarının payına düşən hissəsinə yəni ½ hissəsinə vərəsəlik açılmalı olduğu təqdirdə fərdi yaşayış evinə tam şəkildə vərəsəlik açılmış və vərəsələrə pay verilmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 117-ci bəndində qeyd olur ki, nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir. Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsa sında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın ½ hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var. Bunun üçün notariat orqanı tərəfindən verilən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarışlar ləğv olunmalıdır.
9. Zaqatala Rayon Məhkəməsinin (hakim V.Məmmədov) 28 sentyabr 2022-ci il tаrixli, 2(033)-669/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vərəsəlik zamanı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmək hüququ sağ qalmış ərə (arvada) aid olduğundan, X5 isə x x.xx.2002-ci il tarixdə ölmüş X6 əvvəl, xx.xx.2002-ci il tarixdə ölməklə sonucunun ölümü ilə əlaqədar mirasın açıldığı vaxt sağ olmadığından, eləcə də, iddiaçılar analarının ölümündən sonra onun ümumi əmlakdan payının müəyyən edilməsi barədə ərizə vermədiklərindən, X12 da sağlığında buna razılıq bildirmədiyindən X3 ümumi əmlakdan payı müəyyən edilməmiş və iddiaçıların sonuncunun vərəsələri olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə almaq hüquqları yaranmamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 1162, 1151.1, 1159.1.1-ci maddələrinə, Notariat haqqında Azərbaycan Respublikasında Qanununun 62-ci maddəsinə, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə sinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçılardan İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər –M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və R.R.Rəfiyev) 2(107)-1459/2022 nömrəli, 22 dekabr 2022ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilmiş, iddia təmin edilmiş, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hü ququ haqqında şəhadətnamənin fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi, xx.xx.2012-ci il tarixli dövlət reyestrindən çıxarışın fərdi yaşayış evinə aid hissədə ləğv edilməsi, fərdi yaşayış evinə dair vərəsələrin paylarının müəyən edilməsi, 11 may 2002-ci il tarixdə X1 miras qalan ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın ½ hissəsində İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə paylarının müəyyən edilməsi, X10 düşən evin ½ hissəsindən İddiaçı1 1/10 hissədə, İddiaçı2 1/10 hissədə, İddiaçı3 1/10 hissədə, Cavabdeh1 1/10 hissədə, X9 1/10 hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evindən X8 mərhum arvadı X2 qalan 1/8 hissəsindən İddiaçı1 1/40 hissədə, İddiaçı2 1/40 hissədə, İddiaçı3 1/40 hissədə, Cavabdeh1 1/40 hissədə, X9 1/40 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mübahisə üzrə qənaətini onunla əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan fərdi yaşayış evi mərhum X12 ilə mərhum X3 birgə nikah dövründə tikilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi X4 məxsus olduğundan, 01 noyabr 2012-ci il tarixli 2V-1604 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir.
16. Mirasın bölünməsi ilə bağlı yekun olaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 11 may 2002-ci il tarixdə X7 vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində yerləşən əmlakın ½ hiss əsi X4 məxsus olduğundan, ondan miras qalmış əmlakdan İddiaçı1 1/8 hissədə, İddiaçı2 1/8 hissədə, İddiaçı3 1/8 hissədə, X8 1/8 hissədə payları olmuşdur.
17. Məhkəmə gəldiyi nəticəni MM-in 1159.1, 1243.1, 1243.2, 1143.3, 1246-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehlərdən Cavabdeh1 (vəkil Nümayəndə) həmin qətnaməni kassasiya qaydasında mübahisələndirərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan da göründüyü kimi, ünvan 1 ünvanında yer ləşən fərdi yaşayış evi iddiaçıların ataları X8 tam mülkiyyətindədir. Yəni, qeyd olunan çıxarışa əsasən, həmin əmlakın ½ hissəsinə iddiaçıların anaları X3 mülkiyyət hüququ olmamışdır. Lakin, bütün bunlara baxmayaraq, apellyasiya instansiyası məhkəməsi israrlı şəkildə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin iddiaçıların anaları X3 mülkiyyətində olmasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməməklə, o cümlədən, işdə olan sübutlara düzgün hüquqi qiymət verməməklə Mülki Prosessual Məcəllənin 14.1, 76, 88 və 217-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçılar kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Cavabde h1 tərəfindən verilmiş kassasiya şikayətinin formal mülahizələrə əsaslandığından təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Mülki Məcəllə
21. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
22. Maddə 1243.1.Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
23. Maddə 1243.2.Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etd iyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1243.3.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
25. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
26. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apell yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
38. Hazırki mübahisə vərəsəlik hüquq münasibətləri ilə bağlı yaranmaqla, iddiaçılar miras qoyan Məmməd Şabanovun birinci nikahından, yəni 2002-ci il tarixdə vəfat etmişTün zalə Xodayeva ilə birgə nikahlarından doğulmuş övladları, cavabdeh isə mirasqoyanın 2003-cü il tarixdə nikah bağladığı arvadı və müvafiq notariat orqanıdır.
39. Miras qoyan Məmməd Şabanov 24 aprel 2008-ci il tarixdə vəfat etmişdir.
40. İddiaçılar, o cümlədən cavabdeh (həmçinin azyaşlı uşağının adından) mərhum Məmməd Şabanovun birinci növbəli qanun üzrə vərəsələri kimi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat orqanına müraciət etmişlər. 41. 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə iddiaçılar, cavabdeh və cavabdehin azyaşlı övladının miras əmlak ünvan 1 ünvanında 0,03 ha torpaq sahəsində mərhuma düşən hissəsində yerləşən, 1989-cu ildə tikilmiş, birmərtəbəli, 73.2 kv m yaşayış, 42 kv.m yardımçı, 115 kv.m ümumi sahəsi olan 4 otaql ı fərdi yaşayış evindən bərabər paylarla irs almaq hüququ təsdiq edilmişdir.
42. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən əmlak üzərində iddiaçıların, cavabdehin və cavabdehin azyaşlı övladının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır.
43. İddiaçılar hazırda 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edirlər, tələblərinin əsasını isə miras əmlakın atalarının ayrıca əmlakı deyil, anaları ilə birgə nikah dövründə əldə edilmiş əmlak olması təşkil edir.
44. Belə ki, iddiaçıların irəli sürdüyü arqumentlərə görə, miras əmlakın predmeti olan fərdi yaşayış evi valideynlərinin birgə nikah dövründə inşa edildiyindən, analarının həmin əmlaka ½ hissədə mülkiyyət hüququ mövcud olmuş və atalarının payı əmlakın qalan ½ hissə və arvadından aldığı miras keçən hissə ilə məhdudlaşmışdır.
45. Başqa sözlə, mübahisəli əmlaka dair Məmməd Şabanovun 5/8 hissədə, iddiaçıların hər birinin isə 1/8 hissədə payları olmuşdur.
46. Bu səbəbdən, 01 noyabr 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərəflərin əmlakla bağlı həqiqi hüquqi vəziyyətini əks etdirməmişdir, Məmməd Şabanovun vərəsələri fərdi yaşayış evinin 5/8 hissəsindən irs almalı olduqları halda, əmlak tam olaraq miras əmlak kütləsinə daxil edilmişdir.
47. Birinci instansiya məhkəməsi iddiaçıların subyektiv hüquqlarının olmaması əsası ilə iddianı rədd etmiş, apellyasiya instansiya məhkəməsi isə iddiaçıların fərdi yaşayış evinin analarına məxsus hissəsinə paylarının olmasına istinad edərə k birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.
48. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə üzrə vərəsəliyin əsaslarını müəyyən edən qanunvericilik normaları düzgün tətbiq edilməmişdir.
49. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.
50. Bu konstitusion normada təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
51. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi v ərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir.
52. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik münasibətləridir.
53. O da qeyd edilməlidir ki, vərəsələrin mirası qəbul etməsi faktını təsdiqləyən sənəd vərəsəlik şəhadətnaməsidir.
54. Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 55. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ve rərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
56. Həmin Qanunun 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma ye rini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır.
57. İş materiallarından mübahisəsiz qaydada görünür ki, Məmməd Şabanovun birinci növbə qanun üzrə vərəsələri, yəni iddiaçılar və cavabdeh notariusa ünvanladıqları ərizələrində miras əmlakın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olduqlarını bildirmişlər.
58. İddiaçıların hazırda etibarlılığını mübahisələndirdikləri vərəsəlik hüququ haqqında şəhadətnamədə də daşınmaz əmlak bütövlükdə miras əmlak kimi göstərilmişdir.
59. Mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olmasını istisna etməsə də, işin digər bir halı da əmlakın 2006-cı ildə dövlət qeydiyyatına alınmasıdır.
60. Şəhadətnamə verildikdən sonra daşınmaz əmlak üzərində vərəsələrin hər birinin 1/5 hissədə mülkiyyət hüquqları qeydə alınmışdır.
61. Hə min vaxtdan 10 ilə yaxın müddət keçdikdən sonra isə iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər.
62. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
63. Qeyd edilən normanın dispozitiv şərtlərindən göründüyü kimi bu tip mübahisələrə dair iddia o vaxt təmin edilə bilər ki, vərəsə mirası qəbul etsin və ya onun qəbulundan imtina etsin və bu hərəkətin mübahisələndirilməsi şəxsə müvafiq əsas məlum olduğu gündən 2 ay müddətində edilsin.
64. Əvvəla nəzərə alınmalıdır ki, mirasın faktiki və notariat orqanına ərizə verməklə qəbulunun əsasında son nəticədə mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilir və qeyd edilən hala görə açılmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mirasın qəbulunu təsbit edən şərtsiz sübutdur.
65. İkincisi, işin hallarından göründüyü kimi atalarından qalmış mirasın qəbulu ilə bağlı hərəkət (vərəsəlik şəhadətnaməsinin verilməsinə yönəlmiş müraciət) bilavasitə iddiaçıların özləri tərəfindən edildiyindən müvafiq əsasın mövcudluğu, yəni analarından miras qalmış əmlaka dair hüquqlarının rəsmiləşdirilməməsi onlara vərəsəlik şəhadətnaməsinin verildiyi gün məlum olmuşdur.
66. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 1272-ci maddəsində göstərilən müddət kəsici müddət olduğundan işə baxan apellyasiya instansiyası məhkəməsi həmin müddətin tətbiqi ilə bağlı məsələni müzakirə etməklə iddiaya qiymət verməli idi.
67. Qeyd edilməlidir ki, mirasın qəbul ed ilməsi və ya qəbulundan imtina edilməsi barəsində analoji hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli Qərarında ifadə edilmişdir.
68. Belə ki, həmin Qərarın məzmunundan görünür ki, N.Nadirov adlı şəxs Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti uzun müddət ötürməklə A.Nadirovaya, Quba Rayonu İcra Hakimiyyəti Başçısının İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2012-ci il tarixli qanun üzrə v ərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmişdir.
69. Həmin iş üzrə qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və qeyd edilən qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
70. Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığ ı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
71. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkə tsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.
72. Mülki hüquqda müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların top lanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
73. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı təkrar qeyd etməyi zəruri hesab edir ki, sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunu iddiaçıların iradəsini əks etdirən ərizələrinə uyğun olmuşdur, yəni miras əmlak kütləsinə daxil olan əmlakın tərkibi barədə vərəsələr arasında heç bir mübahisə olmamışdır.
74. Halbuki, iddiaçılar həmin vaxt əmlakın valideynlərinin birgə əmlakı sayılmaqla, analarına aid hissəsinin Məmməd Şabanovdan qalan miras kütləsinə daxil edilməməsini, analarının vərəsəsi kimi həmin hissəyə paylarını mübahisələndirilə bilərdilər.
75. Lakin iddiaçıların ümumiyyətlə belə bir tələbi olmamış, əksinə əmlak ın bütünlükdə atalarına məxsus olmasını notariusa verdikləri ərizə ilə bəyan etmişlər.
76. Göstərilən xüsusatlar apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə nəzərə alınmamaqla, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə mübahisəyə baxılan zaman MM-nin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmişdir.
77. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir.
78. Ona görə də qətnamə lə ğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1459/2022 saylı, 22 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.