Məhkəmə qərarları › İş №2(102)-1851/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1851/2021

24.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1851/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1987/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı1 “Nikoyl” X4 xeyrinə kredit borcuna görə cəmi 28.664,45 ABŞ doll arının tutulması, tutmanın cavabdeh İddiaçı1 və X3 ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, 21/12 saylı evin 21 saylı iki otaqlı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar “xxxx” MMC tərəfindən keçirilmiş xx xxxxxx 2014-cü il tarixli hərracda mənzil 19.125 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin noyabr ayında İddiaçı1 Sumqayıt şəhər İcra İdarəsinə və “xxxx” MMCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin hərraca çıxarılması barədə ona qanunla müəyyən olunmuş qaydada məlumat verilməməsini əsas göstərməklə xx xxxxxx 2014-cü il tarixli hərracın yekunlarına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: E.A.Abdullayev) iddia təmin edilərək xx xxxxxx 2014-cü il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə 3-cü şəxs “Nikoyl” İKB apellyasiya şikayəti verərək İddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə ondan tutulması qət olunmuş kreditin ödənilməsinin ipoteka predmeti olan mənzilə yönəldilməsindən məlumatlı olmasını, mənzilin boşaldılmasına möhlət verilməsini xahiş etməsini, lakin buna baxmayaraq qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə müqavilənin etibarsız hesab edilməsi barədə məhk əmədə iddia qaldırmasını, belə olduqda iddianın rədd edilməli olmasını, müqavilənin etibarsız sayılmasının Mülki Məcəllənin 372, 373, 354, 375-ci maddələrinin tələblərinə uyğun olmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1987/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) üçüncü şəxs “xxxx” ASC-nin (“Nikoyl” İK-nin hüquqi varisi) apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)5153/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı1 iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Kassa siya şikayətinin dəlilləri İş üzrə İddiaçı1 kassasiya şikayəti verərək ipoteka predmeti olan ona məxsus mənzilin dəyərinin 50-60 min manat təşkil etdiyi halda qanun pozuntusu ilə, ondan xəbərsiz keçirilmiş hərracda 19.125 manata satılmasını, işə baxan apellyasiya instansiyası məhkəməsinin isə işin həmin hallarına düzgün qiymət vermədən iddianın əsassız olması barədə nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lak in kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, qətnamə mübahisənin q anuni həlli üçün mühüm əhəmiyyəti olan hallar tam və hərtərəfli yoxlanılmadan və onlara müvafiq hüquqi qiymət verilmədən, eləcə də qanunun qüvvəsinin tətbiqində ziddiyyətə yol verilməklə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən mübahisəli mənzilə dair hərracın xx xxxxxx 2014-cü il tarixdə keçirildiyi halda iddianın etibarsız sayılması tələbi ilə məhkəməyə xx xxxxxx 2017-ci il tarixdə müraciət etməklə iddia müddətini ötürməsini və “xxxx” MMC-nin birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi səbəbindən iddia müddətinin tətbiqi barədə MMC tərəfindən apellyasiya instansiyası məhkəməsinə verilmiş ərizənin qəbul edilməsinin mümkün olmasını əsas göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə, maraqlı şəxs əqdin etibars ız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunda müəyyən olunmuş bir illik müddət, normanın mənasından göründüyü kimi, maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olduqda, iddiaçının xx xxxxxx 2014-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması barədə xx xxxxxx 2017-ci il tarixdə iddia qaldırmaqla MPM-nin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddəti ötürməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanunun tələbinə ziddir. İşdən görünür ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixdə keçirilmiş hərracda iştirak etməmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinin tələblərinə əməl edilməklə hərracın k eçirilmə vaxtı və yeri barədə ona məlumat verilməsinə dair işdə hər hansı bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi isə işin həmin halına qəbul etdiyi qətnamədə aydınlıq gətirməmişdir. İddiaçı1 iddia etməsinə görə ona hərracın keçirilməsi barədə məlumat verilməmiş və ona məxsus mənzilin hərracda satılmasından xəbərsiz olmuşdur. Belə olduqda, apellyasiya instansiyası məhkəməsi həm hərracın keçirilməsi zamanı qanun pozuntularına yol verilib-verilməməsini, həm də hərracın keçirilmə vaxtını iddiaçının bildiyi və ya bilməli olduğu günü müəyyən etdikdən sonra nəticəyə gələ bilərdi. İşin həmin halı Mülki Məcəllənin 354.2-ci maddəsinin qüvvəsinin tətbiqi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, həmin halın araşdırılmadan qəbul edilmiş qətnamə qanuni sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsinə əsaslanıb iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd edərkən nəzərə almamışdır ki, Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən olunmuş bir illik müddət iddia müddəti olmamaqla qanunun həmin normasının qüvvəsi iddia müddətinin tətbiqi barədə ərizənin verilməsindən asılı olmayaraq, bunun üçün qanuni əsaslar olduqda tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsi göstərilən vəziyyətdə iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı X1 kassasiya şikayəti qismən təmin edilin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1987/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar