Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1851/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Teyub oğlunun cavabdehlər Cavabdeh6, Cavabdeh7 (Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: Mirasda payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu, X23 ibarət tərkibdə, İddiaçı Teyub oğlunun cavabdehlər Cavabdeh6, C avabdeh7 (Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1212/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. X39 və X7 xx.xx.1963-cü ildə rəsmi nikaha girmişlər. Birgə nikahdan onların xx.xx.1957-ci il təvəllüdlü Sadıqova (Mustafayeva) Sadəgül Teyub qızı, xx.xx.1959- cu il təvəllüdlü Cavabdeh6, xx.xx.1961-ci il təvəllüdlü Qədirova (Şöyübova) Telli Teyub qızı, xx.xx.1963-cü il təvəllüdlü Mahmudova (Şöyübova) Güllər Teyub qızı, xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh7, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Teyub oğlu, xx.xx.1971-ci il təvəllüdlü Mahmudova (Şöyübova) Səidə Teyub qızı, xx.xx.1971-ci il təvəllüdlü X42 və xx.xx.1973-cü il təvəllüdlü Babayeva (Şöyübova) Mehriban Teyub qızı adlı uşaqları anadan olmuşdur.
2. X42 xx.xx.1971-ci ildə vəfat etmişdir.
3. Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə fərdi yaşayı evi tikmək üçün 1,09 hektar torpaq sahəsi və kənd təsərrüfatı məhsulları istehsalı üçün 4,38 ha torpaq sahəsi X13 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
4. Qeyd edilən 1,09 hektar torpaq sahəsində X31 tərəfindən yaşayış sahəsi 50 kv metr olan fərdi yaşayı evi tikilmiş və həmin evə dair 237 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib edilmişdir. 5. 04 aprel 2003-cü ildə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin iştirakı ilə ailə başçısı X18 həyətyanı torpaq sahəsini, həyətində olan bütün tikililəri, evləri, tövləni, navesi, təndirxananı və digər əmlakı, o cümlədən mal-qaranı ümumiyyətlə ata yurdunda olan bütün əmlakın hamısının təmannasız sürətdə kiçik oğlu İddiaçı Teyub oğluna bağışlanmasına etiraz edilməməsi ilə bağlı akt tərtib edilmiş və X31, X8, İddiaçı Teyub oğlu, Cavabdeh7, Cavabdeh6, X19, X32, X24, X33 və X14 həmin aktı öz imzaları ilə təsdiq etmişlər.
6. X39 xx.xx.2007-ci ildə, X8 xx.xx.2008-ci ildə vəfat etmişlər. Onların ölümündən sonra İddiaçı Teyub oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 adında vərəsələri qalmışdır.
7. Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində yerləşən 4,3818 hektar, 2,1439 hektar və 0,2726 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh6 Teyyub oğlu, X39, X8, X10, X25, X20, X34, X11, X26 və Quluzadə Şahid Şöyüb oğlunun adlarına Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində müvafiq olaraq xx.xx.2019-cu, xx.xx.2019cu və xx.xx.2019-cu ildə qeydə alınmışdır.
8. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixl i qətnaməsi ilə Cavabdeh6 Teyyub oğlu cavabdeh İddiaçı qarşı süni maneələrin aradan qaldırılması tələbi ilə Məhkəməyə müraciət etmiş, Cavabdeh6 Teyyub oğlunun Ağdaş şəhər, Qoşaqovaq kəndində yerləşən mülkiyyətinə verilmiş seriya nömrəli JN-144A Kod-90310018 olan 1,09 ha torpaq sahəsindən istifadəsinə və girişinə cavabdeh İddiaçı tərəfindən yaradılan süni manelərin aradan qaldırılması qət edilmişdir.
9. Ağdaş rayon Notariat Ofisi tərəfindən Cavabdeh4 28 avqust 2021-ci il tarixli, İddiaçı Teyub oğluna 27 may 2022-ci il tarixli, Cavabdeh7 31 may 2022-ci il tarixli və Cavabdeh6 31 may 2022-ci il tarixli imtina məktubları ilə xx.xx.2007-ci il tarixdə ölmüş mərhum ataları X15 və xx.xx.2008-ci il tarixdə vəfat etmiş anaları X3 miras qalmış Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış e vi və torpaq sahələrindəki hissələrindən çatası paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi digər vərəsələr arasında mirasın bölgüsündə mübahisə mövcud olduğundan və mirasın qəbul edilməsi müddətinin ötürüldüyündən məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Teyub oğlu cavabdehlər Cavabdeh6, Cavabdeh7 (Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması və mi rasın qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddiaçı Teyub oğlu iddiasını onunla əsaslandırmışdır ki, mərhum valideynləri X39 ilə X7 1956-cı ildə rəsmi nikah qeyd etdirmədən evlənmişlər. Nikahlarını 01 noyabr 1963cü ildə rəsmiləşdirmişlər. Nikah bağlandıqdan sonra anaları "Şöyübova" soyadını qəbul etmişdir. Onların birgə nikahlarından 26 mart 1957-ci ildə Sadıqova (Mustafayeva) Sadəgül Teyub qızı, 01 iyul 1959-cu ildə Cavabdeh6, 05 avqust 1961-ci ildə Şöyübova (Qədirova) Telli Teyub qızı, xx xxxxxxx 1963-cü ildə Şöyübova (Mahmudova) Güllər Teyub qızı, 09 iyun 1966-ci ildə Cavabdeh7, xx xxxxxxxx 1968-ci ildə İddiaçı Teyub oğlu, xx xxxxxx 1971-ci ildə Şöyübova (Mahmudova) Səidə Teyub qızı və X42 və xx xxx 1973-cü ildə Şöyübova (Babayeva) Mehriban Teyyub qı zı anadan olmuşdur. X42 24 fevral 1971-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində vəfat etmişdir. Mərhum valideynləri birgə nikah dövründə Ağdaş rayonu, Qoşaqovaq kəndində istifadələrində olan 1,09 hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi tikdirmişlər. Həmin yaşayış evi X2 Bürosunda xüsusi mülkiyyət hüququ əsasında X9nun adına qeydə alınmış, bu barədə adına qeydiyyat vəsiqəsi verilmişdir. X21 30 avqust 1978-ci ildə X12 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mustafayeva", X32 09 noyabr 1980-ci ildə X40 ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş, nikah bağlandıqdan sonra "Qədirova", X24 15 iyul 1983-cü ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mahmudova" və X33 27 iyun 1991-ci ildə X2 2 ilə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, nikah bağlandıqdan sonra "Mahmudova" soyadını qəbul etmişlər. Ağdaş rayon AİK-nın 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə və qeydiyyat kitabında 22 mart 1999-cu il tarixdə 3200 sayı ilə qeydiyyata alınmış JN: 0094, kod 90310018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində 4,38 hektar və 2,41 hektar olmaqla iki müxtəlif yerdən ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, JN-144A, kod 90310018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qanuni istifadələrində olan 1,09 hektar həyətyanı torpaq sahəsi ümumi mülkiyyətlərinə verilmişdir. X9 08 oktyabr 2007-ci ildə, anası X8 isə 09 noyabr 2008-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində vəfat etmişdir. Valideynləri ölən günədək Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən evlərində onunla birlikdə yaşamışlar. Onların ölümündən sonra o, həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Atalarının ölən günə mərhum anaları X8, üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 və cavabdehlər Cavabdeh6, Cavabdeh7 və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum analarının ölən günə üçüncü şəxslər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 və cavabdehlər Cavabdeh6, Cavabdeh7 və ondan ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum atalarının ölümündən sonra ondan Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi, həmin evin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsindən hər birinə çatası 1/7 hissə və 4,38 hektar və 2,41 hektar olmaqla ümumilikdə 6,79 hektar kənd təsərrüfatlı təyinatlı topraq sahələrindən mərhum valideynlərindən hər birinə çatası 1/10 hissə paylarını faktiki olaraq özü qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Əmlak və torpaq vergiləri və kommunal xərcləri tərəfindən ödənilməklə, yəni valideynlərinin ölümündən sonra miras qalmış əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bacı və qardaşları olan cavabdehlər və üçüncü şəxslər keçən müddətdə miras əmlakla maraqlanmamış, həmin miras əmlakdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmiş, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Bacıları olan üçüncü şəxslər miras əmlakın onun tərəfindən qəbul edildiyini etiraf və təsdiq edirlər. Lakin müəyyən səbəblərdən mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş vaxtda ərizə ilə notariat orqanına müraciət etməmişdir. Mirası faktiki qəbul etdiyi üçün və üçüncü şəxslər olan bacıları ilə mehriban münasibətləri olduğundan vərəsəliyin açılması ilə əlaqədar müraciət etməmiş, bu səbəbdən də mirasın qəbulu ilə əlaqədar müddət tərəfindən buraxılmışdır. Hesab edir ki, müddət tərəfindən üzürlü səbəblərdən buraxıldığından uzadılmalıdır. Mərhum valideynlərinin ölümüdən sonra onlardan miras qalmış əmlakın tərəfindən qəbul edildiyindən adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün Ağdaş rayon notariat o fisinə müraciət etmişdir. Cavabdehlərlə aralarında miras qalmış əmlaklarla bağlı mübahisə olduğuna görə notariat ofisində vərəsəlik işi açılmamış, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Odur ki, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş X9nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində ölmüş anası X4 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, onların ölümündən sonra mərhum atasıdan Ağdaş rayonu, Qoşaqovaq kəndində miras qalmış ayrı-ayrılıqda iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin atasına və anasına çatası 1/7 hissəsinin, yəni hər birinə çatası 0,16 hektar hissəsinin, 4,38 hektar və 2,41 hektar olmaqla, ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası 1/10 hissəsinin, yəni hər birinə çatası 0,68 hektar paylarının miras əmlak kimi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
12. Cavabdeh6 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən topraq sahəsində iki yaşayış evi vardır, biri mərhum valideynlərindən qalmış, digər 1 mərtəbəli 2 otaqlı yaşayış evini isə 1988-ci ildə tikdirmiş, həyətyanı torpaq sahəsində çoxlu meyvə ağacları əkmiş, mərhum valideynləri vəfat edənə kimi onunla yaşamışlar, valideynləri vəfat etdikdən sonra qardaşı İddiaçı icazəsiz olaraq valideynlərindən qalmış torpaq sahəsinə girmiş, əkilmiş mey və ağaclarını kəsmiş, valideynlərindən qalmış torpaq sahələrini və yaşayış evlərini mənimsəmək istəyir, torpaq sahələrinə giriş-çıxış üçün süni manələr yaradır. Əlavə olaraq mərhum valideynlərindən qalmış çöl pay torpaq sahələrini də öz adına rəsmiləşdirmək istəyir. Belə olan halda yaşayacaq yerləri olmur. Dəfələrlə iddiaçı ilə razılığa gəlmək üçün söhbətlər aparılmış, Mehmana çöl topraqlarını ona verilməsinə razı olduğunu bildirmiş, mərhum valideynlərindən qalmış torpaq sahəsində yerləşən yaşayış evlərinin isə ona və qardaşı Şövkətə qalması üçün razılığa gəlmələrini təklif etmiş, Mehman isə razılaşmayaraq valideynlərindən qalmış torpaq sahələrini, yaşayış evlərini və çöl pay torpaq sahələrini ondan alacağını və öz adına rəsmiləşdirəcəyini bildirmişdir. Həmçinin qardaşı Mehman Bakı şəhərin də yaşayır və adına bir neçə mülk var. Həmin topraq sahələrində onlarında payı var və mülkiyyətçidirlər. Həmçinin qardaşı Mehmana qarşı Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən mülkiyyətlərinə verilmiş seriya nömrəli JN144A Kod-90310018 olan 1,09 ha torpaq sahəsindən istifadəsinə və girişinə cavabdeh İddiaçı tərəfindən yaradılan süni manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Ona görə də İddiaçı iddiası əsassızdır.
13. Cavabdeh7 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində qardaşı Şöyüblə qonşudur. Mübahisə predmeti olan topraq sahəsində iki yaşayış evi var, bir i mərhum valideynlərindən qalıb, digər ev isə qardaşı Şöyüb tərəfindən tikilmişdir. Mərhum valideynlərinin vəfatından sonra miras qalmış əmlakı və torpaq sahələrini qardaşı Şöyüb idarə edir. Lakin digər qardaşı Mehman bununla razılaşmayaraq valideynlərindən qalmış yaşayış evini, həyətyanı və çöl topraq sahələrini öz adına rəsmiləşdirmək istəyir. Qardaşı Şöyübün həmin torpaq sahələrindən və əmlakdan istifadəsinə maneələr törədir. Qardaşı Mehman Bakıda yaşadığı üçün ona çöl pay torpaq sahəsini verməyə razı olduqlarını dəfələrlə bildirmişlər, lakin Mehman onlarla razılaşmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir.
14. Üçüncü şəxs Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə razılaşaraq göstərmişdir ki, mərhum valideynlərindən qalmış torpaq sahəsində yerləşən hər i ki ev mərhum atası tərəfindən tikilmişdir. Valideynləri vəfat edənə kimi onlara Mehman baxıb, həyətdə olan heyvanları Mehman sataraq valideynlərinin müalicəsi üçün, qalanlarını isə valideynlərinin yas mərasimi üçün istifadə etmişdir. Mərhum atasının doğum günündə atası həmin evləri və torpaq sahələrini qardaşı Mehmana bağışlayıb, bacı və qardaşlar buna etiraz etməyərək öz imzaları ilə təsdiq etmişdir. Şöyüb həmin evə gəlmir və orada yaşamır. Qardaşı Mehman həmin evdə yaşayır. İşləri ilə əlaqədar Bakı şəhərinə gedib-gəlir. Mərhum valideynlərindən qalmış torpaq sahələrinin və yaşayış evlərinin qardaşı Mehmanın mülkiyyətinə verilməsinə heç bir etirazı yoxdur.
15. Digər üçüncü şəxslər Cavabdeh4, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 izahatına oxşar izahat ve rmiş və iddianın təmin edilməsinə etiraz etməmişlər.
16. İş üzrə şahid kimi dindirilən Şahid Ağdaş rayon Qoşaqovaq kənd inzibati ərazi dairəsində nümyəndə işlədiyini, mərhum X18 doğum günündə Mehman və ailə üzvləri tərəfindən onların evlərinə dəvət edildiiyini, ora getdikdən sonra mərhum Teyub Şöyübov özü tərəfindən tikilmiş evin və həyətyanı torpaq sahələrinin evin kiçik oğlu olan Mehman Şöybova bağışladığını və digər övladların buna etiraz etmədiklərini, bu barədə akt tərtib olunduğunu və ailə üzvləri tərəfindən həmin aktın imzalandığını, həmçinin Mehman və Şöyübün Bakı şəhərində, Şövkətin isə Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşadığını göstərmişdir.
17. Şahid X5 ifadəsində göstərmişdir ki, mərhum X31 və mərhum X8 vəfat edən günədək onlara evin kiçik oğlu İddiaçı Teyub oğlu qulluq etmiş, müalicə etdirmiş, onlar vəfat etdikdə dəfn xərclərini də özü qarşılamış və onlardan qalan miras əmlakı faktiki qəbul edərək idarə etmişdir.
18. İşdə olan Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kənd ərazisində 48 kv metr yaşayış sahəsi, 36 kv metr qeyri yaşayış sahəsi X18 adına dövlət qeydiyyatına alınmışdır.
19. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 247 saylı arayışdan görünür ki, 2009-2020-ci illər üzrə 03 №-li təsərrüfatbaşına kitabın 19 saylı səhifəsində 1973- cü ildə inşa olunmuş 1 mərtəbəli ümumi sahəsi 108 kv metr olan fərdi yaşayış evi və 0,95 hektar həyətyanı torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir.
20. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati əra zi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 115 saylı və xx.xx.2021-ci il tarixli, 178 saylı arayışlardan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum X39 və mərhum X8 vəfat edən günə qədər, oğlanları İddiaçı Teyub oğlu ilə birgə yaşamışlar və mərhumların dəfn xərclərini İddiaçı Teyub oğlu çəkmişdir.
21. İşdə olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 240 və 243 saylı, xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində yaşamış mərhum X31 və mərhum X1 yaşayış yeri Ağdaş rayonu, Qoşaqovaq kəndi olmuşdur. 22. 09 fevral 2021-ci il tarixli Aktın surətindən görünür ki, Ağdaş rayonu, Qoşaqovaq kənd sakini mərhum X27 məxsus olan həyətyanı tor paq sahəsinin bir hissəsində əlavə olaraq məhrumun oğlu Cavabdeh6 fərdi ev tikdirmiş və həyətyanı sahəsində bağ salmışdır.
23. Ağdaş Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(014)-644/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim F.Nəsibov) iddianın qismən təmin edilməsi, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X9nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X4 ölümündən sonra X9ndan miras qalmış Ağdaş rayonun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin X27 aid 1/7 (yeddidə bir) hissəsinin, X6 aid 1/7 (yeddidə bir) hisəssinin, 0,27 hektar, 4,38 hektar və 2,14 hektar olma qla ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X27 aid 1/10 (onda bir) hissəsinin, X6 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid olunması qət edilmişdir.
24. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evlər mərhum X39 tərəfindən tikilmiş, evlər və torpaq sahələri mərhum X39 və X8 tərəfindən miras qalmışdır. Mərhum valideynləri X39 və X8 ölümlərindən əvvəl mülkiyyətlərində olan əmlak və torpaq sahələrini evin kiçik oğlu İddiaçı Teyub oğluna bağışlamışlar və digər övladlar buna etiraz etməmişlər, bu barədə Ağdaş rayonunun Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akt tərtib olunmuş və X39 və ailə üzvləri aktı öz imzaları ilə təsdiq etmişlər. Belə olan halda iddia qismən təmin edilməli, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonun Qoşaqovaq kəndində ölmüş X9nun və 09 noyabr 2008-ci ildə Ağdaş rayonun Qoşaqovaq kəndində ölmüş anası X4 ölümündən sonra X9ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərini tam hissəsinin, həmin evlərin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin X27 aid 1/7 hissəsinin, X6 aid 1/7 hisəssinin, 0,27 hektar, 4,38 hektar və 2,14 hektar olmaqla ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X27 aid 1/10 hissəsinin, X6 aid 1/10 hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməs i müəyyən edilməli, iddiaçı tərəfindən miras əmlaklar qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul edildiyi üçün müddətin uzadılmasına ehtiyac yoxdur, ona görə də iddia həmin hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1157, 1159.1.1, 1243.1, 1243.2, 1248.1, 1274 və 1276-cı, Ailə Məcəlləsinin 32-ci madələrinə, “Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarına, MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Qətnamədən cavabdehlər Cavabdeh6 və Cavabdeh7 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbini təmin etməklə, bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmiş göstərişlərinə əməl etməyərək cavabdehlərin valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlaklardan, yəni fərdi yaşayış evlərindən və ümumi birgə mülkiyyətə verilmiş həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara düşən paylarından qanun üzrə birinci nö vbə vərəsə kimi onlara çatası və faktiki qəbul etdikləri paylarından məhrum etmişdir. Valideynlərinin ölümündən sonra, yəni vərəsəlik açıldığı vaxtdan ümumi birgə mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahəsindən və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçı ilə birlikdə hamısı istifadə etmişlər. Hətta onlar həmin həyətdə meyvə bağı belə salmışlar. Kənarda yaşayan bacı-qardaşlar mütəmadi olaraq ata yurdlarına olan həmin həyətə gəlmiş, evlərdə yaşamışlar və həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin əkilib becərilmələrində iştirak etmişlər. Bununla da onlar da mərhum valideynlərindən miras qalmış həmin əmlaklardan onlara çatası paylarından, yəni yaşayış evlərindən, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası payların ı faktiki olaraq qəbul etməklərini şəksiz nümayiş etdirmişlər. Lakin işə baxan məhkəmə həmin halları nəzərə almamışdır. Mərhum valideynlərilə ümumi mülkiyyətlərinə verilmiş 1,09 ha həyətyanı və ümumilikdə 6,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi mülkiyyətlərində olduğundan, həmin torpaq sahələrində payları müəyyən edilmədiyindən və naturada bölünmədiyindən həmin torpaq sahələrindən iddiaçı ilə birlikdə istifadə etdiklərinə görə hesab edirlər ki, mərhum valideynlərindən miras qalmış həmin torpaq sahələrindən onların payına düşən hissələrini də faktiki olaraq qəbul etməklə istifadə və idarə etdiklərinə görə onlardan miras qalmış əmlakları onlar da tamamilə qəbul etmiş vərəsələr hesab olunurlar. 1,09 ha həyətyanı və 6,79 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri mərhum val ideynlərilə birlikdə ümumi mülkiyyət hüququ əsasında mülkiyyətlərində olduğundan mərhum valideynlərinə düşən və onlardan miras qalan həmin torpaq sahələrinə vərəsəlikdə üstünlük hüquqları yaranmışdır. İddiaçının isə belə hüququ yaranmamışdır və yoxdur. İddiaçı iddia ərizəsinə valideynlərinin ölümündən sonra onlardan miras qalmış iki fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, o iddia ərizəsinə fərdi yaşayış evlərindən birinə dair möhürü və imzası oxunmayan və şübhə doğuran qeydiyyat vəsiqəsinin surətini, digər yaşayış evinə dair isə fərdi yaşayış evinin texniki pasportunu təqdim etmişdir. Halbuki qanunvericiliyin tələbinə görə dövlət qeydiyyatına alınmamış əmlaka dövlət təminat vermir və müdafiə etmir. Göründüyü kimi iddiaçı tərə findən məhkəməyə təqdim olunmuş həmin sənədlər sübut kimi qəbul edilə bilməzdi. İddiaçı ailəsi ilə birlikdə valideynlərinin sağlığında və onların ölümündən sonra da Bakı şəhərində yaşadığı halda valideynlərindən miras qalmış fərdi yaşayış evlərini, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaqlardan valideynlərinə düşən hissəsini faktiki qəbul etməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyi, bundan fərqli olaraq cavabdehlər torpaq sahələrinin onların ümumi birgə mülkiyyətlərində olmasını həmin torpaq sahələrindən birgə istifadə etməklərini təsdiq edən kifayət qədər sübutlarını məhkəməyə təqdim etsələrdə də, işə baxan məhkəmə tərəfindən iddia tələbinə qarşı etirazlarını və etirazın əsasları kimi istinad etdikləri halları və sübutları nəzərə almamışdır. İşə baxılarkən nüm ayəndələri tərəfindən verilmiş fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsində olan möhür və imza şübhə doğurduğundan buna aydınlıq gətilməsi üçün iş üzrə ekspertizanın təyin edilməsi barədə vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmiş, iş üzrə ekspertiza təyin edilməmiş, vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməmişdir. İddiaçı tərəfindən miras əmlakı faktiki qəbul etməsini təsdiq edən heç bir sübut təqdim olunmadığı halda, işə baxan məhkəmə yalnız heç bir hüquqi əsasları olmayan mərhum ataları tərəfindən vəsiyyətnamə formasında yazılmış yazını dolayısı ilə sübut növü kimi qəbul edərək baxmaqla tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmiş və tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməmişdir. Fərdi yaşayış evlərindən birinə dair idd iaçı tərəfindən məhkəməyə təqdim olunmuş qeydiyyat vəsiqəsi oxunmaz halda olduğuna və möhürü və imzası şübhə doğurduğundan tərəflərindən verilmiş vəsatət məhkəmə iclasında araşdırılmamış, münasibət bildirilməmiş və vəsatətin təmin və ya rədd edilməsi barədə qərardad qəbul edilməmişdir. İşə baxan məhkəmə tərəfindən qətnamə elan edilən gün tərəflərə qətnamədən çıxarış verilsə də, qətnamənin nəticə hissəsi “Elektron Məhkəmə”informasiya sistemində yerləşdirilməmişdir. İşə baxan məhkəmə qətnaməni qəbul etdiyi gün tərəflərə təqdim etdiyi 2(014)-644/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən çıxarışın “qət etdi” hissəsində “İddia qismən təmin edilsin. 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X9nun və 09 noyabr 2008-ciildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş ana sı X4 ölümündən sonra X9ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin, həmin evlərin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin X27 aid 1/7 (yeddidə bir) hissəsinin, X6 aid 1/7 (yeddidə bir) hisəssinin, 0.27 hektar, 4.38 hektar və 2,14 hektar olmaqla ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X27 aid 1/10 (onda bir) hissəsinin, X6 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilsin.” yazdığı halda, həmin qətnamənin qət etdi hissəsində “İddia qismən təmin edilsin. 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X9nun və 09 noyabr 2008-ciildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş anası X4 ölü mündən sonra X9ndan miras qalmış Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən iki ədəd bir mərtəbəli hər biri iki otaqdan ibarət fərdi yaşayış evlərinin tam, həmin evlərin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin X27 aid 1/7 (yeddidə bir) hissəsinin, X6 aid 1/7 (yeddidə bir) hisəssinin,0.27 hektar, 4,38 hektar və 2,14 hektar olmaqla ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X27 aid 1/10 (onda bir) hissəsinin, X6 aid 1/10 (onda bir) hissəsinin miras əmlak kimi İddiaçı Teyub oğlu tərəfindən qəbul edilməsi müəyyən edilsin.” kimi göstərmişdir. “Eletron məhkəmə” informasiya sistemində qətnamədən çıxarışda və ya qətnamədə düzəlişin edilməsi barədə qərardad yerləşdirilməmişdir. Göründüyü kimi qətnamədən çıxarış və qətnamə bir-biri ilə ziddiyyət təşkil etdiyindən həmin qətnamə qanuni və əsaslı hesab edilə bilməz.
28. Məhkəmə kollegiyasının sorğusuna verilən və mülki iş materiallarına əlavə edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim olunmuş cavab məktubundan məlum olmuşdur ki, X13 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir.
29. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1212/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X35 (sədrlik edən və məruzəçi), X28 və X43) cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 2(014)-64 4/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın qismən təmin edilməsi, 08 oktyabr 2007-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X18 və 09 noyabr 2008-ci ildə Ağdaş rayonunun Qoşaqovaq kəndində ölmüş X4 ölümündən sonra miras qalmış X18 adına texniki pasportla işlənmiş Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv metr olan fərdi yaşayış evindən İddiaçı Teyub oğlu, cavabdehlər Cavabdeh6 və Cavabdeh7 1/3 (üçdə bir) hissədə paylarının müəyyən edilməsi, fərdi yaşayış evinin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin X27 aid 1/7 (yeddidə bir) hissəsinin, X6 aid 1/7 (yeddidə bir) hisəssinin 1/3 hissəsinə paylarının müəyyən edilməsi, (1/7=0,7 pay: 1/3=0,23) İddiaçı Teyub oğlunun 0,23 hissə, Cavabdeh6 0,23 hissə, Cavabdeh7 isə 0,23 hissədə paylarının müəyyən edilməsi, 0,27 hektar, 4,38 hektar və 2,14 hektar olmaqla ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin X27 aid 1/10 (onda bir) hissəsinə, X6 aid 1/10 (onda bir) hissəsinə payların müəyyən edilməsi (1/10=1pay: 1/3=0,33), İddiaçı Teyub oğlunun 0,33 hissə, Cavabdeh6 0,33 hissə və Cavabdeh7 isə 0,33 hissədə paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
30. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddia tələbi miras əmlakların qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul edilməsi ilə bağlı müddətin uzadılmasına dair hissəsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə rədd edildiyindən və iddiaçı həmin hissəni mübahisələndirmədiyindən kollegiya hesab edir ki, iddia tələbinin həmin hissəsinə münasibət bildirilməsinə lüzum yoxdur.
31. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırki mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı Ağdaş rayonunun Qoşaqovaq kəndində iki ədəd bir mərtəbəli, hər biri iki otaqdan ibarət fərdi yaşayış evləri aşkar edilmişdir. Sözügedən fərdi yaşayış evləri bir-birilərindən aralı yerləşir və arakəsmə ilə ayrılmışlar. Eyni zamanda məlum olmuşdur ki, həmin fərdi yaşayış evlərindən birində İddiaçı Teyub oğlu öz ailəsi ilə birgə yaşayır. Digər fərdi yaşayış evinin yerləşdiyi pay torpaq sahəsi üzərində isə cavabdehlər Cavabdeh6 və Cavabdeh7 bağ salaraq, müxtəlif meyvə ağacları əkmişlər.
32. Məhk əmə kollegiyası hesab etmişdir ki, Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv metr olan fərdi yaşayış evi üzərində X18 adına texniki pasport verildiyindən, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi X18 və ailə üzvlərinin mülkiyyətinə verildiyindən mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. Həmçinin sözügedən miras pay əmlakın bir hissəsi İddiaçı Teyub oğlu, digər hissəsi isə cavabdehlər Cavabdeh6 və Cavabdeh7 tərəfindən faktiki idarə edildiyindən, Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən yaşayış sahəsi 50 kv metr olan fərdi yaşayış evi qeyd edilən maddi hüquq normasının təl əbinə əsasən tamamilə qəbul edilmiş hesab edilir. Bu isə onu deməyə əsas verir ki, sözügedən miras pay qalmış fərdi yaşayış evi həm İddiaçı Teyub oğlu, həm də cavabdehlər Cavabdeh6 və Cavabdeh7 miras əmlakdan 1/3 hissədə miras payları müəyyən edilməlidir.
33. Məhkəmə kollegiyası digər vərəsələrin mirası qəbul etməmələri ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh4 və Cavabdeh5 izahat verərək, miras əmlakdan çatası payı qəbul etmədiklərini, faktiki olaraq idarə etməyə başlamadıqlarını etiraf etmişlər. Digər 3-cü şəxslər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 məhkəmə kollegisanın iclasında iştirak etməsələr də, proses tərəflərinin izahatları, eyni zamanda iş materialları ilə məlum olmuşdur ki, onlar miras əmlaka sahiblik etməmişlər, hə min əmlakı idarə etməmişlər, mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər, yəni miras qalmış əmlakı nə faktiki, nə də ki rəsmi qəbul etməmişlər. Ona görə həmin şəxslər miras əmlakdan pay almaq hüquqlarını itirmişlər.
34. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən torpaq sahəsi üzərində X31 tərəfindən inşa edilmiş digər bir mərtəbəli iki otaqdan ibarət fərdi yaşayış evi nə rəsmi qaydada qeydiyyata alınmamış, nə də həmin əmlaka dair X18 adına texniki pasport tərtib edilməmiş, təsərrüfatbaşı kitabda qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən əmlak miras kütləsinə daxil edilə bilməz.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151, 1159.1, 1243 və 1246-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.2-ci madələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır və əlavə olaraq qe yd edilmişdir ki, iddia ərizəsinin mahiyyəti mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evlərini tam, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onlara çatası paylarını miras əmlak kimi qəbul etməsi faktından ibarətdir. İddia ərizəsində miras qalmış əmlakda payların müəyyən edilməsi mübahisələndirilməmişdir. Cavabdehlər ilkin iddiaya qarşı miras əmlakda payların müəyyən edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər və bunu mübahisələndirməmişlər. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə qarşı etirazlarında da onlar iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətində də, miras əmlakda paylar mübahisələndirilməmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iddiaçı tərəfindən verilmiş tələb üzrə qətnamə çıxarmaq əvəzinə iddia tələbindən kənara çıxaraq yeni qəbul etdiyi qətnaməsində tərəflərin mərhum valideynlərindən miras qalmış əmlakda paylarını müəyyən etmiş, iddia tələbindən kənara çıxmasının səbəbini, qanunda göstərilən müstəsna halların nədən ibarət olmasını və buna hansı əsaslarla zərurət yarandığını qətnaməsində göstərməmiş və bunu əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələbləri nin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 261.0. və 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 45. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 46. 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 47. 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 48. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 49. 307.2 və 307.2.9. Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir
56. Belə ki, İşdən görünür ki, İddiaçı Teyub oğlu cavabdehlər Cavabdeh6 və qeyrilərinə qarşı 08 oktyabr 2007-ci ildə Ağdaş rayonun Qoşaqovaq kəndində ölmüş X18 və 09 noyabr 2008-ci ildə Ağdaş rayonun Qoşaqovaq kəndində ölmüş X4 ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət uzadılmasına, onların ölümündən sonra atasından miras qalmış ayrı-ayrılıqda iki ədəd evin, həmin evlərin yerləşdiyi 1,09 hektar həyətyanı torpaq sahəsinin atasına və anasına çatası 1/7 hisəssinin, yəni hər birinə çatası 0,1 6 ha hissəsinin, 4,38 hektar və 2,14 hektar olmaqla ümumilikdə 6,79 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onların hər birinə çatası 1/10 hissəsinin, yəni hər birinə çatası 0,68 paylarının miras əmlak kimi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
57. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının iş üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilərək iddiaçının mərhum valideynlərindən miras qalmış yaşayış evi, həyətyanı torpaq sahəsi və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçının və dada iki nəfər birinci növbədə vərəsənin payların müəyyən etmişdir.
58. İddiaçı həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vertmiş, şikayətində bir daha vurğulamışdır ki, iddia ərizəsinin mahiyyəti mərhum valideynlərind ən miras qalmış fərdi yaşayış evlərini tam, həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası paylarını miras əmlak kimi qəbul etməsi faktının müəyyən olunmasından ibarət olmuşdur. İddia ərizəsində miras qalmış əmlakda payların müəyyən edilməsi tələbi olmamış, lakin buna baxmayaraq işə baxan apellyasiya məhkəməsi iddia tələblərindən kənara çıxaraq miras əmlakda onun, həmçinin digər vərəsəlirn paylarını müəyyən etmişdir.
59. Göründüyü kimi iddiaçının tələbi xüsusi icraat qaydasında baxılan mirasın qəbulu faktının təsdiqidir, onun tərəfindən iddia icraatı qaydasında baxılan hər hansı tələb irəli sürülməmişdir. Lakin hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbini xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında irəli sürmüşdür.
60. İşə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi isə iddia icraatı qaydasında hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxaraq həmin tələbin qismən təmin olunması barədə qətnamə çıxarmışdır.
61. Məhkəmə kollegiyası hesab edir ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasın ın əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.
62. Hüquq barəsində mübahisə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə iddia icraatı qaydasında müstəqil tələbin irəli sürülməsi isə yolverilməz olduğundan məhkəmənin icraatına qəbul edilə bilməz. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, belə iddia tələblərinin icraata qəbulundan məhkəmə tərəfindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina edilməli, yaxud əgər icraata qəbul edilibsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata həmin hissədə xitam verilməlidir.
63. Göstərilən halları və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnə prosessual qanun pozuntuları ilə çıxarılmış qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və işə məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Teyub oğlun tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1212/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.