Məhkəmə qərarları › İş №2(102)-1852/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1852/2025

31.07.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1852/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3 və "xxxx" MTK-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; müqavilənin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3 və "xxxx" MTKyə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzilin mülkiyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apelly asiya Məhkəməsi Mülki kollegiyasının 2(103)264/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 31 iyul 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, 6 nömrəli mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi sonuncuya verməyi öz öhdəsinə götürmüş, sonuncu isə müqavilə üzrə mənzilin dəyəri 1 kv/metrə sahə üçün 850 manat təşkil etmiş, 72 kv/metrə olan mənzil üçün Cavabdeh1 tərəfindən cəmi 61.200 (altmış bir min iki yüz) manat ödənilmişdir. 2. " xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə X9 arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbəsi, ümumi sahəsi 72 kv/metr olan, 6 nömrəli mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi sonuncuya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv/metrə sahə üçün 1040 manat təşkil etmiş, 72 kv/metrə olan mənzil üçün X9 tərəfindən cəmi 75.000 (yetmiş beş min) manat ödənilmişdir. 3. “Elektron notariat” X1 xx.xx.2022-ci il tarixli Çıxarışına əsasən etibar edən İddiaçı etibar edilən Cavabdeh2 xx.xx.2025-ci il tarixədək "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6 saylı müqaviləyə əsasən ona məxsus ünvan 3 ünvanında inşa edilən 4 mərtəbəli mansardlı evin 3-cü mərtəbə, ümumi sahəs i 71 kv.m olan 2 otaqlı, 6 saylı mənzilini (ümumi sahəsi 71 kv.m-ə dair etibarnamədə göstərilən ünvanı və ya Ərazi İdarəsi tərəfindən verilmiş həmin mənzilə dair yeni ünvanı) mənzilini idarə və istifadə etməyi, kommunal xidmət haqqlarını ödəməyi, qaz, su, işıq, telefon çəkilişi ilə bağlı adımdan bütün əməliyyatları aparmağı, bununla əlaqədar adından müqavilələri imzalamağı, sayğac quraşdırmağı, dəyişdirməyi, abunə kodu almağı, abunə kodlarını digər şəxsin adına dəyişməyi, təyinatı üzrə müvafiq sənədləşdimə işlərini aparmağı, mənzili özəlləşdirməyi, bütün əsaslar üzrə sənədləri təqdim etməyi, üzərində qadağa olmadığı halda istənilən sərəncam verməyi: satmağı, satdığına dair pulunu almağı, ilkin alqı-satqı müqaviləsi bağlamağı, notariat ofisində adımdan müqavilələr imzalamağı, adımdan razılı q ərizələri yazmağı, yüklülük barədə arayış almağı, rüsumları ödəməyi, ilkin alqı-satqı müqaviləsini ləğv etməyi, yeni müqavilələr bağlamağı, müvafiq orqandan adına Reyestrdən Çıxarış, Texniki Pasport almağı, bu işlərlə bağlı ƏMDK yanında DƏDRX- nin müvafiq ərazi idarəsində, müvafiq orqanlarda, fiziki və hüquqi şəxslər qarşısında, Asan xidmət mərkəzlərində, notariat ofisində, bankda, Azəriqazda, Azərsuda, Azərişıqda, telefon qovşaqlarında, idarə və qurumlarında, bələdiyyədə, icra orqanlarında, “Ocag Construction’’ MMC-də məni təmsil etməyi, notarial qaydada rəsmiləşdirilmiş sənədlərə imza etməyi, sənəd verib-almağı, bölgü-sxemini imzalamağı, bütün növ arayışları, çıxarışları almağı, ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi et ibar etmişdir. 4. “Elektron notariat” X1 Çıxarışına əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində ərizəsində bildirmişdir ki, “Ocag Construction’’ MMC-nin xx.xx.2021-ci il tarixli, 6 saylı müqaviləsinə əsasən ünvan 4 ünvanında inşa edilən 4 mərtəbəli mansardlı evin 3-cü mərtəbə, ümumi sahəsi 71 kv/metr olan 2 otaqlı, 6 saylı mənzilə dair müqavilə və pay haqqı vardır. Həmin pay haqqından imtina etmiş və mənzilin satılmasına etiraz etməmişdir. Pay haqqı ilə əlaqədar “Ocag Construction’’ MMC-yə qarşı iddia və tələbi yoxdur və gələcəkdə həmin mənzillə bağlı iddia qaldırmayacaqdır.

5. İddiaçı ünvan 5 ünvanladığı (**********505) nömrəli, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində 8i-3105 reyestr nö mrəsi ilə təsdiq edilmiş ərizə verdiyini, ərizəni verdikdən sonra aldanıldığını bildiyi üçün yuxarıda qeyd edilən ərizəsindən imtina etmişdir. Yuxarıda göstərilən ərizədən imtina etməyi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və ərizə başqa notariat ofisində təsdiq edilibsə bu ərizənin dərhal sistem vasitəsi ilə ərizəni təsdiq etmiş notariusa göndərilməsini təmin edilməsini xahiş etmişdir. 6. “Elektron notariat” X1 Çıxarışından görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh2 xx.xx.2025-ci il tarixədək vermiş olduğu etibarnaməyə 03.2.2022-ci il arixdə xitam verilmişdir.

7. Vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1183/22 nömrəli rədd materialından görünür ki, Xətai RPŞ-nin Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, İd diaçı DİN 102 Xidməti-Zəng mərkəzinə müraciət edərək Akif adlı şəxs ilə evinin girov qoyaraq kredit müqaviləsi bağlaması, lakin həmin şəxsin evini satmasını bildirmiş, həmin şikayət üzrə araşdırma zamanı dindirilmiş Cavabdeh2 izahatında göstərmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğu olan Aslan adlı şəxs ona zəng edərək ünvan 6 ünvanında yerləşən mənzil satıldığını demişdir. O, həmin mənzilə baxdıqdan sonra, ev sahibi Süleyman adlı şəxs ilə razılığa gəlmişlər. O, evin alqı-satqısına Süleymanın etiraz etməməsi barədə notariusda etibarnamə almışdır. xx.xx.2022-ci il tarixdə, tərəflər yəni o, Süleyman və "xxxx" MTK ilə aralarında evin alqısatqısı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğuna görə şirkət mənzili ona 61.000 manat pula satmışdır. Həmçinin araşdırma zaman ı X13 izahatında göstərmişdir ki, Cavabdeh2 onun tanışı olduğunu, Akif ilə birikdə Binəqədi rayonu ərazisində olan zaman, Akif Xətai rayonu, ərazisində ev almaq üçün razılaşdığını və notariusda evi rəsmiləşdirmək üçün birlikdə getməyini xahiş etmişdir. O, Akif ilə birlikdə həmin mənzilin həyətinə getmiş, həmin vaxt ev sahibi Süleyman və Aslan adlı şəxs də orada olmuşdur. Akif və Süleyman evin alqı-satqısı barədə razılaşmışlar. Akin Süleymanın mənzilə görə binaya 16.000 manat pul borcu olduğundan binanın nəzarətçisi mənzilin alqı-satqı edilə bilinməyəcəyini demişdir. Akif həmin vaxt borcun alqı-satqı zamanı əsas məbləğdə çıxacağını demişdir. Akif və Süleyman notariusa getmişlər Süleyman evdən imtina barədə ərizə yazmışdır. Daha sonra birikdə binaya qayıdaraq evi alqı-satqı etmişlər.

8. Həmç inin araşdırma zamanı X10 dindirilmiş və ifadəsində göstərmişdir ki, o, sosial şəbəkə yaradaraq ev alqı-satqısı ilə məşğuldur. Təxminən 2022-ci ilin iyun ayında Süleyman adlı şəxs ona zəng edərək Xətai rayonu ərazisində mənzil olduğunu, mənzili satmaq qərarına gəldiyini bildirmişdir. Lakin mənzilin yerləşdiyi binaya 16.000 manat pul borclu olduğuna görə mənzili sata bilmədiyini demişdir. O, tanışı Akif adlı şəxslə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Bir neçə gün sonra o, Akif və şirkətin rəsmi nümayəndəsi evin qarşısında görüşmüşlər. Birlikdə Süleymanın yaşadığı mənzilə baxmış, Akif mənzili almaq qərarına gəlmişdir. Həmin günün səhərisi Süleymanın yaşadığı evin yaxınlığında yerləşən şirkətin ofisinə getmişlər. Akif Süleymanın şirkətə olan borcunu ödəmiş, mənzil alqı-satqı olunm uşdur. O, Süleyman ilə ilk dəfə əlaqə saxlayan zaman Süleyman evi girov qoymaq yox, satmaq istədiyini bildirmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında mənzil alqı-satqısı barədə yaranmış mübahisələr mülki xarakterli olduğundan, həmin mübahisələr mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Ona görə də cinayət işinin başlanmasının rədd edilməsi, eləcə də İddiaçı Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir.

9. Bundan başqa müəyyən edilmişdir ki, İddiaçı qeyd edilən qərardan narazı qalaraq Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmiş və həmin müraciət əsasında Bakı şəhər Xətai Rayon Prokurorunun 15 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı müraciəti əsasında RP İ-nin TŞ-də toplanmış 1183/22 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə baş təhqiqatçı, polis kapitanı Tural Abdullayevin 20 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və material əlavə araşdırma aparılması üçün RPİ-nin İŞ-nə göndərilmişdir.

10. Həmçinin Xətai RPİ-nin İŞ-də xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış 1183/22 nömrəli material üzrə əməldə cinayət tərkibi olmadığından, toplanmış material üzrə Azərbaycan RespublikasıCM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanılması rədd edilmiş və İddiaçı məhkəmə qarşısında iddia qaldırmaq hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" MTK -yə qarşı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqısl barədə müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, pul lazım olduğuna görə faizə və ya borca pul axtarırmış, instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə görmüşdür. Həmin səhifəyə yazmış və Aslan adlı şəxs onunla əlaqə saxlayaraq bu barədə söhbət etməyini təklif etdi. Onlar görüşmüşlər və söhbət edən zaman ona evinin çıxarışı olmadığını və yalnız evin ona aid olması barədə maliyyə arayışının o lduğunu bildirmişdir. Aslan da həmin sənədi girov qoymaqla ona kreditə pul verə biləcəklərini bildirdi. Belə ki, Aslan ona Akif adlı adamın belə işlərlə məşğul olduğunu, yəni girov qoyaraq kreditə pul verdiyini bildirdi. O, da bildirdi ki, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin dəyərindən 16 min manat "xxxx" MTK-ya borcu qalmışdır. Onlar da bildirdilər ki, heç bir problem yoxdur, həmin borcu Akif bağlayacaq təmizlik kağızı aldıqdan sonra mənzili notarius vasitəsilə girov qoyub pul verə bilərlər. O, 10.000 manat lazım olduğunu bildirmişdir. Onlar bu barədə razılaşmışlar və 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə ona 10 min manat pul verdi, o, isə MTK-ya 16000 manat pul ödədi. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi bar ədə razılaşmışlar. Daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar. Həmin məbləğ faiz məbləği idi. Əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqlar. Bunun qarşılığında o, hər ay Akifə atdığı karta 2000 manat kredit pulu ödəməli idi. Sabahsı gün onlar görüşərək Həzi Aslanov ərazisində yerləşən notariusa getmiş və orada Aslan və Akif adlı şəxs onunla görüşdü. Həmin vaxt Akifin arvadıda notariusa gəlmişdir. Aslan ona bildirdi ki, evi Akifin arvadının adına girov qoyacaqdır və o, sənədlərə qol çəkəcək və bundan sonra kredit kağızlarını ona verəcəklər. Aslan ona dedi ki, ev onsuzda onundu, yəni onların onun evi ilə heç bir əlaqəsi yoxdur. Pulu ödəyib qurtardıqdan sonra evi girovdan çıxaracaql ar. Bu sadəcə formal hərəkətdir və heç bir narahatçılıq yoxdur. O, isə onunla razılaşmış və həmin snədlərə imza atmışdır. Bundan sonra o, dəfələrlə Aslan və Akif adlı şəxslərlə əlaqə saxlayaraq kredit kağızlarını tələb etmiş, yəni aldığı borc məbləği və hər ay ödəyəcəyi pulları rəsmi şəkildə etmək üçün sənədləri tələb etmişdir. Lakin Aslan və Akif müxtəlif bəhanələrlə borc barədə kredit kağızlarının ona verməkdən yayınmışlar. O, isə onlara bildirdi ki, kredit kağızını verməyənə qədər heç bir ödəniş etməyəcəkdir. O, kredit borcu barədə sənədi tələb edəndə hər dəfə bugün-sabah deyə onu aldatmışlar. Bu barədə səs və mesaj yazışmaları da sübutdur. Belə ki, o, Aslanla danışan zaman ona ödənişlərini kartla edəcəyi və çekləri də özündə saxlayacağını bildirmişdir. Habelə onu inandırmaq üçün pullar ı notarius vasitəsi ilə ödəyə biləcəyini də qeyd edirdi, daha sonra isə kart vasitəsi ilə ödəyib çekləri özündə saxlamağını təklif etdi. Həmçinin Aslan ona bildirdi ki, ev onundur və heç kəsin onun evi ilə işi yoxdur. Bütün bu hərəkətləri edən zaman Aslan Akif adlı şəxslə qabaqcadan əlbir olaraq sən demə onu özünə inandırıb aldadaraq, yəni dələduzluq yolu ilə evini ələ keçirmək niyyətində olmuşlar. Buna görə məhkəmə araşdırma aparan zaman onların hərəkətlərində dələduzluq cinayətinin tərkibi olduğuna görə xüsusi qərar çıxarılaraq baş prokurorluğa göndərilməlidir. Nəticədə o, Akifə pul ödəməmiş və aralarında mübahisə yarandı və Akif ona evə özbaşına girəcəyini bildirsə də, o, evin ona məxsus olduğunu, onların onu aldatdıqlarını bildirdikdə o, zorla evdən çıxaracağı ilə hədələmişdir. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, evinə gedən zaman evin qapısının divar hissəsinin dağıdıldığını və evinin açarlarının onun xəbəri və məlumatı olmadan dəyişdirildiyini görmüşdür. Həmin gün 102 xidmətinə şikayət etmişdir. Çünki onun evində 11 min manat nəğd şəkildə pulu və 30 qram 750 əyarlı qızılı var idi. Bu barədə də polisə şikayətində bildirmişdir. Polis orqanından onu 36-cı Polis Bölməsinə gəlməyini və şikayətini yazılı şəkildə verməyini bildirdilər. Həmçinin o, evinə gedən zaman qarşılaşdığı bu halı video və foto çəkiliş vasitəsilə qeydə almışdır. Həmçinin bildirir ki, bu hadisə ilə qarşılaşan zaman artıq aldanıldığını bilmiş və evini girov qoymağı barədə evi onların adına keçirdiyi alqısatqı müqaviləsinin ləğv edilməsi üçün notariat ofisinə getmiş və orada həmin müqavilənin surətinin tələb etmişdir. Çünki ilk dəfə yəni avqust ayından notariusda olan zaman nə Aslan, nə də Akif ona heç bir sənəd təqdim etməmişlər. Çünki Aslan dəfələrlə onu aldadaraq arxayın salırdı ki, ev onundur və ondan heç narahat olmasın. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, notariusa gedən zaman orada ona bildirmişlər ki, o, evi orada alqı-satqı etmiş və sən demə yalnız ərizə yazaraq MTK-dakı payından imtina etmişdir. Bu barədə etirazını notariat ofisinə bildirmiş və orada da onun həmin ərizəni, həmin gün 27 noyabr 2022-ci il tarixdə ləğv etdirmişdir. Qeyd edir ki, o, Aslan və Akif adlı şəxslərə mənzil satmamışdır. Onun niyyəti onlardan kreditə pul götürmək olmuşdur. Onlarında məqsədi evi girov kimi öz adlarında saxlamaq və pul məbləği ödəniləndə evi qaytarmaq şərti olmuşdur. Lakin o,ərizəni imz aladıqdan sonra onlar hər gün bir bəhanə ilə ona sənəd təqdim etməkdən yayınmışlar. Demək ki, onların məqsədi əvvəlcədən onu aldadaraq evini ələ keçirmək niyyətləri olmuşdur. Ən vacib hallardan da biri odur ki, ona 2022-ci ilin avqust ayında pul həm öz şəxsi eytiyacı və mənzilinin bir hissəsinin təmiri və mətbəx mebeli üçün lazım idi. Əgər o, mənzilini satmışdırsa niyə satdığı mənzilə aldığı borc məbləği ilə mətbəx mebeli alsın. Bunu təsdiq edən ustalar və faktlar mövcuddur. Həmçinin bildirir ki, əgər o, mənzili onlara satmışdırsa onlar niyə ona kart göndərmişlər ki, pulları hər ay həmin kart hesabına köçürsün. İstintaq orqanı həmin halları araşdırmamış, ümumiyyətlə izahatı alınmalı şəxslərin dairəsini məhdudlaşdırmış, lazımi şəxslərin izahatları alınmamışdır. Belə ki, o, mənzilin xırda qalan təmirinə və mətbəx mebeli üçün 3000 manat pul xərcləmişdir. Bir daha qeyd edir ki, bu fakt onu təsdiq edir ki, o, mənzilini satmamış, əgər satmış olsaydı mənzilə aldığı borcla xərc çəkməzdir. Yuxarıdakı hallardan bir başa görünür ki, Aslan və Akif adlı şəxslər onun etibarından sui-istifadə edərək onun mənzilini öz adlarına keçirərək formal olaraq başqa şəxsə satmışlar. Yuxarıda qeyd etdiyi faktlarla bağlı sübutlarını-vatsap yazışmlarının surətləri video çəkilişləri, səs yazılarını fleş kartda məhkəməyə təqdim edərək, bu hərəkətlərə düzgün hüquqi qiymət verilməsini, onu aldadaraq mənzilini ələ keçirdiklərinə görə, adları çəkilən şəxslərin hərəkətlərin cinayət tərkibinin əlamətləri olduğuna görə xüsusi qərar çıxarılaraq baş prokurorluğa göndərilməli, alqı-satqı müqavilələrinin etibarsı z hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, bu məsələdə istintaq orqanı qeyri-obyektiv olmaqla cavabdehlərin mövqeyindən çıxış etmişdir. Aylarla şikayət etməyinə baxmayaraq ilk öncə 22 dekabr 2022-ci il tarixli rədd qərarını əldə edə bilməmişdir. Bundan sonra dəfələrlə etdiyi şikayətlərdən sonra həmin qərarı 2023-cü ilin mart ayında əldə etmiş və ondan şikayət vermişdir. Xətai rayon Prokurorluğunun qərarı ilə həmin qərar ləğv edildi. Lakin yenə də araşdırma aparılmadı və dəfələrlə etdiyi şikayətdən sonra ona məlum oldu ki, yenə də rədd qərarı verilmişdir. Lakin həmin qərar da yenə hələ ona təqdim edilməmişdir. Əsas şikayəti isə "xxxx" MTK-dən sənədlərin tələb edilməsi idi. Belə ki, mənzilin Çıxarışı olmadığından mənzilin alqı-satqısı barədə müqaviləl ər MTK tərəfindən aparılırdı. Dəfələrlə polis orqanına müraciət edərək həmin sənədlərin tələb edilməsini və nəyin əsasında alqısatqı edilməsinin araşdırılmasını tələb edirdi. Nəhayət 2023-cü ilin iyul ayında polis orqanına etidyi çox saylı şikayətlərdən sonra müstəntiq Tural Məşədiyev tərəfindən, həmin alqı-satqı müqavilələri MTK-dən götürüldü və həmin sənədlərin surətlərini əldə edərək müqavilələrin etibarsızlığı iddiasını qaldırmaq imkanı əldə etmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərdiklərini təsdiq edərək göstərmişdir ki, cavabdehlər onu aldadaraq evini ələ keçirmişlər, o, isə sonradan aldadıldığını bilmişdir. Vəkili araşdırıb və müəyyən edilib ki, Akifin başqa oxşar işi olub və apelyasiya məhkəməsi hüquqi qiymət verib. Ona pul verilərkən bildiriblər k i, evi versin, onlara sonra qaytaracaqlar. Evi özü alıb təmir etdirmişdir. Ona 10.000 manat pul verilib, 3000 manatın digər xərclərə görə özlərinə çıxmışlar. Şirkətə isə evi qoyub kredit götürməyini bildirmişdir. Evin o vaxt alıb 1 kv/metrini 1000 manata, təmirinə isə 25000 manatdan çox xərci çıxıb. Göstərdiklərini nəzərə alaraq cavabdehlər Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqısatqısı barədə müqavilələrin etibarsız hesab edilməsi, həmin mənzilin onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddianı müdafiə edirərək göst ərmişdir ki, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış rədd materialı”nda Cavabdeh2 izahat verərkən 61000 manat pulu iddiaçıya verib aldığını bildirmiş, işdə iştirak edən şəxs isə "xxxx" MTK-nin ofisində 75000 manat pul verib evi aldığını bildirirmişdir. İfadələrdə ziddiyətlər çoxdur. Cavabdehlərin yalan danışdıqları sübut olunur.

15. Daha sonra o, məhkəməyə çıxış göndərərək göstərmişdir ki, cavabdehlər dələduzluqla məşğuldurlar. Belə ki, onların bu kimi hərəkətləri ilk deyil və digər məhkəmə mübahisəsidə mövcuddur ki, Cavabdeh2 məhz bu əməllərlə məşqul olaraq müxtəlif şəxsləri aldadıb və onların mülklərini ələ keçiriblər. Belə ki, Cavabdeh2 cavabdehlər X2 qarşı iddia tələbi üzrə Bakı Apelyasiya Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(103)735-2023 saylı mülki işi olmuşdur. Həmin iş üzrə işin halları və predmeti hazırkı mübahisə ilə eynidir. Yəni o, faktda təsdiq edilir ki, Cavabdeh2 bu əməllərə məşğul olaraq müxtəlif şəxsləri aldadıb, onların əmlaklarını qanunsuz ələ keçirmişdir. Həmçinin göstərmişdir ki, Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməyərək mərkli niyyətlərini kənarda dayanaraq əsassız ərizələr yazmaqla, güya iddiaçı 1 illik iddia müddətini ötürməsi barədə vəsatətlər verməklə həyata keçirməyə cəhd edirlər. Lakin onlar haqsız olduqlarından məhkəməyə gəlmədiklərinə görə iddianın nə zaman verildiyi barədə məlumatları yoxdur. Yəni iddianın vaxtında verilməsi, habelə vaxtında hüquq mühafizə orqanlarına belə şikayət etməsini qərəzli olaraq nəzərindən qaçırtmışdır. Cinayət işinin materiallarında olan İddiaçı 24 noyabr 2022-ci il tarixli, ondan əvvəlki tarix lərdə və ondan sonrakı tarixlərdə DİN-nin 102 xidmətinə dəfələrlə müraciəti mövcuddur. Həmin müraciətlərdə İddiaçı Akif adlı şəxsin evi girov qoymaq adı altında onu aldadaraq evi başqa şəxsin adına keçirtməsi barədə şikayətləri mövcuddur. Bu hallar onu sübut edir ki, iddiaçı ilk günlərdən Cavabdeh2 onu aldatdığını anlamış və polisə müraciət etmişdir. Bundan başqa Cavabdeh2 cinayət işinin materialarında verdiyi izahatında bildirmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğul olan Aslan adlı şəxs ona zəng edərək Xətai rayonu, R.Quliyev 29 ünvanında satdıq mənzil olduğunu bildirmişdir. Həmin mənzilə baxdıqdan sonra Süleymanla razılığıa gəlmişlər. 27 avqust 2022-ci il tarixdə "xxxx" MTK onunla Süleyman arasında alqı-satqı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğundan və h əmin zaman mənzil "xxxx" MTK-ya aid olduğundan şirkət həmin mənzili 61.000 manata ona satmışdır. Süleymanın ərizəsi ilə tanış olduğu zaman güya ona kreditə pul verdiyini bildirmişdir. Qeyd edir ki, notariusun qabağında onun vacib pula ehtiyacı olduğunu bildirərək ondan 7000 manat borc istəmişdir. O, pulu ona vermiş, lakin həmin tarixdən sonra o, pulu ona verməmişdir. Votsap sosial yazışmalarında da məqsədi borcu ondan almaq olmuşdur. Qeyd edir ki, o, evdən çıxmalı olduğu halda evdən çıxmamış, nəticədə kirayə puluda ödəməmişdir. Halhazırda evi yoldaşı Sevda Quliyeva başqa şəxsə satmışdır. Göründüyü kimi Cavabdeh2 tamamilə saxta izahat vermişdir. Belə ki, əgər Cavabdeh2 evi Süleymandan 61.000 manata alırsa nəyə görə Süleymana öz etirafına əsasən notariusun qarşısında 7000 manat borca pul ver ir. Bu hal kifayət edir ki, Alif Quliyevin əməllərinə hüquqi qiymət verərkən onun saxtakarlıqla başqa şəxslərin mükiyyətlərini ələ keçirtmək niyyətinin olmasını sübut etmiş olsun. Yəni bu şəxslərin məqsədi müxtəlif şəxsləri kreditə pul vermək adı ilə əmlaklarına sahib olub sonra da başqa şəxslərin adına keçirtməklə mülkiyyəti ələ keçirtmək olmuşdur. Akif adlı şəxs tərəfindən təhqiqat zamanı təqdim edilmiş X11 izahatında bildirdi ki, Akif evi Süeymandan almaq barədə razılaşdı. Lakin Süleyman mənzilə görə binaya 16000 manat borclu olduğundan binanın nəzarətçisi mənzili alqı-satqı edə bilməyəcəyini dedi. Akif həmin borcu alqı-satqı zamanı həmin məbləğdən çıxacağını bildirmiş, Süleyman Akiflə razılaşmışdır. Notariatda Akif Selymana 7000 manat verdi. Daha sonra həmin binaya qayıtdıq və ofisdə a lqı-satqı olundu. Akif mənzilin 16000 manat borcunu ödədi, sonra Akif salafan torbada 4-5 bağlama manat Süleymana pul verdi. Həmin an o, kənarda olduğundan məbləği tam görə bilməmişdir. Qeyd edilən izahat bir daha cavabdehlərin mövqeyini yalan olmaqla gülünc doğurduğunu sübut edir. Cavabdehlərin yalanını və saxtakarlıqlarını bir daha aşkar edir. Cavabdeh2 alqı-satqı edib Süleymana pul verib ev alırdısa niyə notariatda 7000 manat borc verirdi, sonra isə "xxxx" MTK-ya gələndə 4-5 bağlama pul verir. Burada məntiq nədən ibarətdir, bu sualın cavabını verməyə adam tapa bilmirlər. Akif, arvadı və digər cavabdehlər məhkəmədən yayınmaqla etdikləri əməli gizlətməyə çalışırlar. Qeyd edilən hallardan belə məlum olur ki, Cavabdeh2 İddiaçı mübahisəli mənzili almaq üçün nəğd 61.000 manat pul ödəmişdir. Bu cinayət işi üzrə rədd materiallarına və Cavabdeh2 etirafına istinad etsək onun tərəfindən mübahisəsiz oduğunu görərik. İndi isə məhkəmə prosesləri zamanı Cavabdeh3 onun nümayəndəsi qismində təmsil edən, güya mənzili faktiki alan, mənzildə faktiki yaşayan və sahiblik edən qardaşının izahına diqqət edək. O, məhkəmə iclasında ziddiyyətli və fərqli izahatlar vermişdir. Bunun səbəbi isə məlumdur. Hər dəfə məhkəmə iclasından çıxdıqdan sonra Akif adlı şəxslə əlaqə saxlamış, onunla danışaraq növbəti iclasda hansı istiqamətdə izahat verməsi dəqiqləşdirilməlidir. Bu isə yalnış nəticə vermişdir. Belə ki, cavabdeh təcrübəsiz olduğundan ziddiyyətli ifadələr verməklə haqsız olduğunu özü sübut etmişdir. Belə ki, Cavabdeh3 nümayəndəsi bir iclas zamanı mənzili özünün 75000 manat məbləğini ödəməklə Süle ymandan aldığını dedi. Daha sonrakı iclaslarda mənzili Süleymanın qardaşından aldığını bildirmişdir. Hətta bu barədə bir akt da tərtib edilmişdir ki, bu isə gülüncdür və mümkün ola bilməzdi. Cavabdeh2 arvadı Cavabdeh1 adına olan mənzil barədə İddiaçı alınması tamamilə yalandır. Belə çıxır ki, Süleyman mənzili 2 dəfə sataraq varlanmışdır. Bu işdə isə Cavabdeh2 səssiz qalmış və ödədiyi 61000 manatı tələb etməmişdir. Cavabdeh bu qəribə və mümkün olmayan halı məhkəməni də inandıra bilməz. Yuxarıda qeyd edilən hallardan başqa Cavabdeh2 və Aslan adlı şəxslərin səs yazıları fleşkart formasında və smsləri kserosurət formasında məhkəməyə təqdim edilmişdir. Həmin səs yazılarında Aslan adlı şəxsin səs yazıları mövcuddur ki, Aslan orada bildirir ki, evi Süleyman səndən heç kim ala bilməz, ev sənindir, pulu ödəyəndən sonra evi sənin adına keçirəcəklər. Lakin bunlara baxmayaraq Aslan həmin mənzilin alqı-satqı edilməsi barədə yalan izahat vermişdir. Hansı ki, səs yazıları təhqiqata təqdim edilsə də, həmin səs yazıları barədə ona heç bir sual verilməmişdir. Bu isə təhqiqat zamanı polisin qərəzli və səhlənkar iş aparmasının bariz sübutudur. Bütün bu kəskin ziddiyyətlər onu sübut edir ki, cavabdehlər əlbir olaraq iddiaçının mənzilini qanunsuz mənimsəyərək, ələ keçirmişlər. Belə ki, iş üzrə təyin edilmiş ekspertiza rəyindən görünür ki, mənzilin alqı-satqı edilən zaman dəyəri 130.000 manat olmuşdur. Bu isə bir daha onu sübut edir ki, həmin mənzil nəinki 61.000 manata, hətta 75.000 manata belə satıla bilməz. İddiaçı həmin mənzilinin təmirinə kifayət qədər pullar xərcləmiş və bu ekspert rəyində öz əksini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini və cavabdehlər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh3 nümayəndəsi (əri) Nümayəndə1 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, evə makler ilə gəlib baxıb bəyənmiş, sonra isə ofisə gedib müqavilə bağlamışlar. Kimdən aldığını bilmir. Süleymanın qardaşı onlara evi göstərmiş, ondan da evi almışlar. Cavabdeh2 ona xalasının əri kimi təqdim etdilər. Evin sənədlərinə baxmamış və müqaviləni kimin adına olmasını bilmir.

17. Cavabdeh1 iddia ərizəsinə müddətin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, iddiaçı iddia ərizəsini belə əsaslandırır ki, güya ona borca pul lazım olduğu üçün aldığı borcun müqabilində adına borc müqaviləsi bağl anmış, mənzili girov qoymaq niyyətində olsa da, mənzilin müqaviləsi onun iradə və istəyinə zidd olaraq başqasının adına dəyişdirilib. Eləcə də iddiaçının iddia ərizəsindən o da məlum olur ki, iddiaçı valideyinlərinin də iştirakı ilə "xxxx" MMC-nin onunla, sonradan isə X9 ilə bağlanmışdır. ünvan 8 ünvanında yerləşən yaşayış binasının 6 nömrəli mənzilinin pay kimi verildiyi barədə müqavilələrin bağlanmasından xəbərdar olub və bu fakt iddiaçının özü tərəfindən də təkzib olunmur. Belə ki, iddiaçı özüdə bildirir ki, o, mənzilə dair müqavilənin başqa şəxsin adına bağlanmasına razılıq verib, lakin sonradan aldadıldığını başa düşüb. İddiaçı özüdə bildirdiyi kimi müqavilə bağladığı andan hüquqlarının pozulduğunu, yalnız müqavilə bağladığını iddia etdiyi halda müddət keçdikdən sonra hazırkı iddias ı ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində (vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd) nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxsin əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilənlərə əsasən hesab edir ki, İddiaçı o və digər cavabdehlərə qarşı müqavilənin etibarsız hesab ediməsi və mənzilin mülkiyyətinə qaytarılması tələblərinə iddia müddəti tətbiq edilməlidir.

18. Bak ı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-417/2024 saylı, 26 aprel 2024- cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə X9 arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli alqı-satqı barədə müqavilələrin etibarsız hesab edilməsi; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin İddiaçı qaytarılması; İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur (hakim Etibar Mustafa yev).

19. Məhkəmə ilk növbədə müəyyən etmişdir ki, İddiaçı pul lazım olduğuna görə faizə və ya borca pul axtarırmış, instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə görmüşdür. Həmin səhifəyə yazmış və Aslan adlı şəxs onunla əlaqə saxlayaraq bu barədə söhbət etməklərini təklif etmişdir. Onlar görüşmüşlər və söhbət edən zaman o, Aslana evinin çıxarışı olmadığını və yalnız evin ona aid olması barədə maliyyə arayışının olduğunu bildirmiş, Aslan isə həmin sənədi girov qoymaqla ona kreditə pul verə biləcəklərini bildirmişdir. Belə ki, Aslan ona Akif adlı adamın belə işlərlə məşğul olduğunu, yəni girov qoyaraq kreditə pul verdiyini bildirmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin dəyərindən 16 min manat "xxxx" MTK-ya borcu olduğunu, onlar isə heç bir problemin olmadığını, qeyd edilən borcun Akifin bağlayacağını, təmizlik kağızı alındıqdan sonra mənzili notarius vasitəsilə girov qoyub ala biləcəyini göstərmişdir.

20. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 10.000 manat lazım olduğunu bildirmiş və bu barədə tərəflər arasında razılıq olmuş, 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə İddiaçı 10.000 manat pul vermiş, o, isə MTK-ya 16000 manat pul ödəmişdir. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi barədə razılaşmış, daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar, həmin məbləğ faiz məbləği olmuşdur. Əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqları ilə bağlı razılaşmışlar, bunun qarşılığında isə İddiaçı hər ay Akifin kartına 2000 manat kredit pulu ödəməlidir. Bir gün sonra onlar görüşərək Həzi Aslanov ərazisində yerləşən notariusa getmiş və orada Aslan və Akif adlı şəxs onunla görüşərək, həmin vaxt Akifin arvadıda notariusa gəlmişdir. Aslan ona bildirmişdir ki, evi Akifin arvadının adına girov qoyacaq və o, sənədlərə qol çəkəcək və bundan sonra kredit kağızlarını ona verəcəklər. Pulu ödəyib qurtardıqdan sonra evi girovdan çıxaracaqlar. Bu sadəcə formal hərəkətdir və heç bir narahatçılıq yoxdur. O, isə onunla razılaşmış və həmin snədlərə imza atmışdır. Bundan sonra o, dəfələrlə Aslan və Akif adlı şəxslərlə əlaqə saxlayaraq kredit borc məbləği və hər ay ödəyəcəyi pulları rəsmi şəkildə etmək üçün sənədləri tələb etmiş, lakin Aslan və Akif müxt əlif bəhanələrlə borc barədə kredit kağızlarını ona verməkdən yayınmışlar. Nəticədə o, Akifə pul ödəməmiş və aralarında mübahisə yaranmış və Akif ona evə özbaşına girəcəyini bildirsə də, o, evin ona məxsus olduğunu, onların onu aldatdıqlarını bildirdikdə o, zorla evdən çıxaracağı ilə hədələmişdir. Nəhayət 27 noyabr 2022-ci il tarixdə o, evinə gedən zaman evin qapısının divar hissəsinin dağıdıldığını və evinin açarlarının onun xəbəri və məlumatı olmadan dəyişdirildiyini görmüşdür. Həmin gün 102 xidmətinə şikayət etmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, ilk dəfə yəni avqust ayında notariusda olan zaman nə Aslan, nədə Akif ona borc məbləği ilə bağlı heç bir sənəd təqdim etmədiklərindən o, 27 noyabr 2022-ci il tarixdə notariusa gedən zaman orada ona bildirmişlər ki, o, evi notariatda alqı -satqı etmiş yalnız ərizə yazaraq MTK-dakı payından imtina etmişdir. Bu barədə etirazını notariat ofisinə bildirmiş, Aslan və Akif adlı şəxslərə mənzili satmadığından, orada həmin tarixdə ərizəni ləğv etdirmişdir.

21. Məhkəmə ilk olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, Cavabdeh2 məhkəmə iclaslarına gəlməsə də, onun təhqiqat zamanı verdiyi izahatından müəyyən edilmişdir ki, 2022-ci ilin avqust ayında ev alqı-satqısı ilə məşğul olan Aslan adlı şəxs ona zəng edərək ünvan 6 ünvanında yerləşən mənzil satıldığını demişdir. O, həmin mənzilə baxdıqdan sonra, ev sahibi Süleyman adlı şəxs ilə razılığa gəlmişlər. O, evin alqı-satqısına Süleymanın etiraz etməməsi barədə notariusda etibarnamə almışdır. xx.xx.2022-ci il tarixdə, tərəflər yəni o, Süleyman və "xxxx" MTK ilə aralarında evin alqı-satqısı olmuşdur. Süleyman həmin şirkətə borclu olduğuna görə şirkət mənzili ona 61.000 manat pula satmışdır.

22. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işdən görünüdüyü kimi tərəfər arasında yaranmış mübahisəyə səbəb Cavabdeh2 İddiaçı arasında xx.xx.2022-ci il tarixdə notariat ofisində verilmiş etibarnamə olmuşdur. İddiaçı 10.000 manat pul lazım olduğundan, tərəflər arasında şifahi razılıq olmuş, 26 min manat borc hesablanaraq Akif kredit yolu ilə İddiaçı 10.000 manat pul vermiş, o, isə MTK-ya 16000 manat pul ödəmişdir. Əvvəlcə 10.000 manat borca görə 800 manat kredit ödənilməsi barədə razılaşmış, daha sonra evə olan borca görə onlar əlavə 16000 manat ödədiklərinə görə kredit məbləği aylıq 2000 manata razılaşmışlar, həmin məbləğ faiz məbləği olmuşdur. Əsas məbləğ, y əni 26000 manat tam ödənildikdən sonra evi girovdan çıxaracaqları ilə bağlı razılaşmışlar, bunun qarşılığında isə İddiaçı hər ay Akifin karınta 2000 manat kredit pulu ödəməlidir. Lakin nəticədə İddiaçı aldanıldığını bildiyi səbəbindən xx.xx.2022-ci il tarixdə 8İ-3105 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən imtina etdiyini bildirərək yuxarıda göstərilən ərizədən imtina etmişdir.

23. İddiaçının dəlilləri ilə razılaşan məhkəmə qeyd etmişdir ki, müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmənin qənaətinə görə hazırkı halda müqavilənin etibarsızlıq şərtləri tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdan irəli gəlir və bilavasitə bununla bağlıdır. Belə ki, məhkəmə orta bazar qiyməti 130.000 manat olan mənzilin 61.000 manata satılması ilə bağlı iddiaçının sağlam iradə ifadəsinin olmasını ağlabatan hesab etmir. Fərz olunsa ki, əgər Cavabdeh2lə İddiaçı arasında notariat kontorunda mənzilin 61.000 manata Cavabdeh1 mülkiyyətinə verilməsi ilə bağlı razılaşma olmuşdursa, o, zaman İddiaçı təkrar notariat kontoruna müraciət etməyə səbəbi olmazdır.

24. Mübahisəli mənzillə bağlı Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi MMC-nin 14 mart 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə hesabatına istinad edən məhkəmə daha sonra qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 saylı mənzilin 2022-ci tarixinə real bazar dəyəri 130.000 manatdır. Belə olduğu halda İddiaçı qeyd edilən mənzili cavabdeh ə faktiki dəyərindən 50 faiz aşağı qiymətə, yəni 61.000 manata satması inandırıcı deyil. Yuxarıda qeyd edilənləri, eləcə də İddiaçı aldanıldığını bildiyi səbəbindən xx.xx.2022-ci il tarixdə 8İ-3105 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizəsindən imtina etdiyini, bundan əlavə iddiaçının dəfələrlə hüquq mühafizə orqanlarına müraciət edərək araşdırma aparılmasını tələb etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh2 təhqiqat zamanı mənzili 61.000 manata almasına dair sübut təqdim edə bilməməsi, İddiaçı iddia ərizəsində göstərdiklərinin doğru olduğundan xəbər verir. Yəni iddiaçı ilə Cavabdeh2 arasında borc müqaviləsinin bağlanmasına yönəlmiş razılıq olmuş və Cavabdeh2 iddiaçıya borca pul verməyi öhdəsinə götürmüşdür. Lakin notariat ofisində borc yox, mənzillə bağlı bütün səlahiyyətlərin verilməsi onu deməyə əsas verir ki, iddiaçının adına olan qeydin (hazırda ləğv edilmiş) qeyri-dəqiq olmadığını bildiyinə şübhə yaratmasın.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “....Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflə r arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər.”. Ali Məhkəməsinin bir çox qərarlarında forlmalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, əqdlərin etibarsızlıq şərtləri araşdırılan zaman məhkəmə məsələyə formal yanaşmamalı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən halları, o cümlədən mübahisə olunan əqdlərin rəsmiləşdirilməsi ilə hədəflənən hüquqi nəticənin nədən ibarət olmasını, başqa sözlə əqdin tərəflərinin müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək istədiklərini, yoxsa belə nəticə arzulamadan müqavilələrin sadəcə üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq məqsədilə bağlanmasını, bu konteksdə müqavilələrin rəsmiləşdirildiyi dövrü, alıcının kimliyini və satıcı ilə münasibətlərinin nədən ibarət olmasını, əqdin tərəflərinin müqavilədən əvvəlki və sonrakı davranışlarını, əşyaların alıcının sahibliyinə verilibverilməməsini, müqavilə bağlandıqdan sonra satıcının bu əşyalar üzərindəki faktiki sahiblik və idarəçiliyinin davam edib-etməməsini və digər xüsusatları aydınlaşdırılmaqla MM-in 340.1-ci şərtləri ilə işin müəyyən olunmuş halları arasında uyğunluğun olub-olmamasın a hüquqi qiymət verilməlidir.

26. Məhkəmə həmçinin cavabdeh X7 aid hissədə qeyd etmişdir ki, Cavabdeh3 nümayəndəsi (əri) Nümayəndə1 20 fevral 2024-cü ilə təyin edilmiş məhkəmə iclasında izahatında bildirmişdir ki, onlar evə baxmağa gələndə iddiaçı yatmışdır. Evi qardaşı ilə makler göstərmiş, evin alınması üçün isə 75000 manat pul verilmişdir. Evi Akif adlı kişidən və bir qadından almış, onun arvadı kimi təqdim etmişlər. Pulu hamının yanında qoymuş masanın üstünə və hamı götürüb saymışdır. Akifin arvadını tanımır, onun qardaşını tanıyır və o, gəlib dedi ki, ev onlarındır. Mənzilin ilkin sənədi kimin adına rəsmiləşdirdiyindən isə məlumatı yoxdur. O, 4 aprel 2024-cü il tarixli məhkəmə iclasında isə izahatında bildirmişdir ki, evə maklernən baxıb bəyənmiş, sonra ofisdə gedib müqavilə bağlamışl ar. Kimdən aldığını isə bilmir. Evi Süleymanın qardaşı göstərmiş, ondan da evi almışlar. Cavabdeh2 ona xalasının əri kimi təqdim etmişlər. Evin sənədlərinə baxmamış, bilmir kimin adına olub müqavilə. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin 75.000 manat məbləğini ödəməklə Süleymandan alınması, daha sonra mənzilin Süleymanın qardaşından alınması ilə bağlı Cavabdeh3 nümayəndəsi (əri) Nümayəndə1 ziddiyyətli izahatları onu deməyə əsas verir ki, güya iddiaçı mübahisəli mənzili həm Cavabdeh2, sonra da Səadət Qasımzadəyə satmışdır. Belə ziddiyyətli məqamlar isə bir daha mübahisəli mənzillə bağlı cavabdehin vicdanlılığını istisna edir. Həmçinin müəyyən edilmişdir ki, ev Cavabdeh3 satılarkən evin qazı, suyu və işığı olmamış, lakin ev təmirli olmuşdur. Qeyd edilən hal isə özlüyündə bi r daha onu deməyə əsas verir ki, iddiaçı cavabdehdən borc məbləğinin alınmasına səbəb kimi göstərdiyi hallardan biri də evin təmirinə vəsait lazım olduğunu bildirməsidir ki, bu hissədə də iddiaçının göstərdikləri doğrudur.

27. Bununla bağlı məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin Səadət Qasımzadə tərəfindən 75.000 manata alınması, eləcə də rəsmiləşdirmə aparılarkən mənzilin kimin adına rəsmiləşdirdiyindən məlumatlarının olmaması, mübahisəli mənzillə bağlı bağlanmış alqı-satqı müqaviləsində "vicdanlılıq görünüşü”nü yaratmaq məqsədi daşımışdır. Qeyd olunanlar əsasında bir daha sübut olunur ki, cavabdeh Səadət Qasımzadə mübahisəli mənzili əldə edərkən iddiaçının adına olan mənzillə bağlı qeydin qeyri-dəqiq olmasını bilmiş, alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Onun vicdanlı alıcı hesab edilməsi üçün Mülki Məcəllənin 140, 148.2, 149.2-ci maddələrində nəzrədə tutulmuş əsaslar müəyyən olunmur. 28. "T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarına həmçinin Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad edən məhkəmə bununla bağlı daha sonra qeyd etmişdir ki, qanunvericilik əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, R amiz Quliyev 29, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə 28 avqust 2022-ci il tarixli və X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqısı müqaviləsi görünüş üçün bağlanmış əqd olduğundan, etibarsız hesab edilməli, həmin mənzil iddiaçının mülkiyyətinə qaytarılmalıdır.

29. Bundan başqa "Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarına istinad edən məhkəmə daha sonra qeyd etmişdir ki, tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. İddiaçı yuxarıda qeyd edilən etibarsız əqdlər əsasında mülkiyyəti olan mənzilindən məhrum olmuşdur. Həmin müqavilələr etibarsız sayıldığından, bu müqavilələr əsasında İdd iaçı mübahisəli mənzilə mülkiyyətinə dair "xxxx" MTK-nin müqaviləsində aparılmış qeydlər də dəyişdirilməli olacaqdır.

30. Məhkəmə həmçinin cavabdeh X5 hazırkı iddia tələbinə iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, iş materilları ilə müəyyən edilmişdir ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni 27 noyabr 2022-ci il tarixdə DİN-nin 102 xidmətinə şikayət etmiş və həmin şikayət əsasında araşdırma aparılaraq, Xətai RPŞ-nin, Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmiş və həmin müraciət ə sasında Bakı şəhəri Xətai Rayon Prokurorunun qərarı ilə Xətai RPŞ-nin, Təhqiqat Şöbəsinin 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ləğv edilərək, material Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sonradan iddiaçı xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı X14 hüquqlarının pozulduğunu bildiyi vaxtdan təxminən 3 ay sonra hüquq mühafizə orqanlarına, sonrada məhkəməyə müraciət etmişdir. Belə olduğu halda iddiaçının hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürməsi müəyyən edilmir.

31. Məhkəmə digər bir halla bağlı qeyd et mişdir ki, iddiaçı tələbində Aslan və Akif adlı şəxslərin qabaqcadan əlbir olaraq onu inandırıb dələduzluq yolu ilə evini ələ keçirmək niyyətində olduqlarını bildirib, onlar barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən Aslan və Akif adlı şəxslərlə bağlı, ümumiyyətlə mənzilin ələ keçiriməsi ilə bağlı istintaq orqanı tərəfindən araşdırma aparıldığından məhkəmə hesab edir ki, həmin məsələ ilə bağlı qərar qəbul edilməsinə zərurət yoxdur.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340, 390-cı; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88 və 106.1-ci maddələrinə; həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəllə sinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

34. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isıə rədd edilməsini xahiş edib göstərir ki, Aslan adlı şəxs (bildiyinə görə ev dəllalı) əri Akifə zəng edərək ünvan 6 ünvanında yerləşən mənzilin satıldığını demişdir. Əri həmin mənzilə baxdıqdan sonra razılaşma şərtlərinin müəyyən olunması məqsədi ilə mənzilin sənədləri adına olan Süleyman və makler Aslanla mənzilin yerləşdiyi binanın rəhbərliyini həyata keçirən, eləcə də sənədləşmələrin aparılmasını icra edən "xxxx" MTK-ya gediblər. Orada MTK rəhbərliyi tərəfində n mənzilin özgəninkiləşdirilməsi məsələsinə yalnız Süleyman bununla əlaqədar, yəni mənzilin özgəninkiləşdirilməsinə notariat qaydasında təsdiq olunmuş razılığını verdikdən sonra, eləcə də Süleyman mənzilə görə həmin vaxt MTK-ya olan 17000 (on yeddi min) manat borcunu ödədikdən sonra baxılmasının mümkünlüyü bildirilmişdir. Bundan sonra, Süleyman ərindən xahiş edib ki, mənzilin özgəninkiləşdirilməsinə razılaşdığı qiymətdən, yəni 61000 (altımış bir min) manatdan 27000 (iyirmi yeddi min) manatını ona versin, MTK-ya olan 17000 (on yeddi min) manat borcunu ödəsin, yerdə qalan 17000 (on yeddi min) manatı isə sonra verər. Bu razılaşma əsasında da Süleyman MTK-nın göstərişlərinə uyğun qaydada notariat qaydasında razılıq ərizəsini verib və əri də mənzilə görə 17000 (on yeddi min) manat Ocaq” MTK-y a, iki dəfəyə (7000 və 17000) olmaqla cəmi 24000 (iyirmi dörd min) manat Süleymanın özünə ödəniş etdikdən sonra mənzilin sənədləri MTK tərəfindən adına yazılıb, adına müvafiq maliyyə arayışı verilib və mənzilin adına özgəninkiləşdiyinə dair MTK ilə arasında müqavilə imzalanıb. Bir müddət sonra isə Cavabdeh2 mənzilə görə Süleymana ödəməli olduğu həmin qalıq 17000 (on yeddi min) manat pulu Süleymana vermək üçün mənzilin yerləşdiyi ünvana getdikdə, Süleymanın qardaşı və anası tərəfindən Süleymanın özünün də razılığı ilə mənzilin başqa şəxsə 75000 (yetmiş beş min) manata satıldığını və mənzilə görə hətta beh belə alındığını öyrənib. Süleymanın özü qardaşı və anası ərindən mövcud vəziyyəti düzgün başa düşməsini, pula ehtiyac ucbatında sıxıntıda olduqlarını və o səbəblə də mənzili başqa şəxsə ba ha qiymətə satdıqlarını bildiriblər. Ərindən üzr istəyərək ondan Süleymana və MTK-ya ödədiyi ümumilikdə 44000 (qırx dörd min) pulu geri götürməsini xahiş ediblər. Əri də onların bu qanunsuz hərəkətinə qarşılıq verməyərək ödədiyi 44000 (qırx dörd min) manat pulu onlardan alıb. Bundan sonra, "xxxx" MTK-da mənzilin adına olan müqaviləsi Süleymanın qardaşı və anası eləcə də Süleymanın özünün iştirakı və razılığı ilə başqa şəxsin adına dəyişdirilib. Bütün bu faktların təsdiqini Polis İdarəsinin Süleymanın şikayəti əsasında aparılmış araşdırma materialların içərisində, o cümlədən Süleymanın qardaşından və anasından alınmış izahatlarda görmək mümkündür. O ki qaldı, mənzilin alqı-satqısı kimi qiymətləndirilən hala, yuxarıda qeyd etdiyi kimi mənzilə dair notariat qaydasında hər-hansı alğı-satqı müq aviləsi imzalanmayıb. Bütün əməliyyatlar "xxxx" MTK-nın tərəfindən mənzilə dair müqavilənin addan-ada keçirilməsi qaydasında aparılıb və bu əməliyyat Mülki Məcəllənin 112.3-cü maddəsinə uyğunlaşdırılıb. Belə ki, Mülki Məcəllənin 112.3-cü maddəsinə əsasən, əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Belə halda, kooperativin digər üzvləri həmin payı(onun bir hissəsini) almaqda üstünlük hüququna malikdirlər. Əgər kooperativin üzvləri kooperativin nizamnaməsində nəzərdə tutulan müddət ərzində öz üstünlük hüququndan istifadə etməzlərsə, pay üçüncü şəxsə özgənink iləşdirilə bilər. Mənzilin adına olan müqaviləsinin başqa şəxsin adına özgəninkiləşdirilməsi məhz Süleymanın özünün, qardaşının və anasının birgə razlılığlı əsasında aparılıb və mənzilə görə ödənildiyi bildirilən 75000 (yetmiş beş min) manat pul da nə ona, nədəki, Cavabdeh2 verilməyib, həmin məbləğ bir başa Süleymanın özünün, qardaşının və anasının eləcə də MTK-nın məsul şəxsinin iştirakları ilə onlara verilib. Onlardan alınmış 44000 (qırx dörd min) manat pul da Süleymanın, qardaşının və anasının iştirakı ilə onlar tərəfindən ərinə qaytarılıb.

35. Cavabdeh3 (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib göstərir ki, ev almağı qərarlaşdırmış və internet saytda Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 nömrəli mənzilin sat ılması barədə reklama rast gəlmişdir. xx.xx.2022-ci il tarixdə reklamda qeyd edilmiş telefon nömrəsi ilə əlaqə saxlayaraq mənzilə baxmaq üçün qeyd edilən ünvana gedib. Evə baxan zaman binada qaz təchizatı olmamışdır. Həmin vaxt qardaşı mənzlin alınması üçün maklerə beh vermişdir. Daha sonra, "xxxx" MTK-da alqı-satqı müqaviləsi bağladılar. Alqısatqı vaxtı evin ondan əvvəlki sahibi olan Cavabdeh1 və onun əri Cavabdeh2 evin onun adına keçirilməsinə etiraz etməmiş və bu barədə yazılı ərizə təqdim etmişlər. Evin alqı-satqısı üçün 75000 (yetmiş beş min) manat məbləğində nağd pul ödədi. Sonradan qonşularla birlikdə binanın qaz təchizatını təmin etdi. 2 ilə yaxındır ki, həmin mənzildə yaşayır. Kommunal xərclər də adından ödənilir. Bu müddət ərzində hər hansı üçüncü bir şəxs mənzilin ona məxsus o lması və ya digər bir problemlə bağlı müraciət etməmişdir. Mənzili alarkən hər hansı başqa niyyəti olmamış, yalnız özü əmlak əldə etmək və ailə olaraq orada yaşamaq olmuşdur ki, mənzili aldığı vaxtdan bu günədək mənzildə yaşayır. Hazırda iddiaçı kimi məhkəməyə müraciət edən Süleyman İsa oğlunun iddiası ona münasibətdə tamamilə cəfəng ifadələrdən ibarətdir. Əgər iddianın məzmununda qeyd edildiyi kimi kimlərsə Süleyman İsa oğlunu aldatmışlarsa, o məsələnin onlara heç bir aidiyyəti yoxdur. Mənzilin sənədlərinin həqiqiliyinə inanaraq satın almış və hazırkı iş üzrə vicdanlı alıcıdır. Birinci instansiya məhkəməsi vicdanlı alıcı kimi heç bir hüququnu nəzərə almamış, buna görə də qətnamə qanunsuz və əsassızdır.

36. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş X16 və X10 məhkəmə iclasında iştirak etməmişdirlər. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində hazırkı məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və işə baxılmasını təxirə salınmasını xahiş edib, amma üzrlü səbəbin nədən ibarət olduğunu göstərməyib və buna dair sübut təqdim etməyib. Cavabdeh2 da elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində iştirakı olmadan işə baxılmasını və qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə gəlməyə şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-264/2025 nömrəli, 24 fevral 2025- ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manatın İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (X17 Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X8 ibarət tərkibdə).

38. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərlə ndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır və bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır.

39. Bununla bağlı məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəy ə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

40. Məhkəmə tərkibi vurğulamışdır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlar ının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etmişdir. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmiş, həm də digər normaları səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır.

41. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddia tələbinin və apellyasiya şi kayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir. Belə ki, əqdin etibarlı olması üçün, 1) subyekt tərkibi; 2) məzmunu; 3) forması; 4) iradə və iradə ifadəsi qüsurlu olmamalıdr. Bu elementlərdən birinin qüsurlu olması, əqdin etibarsızlığına səbəb olur. Mübahisələndirilən alqı-satqı müqavilələrinin əhəmiyyətsiz əqd olması və görünüş üçün bağlanması işin həqiqi halları ilə təsdiq olunmur. Başqa sözlə qeyd olunan müqavilələr formal olaraq bağlanılmamış, müqavilə tərəfi olan alıcının niyyət və iradəsi müqavilənin predmeti olan mənzilin alıcısı kimi öz mülkiyyətinə keçməsinə yönəlmişdir. Yəni müqavilə tərəfinin iradəsi və iradə ifadəsi formal, görünüş üçün olmamışdır. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər ü çün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özün ə mənsubdur.

42. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına həmçinin F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarına istinad edən kollegiya bildirmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə etibarsızlığın irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olund uğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bu mənada iddiaçının hazırkı tələb üzrə mülki dövriyyə subyekti kimi vicdanlı hərəkət etməsi və hüquqdan sui-istifadəyə yol verməməsi tələb olunurdu.

43. Bununla bağlı kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçı iddia edir ki, pula ehtiyacı olduğuna görə borc alıb faiz ödəmək məqsədi ilə instagram sosial şəbəkəsində qarşısına çıxan ev girovu vasitəsilə kreditə pul verilən bir səhifə üzərindən Aslan adlı makler vasitəsi ilə Cavabdeh2lə tanış olmuş, əslində mənzilini satmaq niyyəti olmamış, “girov” qoymaqla faiz ödəmək şərti ilə Cavabdeh2 10000(on min) manat ona borc verib, 16000(on altı min)manat isə MMC-yə qalan borcunu ödəmişdir, razılaşmalarına görə əvvəlcə 10.000 manata görə 800 manat, əlavə 16000 manat ödənildiyinə görə isə aylıq cəmi 2000 manat faiz ödəməyə, əsas məbləğ, yəni 26000 manat tam ödənildikdən sonra mənzilin “girov”dan çıxarılacağı razılaşdırılmış, ancaq borcla bağlı “kredit kağızlarını” vermədikləri üçün faiz də ödəməmiş və aralarında bununla bağlı mübahisə yaranmışdır. Sevdagül və Cavabdeh2lər isə bu iddianı qəbul etmir, əslində iddiaçıya cəmi 44000(qırx dörd min) manat verdiyini, bu məbləğin 17000(on yeddi min) manat hissəsinin iddiaçının MMC-yə olan borcuna ödənildiyini, 17000(on yeddi min) manat isə borc qaldığını göstərir. Ancaq iddiaçının iddia etdiyi hallar həqiqi olmuşdursa notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə və xx.xx.2022-ci il tarixli “imtina ərizəsi” ilə mübahisəli mənzilə dair pay haqqından imtina etməsinə və m ənzilin satılmasına etiraz etməməsinə, pay haqqı ilə əlaqədar "xxxx" MMC-yə qarşı iddia və tələbinin olmadığına və gələcəkdə bu mənzillə bağlı iddia qaldırmayacağına dair öhdəlik götürməsinin də ağlabatan izahı olmalıdır. Başqa sözlə, iddiaçı Cavabdeh2lə borc müqaviləsi də bağlaya bilərdi, ancaq bağlamayıb, mənzillə bağlı aldığı vəsaitə görə mənzilə dair pay haqqından imtina edərək satılmasına razılıq vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında formalaşdırılan hüquqi mövqeyə görə,... tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Göründüyü kimi, iddiaçı hər iki alqı-satqı müqaviləsini əhəmiyyətsiz əqd hesab edərək hazırkı iddianı irəli sürüb. Bununla belə, satılan mənzilin hansı müddətdə sahiblik və istifadədə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının, eləcə də real bazar dəyərinin alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında razılaşdırılmış qiymətə özgəninkiləşdirilmiş olsun. Birinci alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlandığı düşünülsə də həqiqətən də həmin əqdin bu məqsəd ilə bağlandığı sübuta yetirilməlidir. Ancaq iddiaçı bu halları sübut edə bilmir. Hətta iddiaçının Aslan adlı maklerlə və Cavabdeh2lə bu mövzuda danışıqları olsa belə, yekun olaraq iddiaçının mübahisəli mənzilə dair hüququndan imtina edərək onun satılmasına notarial qaydada təsdiq edilmiş ərizə ilə razılıq vermə si, mənzilə görə birinci alıcı tərəfindən ödənilən vəsaiti tam olmasa da(iddiaçı 26000 manat, cavabdeh isə 44000 manat ödənildiyini bəyan edir) qəbul etməsi həmin müqavilənin əhəmiyyətsiz əqd olduğu qənaətinə gəlməyə kifayət edən yaxud yetərli əsas vermirdi. Çünki iddiaçını bu cür müqavilənin bağlanmasına razılıq verməyə hər hansın şəxsin ona təsir, təzyiq yaxud məcbur etməsi təsdiq olunmur. Heç iddiaçı da özü də bu cür halların olduğuna istinad etmir. Demək ki, bu cür müqavilənin bağlanmasına, yəni mübahisəli mənzili satması öz iradəsinə uyğun olmuşdur. Düzdü hazırkı iddianın və icraatın predmeti olmasa da iddiaçı 28 avqust 2022-ci il tarixli müqavilə üzrə, əsas olduğu halda cavabdehlər Akif və Sevdagül Quliyevlər tərəfindən mənzilin razılaşdırdıqları qiymətinin ona tam ödənilməməsi ilə b ağlı yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.

44. Bundan əlavə, kollegiya qeyd etmişdir ki, Cavabdeh3 ilə bağlanmış 22 noyabr 2022-ci il tarixli müqavilənin etibarsızlığı üçün hər hansı bir ehtimal edilən əsas da yaranmamışdır. Belə ki, apellyasiya baxışı zamanı həm tərəflərin, o cümlədən "xxxx" MMC-nin nümayəndəsinin verdiyi məlumatlardan və işdə olan sənədlərdən bəlli olur ki, Sevdagül və Cavabdeh2lərlə ikinci müqavilə üzrə mənzili əldə edən Cavabdeh3 arasında əvvəlcədən hər hansı bir qohumluq, tanışlıq, əlaqə yaxud hansısa münasibət olmamışdır. Əksinə, məhz iddiaçı, Sevdagül və Cavabdeh2lərlə birlikdə vahid mövqedən çıxış edərək mənzil bazarında, mənzil almaq istəyən Cavabdeh3 mənzili satmışlar. Sonuncunun mənzilə görə ödədiyi 75000(yetmiş beş min) manatdan Sevdagül və Cavabdeh2lər 28 avqust 2022-ci il tarixli müqavilə üzrə iddiaçıya ödədiyi məbləğlər nəzərə alınmaqla iddiaçı ilə aralarında bölünməsi tərəflərin verdikləri mötəbər məlumatlarla tam sübuta yetirilmişdir. Belə ki, mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından alqı-satqı müqaviləsi "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlandığından bu proseslərdə iddiaçının anası və apellyasiya baxışı zamanı 3-cü şəxs kimi işə cəlb edilmiş qardaşı Kamran Həsənov da aktiv şəkildə iştirak etdiyi təsdiq olundu. Ancaq iddiaçı həmin şəxslərin, yəni qardaşının yaxud anasının məhkəmə iclasında iştirak edib bu məsələlərə münasibət bildirməsində maraqlı olmamış yaxud bu məqsəd ilə onların hazırkı mübahisəyə münasibətini bildirməsini təmin etmək üçün hər hansı bir vəsatətlə məhkəməyə müraciət etməmiş dir. Baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qardaşı Kamran Həsənovu 3-cü şəxs kimi işə cəlb etmiş, ancaq sonuncu məhkəmə iclasında iştirak etmək istəməmişdir. Bütün bunlardan sonra, yəni ikinci müqavilə də iddiaçının marağına və mənafeyinə uyğun bağlandıqdan sonra da iddiaçının hər iki müqavilənin etibarsızlığını tələb etməsi onun açıq-aşkar pis niyyətlə başqalarına zərər vurmaq məqsədi ilə hüquqdan sui-istifadə etməsinə dəlalət edir ki, bunu da məhkəmə tərkibi yolverilməz sayır.

45. Bunlardan əlavə kollegiya həmçinin qeyd etmişdir ki, mübahisəli mənzilin qiyməti ilə bağlı da hüquqi dəyərləndirmə aparılması zəruridir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən alınmış qiymətləndirmə rəyində mənzilin alqı-satqı müqaviləsi bağlanan 2022-ci ildə real bazar dəyəri 1 30000(yüz otuz min)manat, apellyasiya baxışı zamanı alınmış 07 yanvar 2025-ci il tarixli ekspertiza rəyində isə 2022-ci il üzrə qiymət müəyyən edilməsinin mümkün olmadığı, hazırkı tarixdə isə ümumi dəyərinin təqribən 153300(2158x71 kv.m) manat olduğu qeyd olunmuşdur. Buna baxmayaraq, işə əlavə edilmiş mübahisəli mənzilin yerləşdiyi binadakı ayrı-ayrı mənzillərin alqı-satqısına dair müqavilələrdə və maliyyə arayışlarında mənzillərin 2021-2022-ci illərdə 1 kv.metrinin 850900 manata satıldığı görünür. İddiaçı ilə mübahisəli mənzilə dair bağlanmış 21 may 2021ci il tarixli müqavilədə və maliyyə arayışında da ümumi sahəsi 71 kv. metr olan 2 otaqlı mənzilin 1 kv. metrinin 850 manata satıldığı, eyni tarixli maliyyə arayışında mənzilin dəyərinin 60350 manat olduğu, iddiaçı tərəfindən 37000 manat ödənildiyi, 23350 manat borc qaldığı qeyd olunmuşdur. Qiymətləndirici və ekspert rəyində mübahisəli mənzilin dəyəri fərqli göstərilmişdir, ancaq çoxsaylı müqavilələrdə mənzillərin qiymətinin demək olar ki, eyni olması, ona dəlalət edir ki, cəmi 4 mərtəbədən ibarət mansardlı binadakı mənzillərin müqavilələrdə göstərilən qiyməti həmin vaxt daha real olmuşdur. Baxmayaraq ki, mütəxəssis və ekspert rəyində göstərilən qiymətlər müqavilələrdə göstərilən qiymətlərdən fərqli olmuş, bu halda iddianın əsaslı olmasına heç bir təsiri ola bilməzdi. Ən azından ona görə ki, ikinci müqavilədə göstərilən qiymət dolayı da olsa iddiaçı tərəfin razılığı ilə müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən müqavilələr etibarsız hesab edilərkən tam, hərtərəfli və obyektiv araşdırma ap arılmasına şərait yaratmadan əsassız olaraq qiymət fərqindən gəldiyi nəticəni “möhkəmləndirmək” üçün uğursuz istifadə etmişdir.

46. Mülki Məcəllənin 340.1-ci maddəsinə istinad edən kollegiya daha sonra qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələrinin uydurma əqd olduğunu görünüş üçün bağlandığını yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan istər MMC, istərsə də digər cavabdehlər bu müqavilələri hansısa formada heç vaxt mübahisələndirməmiş, əksinə təqdim edilən sübutlar mənzilin qanuni əsaslarla əldə edildiyini təsdiq edir. Demək ki, alqı-satqı müqavilələrinn arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqdlər üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü ki mi, alqı-satqı müqavilələrini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən alqı-satqı müqavilələrinin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas deyildir. Üstəlik bu halların həqiqiliyi ehtimal olunsa belə iddiaçıya sonrakı davranışlarına görə hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.

47. Kollegiya bu hissə ilə bağlı həmçinin qeyd etmişdir ki, göstərilənlərlə yanaşı, əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, iddiaçının mübahisə predmeti olmuş mənzilin 28 avqust 20 22-ci il tarixli müqavilə ilə Cavabdeh1 satılmasına həqiqi niyyəti olmamış, 22 noyabr 2022-ci il tarixli müqavilə ilə Cavabdeh3 satılmasında bilavasitə marağı olmuş, hətta ödənilən vəsaitin bir hissəsinin ona çatması, bu əqdləri bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da iddianın rədd edilməsi üçün müstəqil əsas sayılır.

48. Digər bir tərəfdən kollegiya bildirmişdir ki, tələbin digər hissələri bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onların da avtomatik təmin edilməməsini labüd edir. Çünki təmin edilib-edilməmələri sırf əsas hissədən asılı idi. Ona görə bu hissələr üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına məhkəmə tərkibi lüzum görmür.

49. Bel əliklə, kollegiya müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət ziddiyyətli olmaqla yanaşı qanunvericiliyin tələbinə də uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan mənzilin daşınmaz əmlakın dövlət reyestrində hər hansı bir hüquqla qeydiyyat keçməməsi açıq-aşkar bəlli olduğu halda məhkəmə tərəfindən Mülki Məcəllənin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına, daşınmaz əmlakın dövlət reyestrinin açıqlığına, daşınmaz əmlaka hüquqların əsassız qeyldə alınmasına dair müddəaları nəzərdə tutan 140, 148.2, 149.2-ci maddələrini tətbiq etmişdir. Eyni zamanda əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisəl əndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsız olduğu halda əhəmiyyətsiz əqd hesab etdiyi müqavilələrin mübahisələndirilməsi üçün iddia müddətinin keçmədiyi barədə lazımsız hüquqi dəyərləndirmə aparmışdır. Eləcə də haqlı olmayaraq mübahisəli mənzilin müqavilədə razılaşdırılan qiymətini əqdin etibarsız sayılması qənaətinə gəlmək üçün əsas götürmüş, həmçinin hər iki müqavilə üzrə alıcı olan şəxslərin bir-biri ilə hər hansı bir əlaqəsi, o cümlədən qohumluğu, tanışlığı, münasibətinin və.s təsdiq edilmədiyi halda sonuncu müqavilənin də əhəmiyyətsiz əqd olması barədə əsassız nəticəyə gəlmişdir. Bütün bunlar isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin səhv olduğunu bir daha təsdiq etmiş olur.

50. Apellyasiya instansiyası məhk əməsi xüsusilə vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vi cdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviələdən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

51. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324, 337, 340, 351, 355, 357, 358, 425 və 560-cı; Mülki Prossesual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 101.7, 103.1, 217.3, 217.4, 372.1, 372.7, 384, 385, 386, 387 və 390-cı maddələrinə həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilmə sinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

52. İddiaçı (Vəkil1) qətnamədən kassasiya şikayəti verərək kassasiya şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-264/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

53. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin Cavabdeh3 tərəfindən 75.000 manata alınması, eləcə də rəsmiləşdirmə aparılarkən mənzilin kimin adına rəsmiləşdirdiyindən məlumatlarının olmaması, mübahisəli mənzillə bağlı bağlanmış alqısatqı müqaviləsində "vicdanlıl ıq görünüşü”nü yaratmaq məqsədi daşımışdır. Cavabdeh3 mübahisəli mənzili əldə edərkən iddiaçının adına olan mənzillə bağlı qeydin qeyri-dəqiq olmasını bilmiş, bu səbəbdən mübahisəli mənzilin X5 adına keçirilməsi barədə 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmışdır. Bu da özlüyündə uydurma əqd olmaqla etibarsız hesab edilməlidir. Əfsuslar olsun ki, apellyasiya instansiya məhkəməsi qeyd olunan halları qiymətləndirməməklə iş üzrə mülki qanunvericiliyin göstərilən hüquq normasını düzgün tətbiq etməmişdir. Bu səbəbdən həmin 22 noyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş məqsədilə bağlandığından etibarsız və əhəmiyyətsiz əqddir və heç bir hüquqi dəlillər yaranmasına səbəb ola bilməz. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisələn dirilən alğı-satqı müqaviləsinin görüşü məqsədilə bağlandığına hüquqi qiymət verilməmişdir.

54. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinin faktiki olaraq iddiaçı ilə Cavabdeh2 arasında olan girov müqaviləsini pərdələmək məqsədilə bağlandığına, həmçinin eyni məqsədlə də verilən MTK-dakı payından imtina barəsindəki ərizəsinə hüquqi qiymət verilməmişdir. Belə ki, işin hallarından da görünür ki, iddiaçı Cavabdeh2 borc almışdır və bunun qarşılığında öhdəliyin icrasının üsulu kimi (borcun ödənilməsi) evini girov qoymaq məqsədilə MTK-dakı payından imtina barədə ərizə vermiş, MTK da mübahisəli mənzilin X3 mülkiyyətinə ve rilməsi ilə bağlı müqavilə hazırlamışdır. İddiaçının cavabdehin əsl niyyətinin onun evinin alqı-satqı yolu ilə öz adına keçirməsindən xəbəri olmamış və bunu bildiyi vaxtdan da "xxxx"MTK-dakı payından imtina barədə ərizəsini 27 noyabr 2022-ci il tarixdə ləğv etdirmişdir. Qeyd edilən hallar ünvan 1 ünvanda yerləşən 4 mərtəbəli mansardlı evin, 3-cü mərtəbə, ümumi sahəsi 71 kv/metr olan, 2 otaqlı, 6 nömrəli mənzilin Cavabdeh1 adına keçirilməsi barədə "xxxx" MTK-nin direktoru Nümayəndə2 ilə Cavabdeh1 arasında imzalanmış 28 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmaqla əhəmiyyətsiz olduğunun və onun yaratdığı bütün nəticələrin hüquqi cəhətdən etibarsız olduğunun bariz göstəricisidir.

55. Mülki qanunvericliyin tələbinə əsasən alğı-satqı müqaviləsinin əsas mahiyyəti əşyanı a lıcının mülkiyyətinə vermək və bunun müqabilində isə alıcı satıcıyı onun dəyərini ödəməlidir. Halbuki işin hallarından da müəyyən olunur ki, mübahisəli əmlakın satılması qarşılığında mənzilin dəyəri məbləğində pul vəsaiti faktiki olaraq iddiaçıya verilməmişdir. Belə ki, 14 mart 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə rəyi ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 saylı mənzilin 2022-ci tarixinə real bazar dəyərinin 130.000 manat olduğu müəyyən edilmişdir. Lakin həmin mənzil guya əvvəlcə iddiaçı tərəfdən 61.000 manat qarşılığında Cavabdeh1, daha sonra isə 75.000 manat müqabilində digər Cavabdeh3 satılmışdır. Bu hal alğı-satqının formal bağlandığını və cavabdehlərin vicdanlı alıcı olmadıqlarını təsdiq edir. Məhkəmə əsassız olaraq mülki qanunvericiliyin qeyd olunan ma ddi hüququ normasını iş üzrə düzgün tətbiq etməyərək yuxarıda göstərilən hala düzgün hüquqi qiymət verməmişdir.

56. Məhkəmə yalnız birtərəfli, yəni sırf cavabdehin qanunsuz və əsassız maraqlarını müdafiə mövqeyindən çıxış edərək qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh3 nümayəndəsi (əri) Nümayəndə1 20 fevral 2024-cü ilə təyin edilmiş məhkəmə iclasında izahatında mübahisəli mənzilin kimdən alındığını bilməməsini qeyd etməsi, pulu hamının yanında masanın üstünə qoyması və guya hamının birdən həmin pulu götürüb sayması, evi ilk olaraq Süleymandan daha sonra qardaşından aldığını bildirməsi ifadələr arasında kəskin ziddiyyət təşkil etməklə bərabər, mübahisəli mənzillə bağlı cavabdehin vicdanlı alıcı olduğunu istisna edir. Bu səbəbdən qeyd olunan mübahisəli mənzilə dair hüquqların qeydiyyatı ta mamilə qanunsuz və əsassız olduğu üçün və qeydə əsas olan hüquq müəyyənedici sənədlərin etibarsızlığı səbəbindən ləğv edilməlidir. Məhkəmə nəinki göstərilən hüquq normasını düzgün tətbiq etməmiş, ümumiyyətlə, buna münasibətini belə bildirməmişdir. Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, əldə olunan sübutlar düzgün hüquqi qiymət verilməmiş və sonda ədalətsiz qətnamə qəbul edilmişdir.

57. Tərəfimizdən sübut edəcək mötəbər dəlillərin – votsap tətbiqində tərəflərin birbirilərinə göndərdikıləri səs yazılarının qeydə alındığı fleş kartın və mesaj yazışmalarının surətləri təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin sübutlar mötəbərliliyi üzrə düzgün qiymətləndirilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən qərəzlilik nümayiş etdirilər ək həmin sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə təyin edilmiş və Əmlak Qiymətləndirmə Ekspertiza Mərkəzi” MMC-nin 14 mart 2024-cü il tarixli, ********** nömrəli qiymətləndirmə rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev 29, 6 saylı mənzilin 2022-ci tarixinə real bazar dəyəri 130.000 manatdır. Belə olduğu halda İddiaçı qeyd edilən mənzili cavabdehə faktiki dəyərindən 50 faizdən də aşağı qiymətə, yəni 61.000 manata satması absurd göründüyü üçün, qeyd olunan alğı-satqı müqavilələrinin etibarsızlığını sübut edir. Əfsuslar olsun ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan ekspertiza rəyinə hüquqi qiymət verilməmişdir. Bu s əbəbdən göstərilən prosessual hüquq norması iş üzrə tətbiq edilmədiyi üçün prosessual pozuntuya yol verilmişdir.

58. Cavabdeh2 təhqiqat zamanı verdiyi izahatlar, həmçinin birinci instansiya məhkəməsindəki izahatı ilə apellyasiya baxışında verdiyi izahatı, eləcə də cavabdeh Sevdagül Quliyevin izahaatı tamamilə birbirilə ziddiyyət təşkil edir. Belə ki, Cavabdeh2 əvvəlcə verdiyi izhatında iddiaçı tərəfindən mübahisəli məznilin ona 61.000 manat müqabilində satıldığını daha sonra həmin mənzilin Cavabdeh3 satılmasını bildirsə də, daha sonra bunu inkar etmiş və mənzilin guya, iddiaçı tərəfdən könüllü surətdə Cavabdeh3 satıldığını qeyd etmişdir. Bundan əlavə Cavabdeh3 nümayəndəsinin (ərinin) birinci instansiya məhkəməsində verdiyi izahatı ilə apellyasiya instansiya məhkəməsindəki izahatı da kəskin ziddiyyət təşkil edir. Belə ki, o, əvvəlcə evi qardaşı ilə maklerin göstərdiyini, evin alınması üçün isə 75000 manat pul verildiyini, evi Akif adlı kişidən və bir qadından aldığını,pulu hamının yanında qoymuş masanın üstünə qoyduğunu və hamının götürüb saydığını qeyd etsə də, sonrakı izahatında qeyrisəmimilik nümayiş etdirib bunu təkzib etmişdir. Göründüyü kimi cavabdehlərin izahatları bir biri ilə uyğunluq təşkil etmədiyindən obyektiv həqiqət hesab edilə bilməz. Bu səbəbdən iddiaçının öz izahatlarında göstəridyi xüsusatlar və məhkəməyə təqdim etdiyi sübutlar əsl obyektiv həqiqəti təşkil etdiyindən mötəbər sübut hesab edilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Nəzərinizə çatdırım ki, Cavabdeh2 birinci instansiya məhkəməsində, həmçinin təhqiqat zamanı verdiyi izahatında mübahisəli mənzilin onun tərəfindən Cavabdeh3 satdığını etiraf etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

59. Kassasiya şikayətinə qarşı etirazlar təqdim edilərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

60. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

61. Maddə 16.1 Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir

62. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

63. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

64. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

65. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqd dir.

66. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

67. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

68. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

69. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yal an əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

70. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

71. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

72. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

73. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

74. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmas ın və üçüncü şəxslərin mənafelərini pozmasın.

75. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

76. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

77. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

78. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyy ətli şəxs bunu bəyənirsə, etibarlı olur.

79. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

80. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

81. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqala rına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

82. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

83. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 84. 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 85. 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 86. 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 87. 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

88. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmal ı və onlardan istifadə etməlidir.

89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

90. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

91. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

92. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

94. Maddə 217.4 M əhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

97. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

98. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

99. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.

100. Hazırkı kassasiya şikayətlərində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

101. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

102. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı əqdin etibarsı zlığının faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmir. İddiaçının dəlilləri iddia ərizəsində irəli sürdüyü dəlillərlə eynilik təşkil etmiş və işi mahiyyəti üzrə həll edən apellyasiya instansiya məhkəməsi hər bir dəlili qiymətləndirmişdir.

103. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

104. Kassasiya şikayətinin bəzi dəlilləri işi n faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

106. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

107. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-264/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar